HƏyatin gerçƏK


Materialistlərin narahatlığı



Download 1,74 Mb.
bet70/72
Sana02.05.2017
Hajmi1,74 Mb.
#7953
1   ...   64   65   66   67   68   69   70   71   72

Materialistlərin narahatlığı


Maddənin həqiqəti, zamansızlıq və məkansızlıq mövzularından bəhs etdiyimiz bu bölmədə izah edilənlər əslində olduqca açıq həqiqətlərdir. Daha əvvəl də bildirildiyi kimi, bunlar qətiyyən fəlsəfi fikir və ya düşüncə tərzi deyil, inkar edilməsi mümkün olmayan elmi nəticələrdir. Texniki həqiqət olmasından əlavə ağıla əsaslanan və məntiqi dəlillər də bu mövzuda başqa alternativə imkan tanımır. Bir insan üçün kainat onu meydana gətirən maddələrlə və içindəki insanlar və zamanla birlikdə görüntü varlıqdır. Yəni əsli ilə təmasda olmadığı, zehnində yaşadığı hisslərin cəmidir.

Materialistlər bu həqiqəti anlamaqda çətinlik çəkirlər. Məsələn, materialist Politzerin avtobus misalına geri qayıdaq. Politzer hisslərindən kənara çıxa bilmədiyini texniki baxımdan bildiyi halda, bunu sadəcə müəyyən hadisələr üçün qəbul etmişdir. Yəni Politzer üçün avtobus vurana qədər hadisələr beyninin içində əmələ gəlir, amma avtobus vurduğu anda hadisələr birdən beynindən kənara çıxaraq maddi reallığa çevrilir. Buradakı məntiqsizlik açıq şəkildə ortadadır, Politzer də: “Daşa vururam, ayağım ağrayır, deməli, var”, -deyən materialist Consonun düşdüyü xətaya düşmüş, avtobus vurduqda hiss edilən ağrının əslində hissdən ibarət olduğunu qavraya bilməmişdir.

Materialistlərin bu mövzunu anlaya bilməməsinin şüuri baxımdan əsl səbəbi isə anladıqda üzləşəcəkləri həqiqətdən çox qorxmalarıdır. Linkoln Barnett bu mövzunun sadəcə “sezilməsinin” belə materialist elm adamlarını qorxu və narahatlığa sürüklədiyini belə bildirir:

Filosoflar bütün maddi həqiqətləri hisslərin kölgə dünyasına çevirərkən elm adamları insan hisslərinin hüdudlarını qorxu və narahatlıqla sezdilər.417

Maddənin əsli ilə təmasda olmadığı və zamanın hiss olduğu həqiqəti izah edildikdə bir materialist qorxuya düşür. Çünki maddə və zaman mütləq varlıq qəbul etdiyi yeganə iki anlayışdır. Bunlar sanki tapındığı bütlərdir, çünki özünün maddə və zaman tərəfindən (təkamül yolu ilə) yaradıldığına inanır.

Yaşadığı kainatın, dünyanın, öz bədəninin, digər insanların, fikirlərindən təsirləndiyi materialist filosofların, qısaca desək, heç bir şeyin əsli ilə qarşılaşmadığını hiss etdikdə isə bütün mənliyini dəhşət hissi bürüyür. Güvəndiyi, inandığı, kömək gözlədiyi hər şey bir anda ondan uzaqlaşıb itir. Əslini məhşər günü yaşayacağı və “o gün Allaha təslim olacaq, özlərindən uydurub düzəltdikləri də aradan çıxacaqlar! (Nəhl surəsi, 87)” ayəsində tərif edilən çarəsizliyi hiss edir.

Bu andan etibarən materialist özünü maddənin xarici aləmdəki əsli ilə təmasda olduğuna inandırmağa cəhd edir, bunun üçün öz ağlına görə “dəlillər” uydurur, yumruğunu divara vurur, daşı təpikləyir, çığırıb-bağırır, ancaq əsla həqiqətdən qaça bilməz.

Materialistlər bu həqiqəti öz fikirlərindən çıxarmaq istədikləri kimi digər insanların da zehnindən uzaqlaşdırmaq istəyirlər. Çünki maddənin həqiqi mahiyyəti insanlara məlum olduğu təqdirdə fəlsəfələrinin bəsitliyini və cahil düşüncə tərzlərinin üzə çıxacağını, fikirlərini izah edəcək zəmin olmayacağını dərk edirlər. Burada izah edilən həqiqətdən bu qədər narahat olmalarının səbəbi yaşadıqları qorxulardır.

Allah inkarçıların bu qorxularının axirətdə daha da güclənəcəyini bildirmişdir. Hesab günü Allah onlara belə səslənəcəkdir:
O gün onların hamısını toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz haradadır?! (Ənam surəsi, 22)
Bunun ardınca inkarçılar dünyada əsli ilə təmasda olduqlarını zənn edərək Allaha şərik qoşduqları mallarının, övladlarının, çevrələrinin özlərindən uzaqlaşdığına və tamamilə yox olduğuna şahid olacaqlar. Allah bu həqiqəti də “Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq! (Ənam surəsi, 24)” ayəsi ilə xəbər vermişdir.

İnananların qazancı


Maddənin mütləq olmadığı və zamanın bir hiss olduğu həqiqəti materialistləri qorxudur, ancaq inananlar üçün tam əksi baş verir. Allaha iman gətirən insanlar maddənin ardındakı sirri qavradıqda çox sevinirlər. Çünki bu həqiqət hər cür mövzunun açarıdır. Bu qıfıl açıldığı anda bütün sirlər aşkar olar. İnsan bəlkə anlamaqda çətinlik çəkdiyi bir çox mövzunu bu sayədə asanlıqla anlamağa başlayar.

Daha əvvəl də ifadə edildiyi kimi, ölüm, cənnət, cəhənnəm, axirət, ölçü dəyişdirmə kimi mövzular başa düşülmüş və “Allah haradadır?”, “Allahdan əvvəl nə vardı?”, “Allahı kim yaratdı?”, “qəbir həyatı nə qədər davam edəcək?”, “cənnət və cəhənnəm haradadır?”, “cənnət və cəhənnəm hal-hazırda varmı?” və bunun kimi mühüm suallar beləliklə asanlıqla cavablanmış olur. Allahın bütün kainatı hansı sistemlə yoxdan var etdiyi qavranılır. Hətta bu sirr sayəsində “nə vaxt” və “harada” kimi suallar da mənasızlaşır. Çünki ortada nə zaman, nə də məkan qalmır. Məkansızlıq qavranıldığı təqdirdə cənnətin, cəhənnəmin, dünyanın əslində eyni yerdə olduğu da məlum olur. Zamansızlıq qavranıldığı təqdirdə isə hər şeyin bir anda olduğu dərk edilir. Heç bir şey üçün gözlənilməz, zaman keçməz; hər şey onsuz da olub-bitmişdir.

Bu sirrin qavranılması ilə dünya inanan insan üçün cənnətə bənzəməyə başlayır. İnsanı sıxan hər cür maddi narahatlıq, vəsvəsə və qorxu itir. İnsan bütün kainatın yeganə Hakimi olduğunu, Onun bütün maddi dünyanı istədiyi kimi yaratdığını və ancaq Ona yönəlməli olduğunu qavrayır.

Bu sirri qavramaq dünyanın ən böyük qazancıdır.

Bu sirlə birlikdə Quranda bəhs edilən çox mühüm həqiqət də başa düşülür: daha əvvəl də haqqında danışdığımız, Allahın insana “şah damarından daha yaxın” (Qaf surəsi, 16) olması həqiqəti... Məlum olduğu kimi, şah damarı insanın içindədir. İnsana öz içindən daha yaxın məsafə ola bilməz. Bu vəziyyət insanı zehnindən kənara çıxa bilmədiyi həqiqəti vasitəsilə asanlıqla başa düşülə bilər. Göründüyü kimi, bu ayə də bu sirlə birlikdə daha yaxşı qavranılır.

Həqiqət bundan ibarətdir: Heç bir insan üçün Allahdan başqa dost və köməkçi yoxdur. Allahdan başqa heç bir şey mütləq deyil, tək mütləq varlıq Odur və ancaq Ona sığınmalı, Ondan kömək istəməli və qarşılıq gözlənilməlidir...

Haraya üzümüzü çevirsək, Allahın üzü oradadır.




Onlar: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi)

bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər.

(Bəqərə surəsi, 32)


Download 1,74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   64   65   66   67   68   69   70   71   72




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish