və yaxud bu qabiliyyətə hələ malik olmayan vətəndaşların sosial
müdafiəsinə və işgüzar fərdlərin yüksək gəlirləri əldə etmələrinə
istiqamətlənir. Sosial müdafiə tədbirlərinin əksəriyyəti yüksək
gəlirləri əldə edən və iri həcmli xüsusi mülkiyyətə sahib olan
fərdlər tərəfindən maliyyələşdirilir. Bu model, iqtisadi azadlığın
prioritetliyinə baxmayaraq, vətəndaşların yüksək sosial təminatı
ilə xarakterizə olunur. Belə sosial təminata gəlirlərin təkrar
bölgüsündə dövlətin iştirakı ilə, hüquqi təminatlarla nail olunur.
Bu modeldə liberal iqtisadiyyat ilə dövlətin iqtisadi proseslərə
fəal müdaxiləsi, azadlıq və intizam uzlaşdırılır. Dövlətin iqti-
sadiyyatda rolu yüksək olsa da, bu rol təsərrüfat proseslərinin
deyil, iqtisadi proseslərin şəraitinin tənzimlənməsi ilə məhdud -
laş dırılmışdır.
Do'stlaringiz bilan baham: