6.2. İdarəetmə sisteminə xidmət edən heyət, bu sistemlərin saz vəziyyətdə saxlanılmasını, onların işə hazırlığını, texniki xidmət və təmirinin vaxtında keçirilməsini, istifadəsinin etibarlılığının və səmərəliliyinin artırılması üzrə tədbirlərin yerinə yetirilməsini, ehtiyat cihazları və materiallarının olmasını təmin etməlidir. Texnoloji avadanlığa xidmət edən heyət, idarəetmə sistemlərini vaxtında işə qoşmalı və onlardan səmərəli istifadə etməlidir. İdarəetmə sistemləri qurğularının xarici hissələrinin qorunması və təmizliyi üçün məsuliyyəti, onların quraşdırıldığı enerji müəssisəsi sexinin, sahəsinin operativ heyəti daşımalıdır.
6.3. Texnoloji proseslərin idarəetmə sistemləri, onların xidmətinə, təmir və saxlanmasına minimum əmək sərfini təmin edən texniki vasitələr istifadə edilməklə normativ-texniki sənədlərdə nəzərdə tutulmuş həcmdə yerinə yetirilməlidir. Qüvvədə olan normativ-texniki sənədlər şamil edilməyən enerji obyektləri üçün idarəetmə sistemləri ilə təchiz olunma həcmini, enerjisistemin texniki rəhbəri müəyyən etməlidir.
6.4. İdarəetmə sisteminin elektrik enerjisi ilə qidalandırılması istehlakçı qrupları üzrə həyata keçirilməlidir: texnoloji mühafizələr və onların vericiləri, məsafədən idarəetmə və bloklama qurğuları, texnoloji nəzarət cihazları və onların vericiləri, qəza xəbərdaredici-siqnalvermə qurğuları, yanğını aşkaretmə və söndürmə sistemləri, avtomatik tənzimləmə vasitələri, hesablama texnikası vasitələri və onların vericiləri. Hesablama texnikası vasitələrindən başqa bütün qruplara aid istehlakçılar texnoloji prinsip üzrə - qazan və turbin bölmələri üçün yarımqruplara bölünməlidir.
Yarımqrup və qruplar üzrə paylaşdırma, əsas avadanlığı işdən saxlamadan zədələnmiş sahələrin selektiv (seçmə) açılışını və elektrik enerjisi ilə təchiz etmə şəbəkəsi elementlərinin təmirini təmin edən müstəqil mühafizə aparatları ilə həyata keçirilməlidir.
Blok qurğuları ücün 220/380 V gərqinlikli operativ cərəyan mənbələri olaraq-özünün və ya qonşu enerji blokun 0,4 kV-lik xüsusi sərfiyyat paylaşdırıcı tərtibatının (XSPT) şinləri olmalıdır (əgər onun 0,4 kV XSPT şinləri verilmiş blokdan ehtiyat kimi istifadə etmirsə, fasiləsiz qidalandırma aqreqatlarının invertorları və sabit cərəyan lövhəsinin şinləri işlədilmirsə).
İstehlakçıların həm hər hansı bir qrupunun, həm də girişlərdən birinin qidalandırılması tam kəsildikdə siqnalvermə qurğusunun işləməsi təmin edilməlidir.
İdarəetmə qurğularının ehtiyat qidalandırılmasının avtomatik işəqoşulma vasitələrinin sazlığı, habelə qidalandırma gərginliyinin mövcudluğu barədə siqnalvermə qurğularının sazlığı enerji obyektinin texniki rəhbərinin təsdiqlədiyi qrafik üzrə yoxlanılmalıdır.
6.5. İdarəetmə sistemlərinin texniki vasitələri quraşdırılan yerlərdə ətraf havanın temperaturu, rütubətlik, titrəyiş, radiasiya, xarici elektirik və maqnit sahələrinin gərginliyi, ifrat gərginlik impulsları, radio və impuls maneələri, elektrostatik boşalma intensivliyi və həmçinin tozlanma dərəcəsinin qiyməti texniki standartlarla və texniki şərtlərlə buraxıla bilən qiymətlərdən çox olmamalıdır.
Texnoloji sexlərin texniki vasitələr yerləşdirilmiş otaqlarında normal şəraitdə temperatur +10+500C hüdudlarında, nisbi rütubət isə 90%-dən çox olmamalıdır. Texnoloji avadanlığın axıntısı ilə müşayiət olunan qəza rejimlərində temperatur və nisbi rütubət uyğun olaraq 750C və 100%-dən çox olmamalıdır.
Nəzarət və idarəetmə sistemlərinin texniki vasitələri (TP AİS) yerləşdirilmiş idarəetmə lövhəsi otaqlarında temperatur və nisbi rütubət uyğun olaraq 250C və 40-80%-dən çox olmamalıdır. Hava kondisiyalaşdırma sisteminin nasazlığı ilə müşayiət olunan qəza rejimlərində göstərilən parametrlər uyğun olaraq 350C və 90% ola bilər.
Havanın kondisiyalaşdırılması sistemi, idarəetmə sistemlərinin texniki vasitələrinin etibarlı işini təmin edən vəziyyətdə saxlanılmalıdır.
6.6. Şkaf tipli lövhələrdə torpaqlama olmalıdır. Onlar diqqətlə kiplənməli, daimi işıqlandırması və həmçinin 12 və 220 V-luq ştepsel rozetkaları olmalıdır. Lövhələrin qapıları qıfıllanmalıdır. Ştepsel rozetkaları binanın işıq şəbəkəsinə birləşdirilməlidir.
Yerli cihazlar, siyirtmələrin yığımları, blok lövhələrinin qeyri-operativ dövrə panelləri, mühafizə aparatlarının panelləri və ilkin çeviriçilərin yığımları arasındakı telefon rabitəsi və onların idarəetmə lövhəsi ilə rabitə vasitələri saz vəziyyətdə olmalıdır.
6.7. Panellərdə, pultlarda və yerlərdə quraşdırılmış aparatlarda, ilkin çeviricilərdə, bağlayıcı armaturda və sıxac yığımında onların təyinatını göstərən aydın yazılar olmalıdır.
Lövhələrin, keçid qutularının, icra mexanizimlərinin, bütün sıxacların və onlara gələn kabellərin, məftillərin və kabel damarlarının, həmçinin (impuls) boru birləşmə xətlərinin nişanları olmalıdır.
6.8. Qəbuledici qurğuların, ilkin çeviricilərin və icra mexanizmlərinin xidmətetmə meydançaları olmalıdır.
6.9. İdarəetmə vasitələrinə güc və ölçü kabel xətlərinin çəkilməsi yanğın təhlükəsizliyi tələblərinə müvafiq olmalıdır. Güc və ölçü kabel xətləri izolyasiyasının yoxlanılma həcmi və dövriliyi qüvvədə olan qaydalara müvafiq olmalıdır.
Bir kabeldə ölçü dövrələrinin güc və idarəetmə dövrələri ilə birgə yerləşdirilməsi qadağandır.
6.10. Kabel və impuls xətlərinin otaqların divarlarından keçən yerlərinin kipliyi və lövhələrə, panellərə gedən kabel və impuls xətlərinin girişlərinin kipliyi yanğına qarşı tələblərə uyğun kiplik və hermetikliyi təmin edən vəziyyətdə olmalıdır. Kipləmələrin vəziyyəti əsaslı təmirdən sonra və lazımi hallarda yoxlanılmalıdır.
6.11. İmpuls xətləri kip olmalıdır. Avadanlıqların əsaslı təmirindən sonra bütün impuls xətləri üfürülməlidir. İçərisinə hava və ya şlam düşməsi mümkün olan xətlər isə, bundan əlavə, yerli təlimatla təyin olunmuş dövriliklə üfürülməlidir. Seçici qurğuların ilkin bağlayıcı orqanları avadanlıq istismarda olarkən impuls xətlərinin açılması imkanını təmin etməlidir.
İlkin bağlayıcı orqanların təmiri və onlarla bütün əməliyyatlar (açılması, bağlanması) texniki avadanlığa xidmət edən heyət tərəfindən yerinə yetirilməlidir.
6.12. İdarəetmə sistemlərində istifadə olunan və servomühərriklərlə təchiz olunmuş tənzimləyici və bağlayıcı orqanlar istismar vaxtı kiplik, sərfiyyat xarakteristikaları və lüft üzrə texniki tələbləri qane etməlidir. Bağlanarkən kiplik məsafədən və ya avtomatik idarəetmə sisteminin təsiri ilə təmin edilməlidir.
Tənzimləyici və bağlayıcı orqanların və onların icra mexanizmləri ilə birləşmələrinin təmiri, elektrik intiqalının sökülməsi və təmiri və onların yerinə quraşdırılması texnoloji avadanlığı təmir edən heyət tərəfindən, qəbulu isə idarəetmə sisteminə xidmət edən heyət tərəfindən yerinə yetirilməlidir
6.13. İdarəetmə vasitələrinə texniki xidmət, onların cari və əsaslı təmiri zavod təlimatları və ya texniki xidmət və təmirlərin müddəti və tərkibi haqqında normativlər əsasında tərtib olunaraq enerji obyektinin texniki rəhbərinin təsdiqlədiyi qrafiklər üzrə təşkil olunmalıdır.
Təmir ixtisaslaşdırılmış müəssisələr tərəfindən aparıldıqda texniki vasitələrin təmirə verilməsi və təmirdən qəbul edilməsi enerji obyektinin istilik avtomatikası və ölçmə sexinin (TP AİS) heyəti tərəfindən yerinə yetirilməlidir.
6.14. Quraşdırıldıqdan və ya yenidənqurmadan sonra texnoloji mühafizələrin istismara buraxılışı enerjiobyektin texniki rəhbərinin sərəncamı üzrə yerinə yetirilməlidir.
6.15. Daimi istismara verilmiş texnoloji mühafizələr onların quraşdırıldığı avadanlığın bütün iş müddətində qoşulmuş olmalıdır. Saz vəziyyətdə olan texnoloji mühafizələrin işdən çıxarılması qadağandır.
Mühafizələr aşağıdakı hallarda işdən çıxarılmalıdır:
-
avadanlıq keçid rejimlərində işləyərkən mühafizənin açılmasının vacibliyi əsas avadanlığın istismarı üzrə təlimatda müəyyən edilibsə;
-
mühafizənin aşkar nasazlığında. Açılma elektrik stansiyasının növbə rəisinin sərəncamı ilə, mütləq texniki rəhbərə xəbər verilməklə aparılmalı və operativ sənədlərə yazılmaqla rəsmiləşdirilməlidir;
-
enerji obyektinin texniki rəhbərinin təsdiqlədiyi qrafikə əsasən dövri yoxlamalar üçün.
Qoşulmuş mühafizələrin dövrələrində təmir və sazlama işlərinin aparılması qadağandır.
6.16. Texnoloji mühafizələrin vaxtaşırı yoxlanılması enerji obyektinin texniki rəhbəri tərəfindən təsdiq edilən qrafikə əsasən aparılmalıdır. Mühafizə olunan avadanlığın istilik vəziyyəti ilə əlaqədar olaraq icra əməliyyatlarının yoxlanışı mümkün olmadıqda mühafizənin yoxlanılması icra orqanlarına təsir etmədən aparılmalıdır.
Mühafizə olunan avadanlığın əsaslı və orta təmirindən sonra onun işə buraxılmasından əvvəl, həmçinin texnoloji mühafizə dövrələrində təmir aparıldıqdan sonra hər bir mühafizənin siqnala və bütün icra qurğularına işləməsinin yoxlanılması yolu ilə mühafizələrin sazlığı və işəqoşulmaya hazırlığı yoxlanılır.
Mühafizə olunan avadanlığın 3 sutkadan artıq dayanmasından sonra onun işə buraxılmasından əvvəl bütün icra qurğularına mühafizələrin işləməsi, həmçinin ehtiyat texnoloji avadanlığın işə qoşulması əməliyyatları yoxlanılır.
Yoxlama müvafiq texnoloji sexin və texniki vasitələrə xidmət edən heyət tərəfindən aparılmalıdır.
Avadanlığa təsir etməklə mühafizələrin yoxlanılması, mühafizələrin işində iştirak edən avadanlıqlarda bütün işlər qurtardıqdan sonra yerinə yetirilir.
6.17. Texnoloji mühafizə vasitələrinin (ilkin ölçü çeviricilərinin, ölçü cihazlarınn, sıxac yığımlarının, açar və çeviricilərin, impuls xətlərinin bağlayıcı armaturlarının və s.) xaricdən fərqləndirici nişanları olmalıdır (qırmızı rəng və s.).
Mühafizə panellərinin hər iki tərəfində və onlarda quraşdırılan aparatlarda onların təyinatlarını bildirən yazılar olmalıdır. Cihazların şkalalarında mühafizələrin işə qoşulması hədlərini göstərən işarələr olmalıdır.
6.18. Mühafizələrin işləmə alqoritmləri, tənzim qiymətləri və gözləmə müddətlərinin işlənilməsi də daxil olmaqla, istehsalçı zavod tərəfindən təyin edilməlidir. Avadanlığın yenidən qurulması halında və ya istehsalçı zavodun göstəriciləri olmadıqda, tənzim qiymətləri və gözləmə müddətləri sınaq nəticələri əsasında müəyyənləşdirilməlidir. Tənzim qiymətlərini dəyişmək üçün istifadə olunan qurğular plomblanmalıdır (qeydedici cihazlardan başqa). Plombun çıxarılmasına yalnız mühafizə qurğularına xidmət edən işçilərə bu barədə operativ jurnalda qeyd edilməklə icazə verilir. Plombların çıxarılmasına yalnız mühafizə tərtibatlarının işdən açılmış vəziyyətində icazə verilir.
6.19. Avadanlığın açılmasına işləyən texnoloji mühafizələr, onların ilkin işə qoşulma səbəbini yazıb təsbit edən tərtibatlarla təchiz edilməlidir. Hadisələrin qeyd edilməsi də daxil olmaqla, mühafizələrin ilkin işləmə (qoşulma) səbəbini yazıb təsbit edən tərtibatlar, mühafizə edilən avadanlığın bütün iş müddəti ərzində istismarda olmalıdır. Mühafizələrin işləməsi və həmçinin bütün imtina halları nəzərə alınmalı, nasazlıqların növləri və səbəbləri təhlil edilməlidir.
6.20. İstismara verilmiş tənzimləyicilər, normativ-texniki sənədlərdə reqlamentləşdirilmiş texnoloji parametrlərin saxlanılmasını təmin edən vəziyyətdə olmalıdır. Saz avtomatik tənzimləyicilərin işdən açılmasına yalnız istismar üzrə təlimatlarda göstərilən hallarda yol verilir.
6.21. Texnoloji avadanlıq bu qaydaların tələblərinə və avtomatlaşdırılmış avadanlığı istehsal edən zavodun texniki şərtlərinə uyğun olmalıdır.
6.22. Elektrik stansiyasında, istismara verilmiş hər bir tənzimləyici kontur barədə, onun təmirdən sonra sazlanmasını bərpa etmək və ya sıradan çıxmış aparatların dəyişdirlməsi üçün lazım olan məlumatlar olmalıdır.
6.23. Sazlamadan və ya idarəetmənin texnoloji alqoritmlərinin dəqiqləşdirilməsindən sonra məntiqi idarəetmə vasitələrinin istismara verilməsi enerji obyektinin texniki rəhbərinin sərəncamı ilə yerinə yetirilməlidir.
6.24. İstismara verilmiş məntiqi idarəetmə vasitələri, uyğun texnoloji proqramların (alqoritmlərin) yerinə yetirilməsini təmin edən vəziyyətdə olmalıdır. Məntiqi idarəetmə vasitələrinin iş qabiliyyətinin yoxlanılması, təmir işlərindən sonra həm xarici dövrələrdə, həm də şkaflarda aparılmalıdır. Bu, texnoloji sexin heyəti və idarəetmə sisteminə xidmət edən sexin heyəti tərəfindən icra orqanlarına təsir etməklə yerinə yetirilməlidir. Avadanlığın istilik vəziyyəti ilə əlaqədar icra əməliyyatlarının yoxlanılmasına icazə verilmədikdə, məntiqi idarəetmə vasitələrinin yoxlanılması icra orqanlarına təsir etmədən aparılmalıdır.
İş qabiliyyətinin yoxlanılması qaydası və həcmi enerji obyektinin texniki rəhbərinin təsdiqlədiyi təlimatla müəyyən edilir.
6.25. İşləyən avadanlığın məntiqi idarəetmə vasitələrinin icra (xarici) dövrələrində təmir və sazlama işlərinin aparılması qadağandır. Məntiqi idarəetmə vasitələrinin şkaflarında sazlama işlərinin aparılmasına, onlardan icra dövrələrinin açılması şərti ilə icazə verilir.
İcra dövrələrinin məntiqi idarəetmə vasitələrinə birləşdirilməsinə, yalnız dayandırılmış avadanlıqda icazə verilir.
6.26. İstismara verilmiş məntiqi idarəetmə vasitələrinin texnoloji alqoritmlərinin bütün dəyişiklikləri enerjiobyektin texniki rəhbəri tərəfindən təsdiq olunmalıdır.
6.27. Əgər layihədə nəzərdə tutulmuş tənzimləyicilər, məntiqi idarəetmə vasitələri, TP AİS funksiyaları texnoloji avadanlığın işə salınması müddətinə qədər istismara verilmədiyi halda, tətbiqdən imtina edilməsinin səbəbləri göstərilməklə əsaslandırılmış texniki qərar və layihənin təkrar işlənilməsi üçün layihə təşkilatına tapşırıq tərtib edilməlidir. Texniki qərarlar layihə təşkilatı ilə razılaşdırılmalı və enerjisistemin rəhbərliyi tərəfindən təsdiq edilməlidir.
7. Suhazırlama, istilik elektrik stansiyaları və istilik şəbəkələrinin kimyəvi-su rejimi
7.1. Suhazırlama qurğularının istismar və kimyəvi-su rejimi suhazırlama, istilik energetikası və şəbəkə avadanlıqlarının daxili səthlərinin korroziyası və həmçinin istilikötürücü səthlərdə ərp və çöküntülərin, elektrik stansiyaların və istilik şəbəkələrinin avadanlıqlarında və boru kəmərlərində şlamın əmələ gəlməsi səbəbindən elektrik stansiyaları və istilik şəbəkələrinin zədələnməsiz və qənaətli işləməsini təmin etməlidir.
7.2. Elektrik stansiyalarında və istilik şəbəkələrini istismar edən təşkilatlarda avadanlığın kimyəvi-su iş rejiminin təşkilini və ona nəzarəti kimya sexinin (laboratoriyanın və ya uyğun bölmənin) heyəti həyata keçirməlidir.
Su və buxarın keyfiyyətinin pisləşməsinə səbəb ola biləcək hər hansı avadanlığın işə qoşulması və ya işdən açılması kimya sexi ilə (laboratoriya və ya müvafiq bölmə ilə) razılaşdırılmalıdır.
Avadanlıqlara daxili baxışı, çöküntü nümunələrinin götürülməsini, borulardan nümunələrin kəsilməsini, baxış aktlarının tərtibini və həmçinin kimyəvi-su rejimi ilə əlaqədar qəza və nasazlığın araşdırılmasını kimya sexinin (laboratoriyanın və ya müvafiq bölmənin) heyətinin iştirakı ilə müvafiq texnoloji sexin heyəti yerinə yetirməlidir.
Suhazırlama və kondensat təmizləyici qurğuların işinə və həmçinin elektrik stansiyasının (istilik şəbəkəsinin) kimyəvi-su rejiminə təsir edə biləcək, layihə sxemlərində və avadanlıqların konstruksiyasında aparılan hər hansı bir dəyişiklik enerjisistemin kimya xidməti ilə razılaşdırılmalıdır.
7.3. Suhazırlama və kimyəvi-su rejiminin yeni üsullarının tətbiqi enerjisistem ilə razılaşdırılmalıdır.
Suhazırlama və suyun korreksiya emalı
7.4. Suhazırlama qurğuları reagent anbarları da daxil olmaqla, bütün köməkçi avadanlıqlarla birlikdə, istilik energetikası avadanlığında işəsalınmadan əvvəlki təmizlənmənin aparılmasına 2 ay qalmış, quraşdırılıb işəsalma sazlanması üçün təhvil verilməlidir.
Turbin kondensatının və çirklənmiş kondensatların təmizlənməsi üçün qurğular, həmçinin suyun korreksiya emalı qurğuları enerji blokunun (qazanın) işəsalınmasına 2 ay qalmış quraşdırılıb işəsalma sazlanması üçün təhvil verilməli və enerji blokunun (qazanın) işəsalınmasında işə qoşulmalıdır.
Duzsuzlaşdırılmış suyun və kondensatın ümumstansiya ehtiyat çənləri, onlara korroziyaya qarşı örtük çəkilməklə, elektrik stansiyasının birinci enerji blokunun (qazanın) işəsalınmadan əvvəlki təmizlənməsinə qədər quraşdırılmalıdır.
7.5. Suhazırlama, kondensat təmizləmə və suyun korreksiya emalı üzrə texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması qurğuları, həmçinin avtomatik kimyəvi nəzarət cihazları müvafiq qurğuların və ya aqreqatların işəsalınmasında işə qoşulmalıdır.
7.6. Suhazırlama qurğularının avadanlıqlarının, boru kəmərlərinin, armaturun və kondensat təmizləyici qurğuların, habelə səthləri aktiv korroziyalı mühitlə təmasda olan tikinti konstruksiyaların istismarına, bu səthlərdə korroziyaya qarşı örtüyün yerinə yetirilməsi, yaxud onların korroziyaya davamlı materiallardan hazırlanması şərtilə icazə verilir.
7.7. Suhazırlama qurğularının, kondensat təmizləmə və suyun korreksiya emalı qurğuları avadanlığının əsaslı təmiri 3 ildə 1 dəfə, cari təmiri - lazımi hallarda, süzgəc materiallarının səviyyə ölçülməsi isə ildə 2 dəfə aparılmalıdır.
7.8. Kritikdən yüksək təzyiqli enerji bloklarında normativ-texniki sənədlərdə nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla hidrazın-ammonyak, oksigen-neytral, ammonyak-oksigen, hidrazın kimyəvi-su rejimlərinin istifadəsinə icazə verilir.
7.9. Təbii dövranlı qazanlarda fosfat məhlulunu barabana verməklə, qazan suyunun fosfatlaşdırılması təşkil edilməlidir. Zəruri hallarda yeyici natrium qələvisi məhlulu ilə pH-ın qiyməti təshih edilməlidir. 40-100 kqq/sm2 (3,9-9,8 MPa) təzyiqli qazanlarda fosfatlaşdırma əvəzinə qazan suyunun trilonla emalına icazə verilir.
7.10. 70 kqq/sm2 (7 MPa) qədər təzyiqli qazanlarda bəsləyici sudan oksigenin daha çox çıxarılması zəruriyyəti yarandıqda, termiki deaerasiyaya əlavə kimi bəsləyici suyu natrium sulfitlə və ya hidrazinlə emal etmək olar.
Oksigenli kimyəvi-su rejimi ilə işləyən qazanlar və yeyinti sənayesi, mikrobiologiya, dərmanhazırlama və sanitar təşkilatlar tərəfindən buxarda hidrazinin olması qadağan edilən digər sənaye sahələrinə buxar buraxan qazanlar istisna olmaqla, 70 kqq/sm2 (7 MPa) və daha yüksək təzyiqli qazanlarda lazım gəldikdə kondensatın və ya bəsləyici suyun emalı yalnız hidrazinlə aparılmalıdır.
Bəsləyici suda pH-ın lazımi miqdarı ammonyak verməklə saxlanılmalıdır.
Kimyəvi nəzarət
7.11. Elektrik stansiyalarında kimyəvi nəzarət aşağıdakıları təmin etməlidir:
-
suhazırlama, istilik energetikası və istilik şəbəkəsi avadanlıqlarında korroziya, ərp və çöküntülər törədən iş rejimlərinin pozulmasının vaxtında üzə çıxarılmasını;
-
suyun, buxarın, kondensatın, çöküntülərin, reagentlərin, konservasiyaedici və yuyucu məhlulların, yanacağın, qazın, yağın və çirkab sularının keyfiyətinin və ya tərkibinin təyin edilməsini;
-
istehsalat otaqlarının, çənlərin, quyuların, kanal və digər obyektlərin qazlılığa görə yoxlanılmasını;
-
atmosferə atılan zərərli tullantıların miqdarının təyin edilməsini.
7.12. Enerji obyektinin istismarına yalnız onun kimyəvi analizi yerinə yetirən bölmələrinin sahə ekspertizasından keçmiş zəruri avadanlıqlarla, tələb olunan normativ sənədlərlə təchiz edilməsindənsonra icazə verilə bilər. Kimyəvi analizi yerinə yetirən bölmələr müvafiq təlim və təlimatlandırılmadan keçmiş, attestasiya haqqında qüvvədə olan şəhadətnaməyə malik ixtisaslı heyətlə tam komplektləşdirilməlidir.
7.13. Su-buxar yolunun nəzarət olunan bütün sahələrində nümunələri 20-400C-dək soyutmaq üçün soyuducularla təchiz edilmiş su və buxar nümunəgötürücüləri quraşdırılmalıdır. Nümunəgötürücü xətlər və soyuducuların soyuducu səthləri paslanmayan poladdan hazırlanmalıdır. 200 MVt və artıq güclü enerji blokları olan İES-də və 50 MVt və artıq güclü aqreqatları olan İEM-də nümunəgötürücü xətlər, ekspress - laboratoriya ilə yanaşı yerləşən və ventilyasiyası olan xüsusi otağa çıxarılmalıdır.
7.14. Avadanlıqların daxili baxışına əlavə olaraq borulardan nümunələrin kəsilməsi və həmçinin turbinlərin axma hissələrindən, qızdırıcılardan və s. çöküntülərin götürülməsi təşkil edilməlidir.
Avadanlıqlara daxili baxışın, çöküntülərin miqdarının və kimyəvi tərkibinin qiymətləndirilməsi əsasında avadanlıqların daxili səthinin vəziyyəti barədə, kimyəvi istismar təmizlənməsinin keçirilməsi lüzumu və korroziyaya, çöküntülərin əmələ gəlməsinə qarşı digər tədbirlərin görülməsinin zəruriliyi barədə akt tərtib edilməlidir.
Buxar və suyun keyfiyyət normaları
7.15. Düzaxınlı qazanların buxarının keyfiyyəti aşağıdakı normaları təmin etməlidir (Burada və aşağıda natrirum, dəmir və mis birləşmələrinin tərkibi üzrə buxar və suyun keyfiyyət normaları müvafiq olaraq Na, Fe, Cu-ə hesablanmış, ammonyak və onun birləşmələri - NH3-ə, silisium turşusu - SiO2-yə, fosfatlar - PO-ə hesablanaraq verilmişdir; xüsusi elektrik keçiriciliyi - H -kationit və ya deqazasiya olunmuş nümunə üçün - 250C-ə hesablanaraq, pH qiymətidə həmçinin 25 0C -ə hesablanaraq verilmişdir):
Natrium birləşmələri, mkq/dm3 …….……5-dən çox olmamalı
Silisium turşusu, mkq/dm3 ………..…….15-dən çox olmamalı
Xüsusi elektrik keçiriciliyi, mkSm/sm .....0,3-dən çox olmamalı
pH…..……………………………….…7,5-dən az olmamalıdır.
Neytral-oksigen kimyəvi-su rejimində pH-in qiyməti 6,5-dən az olmamalıdır.
7.16. Düzaxınlı qazanların bəsləyici suyunun keyfiyyəti aşağıdakı normaları təmin etməlidir:
Ümumi codluq, mkq-ekv/dm3 …………..0,2-dən çox olmamalı
Natrium birləşmələri, mkq/dm3 …………..5-dən çox olmamalı
Silisium turşusu, mkq/dm3 ………………15-dən çox olmamalı
Dəmir birləşmələri, mkq/dm3 ……………10-dan çox olmamalı
Oksigen rejimlərində həll olmuş oksigen,
mkq/dm3 ...................................................100-400
Xüsusi elektrik keçiriciliyi, mkSm/sm ......0,3-dən çox olmamalı
Deaeratora qədər suda mis
birləşmələri, mkq/dm3 ...............................5*-dən çox olmamalı
(Su-kondensat yolundakı bütün istilik mübadiləsi aparatlarının boruları paslanmayan poladdan və ya digər korroziyaya davamlı materialdan olanda 2 mkq/dm3-dan çox olmamalıdır)
Deaeratordan sonra suda həll olunmuş oksigen,
mkq/dm3 ................................................... 10-dan çox olmamalı
pH -in qiyməti:
hidrazin -ammonyak rejimində ................... 9,10,2
hidrazin rejimində ....................................... 7,70,2
oksigen -ammonyak rejimində …………………..… 8,00,5
neytral -oksigen rejimində ……………………….... 7,00,5
Hidrazin, mkq/dm3 :
hidrazin -ammonyak rejimində …………….……… 20-60
hidrazin rejimində ………………..…………………80-100
işə buraxanda və saxlandıqda …………………….…300-dək
neft məhsullarının miqdarı
(kondensat təmizləyicilərə qədər),
mq/dm3………………………………..0,1-dən çox olmamalıdır.
7.17. Layihə ilə, turbinin kondensatyığıcısından çıxan bütün kondensatın təmizlənməsi nəzərdə tutulmayan 140 kqq/sm2 (13,8 MPa) buxar təzyiqli düzaxınlı qazanları olan elektrik stansiyalarında qazanlar işlədikdə bəsləyici suda və buxarda natrium birləşmələrinin miqdarı -10 mkq/dm3-dan artıq olmamalı, bəsləyici suyun ümumi codluğu - 0,5 mkq-ekv/dm3-dan artıq, dəmir birləşmələrinin miqdarı isə -20 mkq/dm3-dan artıq olmamalıdır.
100 kqq/sm2 (9,8 MPa) və bundan az təzyiqli düzaxınlı qazanlar işlədikdə bəsləyici suyun, buxarın və turbin kondensatının keyfiyyət normaları istismar təcrübəsi əsasında enerjisistem tərəfindən təyin olunmalıdır.
Do'stlaringiz bilan baham: |