35. Fayl və qovluqlarla iş zamanı əlavə imkanları.
Fayl, qovluq və etiketin yaradılması. Yeni faylı (yeni sənədi) yalnız müvafiq proqram pəncərəsində deyil, həm də bələdçi proqramının pəncərəsində və ya İş stolunda yaratmaq olar. Beləliklə, yeni faylın (sənədin) yaradılması əməliyyatı aşağıdakı addımlardan ibarətdir: 1. Bələdçi pəncərəsinin sol panelində yeni sənədin yerləşəcəyi qovluq seçilir (fayl İş stolunda yerləşəcəksə, o halda İş stoluna keçilir); 2. Qovluq pəncərəsinin sağ hissəsində (və ya İş stolunda) boş yerdə mausun sağ düyməsi basılır və açılan kontekst menyudan New (Yeni-Создать) əmri seçilir; 3. Açılan əmrlər siyahısından zəruri faylın yaradılması üçün müvafiq əmr seçilir, faylın adı yazılır və Enter düyməsi basılır. Yeni qovluq həm bələdçi pəncərəsində və həm də İş stolunda yaradıla bilər. Bunun üçün bələdçi (qovluq) pəncərəsində (və ya İş stolunda) boş yerdə mausun sağ düyməsi basılır və New (Yeni) əmri ilə açılan kontekst menyudan Folder (Qovluq) əmri seçilir (və qovluq üçün yeni ad daxil edilir.Alətlər panelindən istifadə etməklə də yeni qovluq yaratmaq olar. Belə ki, bələdçi pəncərəsinin sol panelində (keçidlər panelində) yeni qovluğun yerləşəcəyi qovluq və ya disk seçilir və alətlər paneli üzərindəki New folder (Yeni qovluq) düyməsi basılır. Bunun ardınca qovluğun adı daxil edilir və Enter düyməsi (və ya mausun düyməsi ixtiyari boş yerdə) basılır. Etiket yaratmaq üçün yuxarıdakı) kontekst menyudan Shortcut (Etiket) əmri seçilir. Bu halda Greate Shortcut (Etiket yaratmaq) dialoq pəncərəsi ekrana çıxır. Bu pəncərədə müvafiq sətirdən zəruri fayl obyektinin ünvanı (adı) daxil edilməlidir. Bu məlum olmadıqda Browse (Xülasə) düyməsi basılır və açılan siyahıdan fayl obyekti tapılır. Bunun ardınca Next (Növbəti) düyməsi ilə açılan növbəti pəncərədə etiket üçün ad daxil edilir və sonda Finish (Hazır) düyməsi basılır.
36.Mətn prosessorları haqqında ümumi məlumat.
Adətən,bir çox sənədlərin tərtibində onların formatlaşdırılmasıl tələb olunduğu halda,digərləri üçün bu lazım olmur.Buna görədə yaradılan bəzi proqramlarda mətnin yalnız daxil edilməsi və redaktə edilməsi nəzərdə tutulur.Bu cür proqramlar mətn redaktorları adlanır. Digər proqramlar isə əlavə olaraq mətnin formatlaşdırılmasına imkan verir ki, bunlara da mətn prosessorları deyilir. WiNDOWS əməliyyat sisteminə standart Notepad, Write mətn redaktoru və sadə Word Pad mətn prosessoru daxildir. Bir çox mətn prosessorları üçün ümumi olan anlayışlara baxaq: Simvol – sənəd mətnin minimal elementidir. Abzas – Word proqramında abzas dedikdə, abzasın sonu işarəsi ilə qurtaran mətn fraqmenti başa düşülür. Abzasın sonu Enter düyməsinin basılması ilə daxil edilir. Kolontitul – bütün səhifələrdə təkrar olunan səhifə sərlövhələridir. Səhifə sərlövhələri səhifənin yuxarısında və aşağısında ola bilər. şərh (Qeyd) – əsas mətndən xaricdə yerləşən və mətnin hər hansın sözünə və ya cümləsinə verilən izahatdır. Bölmə – sənədin ayrıca bir hissəsidir ki, buradakı səhifələrin öz parametrlərinin və kolontitullarını təyin etmək mümkündür. Bölmələrin sərhədləri ayırıcılarla qeyd olunur. WYSIWYG (What You See Is What You Get – nə görürsənsə, o da çap olunur) rejimi onu göstərir ki, redaktə olunmuş sənəd ekranda necə görünürsə, o cür də çap olunur.
Do'stlaringiz bilan baham: |