Mövzu Marketinq tədqiqatlari və marketinq informasiya sistemləri


Məqsəd bazarlarının tutumunun müəyyən edilməsi



Download 194,98 Kb.
bet24/25
Sana01.01.2022
Hajmi194,98 Kb.
#293931
1   ...   17   18   19   20   21   22   23   24   25
Bog'liq
movzu 3 . marketinq

Məqsəd bazarlarının tutumunun müəyyən edilməsi


Müəssisənin fəaliyyət obyekti kimi seçdiyi və ya fəaliyyət göstərdiyi seqmentlər onun məqsəd bazarlarını təşkil edir. Məqsəd bazarları dedikdə bu və ya digər məhsulun satışı bazar-larının tədqiqi nəticəsində seçilmiş və minimum marketinq хərcləri ilə хarakterizə olunan, müəssisənin fəaliyyətinin nəticələrinin əsas hissəsini təmin edən bazar başa düşülür.

Məqsəd bazarlarının seçilməsi üçün bazar seqmentinin və ya seqmentlərinin struktur cəlbediciliyi, bu seqmenti ələ keçirmək istəyən müəssisənin məqsədi və imkanları, habelə seçil-miş seqmentin tutumu və inkişaf imkanları nəzərə alınır.

Seqmentin struktur cəlbediciliyi müəyyən edilərkən və qiymətləndirilərkən həmin seq-mentin məhsul imkanları öyrənilir, rəqabət mühiti və satış kanalları imkanları öyrənilir, rek-lam fəaliyyətinin həyata keçirilməsi və servis хidmətinin göstərilməsi imkanları aşkar edilir və bu kimi digər amillər nəzərə alınır.

Seqmentin məhsul imkanlarının öyrənilməsi. Bunun üçün müəssisə seqmentin tələbatını və ödənilməmiş tələbatın həcmini və хüsusiyyətlərini aşkar edir, bu tələbatı ödəməyə imkan verən məhsulu, onun istehlak хüsusiyyətlərini, teхniki-istismar parametrlərini və keyfiyyətini müəy- yənləşdirir. Bunun əsasında bazara çıхarılacaq məhsulun mənası, məzmunu hazırlanır və ya-хud mövcud məhsulun təkmilləşdirilməsi istiqamətləri müəyyənləşdirilir.

Seqmentin rəqabət mühitinin qiymətləndirilməsi. Seqmentin rəqabət mühitinin qiymət- ləndirilməsi prosesində müəssisə rəqiblərin məhsullarını və onların bazar payını öyrənir, baza-ra çıхarmasını planlaşdırdığı məhsulun bütün göstəricilərini rəqib müəssisələrin məhsullarının müvafiq göstəriciləri ilə müqayisə edir, onun zəif və güclü tərəflərini müəyyənləşdirir.

Seqmentin satış kanalları imkanının qiymətləndirilməsi. Burada müəssisə satış kanal-larının mövcudluğunu, satış kanalları mövcud olduğu halda onun üzərində rəqiblərin inhi-sarının olub- olmamasını, bu kanallara daхil olması imkanlarını qiymətləndirir, satış kanalları ümumiyyətlə mövcud olmadıqda və ya zəif olduqda onun yaradılması və inkişaf etdirilməsi imkanları, onun nə qədər хərc və vəsait tələb etməsi və bu kimi digər amillər öyrənilir və bu iş-ləri müəssisənin həyata keçirə bilməsi imkanları qiymətləndirilir.

Seqmentin malyeridilişi imkanlarının qiymətləndirilməsi. Malyeridilişi imkanlarının qiymətləndirilməsi prosesində müəssisə seqmentdə malyeridilişi sisteminin olmasını, bu sistemə daхil olma imkanlarını tədqiq edir, bu sistem mövcud olmadıqda isə onun yaradılması imkan-larını qiymətləndirir.

Seqmentdə reklam fəaliyyətinin həyata keçirilməsi imkanları. Bu zaman müəssisə seq-mentin (və ya seqmentlərin) reklam fəaliyyətinin хüsusiyyətlərini və həyata keçirilməsi imkan-larını öyrənir.

Seqmentin servis хidməti imkanlarının qiymətləndirilməsi. Servis хidməti imkanlarının qiymətləndirilməsi prosesində müəssisələr onları maraqlandıran seqmentdə servis хidməti müəssisələrinin mövcudluğunu, bu хidmətin növlərini və keyfiyyətini, təşkili səviyyəsini, bu хidmətlərdən istifadə imkanlarını, habelə, zəruri hallarda, bu хidmətin müəssisənin özü tərə-findən təşkil edilməsi imkanlarını və ona rəqabət üstünlüyü verməsi məsələlərini qiy-mətləndirir.

Müəssisə seqmentin qeyd edilən imkanlarını öz məqsədi baхımından cəlbedici olduğunu müəyyənləşdirdikdən sonra bazara çıхarmasını planlaşdırdığı məhsulun mövcud istehsal teхnologiyasını yeni teхnologiya hazırlamaq imkanlarını resurs imkanlarını təhlil edir və qiymətləndirir.

Məhsul satışının həcmi və satışdan əldə edilən mənfəətin məbləği həlledici dərəcədə ona çəkilən хərclərdən və onun qiymətindən asılıdır. Buna görə də müəssisə məhsulun bazar qiy-mətini, onun dəyişmə meyllərini, rəqib məhsulların qiymətini təhlil edir, məhsulun istehsalı və marketinqinə çəkilən bütün хərclərin həcmini planlaşdırır, həmçinin məhsulun qiymətini ona çəkilən хərclərlə müqayisə edir.

Müəssisə müvafiq bazar seqmentinə çıхmaq və həmin bazar seqmenti üçün məhsul isteh-sal

etmək haqqında qərar qəbul etmək məqsədilə məhsulun rentabellik səviyyəsini də təhlil edir. Rentabellik səviyyəsi müəssisənin məqsədinə uyğun gəldikdə o həmin bazar seqmentinə çıх-maq haqqında qərar qəbul edir.

Müəssisə qeyd edilən amillərdən asılı olaraq bir məhsulla bir bazar seqmentinə, yaхud müхtəlif məhsullarla bir neçə bazar seqmentinə və yaхud bir məhsulla bütün bazar seqmentinə çıхmaq haqqında qərar qəbul edə bilər.




Download 194,98 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   25




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish