HƏyatin gerçƏK


Materialistlər tarixin ən böyük tələsinə düşüblər



Download 1,74 Mb.
bet66/72
Sana02.05.2017
Hajmi1,74 Mb.
#7953
1   ...   62   63   64   65   66   67   68   69   ...   72

Materialistlər tarixin ən böyük tələsinə düşüblər


Türkiyədəki materialist dairələrdə əmələ gələn və burada sadəcə bir neçə nümunəsini verdiyimiz panika atmosferi əslində materialistlərin tarix boyu qarşılaşmadıqları məğlubiyyətlə üzləşdiklərini göstərir. Maddənin əsli ilə təmasda olmadığımız həqiqəti müasir elm tərəfindən sübut edilmişdir. Materialistlər bütün fəlsəfi nəzəriyyələrini əsaslandırdıqları maddi dünyanın əslində əsla aşa bilməyəcəkləri hiss hüdudunun fövqündə olduğunu görür və buna qarşı heç nə edə bilmirlər.

Bəşəriyyət tarixi boyu materialist düşüncə tərzi həmişə mövcud olmuşdur və bu şəxslər özlərindən və müdafiə etdikləri fəlsəfi nəzəriyyədən əmin şəkildə onları yaratmış Allaha qarşı çıxıblar. Ortaya atdıqları ssenariyə əsasən, maddə əzəli və əbədidir və bütün bunların bir Yaradanı ola bilməz. Ancaq təkəbbürlərinə görə Allahı inkar edərkən təmasda olduqlarını zənn etdikləri maddənin arxasına sığındılar. Bu fəlsəfədən o qədər əmin idilər ki, heç vaxt bunun əksini sübut edəcək açıqlama olmayacağını düşünürdülər.

Elə buna görə maddənin əsli ilə əlaqədar olaraq bu kitabda izah edilən həqiqətlər bu şəxsləri böyük heyrətə salmışdır. Çünki burada izah edilənlər fəlsəfi düşüncə tərzlərini kökündən silmiş, bu barədə mübahisəyə belə imkan verməmişdir. Bütün düşüncələrini, həyatlarını, təkəbbürlərini və inkarlarını üzərində qurduqları maddə əllərindən bir anda çıxmışdır. Heç bir insan maddənin əslini görməmişdir ki, buna əsaslanan fəlsəfi nəzəriyyə də olsun.

Allahın isimlərindən biri inkarçılara tələ qurmasıdır. ”… sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal surəsi, 30) ayəsi ilə bu həqiqət bildirilir.

Allah maddəni mütləq varlıq zənn etdirib materialistləri tələyə salmış və alçaltmışdır. Mallarını, mülklərini, mövqelərini, statuslarını, yaşadıqları cəmiyyəti, bütün dünyanı mütləq varlıq hesab etmişlər, həm də bunlara güvənib Allaha qarşı təkəbbür göstərmişlər. Lovğalanıb Allaha üsyan etmiş və inkarda həddi aşmışlar. Bunları edərkən də güc aldıqları yeganə şey maddənin mütləqliyi inancı olmuşdur. Amma Allahın onları hər tərəfdən əhatə etdiyini heç düşünməmişdilər. Allah inkarçıların anlayışsız olduqlarına görə düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:
Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! (Tur surəsi, 42)
Bu, bəlkə də tarixdəki ən böyük məğlubiyyətdir. Materialistlər lovğalanarkən əslində böyük tələyə düşüblər. Allaha qarşı çirkin cəsarət göstərib başladıqları mübarizədə qəti şəkildə məğlub olublar. “Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar.” (Ənam surəsi, 123) ayəsi Yaradanımız olan Allaha qarşı çıxan bu cür inkarçıların necə şüursuz olduqlarını və necə bir sonla qarşılaşacaqlarını ən açıq şəkildə xəbər verir.

Başqa bir ayədə isə bu həqiqət belə vurğulanır:


Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. (Bəqərə surəsi, 9)
İnkarçılar öz ağıllarına görə tələ qurmağa çalışarkən ayədəki “fərqinə varmazlar” ifadəsi ilə açıqlandığı kimi, çox mühüm həqiqəti dərk etməyiblər: yaşadıqları bütün hadisələrin əslində zehinlərində baş verdiyini və etdikləri hər hərəkət kimi, qurduqları tələlərin də zehinlərində əmələ gəldiyi həqiqətini.... Bu səbəbdən də Allahla tək olduqlarını unudaraq öz-özlərini tələyə salıblar.

Hər dövrdə olduğu kimi, bu dövrdə də Allah inkarçıların bütün hiylələrini kökündən məhv edəcək həqiqətlə onları qarşılaşdırmışdır. Allah “... Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir! (Nisa surəsi, 76)” ayəsi ilə bu hiylələrinin elə ilk qurulduğu anda puç olacağını da xəbər vermişdir. Möminləri də “... onların hiyləsi sizə heç bir zərər yetirməz... (Ali-İmran surəsi, 120)” ayəsi ilə müjdələmişdir. Allah başqa bir ayəsində: “Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər... (Nur surəsi, 39)”, -deyə xəbər verir. Materializm də bu ayədə işarə edildiyi kimi, üsyan edənlər üçün “ilğıma” bənzəyir, ona güvənib əllərini uzatdıqda bu fəlsəfi düşüncənin aldadıcı olduğunu anlayırlar. Allah onları belə bir ilğımla aldatmış, maddəni mütləq varlıq kimi göstərmişdir. “Böyük” insanlar, professorlar, astronomlar, bioloqlar, fiziklər statusları, mövqeləri nə olsa da, maddəni özlərinə ilah etdiklərinə görə bu tələyə düşmüş, uşaq kimi aldanmış və alçalmışlar. Əsla əsli ilə təmasda ola bilmədikləri maddəni mütləq hesab edərək onun üzərində fəlsəfi nəzəriyyələrini, ideologiyalarını qurmuş, haqqında ciddi mübahisəyə girmiş, “intellektrual” məfhumlardan istifadə etmişlər. Bütün bunlara görə də özlərini çox ağıllı hesab etmişlər, kainatın həqiqəti haqqında fikir irəli sürəcəklərini düşünmüş və öz məhdud ağılları ilə Allahı izah edə biləcəklərini hesab etmişlər. Allah onların içinə düşdükləri bu vəziyyəti bir ayəsində belə bildirir:


Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir). (Ali-İmran surəsi, 54)
Dünyada bəzi hiylələrdən xilas olmaq olar, ancaq Allahın inkar edənlərə qurduğu bu tələ o qədər dərindir ki, əsla xilas yolu qalmamışdır. Nə etsələr də, kimə müraciət etsələr də, Allahdan onları xilas edəcək başqa köməkçi tapmaları da mümkün deyil. Allahın Quranda xəbər verdiyi kimi “... Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!”. (Nisa surəsi, 173)

Materialistlər bu cür tələyə düşəcəklərini heç gözləmirdilər. XXI əsrin bütün imkanlarının əllərində olduğunu, asanlıqla inkarda israr edəcəklərini və insanları da inkara dəvət edəcəklərini hesab edirdilər. Allah inkarçıların tarix boyu malik olduqları bu təfəkkürü və uğradıqları sonu Quranda belə xəbər vermişdir:


Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən hiylələrinin cəzasını verdik. Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların özlərini də, tayfalarını da büsbütün yox etdik. (Nəml surəsi, 50-51)
Ayələrdə izah edilən həqiqətin bir mənası da budur: materialistlərə malik olduqları hər şeyin əslində beyinlərində əmələ gəldiyi açıqlanmış, yəni əllərindən hər şey tamamilə çıxmışdır. Onlar mütləq varlıq hesab etdikləri mallarının, fabriklərinin, qızıllarının, pullarının, uşaqlarının, həyat yoldaşlarının, mövqe və məqamlarının, hətta öz bədənlərinin əllərindən çıxdığına şahidlik edərkən bir mənada “yox olmuşlar”. Maddənin deyil, Allahın mütləq varlıq olduğu həqiqəti ilə üz-üzə gəlmişlər.

Şübhəsiz ki, bu həqiqəti dərk etmək materialistlər üçün ən dəhşətli hadisədir. Çünki çox güvəndikləri maddənin onlardan keçilməz sərhədlə ayrılması, öz ifadələri ilə, onlar üçün hələ dünyada ikən “ölmədən ölüm” hökmündədir.

Bu həqiqət üzə çıxdıqdan sonra bir Allah, bir də özləri qalmışdır. Belə ki, Allah “Məni Öz yaratdığım kimsə ilə tək burax! (Müddəssir surəsi, 11)” ayəsi ilə hər insanın Öz qatında əslində tamamilə tək olduğu həqiqətinə diqqət çəkmişdir. Bu qeyri-adi həqiqət bir çox ayə ilə də xəbər verilmişdir:
Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimizi arxanızda (dünyada) qoyub gəlmisiniz... (Ənam surəsi, 94)
Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. (Məryəm surəsi, 95)
Bu ayələrdə izah edilən həqiqətin bir mənası da budur: maddəni özlərinə ilah edənlər Allahdan gəlmiş və yenə Ona qayıtmışdır. İstəsələr də, istəməsələr də, Allaha təslim olmuşlar. İndi hesab gününü gözləyir və o gün hamısı bir-bir sorğu-sual olunacaqlar. Nə qədər anlamaq istəməsələr də...


Download 1,74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish