81
NEFT KƏMƏRLƏRİNİN XƏTTİ HİSSƏSİNDƏ
SIZMALARIN ƏVVƏLCƏDƏN TƏYİNİ
Magistr : Elmi rəhbər:
Oruclu Fəridin Rövşən oğlu dos. Hacıyeva İ.Y.
II kurs, qrup A2137
Neft və qaz sənayesində neftin və qazın nəqli və
saxlanması proseslərində əsas məsələ daşınılacaq məhsulun
fasiləsiz və itkisiz tələbatçıya çatdırılmasıdır. Bunun üçün yeni-
yeni texnologiyalar işlənib hazırlanmış və günümüzdə də bu
texnologiyaların təkmilləşdirilməsi davam etdirilməkdədir.
Nəql prosesi zamanı neft kəmərlərində sızmaların
əvvəlcədən təyin edilməsi həm iqtisadi, həm də ətraf mühitin
mühafizəsi nöqteyi nəzərdən vacib məsələlərdən biridir.
Sızmaların əvvəlcədən təyin edilməsinin müxtəlif üsulları
vardır. Bunlar əsasən aktiv və passiv metodlar olmaqla
qruplaşdırılır. Passiv metodlar verimin transferi, təzyiqlər fərqi
ilə, boru sahəsi üzrə sərfə görə, aktiv metodlar isə akustik
elektromaqnit üsul ilə, ultrasəs, infraqırmızı, fiberoptik
şüalanma növləri ilə həm havadan, həm də yerdən təyin edilmə
üsullarıdır.
Bu metodlardan əlavə yeni müasir qurğu və avadanlıqlar
da hazırlanmışdır ki, bu qurğulardan biri “özüyeriyən robot
qurğusu”-dur. Bu qurğu borunun daxili istiqamətində sürətlə
hərəkət edə bilir və mövcud sızma yerlərinin təyini
metodlarından daha dəqiq sızma yerlərinin təyin edə bilir.
Qurğunun üstünlüyü sızma yerlərində böyük təzyiqlər fərqi,
kiçik sızma yerlərinin yeraltı boru kəmərlərində yüksək
dəqiqliklə təyin edə bilməsidir.
Digər bir müasir qurğu isə “smart ball” ( ağıllı top )
adlandırılır ki, bu qurğu diametri “4 inc” və daha böyük olan
borularda sızmaları təyin etmək üçün tətbiq edilir. Yüksək
həssaslıq və dəqiq aşkar etmə qabiliyyətinə malik olan bu
82
qurğu şərti müayinə piglərindən fərqli olaraq borunun daxili
diametr boyu tam dolu sahəni tutmur və boru daxilində axın
istiqamətində axının sürəti ilə mexaniki səs yaratmadan
diyirlənmə nəticəsində yüksək akustik həssaslığa şərait
yaradaraq dəqiqədə 0,03 gallon (1gallon-3,78-4,55l ) kimi kiçik
məhsul itkilərini təyin edə bilir.
Neft kəmərlərinin xətti
hissəsində sızan neft məhsulunun miqdarının təyin edilməsi də
qarşıya qoyulan əsas məsələlərdən biridir. Məhsul miqdarının
təyini həm həcmi, həm də kütlə miqdarı olaraq hesablanılır və
nə qədər neft itkisinin olması müəyyənləşdirilir.
Neft sızmaları zamanı ətraf mühitə dəyən zərərin
qiymətləndirilməsi və aradan qaldırılması müasir dövrdə
qarşıda duran ən mühüm məsələdir. ARDNŞ-in “30 EKOLOJİ
SİYASƏTİ”-nin nəticəsi olaraq Yaponiyadan yeni neftlə
çirklənmiş torpaqların təmizlənməsi üçün avadanlıqların sifariş
olunması və istifadəyə yararsız yataqların ərazisində 5410 ha
çirklənmiş ərazilərin neft və neft məhsullarından təmizlənməsi
planlaşdırılmışdır. Tədbirlər istehsalatın inkişaf mərhələsinə
müvafiq dövlət təbiəti mühafizə orqanlarının tələblərinə cavab
verən keyfiyyətdə olmalıdır.
İstehsalat sahələrinin inkişafı, torpağın mühafizəsi və
səmərəli istifadəsi çox mühüm, gələcək nəsillər üçün
əhəmiyyətli vəzifə olaraq irəli sürür.
Do'stlaringiz bilan baham: