23
Proqramına yardım etməyi və bu proqram çərçivəsində bir neçə layihəyə baxmaq
üçün 2007-ci ildə qərar vermişdir. Bu layihələrdən biri də, "Abşeron
yarımadasında neftlə çirklənmiş torpaq sahələrinin irimiqyaslı təmizlənməsi
layihəsi"dir.
Bu layihənin ekoloji və texniki-iqtisadi əsaslandırılması sənədlərinin
işlənilməsi məqsədi ilə 2007-ci ilin noyabr ayında məsləhət xidmətlərinin
göstərilməsindən ötrü yerli və xarici şirkətlər Azərbaycan Dövlət Neft Şirkəti
tərəfindən dəvət edilmişdir.
Müzakirələr nəticəsində texniki məsləhət xidmətləri üzrə Almaniyanın
"HPC" şirkətinin təklifi, ekoloji və sosial qiymətləndirmə xidmətləri üzrə isə yerli
"İQLİM LTD" şirkətinin təklifi məqsədəuyğun hesab edilmişdir. Keçmiş
proseduralar Dünya Bankının prosedur qaydaları ilə tanışlıq və bu sahədə təcrübə
əsas götürülmüşdür.
Texniki sənədlərin hazırlanması üçün eyni zamanda "HPC" şirkətinin
nümayəndələri Bakıya dəvət olunmuş, onlarla müzakirələr alparılmış və
ekspertlərin iştirakı ilə Abşeron yarımadasının müxtəlif çirklənmiş sahələrinə baxış
keçirilmişdir. Bir sıra məsləhətləşmələr və görüşlər keçirildikdən sonra, "Texniki
iqtisadi əsaslandırma"nın yekun variantına Dünya Bankı tərəfindən müsbət rəy
verilmişdir.
"İQLİM Ltd" şirkətinin layihələrinə əsasən hazırladığı "Ətraf mühit üzrə
idarəetmə planı"" (ƏMİP) və "Ətraf mühit üzrə idarəetmə çərçivəsi" (ƏMİÇ)
sənədlərinin ilkin variantı Dünya Bankının nümayəndələri tərəfindən yüksək
qiymətləndirilmişdir. [2]
Bu layihənin mühüm əhəmiyyətini nəzərə alaraq və qarşılıqlı əməkdaşlığın
gücləndirilməsi məqsədi ilə , daha operativ və səmərəli idarə olunmasını təmin
etmək üçün Dünya Bankının təklifi əsasında müvafiq səlahiyyətlərə
malik olan
Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində Layihə İdarəetmə Qrupu (LİQ)
yaradılmışdır.
24
Qeyd etmək lazımdır ki, layihə üzrə 3 tip torpaq yuma avadanlıqlarının
alınması və istismarı planlaşdırılır
:
-
Gücü 600m
3
/gün olan, bir ədəd stasionar,süzgəc və yuma prosesi üçün
buxardan istifadə edən termal təkrar istehsala malik torpaq yuma qurğusu.Bu
quğunun Bibiheybət sahəsində quraşdırılması nəzərdə tgutulmuşdur;
- Gücü 150m
3
/gün olan, iki ədəd yarımmobil,dairəvi ələk və tullantı separatoru,
eləcə dəyuma prosesi üçün buxardan istifadə edən termal təkrar
istehsala malik
torpaq yuma qurğuları.Bu qurğulardan ikisi Qala sahəsində, ikisi isə,Maştağa-
Buzovna sahəsində quraşdırılacaqdır;
- Yuxarıda göstərilən bu avadanlıqlar vasitəsi ilə Bibiheybət sahəsində 137 hektar
sahədə, çirklənmə dərəcəsi 2,5% və daha yüksək (20-30%) olan 1,37 milyon
m
3
,Qala sahəsində 75,5 hektarda 2,41 milyon m
3
,Maştağa-Buzovna sahəsində isə
21 hektarda 410 min m
3
torpağın yaxın 4-5 ildə təmizlənməsi nəzərdə tutulur.
Avadanlıqlar vasitəsi ilə, mexaniki yuma üsulu ilə torpaqların təmizlənməsi
onların bərpasında ilkin mərhələdir.Neft çirkləndiricilərindən təmizlənmiş
torpaqların tam bərpası bioloji bərpa metodlarından istifadə etməklə başa
çatdırılacaqdır.
Bu layihə çərçivəsində yuma prosesindən ayrılmış neft tullantıları
karbohidrogen bərpa qurğularında emal edilərək,yararlı vəziyyətə gətiriləcək və
daha sonra neft emalı müəssisələrinə təhvil veriləcəkdir. Bu məqsədlə hər bir
təmizləmə sahəsində karbohidrogen bərpa sistemi avadanlıqları quraşdırılacaqdır.
Qeyd etmək lazımdır ki, texnoloji proses zamanı formalaşan çirkli
sular
təmizlənərək təkrar və ya texniki məqsədlər üçün istifadə olunacaqdır.Bundan ötrü
hər bir torpaq yumaqurğusunda su təmizləmə qurğusunun quraşdırılması nəzərdə
tutulmuşdur.