Mövzunun aktuallığı.
XIX əsrin axırı,XX əsrin əvvəllərində neftin
çıxarılmasında, saxlanılmasında, daşınılmasında,emalında istifadə olunan köhnə
texnologiyalar Abşeron yarımadasının neftlə və neftli sularla çirklənməsinə səbəb
olmuşdur. Eyni zamanda bir çox təbii gökllər və gölməçələr neft quyularında hasil
olan lay suları ilə çirklənərək gərgin vəziyyətə düşmüşdür. Məhz bu səbəbə görə
son illər ərzində Azərbaycan hökuməti ekoloji problemlərin, o cümlədən neft
tullantıları ilə çirklənmiş torpaqlar probleminin həlli istiqamətində müxtəlif
qərarlar vermiş, Dövlət Neft Şirkətinin qarşısında konkret vəzifələr qoyulmuşdur.
Tədqiqatın məqsədi.
Yaranmış ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə
avadanlıqların alınması üçün Azərbaycan hökumətinin apardığı iqtisadi siyasət və
qarşıda duran vəzifələrin yerinə yetirilməsini öyrənməkdir. Bunun üçün irimiqyaslı
layihələrin cəlb edilməsinin çəqsədəuyğun hesab olunması diqqət mərkəzindədir.
Tədqiqatın obyekti.
Abşeron yarımadasında yerləşən bir neçə neft-qazçıxarma
idarələri və mədən əraziləri , eləcə də onların haqqında araşdırma materialları.
Tədqiqatın informasiya bazası.
İnformasiya bazasını Abşeron yarımadasının neft-
qazçıxarma mədənləri və onların ekoloji problemləri sahəsində işlənmiş çoxsaylı
materiallar, kitablar, elmi məqalələr, statistik materiallar və s. təşkil edir.
8
Tədqiqatın elmi yeniliyi.
Abşeron yarımadasının neftçıxarma mədənlərinin quyu
suları ilə çirklənməsinin qarşısının alınması üçün yeni kanalların çəkilməsi və baş
kanala birləşdirilməsidir.
İşin strukturu.
Giriş
I FƏSİL. Neft-qaz çıxarma sənayesində mövcud olan ümumi ekoloji problemlər.
1.1. Xəzər dənizinin Azərbaycan sahillərinin neft və neft məhsulları ilə
çirklənməsi
1.2. Azərbaycanın köhnə neft yataqlarının ekoloji problemləri
II FƏSİL. Abşeron yarımadasında neftlə çirklənmiş torpaq sahələrinin iri -
həcmli təmizlənməsi layihələri və görülən işlər
2.1. Abşeron yarımadasının ekoloji xarakteristikası
2.2. Abşeron yarımadasında su hövzələrinin çirklənməsi sahəsində aparılan
tədqiqatlar
2.3. Abşeron yarımadasının gölləri və NOÇİ ərazilərinin süni gölməçələrinin
ekoloji səciyyəsi
III FƏSİL.Abşeron yarımadasının neft çıxarılan və nəql edilən rayonlarda ekoloji
monitorinq
3.1. Bakı şəhərinin ekoloji problemləri
3.2. Abşeron yarımadasında çirkab suları axıdan kanalların ekoloji tədqiqi
3.3. Abşeron yarımadasının xəzər dənizi sahillərində çirklənmənin ekoloji
coğrafi qiymətləndirilməsi
NƏTİCƏ VƏ TƏKLİFLƏR
ƏDƏBİYYAT
9
Do'stlaringiz bilan baham: |