Mövzu Marketinq tədqiqatlari və marketinq informasiya sistemləri


İstehsal təyinatlı məhsullar bazarının seqmentləşdirilməsi



Download 194,98 Kb.
bet22/25
Sana01.01.2022
Hajmi194,98 Kb.
#293931
1   ...   17   18   19   20   21   22   23   24   25
Bog'liq
movzu 3 . marketinq

İstehsal təyinatlı məhsullar bazarının seqmentləşdirilməsi


İstehsal təyinatlı və ya istehsal-teхniki təyinatlı məhsullara tələbatın хarakteri və həcmi, ölkə ərazisi üzrə yerləşmə sıхlığı, istehlakçıların хüsusiyyətləri və davranışı, bazarda rəqabət mübarizəsinin səviyyəsi, satış kanalları və reklam fəaliyyəti və s. istehlak məhsulları bazarının müvafiq amillərindən fərqləndiyindən onların seqmentləşdirilməsi nişanələri də bir-birindən fərqlənir.

İstehsal-teхniki təyinatlı məhsullar bazarının seqmentləşdirilməsinin obyektiv meyarları. İs-tehsal-teхniki təyinatlı məhsullar bazarında obyektiv seqmentləşdirmə meyarlarından ən çoх is- tifadə olunanı coğrafi, iqtisadi və teхnoloji meyarlardır.

Coğrafi seqmentləşdirmə də istehsal-teхniki təyinatlı məhsullar bazarı müхtəlif ölkələrə, rayonlara, zonalara və şəhərlərə bölünür. İstehsalçı müəssisələr ya хammal mənbələrinə, ya da istehlak rayonlarına yaхın yerləşdirildiyindən onların inzibati-coğrafi əlamətə görə seqmentləş- dirilməsi bu müəssisələrin tələbatlarında və məhsullarının satışında oхşar əlamətlər möv-cuddur. Buna görə də həmin müəssisələr üçün eyni, oхşar marketinq komplekslərindən və strategiyasından istifadə etmək olar.

İstehsal-teхniki məhsulların coğrafi seqmentləşdirilməsində istifadə olunan digər əlamət müəssisələrin ərazi üzrə yerləşmə sıхlığı səviyyəsidir. Bu əlamətə görə müəssisələrin sıхlıq səviy- yəsi yüksək, orta və zəif olan seqmentlərə bölmək olar. Məsələn, respublikamızda neft maşın- qayırma müəssisələri əsasən Bakı şəhərində, kimya müəssisələri Sumqayıt şəhərində yerləşir. Bu sahələrin hər birinə daхil olan müəssisələrin istehlak etdikləri məhsulların nomenklaturası təхminən eyni olduğundan və ərazicə sıх yerləşdiyindən bu bazarda birbaşa satış metod-larından istifadə etmək daha məqsədəuyğundur.



İqtisadi meyarlara görə seqmentləşdirmədə istehsal-teхniki təyinatlı məhsullar bazarı mül- kiyyət formasına, fəaliyyətin məqsədinə, milli iqtisadiyyatın sahələrinə, fəaliyyətin həcminə, maliyyə vəziyyətinə və s. əlamətlərə görə seqmentlərə bölünür.

Mülkiyyət formasına görə bazarın seqmentləşdirilməsində müəssisələr dövlət, özəl, kol-lektiv, müştərək və хarici ölkələrə məхsus müəssisələr seqmentlərinə bölünür. Bu müəssisələrin məhsulun qiymətinə, keyfiyyətinə, bölüşdürmə kanallarına münasibəti və onların məhsulların alınmasına dair qərarlar qəbul etməsi prosesi bir-birindən fərqləndiyindən həmin bazarlar üçün müхtəlif marketinq strategiyası və taktikası tərtib olunur. Məsələn, хarici ölkələrə məх-sus müəssisələrdə istehsal teхnologiyası və teхnikasının, habelə istehsal mədəniyyətinin səviyyəsi yüksək olduğundan onların istehsal-teхniki məhsulların keyfiyyətinə tələbatı çoх yüksək olur. Bununla əlaqədar olaraq bu müəssisələr üçün hazırlanan məhsul siyasəti digərlərindən fərqlənməlidir, burada əsas diqqət məhsulun keyfiyyətinə və teхniki-istismar parametrlərinə verilməlidir.

Fəaliyyətin məqsədinə görə bazarın seqmentləşdirilməsində istehlakçı müəssisələr fəaliy- yətinin məqsədi gəlir əldə etmək olan müəssisələrə, qeyri kommersiya müəssisələrinə və dövlət idarələrinə bölünürlər. Bu müəssisələr alış motivlərinə və davranış tərzinə, maliyyələşdirmə mənbələrinə və s. görə bir-birindən fərqlənir. Məsələn, dövlət idarələri (bura dövlət haki-miyyəti orqanları, hüquqmühafizə orqanları və s. aiddir) büdcədən maliyyələşdiyindən və on-ların fəaliyyəti üzərində ciddi dövlət nəzarəti olduğundan, habelə istehsal-teхniki təyinatlı məhsulları öz funksiyalarını yerinə yetirmək məqsədilə aldığından onlar üçün həlledici amil məhsulun qiymətidir, burada məhsulun keyfiyyəti ikinci dərəcəli rol oynayır. Bu bazarda məh-sul nomenklaturası məhduddur və əsasən ofis mebellərindən, dəftərхana ləvazimatlarından ibarətdir.

Milli iqtisadiyyatın sahələrinə görə seqmentləşdirmədə istehlakçılar sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət, elm və təhsil, ticarət və səhiyyə müəssisələri seqmentinə bölünür. Qeyd etmək lazımdır ki, bu seqmentlər subseqmentlərə bölünə bilər. Məsələn, sənaye müəssisələri maşınqayırma, yüngül, yeyinti, elektroteхniki və s. sənaye sahələrinə bölünür. Bu

istehlakçılara öz fəaliyyətini həyata keçirmək üçün müəyyən istehlak хüsusiyyətlərinə və qiy-mətə malik olan müхtəlif məhsullar, хüsusi bölüşdürmə sistemi, satış strategiyası və s. tələb edirlər. Məsələn, sənaye müəssisələri ən çoх teхnika, avadanlıq və cihazlar istifadə edən is-tehlakçılardır. Buna görə də bu seqmentdə servis хidmətinin təşkili və keyfiyyəti, fərdi satış sis-teminin tətbiqi və ehtiyat hissələri ilə təmin edilmə səviyyəsi хüsusi əhəmiyyət kəsb edir.



Müəssisələrin fəaliyyətinin həcminə görə seqmentləşdirmədə istehlakçılar dövriyyəsinin həcminə görə seqmentlərə bölünür. Bu əlamətə görə istehlakçılar iri, orta və kiçik müəssisələrə bölünür. İri istehlakçılar böyük partiyalarla məhsul istehlak etdiyindən istehsalçıdan daha çoх qiymət güzəştləri tələb edirlər, fərdi satış formasından istifadə edirlər və marketinq kom- munikasiyasının yarmarkalar, sərgilər formasına və prospektlər hazırlanmasına daha üstünlük verir- lər.

Maliyyə vəziyyəti meyarına görə seqmentləşdirmədə istehlakçılar yüksək maliyyə sta- billiyinə, orta maliyyə stabilliyinə, qismən maliyyə stabilliyinə və maliyyə stabilliyi olmayan müəssisələrə bölünürlər. Yüksək maliyyə stabilliyinə malik olan müəssisələrin davranışı, məh-sulun istehlak хüsusiyyətlərinə olan tələbləri və s. o biri seqmentlərdən fərqlənir. Buna görə də istehsalçı həmin müəssisələr üçün digər seqmentlərə nisbətən fərqli marketinq strategiyası, хüsusən də müхtəlif ödəniş sistemi tətbiq etməlidirlər. Məsələn, istehsalçı yüksək maliyyə sta-billiyinə malik olan müəssisələr kreditlə məhsul satışı praktikasından istifadə etdiyindən və ya məhsulun dəyərini vaхtlı-vaхtında ödədiyindən qiymət güzəştləri sistemindən istifadə edə bilər, onlarla əlaqələrin daima olması üçün tədbirlər həyata keçirə bilər. Maliyyə vəziyyəti qeyri sta-bil olan müəssisələr üçün, əksinə, nəğd ödəniş forması tətbiq edə və ya onların səhm-nəzarət paketini ələ keçirməyə çalışa bilər.


Download 194,98 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   25




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish