NEFT MƏHSULLARININ QƏLƏVİLƏŞDİRİLMƏSİ
PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASINDA
TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİNİN TƏTBİQİ
Magistr: Elmi rəhbər:
Əlimov Ramazan Nəbiyeviç dos. T.M.Məhərrəmova
II kurs, qrup A6117
Neftin emalı prosesləri, o cümlədən, neft məhsullarının
qələviləşmə prosesi tezalışan yanar və toksik maddələrin
iştirakı ilə həyata keçirildiyi üçün bu tip obyektlərin
layihələndirilməsi zamanı təhlükəsizlik qaydalarına əməl
olunması məcburuyyəti yaranır. Hal- hazırda hazırlanan
layihələrin Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan
297
ekspertizadan keçirilməsi qanun ilə tələb olunur. Odur ki,
yuxarıda qeyd etdiyim obyektlərdə və həmçinin xüsusi
partlayış və yanğın təhlükəli proseslərin layihələndirilməsi
işlərinin aparılması zamanı təhlükəsizlik məsələləri ortaya
qoyulur.
Texnoloji obyektlərin təhlükəsizlik sistemləri adətən
aşağıdakılardan ibarət olur: Fire&Gas (yanğın siqnalizasiyası,
avtomatik yanğınsöndürmə, qaz təzahürünün aşkarlanması və
qazlanmanın aradan qaldırılması) və ESD (avtomatik qəza
dayandırma) sistemləri. Bu sistemlər adlarından göründüyü
kimi yanğın və qazlanmanın siqnallanması və aradan
qaldırılması, həmçinin prosesin qəza vəziyyətinə yaxınlaşdığı
zaman, onun təhlükəsiz hala gətirilməsi məsələlərini həll edir.
Qeyd etmək lazımdır ki, bu sistemlər iki ayrı idarəetmə
şkaflarında yerləşir və hər biri müstəqil idarəetmə alqoritminə
malikdir. Hər şkafda müvafiq sistemin vericilərindən gələn
siqnalları emal edən və idarəetmə əmrlərini hasil edən
proqramlaşdırılan məntiqi kontroller (PMK) və onun modulları
yerləşir. Bu kontrollerin çıxışı siqnalları yanğın söndürmə
qurğularına, yanğın qaz balonlarının çıxışında yerləşən
siyirtmələrə, qazlanmanı aradan qaldıran ventilyatorlara,
prosesi təhlükəsiz hala gətirən idarəetmə klapanlarına
göndərilir. Təhlükəsizlik sistemlərinə qoyulan tələblərə görə
hər sistem şkafında ehtiyat (redundant) kontrollerin olması
məcburidir. Əsas (master) kontrollerin sıradan çıxması zamanı
idarəetmənin avtomatik olaraq ehtiyat kontrollerə ötürülməsi
nəzərdə tutulmuşdur. Həmçinin hər sistem şkafı fasiləsiz qida
mənbəyi ilə təmin olunmalıdır. İdarə etmə şkaflarının toz və
nəmişliyə qarşı dözümlülüyü təyin edən mühafizə dərəcəsi
minimum IP 66 (qapalı otaqlarda yerləşməsi şərti ilə)
olmalıdır.
Bu işdə Heydər Əliyev adına Neft Emalı Zavodunun 2
№-li sexində yerləşən Merikem qurğusunda ESD sisteminin
tətbiq edilməsinin imkanları araşdırılmışdır. Mövcud sistemdə
298
2001-ci ildə Merikem firması tərəfindən hər bir separatorda
təzyiqin qalxmasının qarşısını alan və qazatqı sisteminə açılan
klapanlar (PSV) nəzərdə tutulmuşdur. Prosesin nisbətən aşağı
təzyiq və temperaturda getdiyi nəzərə alınaraq qəza
dayandırma klapanları prosesin məhsul xəttinin giriş və
çıxışında, həmçinin müxtəlif növ məhsullar (benzin, kerosin və
dizel) üçün qələviləşmə separatorları arasındakı xətlərdə
qoyulması nəzərdə tutulmuşdur. Qeyd edək lazımdır ki, bu işdə
ESD sistemi üçün SIL2 və SIL3 təhlükəsizlik səviyyələrinə
malik avadanlıq (məsələn, təzyiq siqnallayıcısı, səviyyə
siqnalizatoru, PMK və s.) götürülmüşdür və texnoloji
avadanlıqların da bu səviyyəyə malik olması tələb olunur, əks
halda ESD sisteminin yalnız avtomatika hissəsinin tətbiq
edilməsi mənasız olacaqdır. Bu proses kompleks şəkildə
aparılmalıdır. ESD sisteminin vericiləri ehtiyat rolunu oynayır,
yəni, əgər avtomatik idarə etmə sisteminin (PCS) vericisi
sıradan çıxarsa, bu sistem onu sığortalayır.
Fire&Gas sisteminin sahə avadanlıqlarına tüstü, istilik,
alov və qaz detektorları, jokey nasosları, yanğınsöndürmə
balonlarının siyirtmələri, robotlaşmış lafet qurğuları (alov
mərkəzinə lazerli tuşlamanı həyata keçirir) və ventilyatorlar
aiddir.
Bu
sistemlərin
ayrı-ayrı
idarəetmə
şkaflarında
yerləşməsinə və müstəqil alqoritmlərə malik olmasına
baxmayaraq, yuxarı səviyyədə onlar vahid Mərkəzləşdirilmiş
Nəzarət və İdarəetmə Sistemində biri-biri ilə inteqrasiya
olunur. Məsələn, əgər hər hansı bir xətdə yanğın baş verərsə,
bu hadisə yanğın detektorları tərəfindən aşkarlanır və
Fire&Gas sisteminə ötürülür və müvafiq yanğınsöndürmə
tədbirlərini görmək üçün bu sistemin PMK-i müvafiq idarə
edici siqnallar hasil edilir, eyni zamanda isə bu məlumatlar
ESD sisteminə ötürülür və yanğına səbəb olan qaz sızmasının
baş verdiyi xətdəki klapan bağlanır. Başqa bir misal kimi, hər
hansı bir xəttdə qaz sızması olduqda təzyiq düşür və bu hal
299
ESD sisteminin təzyiq vericisi tərəfindən siqnallanır və həmin
xətt bağlanır, eyni zamanda bu informasiya Fire&Gas
sisteminə ötürülür və əgər texnoloji xətt qapalı məkanda
yerləşirsə, qazlanmanın aradan qaldırılması üçün ventilyatorlar
işə salınır.
Mərkəzləşdirilmiş Nəzarət və İdarəetmə Sistemində
ümumilikdə dörd sistem inteqrasiya edilmişdir: Fire&Gas,
ESD, PCS və CCTV. Axırıncı videomüşahidə sistemidir. Bu
sistem şkaflarının hamısı 2 №-li sexin operator otağından
ayrılacaq texniki otaqda yerləşdirilməlidir. Operator otağında
isə bu sistemlərin avtomatlaşdırılmış iş yerləri olacaqdır.
Bu işdə neft emalı proseslərinin mövcud təhlükələrindən
qorunması üçün yuxarıda qeyd etdiyim sistemlərin tətbiqi
texniki-iqtisadi cəhətdən əsaslandırılmışdır. Bu sistemlər
prosesin normal getdiyi zaman illərlə susmuş vəziyyətdə qala
bilər, lakin onların bir dəfə işə düşməsi ilə müxtəlif dərəcəli
qəzaların qarşısını almış olur və bu da həmin sistemlərin
reallaşdırılmasına çəkilən bütün xərcləri on qatı ilə üstələyir.
Bu sistemlərin tətbiqi ilə işçi personalın, orada yerləşən
qiymətli cihaz və avadanlığın təhlükəsizliyi və həmçinin
SOCAR şirkətinin beynəlxalq arenada reputasiyası qorunmuş
olur.
Do'stlaringiz bilan baham: |