Vergİ VƏ TƏrƏqqİ
vergisindən azad olunması vasitəsilə stimullaşdırılması vəsaitlə -
rin mərkəzləşmiş dövlət büdcəsi vasitəsilə təkrar bölgüsü və
yaxud dolayı vergilər vasitəsilə gücləndirilməsi mexanizminin
səmərəliliyini xeyli yüksəldə bilər. Dövlət büdcəsinin investisiya
layihələri əsasən iqtisadiyyatın istehsal amillərindən biri olan
infrastuktur layihələrinin inkişaf etdirilməsinə yönəlir və daha
çox ictimai xarakter daşıyır. Dolayı vergilər isə asanlıqla sonrakı
alıcıların üzərinə qoyulur və onun bütün ağırlığı son istehlakçının
üzərinə düşür. Nümunə üçün, avtomobil yanacağına aksizlərin
yüksəldilməsi son nəticədə ictimai nəqliyyatda gediş haqlarının
yüksəlməsinə və bu nəqliyyat növündən istifadə edən az təmi -
natlı təbəqənin xərclərinin artması ilə nəticələnir, yəni bu aksizi
istehsalçı deyil, son istehlakçı ödəmiş olur.
Do'stlaringiz bilan baham: |