Mövzu 5. İşıqsevən və kölgəsevən bitkilərin fotosintez prosesində fərqi
İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv Günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. İşıqsevən bitkilər əsasən bitki örtüyü az olan işıqlı çöl və səhralarda bitir. Meşə zonasında bu bitkilərə az təsadüf edilir. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, günəbaxan, pambıq, qarğıdalı, kalış, qara şam, akasiya və s. Aiddir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50—300 xırda xloroplast olur. Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması işıqsevən bitkilərin xarakterik fizioloji xüsusiyyətlərindəndir.
İşıq şüalarının enerjisi suyun fotolizini aparmaqla yanaşı, fotosintez prosesində sintez olunan üzvi maddələrin tərkibində potensial enerji şəklində toplanır. Yaşıl bitkilərdə fotosintez prosesi yalnız işıqda baş verdiyindən, işığın intensivliyinin və spektr tərkibinin bu prosesin gedişində böyük rolu vardır. Fotosintez prosesi hətta neft lampasının işığında belə gedə bilir. Dərin sularda yaşayan yosunlarda, işıqlanmanın intensivliyi ay işığına bərabər olduğu halda belə fotosintez prosesi gedir. K.A.Timiryazev
(22 may (3 iyun) 1843, Peterburq–28 aprel 1920, Moskva) müəyyən edimişdir ki, işıqlanmanın intensivliyi artdıqca fotosintez prosesinin intensivliyi də artır. Fotosintezin intensivliyinin artması düz istiqamətdə düşən günəş şüalarının yaratdığı işıqlanmanın15⁄ –nə çatanadək davam edir.
İşığın intensivliyinin fotosintez prosesinə təsiri müxtəlif bitki qruplarında müxtəlif olur. İşıqsevən bitkilərdə fotosintez prosesinin intensivliyi, işıqlanma intensivliyinin artmasına paralel olaraq yüksəldiyi halda (tamamilə gündüz işıqlanma intensivliyinin1
Yaşıl yarpaqların üzərinə düşən işıq şüalarının 75%-ə qədəri yarpaqlar tərəfindən udulur,30%–ə qədəri isə yarpaq səthindən əks olunur və yarpaq tərəfindən istifadə edilmir. Bu zaman işığın intensivliyindən asılı olaraq kompensasiya nöqtəsidə (fotosintez prosesində udulmuş karbon qazının (CO2) miqdarı, tənəffüs zamanı ayrılan karbon qazının (CO2) miqdarına bərabər olarsa, bu vəziyyət kompensasiya nöqtəsi adlanır) dəyişir. Beləliklə fotosintez prosesi zamanı sintez olunan üzvi maddələrin miqdarı tənəffüs zamanı sərf olunan bioloji enerjinin miqdarına bərabər olur.
Qazına (CO2) bərabər miqdarda oksigen (O2) ayrılır. Oksigen (O2) fotosintez prosesi gedən hüceyrələr tərəfindən udulan karbon qazına (CO2) nisbətən suda zəif diffuziya edir və ona görə də oksigen (O2) hüceyrə aralarında toplanır və budağın kəsilmiş hissəsindən suda qabarcıqlar əmələ gətirməklə ayrılır.
Do'stlaringiz bilan baham: |