XILAFӘT DÖVRÜNÜN NӘTICӘLӘRI
Məhəmməd (s)-dan sonra ilk üç xəlifənin hakimiyyət dövründə saysız-hesabsız ölkə və şəhərlər fəth olunub Islam ölkələrinin ərazisi birə on artsa da, daxili keşməkeşlər və aparılan siyasət əsaslı ideologiya əsasında olmadığı, habelə ətraf məntəqələrin hakimləri ilə mərkəzi xilafət arasında daimi əlaqə olmadığı üçün ölkə və şəhərlərin fəthi əks nəticə verərək, Islam mədəniyyətinə ağır zərbə vurmuşdur.
Bir çox məntəqələr Islam ölkələrinin sırasına daxil olsalar da, maddiyyata olan meyl, şan-şöhrət hissi, dini bid`ət və ideloji pozğuntular, Islamın öz həqiqi simasını itirməyə səbəb olmuşdu. Islam ölkələrində yaradılan əlaqələr Islam qanunları əsasında qurulmadığı üçün müsəlmanlar bu müqəddəs dini öz qonşu ölkələrinə lazımi qaydada çatdırmağa nail ola bilməmişdilər.
Xəlifələrin ölkə və şəhərlərin fəthinə dair həyata keçirdikləri siyasətlərin verdiyi zahiri nəticələr aşağıdakılardan ibarət olmuşdur:
a) Iqtisadi çətinliklərin həlli;
Minlərlə ərəb Mədinəyə mühacirət etdikdən sonra şəhər mühiti onların məşğuliyyətini tə`min etməyə qadir olmasa da, ölkə və şəhərlərdə aparılan fəthlər, xüsusilə də əldə olunan qənimətlər, onların döyüş meydanına üz tutmalarına səbəb olurdu.
b) Iqtisadi çətinliklərin həlli;
Әtraf məntəqələrin fəthi genişlənməklə, Islama həqiqi can yandıran sadiq şəxslər Allah yolunda cihad etmək üçün Mədinəni tərk edib döyüş məntəqələrinə yola düşürdülər. Kafirlərlə müharibə, daxildə aparılan səhv siyasətin üzərini örtmək üçün ən yaxşı vasitə idi. Bu siyasətə e`tiraz edən şəxslər isə dərhal döyüş məntəqələrinə sürgün olunurdu və təssüflər olsun ki, daxili məsələlərə diqqətsizlik sonralar aradan qaldırılması mümkün olmayan bir neçə ağır faciəyə səbəb olur. O cümlədən:
1-Müaviyə və Xalid ibn Vəlidin hakimiyyət üçün hazırlanması;
2-Israiliyyat (yəhudilik) tərzi-təfəkkürünə aludə olmuş kitab əhlinin Islam cəmiyyətinə nüfuz etməsi;
3-Xəlifələrin (şəxsi rə`y əsasında) hökm çıxarmalarının qanuniləşdirilməsi və onların rəftar və davranışlarının "şər`i sünnət" (şəriətə uyğun adət-ə`nənə) hesab olunması;
4-Ictihad məsələsinin ortaya atılması ilə Peyğəmbər (s)-ın sünnətinə qarşı yaranan e`tinasızlıq və hədislərin yazılmasına dair qoyulan qadağalar.
Әli (ə) o dövrün ictimai vəziyyətini bu ibarətlərlə bəyan edir: "Bilin ki, Həzrət Məhəmməd (s) peyğəmbərliyə tə`yin olunduğu zaman hansı çətinliklərlə qarşılaşmışdısa, sizdə indi həmən çətinliklərə düçar olmusunuz"19.
Başqa bir yerdə Peyğəmbər (s)-ın dilindən o dövrün camaatının gələcəyi haqqında buyurur: “Bu camaat öz var-dövlətlərinin fitnə-fəsadına düçar olub Allahın mərhəmətini arzu etməklə yanaşı, Islamı qəbul etdikləri üçün Ona minnət qoyarlar. Allahın haram etdiyi şeyləri öz yalan şübhələri ilə halal edər, şəraba nəbiz (şərbət), sələmə isə müamilə adı verməklə, onları özlərinə rəva bilərlər"20.
Mə`lum olur ki, Peyğəmbər (s)-ın risaləti (gətirdiyi din) ümumbəşər və əbədilik kimi iki ən başlıca xüsusiyyətə malik olmuş və onun xarici siyasəti, müxtəlif dövlət və qəbilələr ilə yaratdığı əlaqələr Allaha təvəkkül etməklə, "Allahdan başqa Allah yoxdur deyin və nicat tapın" kəlməsini yaymaq, kafirlərlə dostluq etməyib onların Islam cəmiyyətinə hakim olmalarına imkan verməmək, haqq-ədalətə riayət etmək, ətraf məntəqələrlə səmimi münasibətdə olmaq, onlara yardım və əhdə vəfa etmək, Ilahi qanunlardan boyun qaçırmamaq əsasında qurulmuşdur. Mühüm ictimai məsələlərdə əshabla məsləhətləşmək və aparılan danışıqlarla sülh və səmimiyyətin hər şeydən üstün tutulması, qəbilələrin müştərək xüsusiyyətlərindən istifadə edərək şəriət qanunlarını yaymaq və əmrə tabe olmadıqda, Allahın izni ilə mübarizəyə əl atmaq21 və nəhayət, sülh və barışığa razı olanlarla sülh şəraitində olmaqda22 Peyğəmbər (s)-ın qurduğu yeni cəmiyyətdə tətbiq etdiyi siyasətin ən mühüm hissəsini təşkil etmişdir. Bir sözlə dövlət rəhbərlərinə xarici siyasət, beynəlmiləl hüquq və qanunlar üçün hər nə lazımdırsa, Peyğəmbər (s)-ın tətbiq etdiyi siyasətdə öz əksini tapmışdır.
Lakin təssüflər olsun ki, sonrakı xəlifələrin hakimiyyət dövründə xarici siyasət və beynəlmiləl əlaqələr get-gedə öz əhəmiyyətini itirmiş və öz axarından çıxaraq, uçuruma doğru yönəlmişdir. Bu bir həqiqətdir ki, əgər Islami cəmiyyət öz vüqar və şan-şöhrətini qoruyub mö`min və əməlisalehlər cəmiyyət qurmaq istərsə, hökmən öz daxili və xarici əlaqələrini Qur`an və Peyğəmbər (s)-ın sünnəti üzərində qurmalıdır. Həşr surəsinin 7-ci ayəsində deyildiyi kimi: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə. ondan əl çəkin”.
(2-1-5) MÜSӘLMANLARIN BEYNӘLMILӘL SIYASӘTDӘN UZAQ DÜŞMӘLӘRI
Müsəlmanlar Islami hakim və hakimiyyət məsələsində ciddi çətinliklə qarşılaşdıqdan sonra bunun beynəlmiləl siyasətdə də təkrar olacağı təbii bir hal idi. Yaranmış gərgin vəziyyət Bəni Üməyyə xəlifəsi Müaviyyənin hakimiyyət dövründə özünün ən son həddinə çatır. O, daxili böhranı aradan qaldırmaq üçün Rum imperatorluğunun hakimiyyətini qəbul edir. Abbasi xəlifələrindən olan Harun Әrrəşidin dövründə isə, Islam hakimiyyəti özünün çiçəklənmə dövrünü keçirdiyi bir dövrdə, xarici siyasət zorakılıq və bac-xərac əsasında aparılır və bütün bunlarla yanaşı, din və Islam mədəniyyəti sahələrində heç bir təbliğat aparılmamışdır.
Müaviyyənin hakimiyyəti dövründə Peyğəmbər (s)-ın xarici siyasəti özünəməxsus diplomatiya ilə əvəz olunur. Peyğəmbər (s)-ın tətbiq etdiyi beynəlmiləl siyasət iman, Allaha təvəkkül, qətiyyətlik, özünə arxayınlıq və mə`nəvi dəyərlər əsasında qoyulduğu bir halda, Müaviyyənin zəiflik göstərərək daxili çətinliklərin öhdəsindən gələ bilməməsi, xüsusilədə Әli (ə)-ın sadiq tərəfdarlarının rəhbərlik etdikləri hərəkatlardan yaranmış qorxu hissi, hakimiyyəti qorumaq və xarici siyasət onu bac-xərac üsulundan istifadə etməyə vadar edirdi. Belə ki, qərb sərhədlərinin qorunması və Rum imperatorluğu tərəfindən təcavüzə mə`ruz qalması üçün hər il onlara külli miqdarda bac-xərac vermiş və beləliklə, Peyğəmbərin (s)-ın tətbiq etdiyi siyasət və idarə etdiyi dölətçilik üsulundan uzaq düşmüş olur.
Buraxılan böyük səhvlərdən birini də, hicrətin II yüzilliyinə Harun Әr-rəşidin xilafət dövründə müşahidə etmək olar. Islam ölkələrinin sərhədləri Avropada Fransadakı Luvr çayından başlayaraq, Asiyada Hindistan və mərkəzi Afrika dövlətlərini əhatə etdiyi bir halda, Peyğəmbər (s)-ın me`yarları ilə beynəlmiləl siyasətin icra olunması üçün bütün lazımi şəraitin olmasına baxmayaraq, madiyyat və şan-şöhrət arzusu, Abbasi xəlifələrinə ixtiyarlarında olan qüdrətdən Islamın genişlənməsi yolunda istifadə etməyə mane olurdu.
Do'stlaringiz bilan baham: |