Vergİ VƏ TƏrƏqqİ
Ölkədə ev təsərrüfatlarının adambaşına gəlirə görə bölgüsü -
nün strukturunu təhlil etsək görərik ki, ev təsərrüfatlarının
13,8%-nin adambaşına gəlirləri 125 manatdan, 24,9%-nin isə
150 manatdan azdır. Adambaşına gəlirlərinin 200 manatdan az
olan ev təsərrüfatlarının ümüumi sayda xüsusi çəkisinin 75,3%
olması azgəlirli insanların vergidən azad edilməsi ilə bağlı
güzəştlərin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.
Ölkə üzrə cəmi
Şəhər yerləri
Kənd yerləri
Bütün ev təsərrüfatları
100
100
100
100 manata qədər
-
-
-
100,1 - 105,0
0,1
0,1
0,0
105,1 - 110,0
1,7
1,0
2,4
110,1 - 115,0
3,8
3,6
4,0
115,1 - 120,0
3,5
3,0
3,9
120,1 - 125,0
4,7
4,1
5,4
125,1 - 130,0
4,5
3,9
5,3
130,1 - 135,0
5,1
4,4
5,9
135,1 - 140,0
5,3
4,7
5,9
140,1 - 145,0
4,6
4,1
5,2
145,1 - 150,0
5,4
5,1
5,9
150,1 - 160,0
10,1
9,9
10,3
160,1 - 170,0
8,7
8,4
9,1
170,1 - 180,0
7,1
6,7
7,5
180,1 - 190,0
5,7
6,1
5,3
190,1 - 200,0
5,0
5,1
4,8
200,1 - 225,0
8,1
9,1
7,0
225,1 - 250,0
5,7
7,0
4,3
250,1 - 300,0
5,6
6,7
4,2
300 və çox
5,4
6,9
3,6
Cədvəl 6.3.1. 2012-ci ildə şəhər və kənd yerləri üzrə ev
təsərrüfatının adambaşına gəlirə görə bölgüsü, (%-lə)
188
Vergİ VƏ TƏrƏqqİ
Əgər şəxslərin adambaşına gəlirlərə görə bölgüsünə diqqət
yetirsək, görərik ki, 2012-ci ildə əhalinin 15,3%-nin aylıq gəliri
125 manatdan az olmuşdur. Belə bölgü şəxslərin şəhər və kənd
yerlərində yaşamasına görə fəqrlənir. Şəhər əhalisinin 13,6%-
nin, kənd əhalisinin isə 17%-nin gəlirləri 125 manatdan aşağıdır.
Əgər 2012-ci ildə yaşayış minimumunun əmək qabiliyyətli əhali
üçün 116 manat olduğunu nəzərə alsaq, onda ölkəmizdə
aparılmaqda olan sosial-iqtisadi siyasət nəticəsində əhalinin
azgəlirli təbəqəsinin əvvəlki illərə nisbətən xeyli azalmasına bax-
Ölkə üzrə cəmi
Şəhər yerləri
Kənd yerləri
Bütün şəxlsər
100
100
100
100 manata qədər
-
-
-
100,1 - 105,0
0,1
0,1
0,0
105,1 - 110,0
1,8
1,1
2,6
110,1 - 115,0
4,1
4,1
4,2
115,1 - 120,0
3,9
3,5
4,3
120,1 - 125,0
5,4
4,9
5,9
125,1 - 130,0
4,9
4,2
5,7
130,1 - 135,0
5,6
4,9
6,4
135,1 - 140,0
5,8
5,2
6,4
140,1 - 145,0
5,0
4,5
5,5
145,1 - 150,0
6,0
5,6
6,5
150,1 - 160,0
11,0
10,9
11,0
160,1 - 170,0
9,2
8,9
9,5
170,1 - 180,0
7,2
6,7
7,7
180,1 - 190,0
5,8
6,4
5,1
190,1 - 200,0
4,7
4,8
4,6
200,1 - 225,0
7,4
8,7
6,0
225,1 - 250,0
4,7
6,0
3,3
250,1 - 300,0
4,2
5,3
3,0
300 və çox
3,2
4,2
2,1
Cədvəl. 6.3.2. 2012-ci ildə şəhər və kənd yerləri üzrə
şəxslərin adambaşına gəlirə görə bölgüsü
189
Vergİ VƏ TƏrƏqqİ
mayaraq, gəlirləri yoxsulluq həddinə yaxın olan insanların hələ
də çox olduğunu görə bilərik.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində hüquqi
şəxslərdən tutulan vergilər üzrə sosial güzəştlər kifayət qədər
məhduddur. Belə güzəştlərə Vergi Məcəlləsinin 106-cı maddə -
sində göstərilən aşağıdakı müddəaları aid etmək olar:
“xeyriyyə təşkilatlarının gəlirinin (sahibkarlıq fəaliy -
yətindən əldə etdikləri gəlirdən başqa) vergidən azad edilməsi;
Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması
üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəliri – sahibkarlıq
fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların
ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı
50 faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud 18
yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət
vergisinin dərəcəsinin 50 faiz azaldılması.
Hüquqi şəxslərin vergiləri üzrə sosial güzəştlərin nəticəlilik
meyarları olaraq təşkilatların müəyyən sosial xərclərinin artması
və ya azalması, sosial sahənin ayrı-ayrı seqmentlərinin inkişafı
qəbul oluna bilər. Nəticəliliyin qiymətləndirilməsi üçün moni-
torinq dövründə natural və dəyər göstəricilərinin faktiki artım
templərini təhlil etmək, faktiki artımın nəzərdə tutulan səviyyə
(ölkənin sosial-iqtisadi inkişafı üzrə, regionlar və təsərrüfat
subyektləri üzrə proqnozaşdırılan nəticələr) ilə müqayisə
edilməsi zəruridir. Həm təhlil, həm də müqayisə nəticəsində
mənfi göstəricilərin alınması tətbiq olunan vergi güzəştlərinin
nəticəsizliyi barədə mülahizəni əsaslandırır.
Hüquqi şəxslərdən tutulan vergilər üzrə nəticəli sosial
güzəştlərin səmərəlilik meyarı olaraq dövlət üçün iqtisadi
məqsədə uyğunluğu (büdcə sisteminin itkiləri) qəbul oluna bilər.
Bu meyar təhlil olunan sosial xərclərin və ya sosial seqmentlərin
artım (azalma) templərinin büdcə itkilərinin (güzəşt nəticəsində
baş vermiş) artımı (azalması) tempinə nisbəti (əmsal) ilə
xarakterizə oluna bilər. Bu göstəricinin vahiddən kiçik olması
hüquqi şəxslərdən vergilər üzrə tətbiq olunan sosial güzəştlərin
səmərəsizliyini göstərir.
Do'stlaringiz bilan baham: |