HƏyatin gerçƏK



Download 1,74 Mb.
bet3/72
Sana02.05.2017
Hajmi1,74 Mb.
#7953
1   2   3   4   5   6   7   8   9   ...   72

Genetika problemi


Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə salan digər məsələ isə irsiyyət oldu. Darvinin nəzəriyyəsini irəli sürdüyü dövrdə canlıların xüsusiyyətlərini sonrakı nəsillərə necə ötürdükləri, yəni irsiyyətin necə baş verdiyi tam məlum deyildi. Ona görə, irsiyyətin qan yolu ilə ötürülməsi kimi ibtidai düşüncələr geniş qəbul edilmişdi.

İrsiyyət haqqında bilgi azlığı Darvinin də nəzəriyyəsini irəli sürərkən tamamilə bəzi səhv fərziyyələrə əsaslanmasına səbəb oldu. Darvin “təkamül mexanizmi” kimi təbii seçmənı göstərirdi. Amma təbii seçmə ilə seçilən “faydalı xüsusiyyətlər” necə ortaya çıxacaq və nəsildən-nəslə necə ötürüləcəkdi? Darvin elə bu yerdə Lamark tərəfindən ortaya atılmış “qazanılmış xüsusiyyətlərin sonradan ötürülməsi” tezisinə əl atdı. Təkamül nəzəriyyəsini müdafiə edən tədqiqatçı Qordon R.Teylor “Böyük təkamül müəmması” (The great evolution mystery) adlı kitabında Darvinin lamarkizmdən çox təsirləndiyini belə izah edir:

Lamarkizm qazanılmış xüsusiyyətlərin irsi cəhətdən ötürülməsi kimi tanınır... Darvinin özü açıq desək, bu cür irsiyyətin baş verdiyinə inanmış və hətta barmaqlarını itirdikdən sonra uşaqları barmaqsız doğulan bir adamı nümunə göstərib bu hadisəni izah etmişdir... Darvin Lamarkdan bircə fikir belə götürmədiyini iddia etmişdir. Bu, olduqca gülüncdür, çünki Darvin daima qazanılmış xüsusiyyətlərin ötürülməsi fikri ilə oynamışdır və (ona görə də) Lamarkdan çox Darvin tənqid edilməlidir. Kitabının (Növlərin mənşəyi) 1859-cu il nəşrində “xarici amillərin dəyişməsinin” variasiyalara səbəb olduğunu deyir, ancaq ardınca da bu şərtlərin variasiyaları tənzimlədiyini və bunu edərkən də təbii seçmə ilə birlikdə hərəkət etdiyini açıqlayır. Hər keçən il (orqanların) istifadə edilməsi və ya edilməməsi mövzusuna daha artıq əhəmiyyət vermişdir... 1868-ci ildə “Əhliləşdirilən heyvan və bitkilərin variasiyaları” (Varieties of animal and plants under domestication) adlı kitabını nəşr etdirdikdə lamarkist irsiyyətə dəlil olduğunu hesab edən bir çox nümunə vermişdir... Bəzi oğlan uşaqlarının orqanlarının ön dərilərinin nəsillər boyu edilən sünnət nəticəsində qısalması kimi.3

Ancaq Lamarkın tezisi əvvəldə də dediyimiz kimi, avstriyalı botanik rahib Qreqor Mendelin kəşf etdiyi irsiyyət qanunları tərəfindən təkzib edildi. Belə olduqda “faydalı xüsusiyyətlər” anlayışı da əsassız qaldı. Genetika qanunları qazanılmış xüsusiyyətlərin ötürülmədiyini və irsiyyətin dəyişilməyən bəzi qanunlara əsasən baş verdiyini göstərirdi. Bu qanunlar növlərin dəyişməzliyi fikrini dəstəkləyirdi. Darvinin İngiltərədəki heyvan bazarlarında gördüyü inəklər nə qədər fərqli kombinasiyalarla cütləşdirilsələr də, növ dəyişməyəcək və inək olaraq qalacaqdılar.

Qreqor Mendel uzun təcrübə və müşahidələr nəticəsində müəyyən etdiyi irsiyyət qanunlarını 1865-ci ildə elmi jurnalda açıqlamışdı. Ancaq bu qanunlar əsrin sonlarında elm dünyasının diqqətini çəkdi. XX əsrin əvvəllərində bu qanunların doğruluğu bütün elm dünyası tərəfindən qəbul edildi. Bu vəziyyət “faydalı xüsusiyyətlər” anlayışını Lamarka əsaslanaraq izah etməyə çalışmış Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə saldı.

Burada ümumi bir səhvi düzəltmək yerində olar: Mendel təkcə Lamarkın təkamül modelinə deyil, eyni zamanda Darvinin də təkamül modelinə qarşı çıxmışdı. “İrsiyyət” jurnalında (Journal of heredity) nəşr edilən “Mendelin təkamülə və Darvinə müxalifəti” (Mendel’s opposition to evolution and to Darwin) başlıqlı məqalədə bildirildiyi kimi, “Mendel “Növlərin mənşəyi” əsəri ilə tanış idi və Darvinin nəzəriyyəsinə qarşı çıxırdı. Darvin təbii seçmə ilə ortaq əcdaddan təkamül keçirmə nəzəriyyəsini irəli sürərkən Mendel xüsusi yaradılışa inanırdı”.4

Mendelin kəşf etdiyi qanunlar darvinizmi çətinliyə saldı. Məhz bu səbəblərdən Darvinizmi müdafiə edən elm adamları XX əsrin birinci rübündə yeni təkamül modeli qurmağa çalışdılar. Beləliklə, neodarvinizm meydana gəldi.

Neodarvinizmin səyləri


Darvinizm ilə genetika elmini birtəhər uyğunlaşdırmağı qarşısına məqsəd qoyan bir qrup elm adamı 1941-ci ildə Amerika Geologiya Dərnəyinin təşkil etdiyi bir yığıncaqda toplandılar. G.Ledyard Stebbins və Teodosius Dobjanski kimi genetiklərin, Ernst Mayr və Culian Haksley kimi zooloqların, Corc Qeylord Simpson və Qlen L.Cepsen kimi paleontoloqların uzun müzakirələrdən sonra gəldiyi nəticə darvinizmə yeni forma vermək oldu.5

Bu şəxslər genetika qanunlarının ortaya qoyduğu “genetik sabitlik” həqiqətinə qarşı hollandiyalı botanik Hüqo de Vries tərəfindən əsrin əvvəlində irəli sürülən “mutasiya” anlayışından istifadə etdilər. Mutasiyalar məlum olmayan səbəblərdən canlıların irsiyyət mexanizmlərində meydana gələn pozuntular idi. Mutasiya keçirən canlılar valideynlərindən aldıqları genetik məlumatdan başqa bəzi anormal formalara malik olurdular.

Amerika Geologiya Dərnəyində toplanan elm adamları bu mutasiya anlayışını mənimsədilər və Darvinin Lamarka əsaslanaraq cavablamağa çalışdığı “canlıları inkişaf etdirən faydalı dəyişikliklərin mənbəyi nədir?” sualına “təsadüfi mutasiyalar” cavabını verdilər. Darvinin təbii seçmə tezisinə mutasiya anlayışının əlavə edilməsiylə ortaya çıxan bu yeni nəzəriyyəyə də “Müasir sintetik təkamül nəzəriyyəsi” adını verdilər. Qısa müddət ərzində bu yeni nəzəriyyə neodarvinizm kimi tanındı və nəzəriyyəni irəli sürənlər də neodarvinistlər kimi tanındılar.

Ancaq mühüm bir problem var idi: mutasiyaların canlıların genetik məlumatını dəyişdirməsi doğru idi, lakin bu dəyişiklik daima mənfi təsir edirdi. Müşahidə edilən bütün mutasiyalar şikəst, xəstə, zəif fərdlər ortaya çıxarır, bəzən də birbaşa ölümə səbəb olurdular. Ona görə də neodarvinistlər çoxlu təcrübə və müşahidə aparıb canlıların genetik məlumatını təkmilləşdirən “faydalı mutasiya” nümunələri əldə etməyə çalışdılar. Meyvə milçəkləri və digər bəzi növlər üzərində on illərlə davam edən mutasiya təcrübələri keçirildi. Ancaq bu təcrübələrdə heç vaxt mutasiyaların canlıların genetik məlumatını təkmilləşdirməsi faktı müşahidə edilmədi.

Bu gün mutasiya məsələsi hələ də darvinizm üçün böyük müəmmadır. Darvinizmin “faydalı dəyişikliklərin” yeganə mənbəyi kimi göstərdiyi mutasiyaların sözün əsl mənasında heç bir faydalı nümunəsi müşahidə edilməmişdir. Bu mövzunu daha sonrakı bölmədə təfərrüatı ilə araşdıracağıq.

Neodarvinist nəzəriyyəni çıxılmaz vəziyyətə salan digər sahə isə fosillər oldu. Fosillər Darvin dövründə belə nəzəriyyənin qarşısında böyük maneə olmuşdu. Darvin nəzəriyyəsini dəstəkləyən “ara növ” canlılara aid fosillərin olmadığını qəbul etmiş, lakin yeni araşdırmalar nəticəsində bu fosillərin tapılacağını irəli sürmüşdü. Ancaq hər cür paleontoloji səyə baxmayaraq, fosillər nəzəriyyənin qarşısında böyük maneə olmağa davam edirdi. Darvinin dövründə nəzəriyyəni dəstəkləyən və böyük dəlil hesab edilən “rudiment orqanlar”, “embrioloji rekapitulyasiya” və “homologiya” kimi məfhumlar da yeni elmi kəşflər qarşısında bir-bir əsasını itirdi. Bütün bu mövzuları kitabın sonrakı bölmələrində hərtərəfli şəkildə təhlil edəcəyik.




Download 1,74 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   72




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish