Fərdi kompyüterlərin ümumi quruluşu.
Fərdi kompüterlər fərdi istifadə üçün nəzərdə tutulmuş , asan idarə olunan mikroprosessor adlanır. İBM – in tərkibinə klaviatura , displey , sistem bloku , mış daxildir. Bundan əlavə bir sıra əlavə qurğuları – prunteri , skaneri , modemi , audio – platanı və s. də qoşmaq olar. Sistem bloku kompüterin əsas hissəsi hesab olunur. Sistem blokunun daxilində ana plata , prosesssor, yaddaş qurğusu , FDD – elastik disk qurğusu , HDD - sərt disk qurğusu və s. komponentlər yerləşır. Hesablama işlərini yerinə yetirən kompüterin əsas mikrosxeminə prosessor deyilir. Konstruktiv olaraq prosessor - oyuqlardan ibarətdir və əməli yaddaşın oyuqlarından verilənlərin saxlanması ilə yanaşı dəyışdirilməsinə görə fərqlənir. Prosessorun daxili oyuqlarına registr deyilir. Reqistr – dedikdə - ikilik ədəd şəklində verilmiş informasıyanı müvəqqəti yadda saxlamaq üçün istifadə olunan elektron sxem başa düşülür. Prosessor kompüterin digər qurğuları ilə , ilk növbədə əməli yaddaşla bir neçə qrup bələdçi ilə bağlıdır , buna şin deyilir. Üç əsas şin növü vardır:verilənlər şini , ünvanlı şin , əmrlər, idarəetmələrin şini. Bundan əlavə , PC – nin funksiyalarını yerinə yetirən xüsusi şinlər qrupu da vardır : sistem şınləri , keş – yaddaş şinləri , əməli yaddaşda informasiya mübadiləsi aparan şinlər , çıxış və gırış şınləri. Verilənlər şını əməli yaddaşdan verilənlərin prosessorun regisrlərinə köçürülməsi və tərsi baş verir. İdarəedici şinlər vasitəsilə müxtəlif idarəedici siqnallar göndərilir. Bu siqnallar prosessora nəzərən giriş və çıxış siqnalları ola bilər. Bu siqnallar vasitəsi ilə yaddaşa yazma və oxuma , giriş – çıxış əməliyyatları idarə olunur. Prosessorun əsas parametrləri : 1. İş gərginliyi 2. Mərtəbə 3. Taktiki iş tezliyi 4. Keş – yaddaş 5. Taktiki tezliyin daxili vurma əmsalı. Prosessorun iş gərginliyini – ana plata təmin edir, ona görə də prosessorun müxtəlif markalarına müxtəlif ana plata uyğundur. Prosessorun mərtəbəsi dedikdə - onun bir dəqiqədə öz registrlərində nə qədər bitin qəbulu və emal edilməsi başa büşülür. Prosessora daxil olan taktların tezliyi nə qədər yüksək olarsa,o müəyyən vaxt ərzində daha çox əmr yerinə yetirər , beləliklə də səmərəlilik o qədər yüksələr.Keş yaddaş-Kompüterin məhsuldarlığını artırmaq və əməli yaddaşa müraciəti azaltmaq üçün, prosessorun daxilində bufer oblast – keş – yaddaş adlandırılan sahə yaradılır. Əməli yaddaş-Əməli yaddaş ( RAM - Random Access Memory ) - verilənləri yadda saxlamaq qabliyyətinə malik olan kristral oyuqlar massividir.Dinamik yaddaş-Dinamik ( D R A M ) yaddaş oyuğunu öz örtüyündə enerji yığmaq qabliyyətinə malik olan mikroikondesator şəklində təsəvvur etmək olar. Statik yaddaş - ( S R A M ) oyuğunu bir neçə tranzistordan ibarət elektronlu mikroelement – triggerlər kimi təsəvvür etmək olar. Fərdi kompüterlər tip ölçülərinə görə aşağıdakı modellərə bölünür. Stolüstü kompüterlər - daha geniş yayılmışdır. Onlar iş yerinin əsas aləti hesab edilir, əlavə qurğuların qoşulması hesabına konfiqurasiyanın dəyişdirilməsi mümkündür. Portativ modellər əldə aparmaq üçün əlverişlidir. Portativ kompüterlərin əsas fərqli xüsusiyyəti onların rabitə vasitəsi kimi istifadə edilməsidir. Portativ kompüterlərin özləri də ―Laptop‖, ―Notebook‖, ―Palmtop‖ sinfinə bölünür. Cib kompüterləri ―intellektual qeyd dəftərçəsi ‖funksiyasını yerinə yetirir.Onlar operativ məlumatları mühafizə edir və onlara surətli müraciəti təmin edir
Do'stlaringiz bilan baham: |