İran köRFƏZİNDƏ pampus argenteus (euphrasen, 1788) baliğinin morfobioloji XÜsusiYYƏTLƏRİ, ovunun səMƏRƏLİ TƏŞKİLİ



Download 1,6 Mb.
bet4/10
Sana10.02.2017
Hajmi1,6 Mb.
#2240
1   2   3   4   5   6   7   8   9   10

Siganidae fəsiləsinin bir cinsinə (Siganus) aid olan 27 növü məlumdur. Açıq dənizlərdə, tropik və dib ərazilərdə yaşayırlar, nadir hallarda çay ağızlarında rast gəlinirlər. İran körfəzində bu cınsın iki növü – Siganus javus Siganus sutor yaşayır. Ağzı balaca olub, ucda yerləşir. Dodaqları qalındır. Hər iki çənəsində enli dişləri olur. Pulcuqları xırda olub dairə formasındadır. Quyruq üzgəci dayaz haçalıdır. Bel üzgəci iridir, onun əsasının uzunluğu balığın ümumi bədən uzunluğunun 68–80%–ni təşkil edir. Bel üzgəcində olan 10–13 ədəd şərt şüanın ucları üzgəc pərdəsi ilə örtülmədiyindən tikan şəklinddir. Anal üzgəcində 7 sərt, 9 yumşaq, qarın üzgəcində 13 sərt, 10 yumşaq şüa olur. Yan xətt orqanı bütöbdür. Ən iri fərdlərinin uzunluğu 40 sm–ə qədər olur. Bu cinsin bütün növləri bitki mənşəli qidalarla qidalanırlar. Əksər növləri qiymətli vətəgə balıqlarındandır [145].

Sillaginidae fəsiləsinin üç cinsinin (Sillaginodes, Sillaginopsis, Sillago) 31 növü məlumdur. Bu fəsilənin nümayəndələri açıq dənizlərdə, duzlu, sortəhər və az hallarda şirin sularda, Hind və Sakıt okeanlarının qərb hissəsində, sahil zonalarında (litoral ərazilərda) yayılmışdır. İran körfəzində bir növü – Sillago sihama yaşayır. Bədəni uzunsov, ağzı kiçik, ucda yerləşir, alt vəziyyətdədir və konusşəkillidir. Alt və üst çənələrində dişlər olur. Bel üzgəci iki ədəddir. Birinci bel üzgəcində 10–13 sərt, ikinci bel üzgəcində 16–27 yumşaq şüası olur. Anal üzgəci ikinci bel üzgəci ilə eyni səviyyədən başlayır, 2 sərt, 15–24 yumşaq şüası olur. Quyruq üzgəci dayaz haçalı olur. Pulcuqları dairə şəkillidir və qəlsəmə qapaqlarının da üstünü örtürlər. Bentik heyvanlarla qidalanırlar, qiymətli vətəgə balıqlarındandırlar [99, s. 71-73].

Soleidae fəsiləsinin dünya sularında 35 cinsinə daxil olan 130 növü məlumdur. Əsasən açıq dənizlərdə, tropik sularda və dərin ərazilərdə məskunlaşıblar. Lakin Asiyanın, Avstraliyanın və bir növü Afrikanın şirin sularında da yaşayırlar. İran körfəzində üç növü – Brachirus orientalis, Solea elongata, Zebrias synapturoides yayılmışdır. Bədənləri ellips şəklindədir. Döş və anal üzgəcləri uzundur, demək olar ki bütün bədəni əhatə edirlər. Döş üzgəci başın ucundan quyruq üzgəcinə, anal üzgəci isə başın aşağısından quyruq üzgəcinə kimi uzanır. Gözləri xırda olub bədənin sağ tərəfində yerləşir. Ağzı balacadır və bədənin sol tərəfindədir. Pulcuqları dairəşəkillidir, bədənin hər iki tərəfində yan xətt orqanı var. Qarın və döş üzgəcləri çox xırdadır. Mölyuska və xırda balıqlarla qidalanırlar. Qiymətli vətəgə balıqlarındandır və İran körfəzində ovlanır [67, 68, 118].

Sparidae fəsiləsinin Atlantik, Hind və Sakit okeanlarının açıq dənizlərində, dibdə, qumlu və lilli ərazilərdə 33 cinsinin 115 növü yayılmışdır. İran körfəzində 4 növü – Acanthopagrus bifasciatus, Sparidentex hasta, Acanthopagrus latus, Argyrops spinifer və bir yarımnövü – Crenidens crenidens indicus yaşayır. Bu balıqların bədəni üst tərəfdən (önə tərəf) xeyli qabarmış vəziyyətdədir. Ağzı iridir və öndə yerləşmişdir. Hər iki çənəsində dişlər olur. Qəlsəmə qapaqları üzərində bir ədəd küt tikanşəkilli çıxıntı olur. Yan xətt orqanı bütövdür. Bel üzgəcində 10–13 sərt, 10–15 yumşaq, anal üzgəcində 3 sərt, 8–14 yumşaq, qarın üzgəcində bir sərt və 5 yumşaq şüa olur. Ən iri fərdlərinin uzunluğu 1,2 m–ə qədər olur. Əksər növləri hermofroditdir. Heyvan mənşəli qidalarla qidalanırlar. İran körfəzində az miqdarda ovlanır [108, 121].

Sphyraenidae fəsiləsinin Atlantik, Hind və Sakit okeanlarının tropik və mülayim sularında, açıq dənizlərində dib ərazilərdə və mərcan qayalıqlarında bir cinsin – Sphyraena 21 növü yayılmışdır. İran körfəzində 4 növü – Sphyraena forsteri, Sphyraena jello, Sphyraena obtusata Sphyraena putnamae yaşayır. Bədəni alçaq və uzunsovdur. Başı yuxarıdan və aşağıdan sıxılmış, uzunsov vəziyyətdədir. Ağzı iridir, ucda yerləşir, çənələrində çoxlu sayda xırda dişlər olur. Alt çənə bir qədər qabağa çıxmışdır. Pulcuqları dairə şəkillidir, qəlsəmə qapaqlarının da üzərini örtmüşdür. Yan xətt orqanı bütövdür. Bir–birindən aralı yerləşən iki bel üzgəci vardır. Birinci bel üzgəcində 5 sərt, ikincisində bir sərt, 9 yumşaq, qarın üzgəcində bir sərt, 5 yumşaq şüası olur. İkinci bel üzgəci anal üzgəci bərabərliyində (yuxarıda) yerləşmişdir. Quyruq üzgəci haçalı olub, aşağı və yuxarı payları bir–birinə simmetrikdir. Körpə fərdləri sürü halında, iri fərdləri isə tək–tək yaşayırlar. İntensiv qidalanan balıqlardandır, heyvan mənşəli qidalarla, balıqlarla, xərçəngkimilərlə, molyuskalarla və s.–lə qidalanırlar. Qiymətli ov balıqlarındandırlar [45, 86, s. 398-406].

Stromateidae fəsiləsinin Şimali və Cənubi Amerika sahillərində, Afrikanın qərb sahillərində, Hind və Sakit okeanlarının Asiya hissəsinin açıq dənizlərində sahilə yaxın ərazilərdə (5–100 m dərinliklərdə) üç cinsinin – Pampus, Peprilus, Stromateus 15 növü yayılmışdır. İran körfəzində 1 növü – Pampus argenteus yaşayır. Bədəni hər iki tərəfdən sıxılmış, ellipsvarı formadadır. Bədənin ən böyük hündürlüyü bədən uzunluğunun 76–89%–ni təşkil edir. Başı balacadır, ağız ucda yerləşir. Bəzi növlərində alt çənə bir qədər irəliyə çıxır. Qarın üzgəcləri olmur. Bel üzgəcində 6–9 sərt, 32–51 yumşaq, anal üzgəclərində 2–6 sərt, 30–50 yumşaq şüa olur. Döş üzgəcləri uzundur, onların uzunluğu bədən uzunluğunun 19–24%–ni təşkil edir. Quyruq üzgəci dərin haçalıdır. Pulcuqları, kiçik, dairə formasındadır, tez töküləndir. Yan xətt orqanı tamdır. Qiymətli vətəgə balıqlarındandır, son dövrlərdə intensiv ovlanması nəticəsində ehtiyatı kəskin azalmışdır [76, 91].

Synodontidae fəsiləsinin Atlantik, Hind və Sakit okeanlarının açıq dənizlərində dib ərazilərində, mərcan qayalıqlarında iki cinsinin – Harpadon, Saurida 20 növü yayılmışdır. İran körfəzində 2 növü – Saurida tumbil Saurida undosquamis yaşayır. Bədəni ön tərəfdən yoğun olub, arxaya getdikcə nazikləşir. Ağzı çox iridir, çənələrində və dilinin üzərində çoxlu sayda xırda dişlər olur. Gözləri çox xırdadır. İki bel üzgəcləri olur. Birinci bel üzgəci bədənin orta hissəsində yerləşir və ikincisindən bir neçə dəfə böyük olur. İkinçi bel üzgəci isə ondan xeyli arxada, quyruğa tərəf yerləşir. Qarın üzgəcləri bel üzgəci bərabərliyində, bədənin aşağı hissəsində yerləşir. İran körfəzində az miqdarda ovlanır [123, 125].

Teraponidae fəsiləsinin Hind və Sakit okeanlarının açıq dənizlərində az duzlu və şirin sularında, sahil zonalarında 16 cinsinin 48 növü yayılmışdır. İran körfəzində 2 cinsə daxil olan 4 növü – Pelates quadrilineatus, Terapon jarbua, Terapon puta, Terapon theraps yaşayır. Bu fəsiləyə daxil olan balıqların bədəni yanlardan sıxılmış, aşağı tərəfdən nisbətən düz, yuxarıdan isə qabarıq şəkildədir. Ağzı başın uc hissəsində yerləşir, çənələrində dişlər olur. Gözləri iridir, bəzi növləri səs çıxara bilirlər. Pulcuqları xırdadır, yan xətt orqanı tamdır. Qəlsəmə qapaqlari üzərində iki ədəd tikanşəkilli çıxıntı olur. Bel üzgəcində 11–13 sərt, 9–11 yumşaq, anal üzgəcində üç sərt, 7–10 yumşaq şüası vardır. Qarın üzgəci döş üzgəcinə yaxın, bədənin aşağı hissəsində yerləşmişdir və iridir. Quyruq üzgəcinin haçası dərin deyildir, 15 yumşaq şüası vardır. Heyvan və bitki mənşəli qidalarla qidalanırlar. Bu fəsiləyə daxil olan balıqların İran körfəzində rast gəlinən nümayəndələri ovlanan iqtisadi əhəmiyyətli balıqlarındandır [147].

Trichiuridae fəsiləsinin Atlantik, Hind və Sakit okeanlarının açıq dənizlərində sahil zonalarında 10 cinsinin 42–dən artıq növü məlumdur. İran körfəzində bir növü – Trichius lepturus yaşayır. Bədəni nazik və uzundur. Ağzı və gözləri iridir. Hər iki çənəsində iti dişləri olur. Alt çənə bir qədər irəliyə çıxmişdir. Pulcuqları yoxdur. Bel üzgəci çox uzundur, başın arxasından başlayıb quyruq gövdəsinə kimi uzanır, iki hissədən ibarətdir. Ön hissəsi (təxminən yarısı) sərt, arxa hissəsi isə yumşaq şüalardan ibarətdir. Qarın üzgəcləri olmur. Anal üzgəci bədən uzunluğunun 30–35%–ni təşkil edir. Gecələr su uzərində görünürlər, heyvan mənşəli qidalarla qidalanırlar. Ən iri fərdlərinin uzunluğu 1,2 m–ə qədər olur. Əti dadlıdır, qiymətli vətəgə balıqlarındandır [42, 110].

2.3.6. Su bitkiləri.

Su hövzələrində yaşayan canlıların həyatında su bitkilərinin rolu əvəzedilməzdir. Su bitkiləri su hövzələrində suyun oksigen rejiminin tənzimlənməsində, heyvanların qidasında, çoxalmasında, düşməndən qorunmasında və s. əsas rol oynayırlar. Əksər balıqların kürüləməsi və onların körpələrinin qidalanması üçün əsas biotop bitki biotopudur. Ali su bitkiləri eyni zamanda suyun biogen elementlərin və eləcə də bir sıra zəhərli maddələrin (məsələn, xrom, kobalt, fenol birləşmələrinin) udulmasında mühüm əhəmiyyət daşıyır.

İran körfəzində 26 qrupa aid olan su bitkilərinin (Acanthophora muscoides, A.nayadiformis, Botryocladia leptopoda, Caulerpa scalpelliformis, Chaetomorpha gracilis, Codium papillatum, Colpomenia sinuosa, Cystoseira indica, Cystoseira myrica, Dictyota indica, Gracilaria arcuata,  Halimeda tuna, Padina australis və s.) yayılması haqqında ədəbiyyat məlumatları mövcüddür [64, s. 34-89].
III FƏSİL
Tədqİqatın materİal və metodU
3.1. İran körfəzində gümüşü pomfret balığının toplanmasına dair
Dissertasiya işi 2007–2009–cu illərdə İran körfəzində (İran İR ərazi sularında) gümüşü pomfret (Pampus argenteus) balığının yayılması, çoxalması, qidalanma xüsusiyyətləri, ehtiyatına təsir edən təbii və antropogen təsirlərin öyrənilməsi əsasında yerinə yetirilmişdir (şəkil 3.1).

Şəkil 3.1 İran körfəzindən ovlanmış gümüşü pomfret balığı


İran körfəzindən gümüşü pomfret balığına dair nümünələr körfəzin dörd – Bəhreqan (N 290, 30/, E 480, 45/), Xor mosa (N 290, 30/, E 500, 15/), Boşehr (N 280, 23/, E 500, 42/) və Deyyer (N 250, 28/, E 510, 21/) məntəqəsindən toplanmışdır (şəkil 3.2).

İran körfəzində tədqiqat işi aparmaq üçün yuxarıda adları qeyd olunan məntəqələrin seçilməsinin əsas səbəbi bu məntəqələrdə gümüşü pomfret balığının daha çox ovlanması və onun çoxalma dövründə bu ərazilərdə çoxalması üçün optimal şəraitin olması olmuşdur.


Səkil 3.2 İran körfəzində gümüşü pomfret balığına dair tədqiqat aparılan məntəqələr


Tədqiqat işlərini aparmaq məqsədilə istifadə olunan balıq ovu ilə məşğul olan gəmilərin uzunluğu 20 metr, eni 5 m və heyyəti 6 nəfərdən ibarət olmuşdur.

Dissertasiya mövzusunun planına uyğun olaraq tədqiqat işi üçün materiallar İran körfəzinin İran İR–nın ərazi sularından 2007–209–cu illərdə aylar üzrə ovlanmışdır. Bu məqsədlə körfəzin yuxarıda adları qeyd olunmuş hər bir məntəqəsində gəmi ilə bir saat ərzində çəkilmiş trala düşən balıqlardan və uzunluğu 100–150 metr, gözlərinin ölçüsü 40x40 mm olan qurma tora 12 saat müddətində düşən gümüşü pomfret balığından istifadə olunmuşdur.

Ovlanmış balıqların ümumi miqdarı təyin olunmuş, bioloji və morfoloji analiz üçün lazım olan nümunələr götürülmüşdür. Götürülmüş nümunələr xüsusi etiketlə təchiz olunmuş və sonrakı tədqiqatlar üçün İran İR–nın Azad İslam Universitetinə gətirilmişdir.

Eyni zamanda toplanmış nümünələrin bəziləri AMEA Zoologiya İnstitutunun “İxtiologiya” laboratoriyasına gətirilərək, laboratoriya əməkdaşlarının köməkliyi ilə tədqiq olunmuşdur.

2007–2009–cu illərdə İran körfəzindən gümüşü pomfret balığının morfometrik göstəricilərini (5 meristik, 23 plastik əlamət) öyrənmək məqsədilə 326 ədəd, cinsi vəzilərinin inkişaf mərhələlərini izləmək məqsədilə 2409 ədəd, qida tərkibini öyrənmək məqsədilə 1095 ədəd, ümumilikdə bioloji göstəriciləri (uzunluq, kütlə, dolğunluq əmsalı, cinsi vəzilərinin kütləsi və s.) öyrənmək məqsədilə 5640 ədəd balıq tədqiq olunmuşdur (cədvəl 3.1).

Cədvəl 3.1

Tədqiq olunmuş balıqların miqdarı və tədqiqatın xarakteri


İllər

Tədqiqatlar



2007

2008

2009

Cəmi

Morfometrik göstəricilərinə dair

146

180



326

Çoxalmasına dair

1588

821

757

3166

Qida tərkibinə dair

570

525



1095

Bioloji göstəricilərinə dair

2342

1706

1592

5640

İran körfəzində gümüşü pomfret balığının ehtiyatını öyrənmək məqsədilə çəkilmiş hər bir tora düşən ümumi balıqlar içərisində pomfret balıqlarının miqdarı da müəyyən edilmişdir.



3.2. Gümüşü pomfret balığının morfometrik əlamətlərinin tədqiqi usulları
Morfometrik əlamətlərin ölçülməsi ümumi qəbul olunmuş metodlar – “Guide the study of fishes and species identification sheets for fishery purposes” və “Руководство по изучению рыб” [14; 16, s. 197-254; 72, s. 684-688] əsasında yerinə yetirilmişdir. Meristik əlamətlər (bel və anal üzgəclərində olan sərt və yumşaq şüaların sayı, anal üzgəcində olan yumşaq şüaların sayı) sayılmışdır. 18 plastik əlamətin (başin uzunluğu, gözönü məsafə, alinin eni, gözarxasi məsafə, gözün diametri, başin hündürlüyü, antedorsal məsafə, anteanal məsafə, bədən dairəsinin uzunluğu, bədənin ən böyük hündürlüyü, bədənin ən kiçik hündürlüyü, bel üzgəcinin hündürlüyü, bel üzgəcinin əsasinin uzunluğu, döş üzgəcinin uzunluğu, döş üzgəci əsasinin uzunluğu, anal üzgəcinin hündürlüyü, anal üzğəci əsasinin uzunluğu, quyruq üzgəci paylari arasindaki məsafə) bədən uzunluğuna və 5 plastik əlamətin (gözönü məsafə, alinin eni, gözarxasi məsafə, gözün diametri, başin hündürlüyü) başın uzunluğuna nisbəti hesablanmış, orta arifmetrik rəqəm

[3.1]

düsturundan istifadə edilərək hesablanmışdır.

Qeyd:

M – orta arifmetrik rəqəm;

 – cəm işarəsi;



v – variasiya cərgəsi;

p – hər variasiya sırasındakı balıqların sayı;

n – balıqların ümumi miqdarı;

Orta kvadrat kənarlanma və orta arifmetrik rəqəmin səhvi

 = γ [3.2]

[3.3]

düsturlarından istifadə edilməklə tapılmışdır.

Qeyd:

 – orta kvadrat kənarlanma



γ – variasiya cərgələri arasındakı fərq;

b1 – kənarlanma

b2 – kənarlanma

m – orta arifmetrik rəqəmin səhvi;

n– obyektin miqdarıdır.

Tədqiqat əsasında əldə olunmuş nəticələrin dəqiqliyi eyni ekoloji şəraitdə yaşayan növlərin erkək və dişi fərdlərinin əlamətlərinin növdaxili fərqlərinin və müxtəlif ekoloji şəraitdə yaşayan eyni növlərin populyasiyalarının əlamətləri arasındakı fərq variasiya–statistik metodu [10, s. 148; 15, s. 18-143] əsasında

[3.4]

disturu ilə hesablanmışdır.

Qeyd:

Diff – əlamətlər arasındakı fərq

M1 ; M2 – orta arifmetrik rəqəm

m1 ; m2– orta arifmetrik rəqəmin səhvi

Balıqların morfometrik ölçüləri ştangen–sirkulun köməyi ilə 0,01 mm dəqiqliklə ölçülüb və kütlələri is 0,1 q dəqiqliklə elektron tərəzidə çəkilmişdir.



3.3. Gümüşü pomfret balığının qida tərkibinin tədqiqi usulları
Pomfret balıqlarının qida möhtəviyyatını tədqiq etmək üçün hər ay 26–86 ədəd balığın qarınları ov yerində yarılmış və mədə–bağırsaqları 7%–li spirtdə fiksə olunaraq Azad İslam Universitetinin balıqçılıq laboratoriyasına gətirilmişdir. Laboratoriyada əməkdaşlarının (professorlar – Tooraj Valinasab, Pretta Kojanian və elmi işçilər (hidrobioloqlar) – Mərcan Şiyxi, Səhər Cəlili, Nəvid Zulrəyasəteyin) rəhbərliyi ilə mikroskop altinda ümumi qəbul olunmuş metodlarla və təyinat kitablarından – C.D.Todd, M.S.Laverack [145], C.C.Davis [64, s. 34-159] və R.J.Carmelo [43, s. 367-389] istifadə etməklə balıqların mədə–bağırsaq möhtəviyyatında olan qidanın tərkibi müəyyən edilmişdir.

Mədə möhtəviyyatında qidanın rastgəlmə tezliyini müəyyən etmək üçün S.P.Bisvas [38, s. 98-133] və N.Y.Lebedev [87] metodundan istifadə olunmuşdur.

Bağırsağın doluluq indeksini müəyyən etmək üçün tədqiq olunmuş balıqların mədələri beş qrupa bölünmüşdür: tam dolu mədələr, ¾ hissəsi dolu, ½ hissəsi dolu, ¼ hissəsi dolu və boş mədələr. Hər qrupa daxil olan balıqların qidalanma intensivliyi D.O.Conover [56] metodundan istifadə edilməklə

[3.5]

düsturu əsasında müəyyən edilmişdir.

Qeyd:

CV – mədələrin doluluq göstəricisi (Vacuity index)



Es – boş mədələrin sayı

Ts – tədqiq olunan mədələrin ümumi sayıdır.

Əgər 0

Balıqların sevimli və ya birinci dərəcəli qidasını təyin etmək üçün



[3.6]

düsturundan [71] istifadə olunmuşdur.

Qeyd:

FP – balığın sevimli və ya birinci dərəcəli qidasıdır (Fullness index)



Nsj – içərisində yalnız bir növ qida olan mədələrin göstəricisidir

Ns – içərisində müxtəlif cür qidalar olan mədələrin sayıdır.

Əgər FP<10 olarsa, bu o deməkdir ki, qida balığın əsas qidası deyil və təsadüfən qəbul edilmiş qidadır, 10>FP<50 olarsa, onda qəbul edilən qida balığın ikinci dərəcəli qidasıdır, FP>50 olarsa, onda qəbul edilmiş bu qida balığın birinci dərəcəli və ya sevimli qidası hesab olunur.

Balıqların mədəsində olan qidanın bədən kütləsinə nisbətini (nisbi kütləsini) müəyyən etmək üçün



[3.7]

GaSİ (Gastrosomatic index) dusturundan istifadə olunmuşdur [61].

Qeyd:


GaSİ – balığın mədəsində olan qidanın bədən kütləsinə nisbətidir

Ps – balığın mədəsində olan qidanın kütləsidir

P – balığın kütləsidir.

3.4. Gümüşü pomfret balığının bioloji göstəricilərinin tədqiqi usulları
Tədqiqat işi aparmaq məqsədilə ovlanmış hər bir balığın uzunluq (bədənin tam uzunluğu, bədənin Smitə görə uzunluğu və bədənin standart uzunluğu) və kütlə (bədənin tam kütləsi və içalatsız kütlə) göstəriciləri müəyyən edilmişdir.

Bioloji göstəriciləri tədqiq olunmuş hər bir balığın dolğunluq əmsalı Fulton və Klark



[3.8]

[3.9]

üsullarından istifadə edilməklə təyin edilmişdir

Qeyd:

Q – dolğunluq əmsalı;

P – balığın ümumi kütləsi;

P1 – balığın içalatsız kütləsi;

l– balığın bədəninin standart (SL) uzunluğudur.

Pomfret balığının cinsi vəzilərinin nisbi kütlələrini, məhsuldarlığını və inkişaf mərhələlərini müəyyən etmək məqsədilə 2007–2009–cu illərdə aylar üzrə (yanvar–dekabr) İran körfəzindən 7–12 m dərinlikdən ovlanmış 3166 ədəd balıqdan istifadə edilmişdir.

Cinsi vəzilərin yetişmə faizini müəyyən etmək üçün D.O.Conover [56] və S.P.Biswas [38, s. 85-154] metodlarından istifadə edilərək

[3.10]

dusturu ilə hesablanmışdır.

Qeyd:

X – cinsi vəzilərin yetişmə faizi



p – cinsi vəzilərin kütləsidir

P – balığın kütləsidir.

Balıqların məhsuldarlığını müəyyən etmək məqsədilə 165 ədəd balığın yumurtalığında olan kürülər sayılmışdır. Bu məqsədlə dişi balıqların qarnı açılaraq cinsi vəziləri çıxarılmış, kütləsi təyin edildikdən sonra tam yetkinlik mərhələsində olan kürülərdən 1 q götürülərək 2%–li formalin məhlulunda fiksə olunaraq laboratoriyaya gətirilmiş və Bisvas [38, s. 112-143] metodu ilə cinsi məhsuldarlığı təyin edilmişdir.

Pomfret balıqları tropik sularda yaşadıqlarına görə onların pulcuqlarında illik halqaları ayırd etmək olduqca çətindir. Eyni zamanda onların kəllə süsmüklərində olan otolit sümükləri də çox xırda və zərif olduqlarından onlarla da pomfret balıqlarının yaşının təyin olunmasında istifadə etmək mümkün deyildir. Ona görə də biz balıqların yaşının təyin olunmasında Von–Bertalanfyn formulundan istifadə etmişik.



Qrafik 3.1. Pomfret balıqlarının yaşını təyin etmək üçün Von Bertalanfin dusturunun diaqramı

Qeyd:

L(t) – ovlanan zaman balığın uzunluğudur



L∞ – məlum olan ən iri balığın uzunluğudur

K – balığın böyümə əmsalıdır

t – balığın yaşadığı müddətdir (gün hesabı ilə)

t0 – balığın kürüdən çıxdığı müddətdir.

Hər bir balığıa aid olan məlumatlar komputer proqramlarına – Excel, Spss, Fisat və Elfan [116; 138, s. 324-346] daxil edildikdən sonra balığın yaşadığı günlərin sayı (yaşı) müəyyən edilir.

Pomfret balıqlarının cinsi vəzilərin yetkinlik mərhələləri S.Dadzie [60] və başqalarına görə tədqiq olunmuşdur.

I–VII mərhələlərdə pomfret balığının cinsi vəzilərinin mikroskopik quruluşu və histoloji vəziyyəti dişi və erkək fərdlər üçün aşağıdakı metoda əsasən müəyyən edilmişdir.

Dişi fərdlər üçün:

I yetkinlik mərhələsində yumurtalıqlar nazik, kiçik və şəffaf olmaqla baş tərəfə yaxın yerləşmişir.

II yetkinlik mərhələsində ilk dəfə və ya təkrar kürü tökən balıqlarda yumurtalıqlar inkişaf etməyə başlayır. Yumurtalıq solğun sarı rəngdə olur. Yumurtalıqda olan kürülərin 12–15%–i dolu olur. Yumurtalıqlarda bir neçə lipid vezikulları görünür.

III yetkinlik mərhələsində yumurtalıq açıq sarı rəngdə olur. Bu mərhələdə yumurtalığın inkişaf etməsilə əlaqədar olaraq kapilyarlarla qan axını başlayır. Yumurtalıqda olan kürülərin 18–19%–i dolu olur. Bu zaman yumurtalıqda olan kürülərin diametri 0,09–0,14 mm arasında dəyişərək, orta hesabla 0,12±0,08 mm təşkil edir.

IV yetkinlik mərhələsində kürülər nisbətən böyüyürlər, parlaq sarı rəngdə olurlar. Yumurtalıqda qan damarları ilə qanın hərəkət etməsi aydın şəkildə hiss olunur. Yumurtalıqda olan sarı rəngli kürülər və lipid vezikulları mikroskopda tam aydın görünür. Kürülərin diametri 0,25–0,29 mm arasında dəyişərək, orta hesabla 0,27±0,07 mm olur.

V yetkinlik mərhələsində yumurtalıqda olan kürülərin 41,8%–i dolu olur. Kürülərin ölçüsü maksimuma yaxınlaşır, lipid vezikullar birləşir, qutbləşmə prosesi başa çatmaq üzrə olur. Kürülərin diametri 0,33–0,38 mm arasında dəyişərək, orta hesabla 0,36±0,07 mm təşkil edir.

VI yetkinlik mərhələsində yumurtalıq maksimum həddinə qədər şişir, kürülərin diametri 0,40–0,44 mm arasında dəyişərək, orta hesabla 0,42±0,05 mm olur. Bu yetkinlik mərhələsində olan balıqların kürülərinin rəngi sarı olmaqla, eyni zamanda çox yumşaq olur. Yumurtalıqda olan kürülərin 64%–i dolu olur. Yumurta borusu yağlanır, qarın boşluğu azacıq sıxıldıqda kürülər xaricə çıxır. Bu mərhələdə kürülərin qutbləşmə mərhələsi artıq başa çatıb, kürütökmə başlayır.

VII yetkinlik mərhələsində kürülər tökülüb, yumurtalıq bənövşəyi rəngdədir, onun 64%–i sudan ibarətdir. Folikul kisələri dağılıb, növbəti ildə kürütökmə üçün yumurtalıqda formalaşma başlayır.



Download 1,6 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish