16.Sistem anlayışı. Sistemin xassələri. Kibernetik nöqteyi nəzərdən sistem - ayrı-ayrılıqda sərbəst olan, vahid bir məqsədə xidmət edən və eyni təbiətli elementlərin məcmuudur. Başqa sözlə-sistem dedikdə bir-birilə qarşılıqlı əlaqədə olan element və hissələrin nizamlı düzülüşü nəzərdə tutulur. Sistemin hər bir elementini müəyyən dəyişən kəmiyyətlə əlaqələndirmək olur ki, bunlara da sistemin koordinatları deyilir. Sistem dedikdə - müəyyən məqsədə nail olmaq üçün bir – biri ilə əlaqələndirilmiş elementlər çoxluğu başa düşülür. Sistemin elementləri onları səciyyələndirən xassələlərə malik olur. Bu xassələrin strukturu və növü vasitəsi ilə sistemin elementlərinin bir – biri ilə oxşarlığı və ya fərqliliyi təyin edilir. Bununla da elementlər arasında əlaqələr müəyyənləşdirilir. Sistem - anlayışı qoyulmuş məqsədə çatmaq üçün vahid bir tam kimi fəaliyyət göstərən, qarşılıqlı əlaqədə olan elementlər kompleksini özündə birləşdirir. Sistemin struktur, element funksiyası və elementin və sistemin özünün girişi və çıxışı kimi komponentləri var. Altsistem- ümumi sistemin müəyyən əlamətə görə ayrılmış bir hissəsidir. Altsistemlər informasiya sisteminin bütövlükdə fəaliyyətinin təmin edilməsinə xitmət edirlər
17. Sistemlərin təsnifatı. Sistem fəaliyyət göstətdikdə onun elementləri arasında qarşılıqlı əlaqə yaranır.Əgər bu əlaqlər zamandan asılı deyilsə, onda sistemin elementləri arasında əlaqə statik əlaqə adlanır. Əgər bu əlaqlər zamandan asılı olaraq dəyişirsə, onda - dinamik əlaqə adlanır. Sistemi iki əlamətə görə təsnifləşdirmək olar: Fəaliyyət və mürəkkəblik dərəcəsinə görə. Fəaliyyət şərtlərinə görə 1)determinə (müəyyən) və 2)ehtimallı sistemlərə ayrılr. Determinə (müəyyən) olunmuş sistemlərdə sistemin elementləri və bu elementlər arasındakı qarşılıqlı əlaqələr qabaqcadan müəyyən olunmuş qaydada mövcud olur. Ehtimallı sistemlərdə isə sistemin elementləri və arasındakı əlaqələr elementlər arasındakı qarşılıqlı əlaqələr ehtimal xarakterli olduğuna görə bu sistemlərin özlərini necə apacağı haqqında fikir söyləmək olmur. Mürəkkəblik dərəcəsinə görə: sadə, mürəkkəb və çox mürəkkəb sistemlərə bölünürlər. 1)Sadə sistemlər qarşılıqlı əlaqədə fəaliyyət ğöstərən az sayda elementlərdən ibarət olub , sadə funksiyaları yerinə yetirir. 1)Mürəkkəb sistemlər qarşılıqlı əlaqədə fəaliyyət ğöstərən çoxsaylı elementlərdən ibarət olub, şaxələnən quruluşa malikdirlər və daha mürəkkəb funksiyaları yerinə yetirir.3) Çox mürəkkəb mürəkkəb sistemlər elə sistemlərdir ki, onların vəziyyətini bu və ya başqa səbəblərə görə tam şərh etmək mümkün olmur. Toplanan və emal olunan informasiya resurslarının xarakterinə görə informasiya sistemləri 3 sinfə bölünür: sənədli, faktoqrafik və sənədli-faktoqrafik sistemlər. 1)Sənədli sistemlər təbii dildə ifadə olunmuş müxtəlif sənədlərlə (monoqrafiyalar, məqalələr, dövri nəşrlər, normativ və hüquqi sənədlər və s.) işləmək üçün istifadə olunurlar.2) Faktoqrafik informasiya sisteminin əsas funksional qovşağı verilənlər bazasının idarəetmə sistemidir. Faktoqrafık sistemlərdən təkcə verilənlərin saxlanması və axtarışı üçün deyil, həm də onların emalını tələb edən məsələlərin həlli üçün istifadə olunur. İnformasiya-axtarış sistemi- təbii dildə sənədlərin toplanması və müxtəlif kriterilərə görə axtarışını təmin edir. Bu cür sistemlərdən həm müəssisə (korporasiya) səviyyəsində, həm də İnternet şəbəkəsində müxtəlif tip sənədlərin toplanması, sistemləşdirilməsi və axtarışı üçün istifadə olunur.