361
MÜƏSSISƏ VƏ TƏŞKILATLARDA KADR
POTENSIALININ INKIŞAF ETDIRILMƏSI
MƏSƏLƏLƏRİ
Magistr: Elmi rəhbər:
Zeynalova Zəhra Nazim qızı dos. İmranov A.M.
II kurs, qrup A7217
Yüksək iş qabiliyyətinə malik işçi olmadan, heç bir
müəssisə və istehsalat fəaliyyət göstərə bilməz. İstənilən
iqtisadi sistemdə heyət (personal) başlıca məhsuldar qüvvə
hesab edilir. İnsan kapitalı yüksək olduqca, müəssisə də, bir o
qədər yaxşı işləyir. Bazar iqtiadiyyatı şəraitində hər bir
müəssisənin fəaliyyəti, orada çalışan personaldan, o cümlədən,
heyətin və rəhbər kadrların idarə edilməsi sisteminin düzgün
qurulmasından asılıdır.
Müasir yüksək rəqabətli mühitdə, insan resursları üzrə
mütəxəssisin missiyası-korporasiyanın biznes strategiyasını
gerçəkləşdirmək üçün, onun kadr potensialını yüksəltməkdən
ibarətdir. İşçi heyəti üzrə menecer, özünəməxsus ustalıq
məharət sahibi olur və onun iştirakı olmadan firmanın heç bir
strategiyası işlənib hazırlana və gerçəkləşdirilə bilməz.
Həmçinin, əldə edilmiş nəticələr də düzgün qiymətləndirə
bilməzlər. Firmanın yüksək rəqabətə davamlığını insan kapitalı
olmadan təmin etmək korporasiyaların rəhbərləri üçün daha da
çətin bir işə çevrilir. Korporasiyayalar məsuliyyətli, işgörmə
qabiliyyəti yüksək olan ixtisaslı və istedadlı insanları cəlb
etməklə bu işlərin öhtəsindən gəlmətə çalışırlar. Kadrların
seçilməsi və işə cəlb edilməsi proseslərində korporasiyada
«katalizator» rolunu oynamalı olan, insan kapitalının unikallığı
hesabına rəqabət üstünlüklərini təmin edən heyət üzrə
menecerlər, məhz bu məsələnin həlli üzərində çalışmalıdırlar.
Ona görə də, işçi heyəti üzrə menecer, əsasən iki strateji
məsələni həll etməlidir: korporativ mədəniyyəti və rəqabət
362
üstünlüklərini təmin etmək.
Bu baxımdan, firmanın işçilərinin məsuliyyətlilik
səviyyəsini yüksəltmək yolu ilə və bunun üçün korporativ
mədəniyyət idarəetməsi vasitələrindən istifadə etməklə firmada
rəqabətli üstünlüklər yaratmaq olduqca vacibdir. Güclü
korporativ mədəniyyət istedadları cəlb etmək və saxlamaq
imkanı verir. Onun əməyinin bəhrələri isə firmaya yüksək
reputasiya qazandırır, yeni istehlakçılar və yüksək gəlir əldə
etmək imkanı yaradır. Korporativ mədəniyyət, xarici mühit
amillərinin dinamik dəyişən şərtlərinə daim uyğunlaşmağa, işin
keyfiyyətinin yüksəldilməsinə, işçilər və istehlakçılarla əks
əlaqənin təmin edilməsinə yönəlmiş olmalıdır. Keçirilən
seminarlar, forumlar, fokus-qruplar, dəyirmi masalar, reklam
kampaniyaları məhz buna xidmət etməlidir.
Firmanın kadr potensialını inkişaf etdirmək yolu ilə,
işçilərin peşə bacarıqlarını hərtərəfli yüksəltməklə, firmanın
rəqabət üstünlüklərini təmin etmək ikinci vacib amil kimi həll
edilməlidir. Müəssisə və ya təşkilat nə qədər cəlbedici olursa
olsun, qlobal bazarda baş verən dinamik dəyişikliklərin
tələbləri ilə təşkilatın potensialı arasında olan uçurumu, yalnız
işçi heyətin peşə bacarıqları və vərdişləri hesabına aradan
qaldırmaq mümkündür.
Hesab edirəm ki, müasirliklə və real bazar münasibətləri
ilə ayaqlaşmaq üçün kadr potensialını aşağıdakı təkliflərlə
gücləndirmək vacibdir:
-təhsil səviyyəsinin yüksəldilməsi;
-menecmntin və marketinqin kifayət dərəcədə öyrədilməsi;
-peşə və ixrisasların kütləvi təbliği;
-maddi istehsalla yanaşı, qeyri maddi əmtəə istehsalınin
gücləndirilməsi və s.
Bununla yanaşı işçi heyətin bacarıqlarının və rəhbər
kadrların intellektual səviyyələrinin yüksəldilməsi hər bir
müəssisənin insan kapitalının yüksəldilməsi amili kimi daim
diqqət mərkəzində olmalıdır. Qloballaşan iqtisadi mühitdə kadr
363
potensialının inkişaf etdirilməsi, hər bir təşkilat üçün zəruri və
həlledici amil olduğundan sözsüz ki, bu potensial müasir
idarəetmə tələblərinə cavab verə biləcək səviyyədə
qurulmalıdır.
Do'stlaringiz bilan baham: