33
Göl sularında oksigen rejiminin kəskin çirkləndirici maddələrlə da
zənginliyi müşahidə olunur. Bu suların tərkibində həll olunmuş
oksigen
konsentrasiyasının sanitar normadan xeyli az olması bu göllərdə canlı həyatın
olmamasını göstərir.
Göstərilən problemləri həll etmək üçün Abşeron yarımadasında çirklənmiş
ərazilərin bərpası üzrə altı Proqram hazırlanmışdır və Nazirlər kabineti tərəfindən
müvafiq mərkəzi və yerli icra orqanlarına lazımi tapşırıqlar da verilmişdir. Bu
problemlərin həlli külli miqdarda maliyyə vəsaiti tələb etdiyindən həmin
proqramlar əsasında müxtəlif layihələr hazırlanaraq beynəlxalq və
donor
təşkilatlara təqdim edilmiş və bir sıra ilkin razılıqlar alınmışdır. Məsələn,
Azərbaycan Dövlət Neft Şirkətinin çirklənmiş sahələrin bərpa edilməsi üçün
təmizləyici qurğular potensialının artırılması layihəsinə Dünya Bankı qoşulmuşdur.
Bu istiqamətdə son illərdə aparılan işlərdən görmək olur ki, beynəlxalq və
donor təşkilatların səyi və iştirakı ilə Abşeron yarımadasında və Respublikamızın
digər regionlarında ekologiyanın qorunması sahəsində aparılan işlərdən müəyyən
praktiki nəticələr əldə olunmuşdur. Respublikanın daxilində yaranmış ekoloji
problemlər ilk növbədə dövlətin büdcəsi və bilavasitə ətraf mühitə ekoloji zərbə
vuran müəssisələrin hesabına aparılmalıdır. [11]
Lay suları ilə ətraf mühitin çirklənməsinin qarşıısının alınması əsasən iki
istiqamətdə aparılmalıdır:
-
Neft sularının lazımi dərəcədə təmizlənərək yenidən neftli laylara və
yaxud başqa sulu laylara vurulması;
-
Müasir texnoloji üsulla neft sularının kompleks emalı.
Hamıya məllum olduğu kimi, Məhsuldar Qatın Alt və Üst lay suları
prinsipal dərəcədə bir-birindən fərqlənən sulardır. Üst lay suları cod sulara, Alt lay
suları isə qələvi sulara aiddirlər . Üst lay sularının ümumi duzluluğu 250-300 q/l
və bəzən daha artıq olduğu halda , Alt lay sularının duzluluğu 50-60 q/l-dir. Əgər
Üst lay sularında ilk növbədə onların tərkibində həll olmuş xörək duzu və
34
birləşmələri üstünlük təşkil edirsə Alt lay sularında soda, yod,brom,bor və s. daha
çoxdur. Alt lay sularında həll olmuş yodun və bromun tutumu Üst lay sularına
nisbətən daha çoxdur. Soda Alt lay sularında və az miqdarda Məhsuldar qatın
Fasilə lay sularında müşahidə olunur.
Sodanın qarışıq sularda az olması onunla izah olunur ki, Üst və Alt lay suları
qarışdığı zaman Alt lay sularında olan soda kimyəvi reaksiya nəticəsində
parçalanır,CO
2
qazı ayrılır və beləliklə də, sodanın miqdarı yox səviyyəsinə enir.
Abşeron yarımadasında aparılmış monitorinqin nəticəsinə əsasən,
neft-qaz
çıxarılması əməliyyatları nəticəsində gün ərzində Məhsuldar Qatın Alt laylarından
yer üzərinə neftlə birlikdə 30000 kub metr su çıxarılır.
Qeyd etmək lazımdır ki, bu suların tərkibində
olan soda,bor,brom və yod
emal edilərək istehsal edilməsi dövlətimizə və istehsalçı şirkətə böyük gəlirlər
gətirməklə yanaşı, Abşeron yarımadasında ekoloji şəraitin xeyli yaxşılaşmasına,
eyni zamanda yeni iş yerlərinin yaradılması böyük rol oynayardı.
Analiz nəticələri və əldə olunmuş məlumatlar əsasında Abşeron
yarımadasının neft-qazçıxarma müəssisələrinin fəaliyyət zonalarında neftlə
çirklənmiş torpaqlar , lay suları altında qalmış sahələr və digər istehsalat tullantıları
ilə çirklənmiş ərazilər müəyyənləşdirilmiş və Abşeron yarımadasının ekoloji
xəritəsi hazırlanmışdır.
Coğrafi Məlumat Sistemində hazırlanmış bu Xəritənin istifadə olunması
asandır və elektron variantının idarə olunması kimi üstünlükləri var.
Minlərlə laborator analizlərinin nəticələri xəritənin üzərində əks etdirilmiş,
neft məhsulları,ağır
metallar,fenolların analizi haqqında məlumatlar xəritə üzərinə
köçürülmüşdür. Ekoloji xəritə rekultivasiya işlərində istifadə olunmaq üçün çox
vacib əhəmiyyət kəsb edir.
Bu ekoloji xəritə geniş miqyaslı ekoloji reabilitasiya dövrünə qədərki
vəziyyəti əks etdirir və ilkin vəziyyətin əks olunması baxımından çox