ƏLƏKBƏr MƏMMƏdov ceyhun yusifov iLqAr Seyfullayev vergİ



Download 2,97 Mb.
Pdf ko'rish
bet35/288
Sana26.07.2021
Hajmi2,97 Mb.
#128788
1   ...   31   32   33   34   35   36   37   38   ...   288
Bog'liq
20181017072307 Vergi və tərəqqi

1.3.2. Liberal konsepsiya
Rifah nəzəriyyəsinin liberal konsepsiyasının əsasında fərdin
tam azadlığı, individualizm, şəxsi mülkiyyətin dominantlığı və
nemətlərin qeyri-bərabər bölgüsünün mümkünlüyü  xüsusi yer
tutur. Belə yanaşmanın ilk nümunələrini qədim yunan mütəfək -
42
Vergİ VƏ TƏrƏqqİ


kirlərinin əsərlərində də tapmaq olar. 
Yunan filosofu Aristotel (b.e.ə. 384-322) hesab edirdi ki, şəxsi
mülkiyyət zəhmətə əlavə stimul yaradır və ictimai asayişi təmin
edir. O, nemətlərin ictimai bölgüsünə münasibətdə “bərabərləş -
dirici” və “bölüşdürücü” ədaləti fərqləndirirdi. Birinci ədalət
hamı  üçün  bərabər  payı,  ikinci  isə  hər  kəsə  zəhmətinə  görə
 bölgünü təmin edir. Yozef Şumpeter (1883-1950) Aristotelə isti-
nad edərək deyirdi ki, insanların təbii bərabərsizliyi şəksiz faktdır
[96]. 
Bundan başqa, Aristotel “həqiqi sərvət”lə (“həyat üçün zəruri
olan, dövlət və cəmiyyət üçün faydalı olan”vasitələrin məcmusu)
sonsuz miqdarda var-dövlətin yığılmasına xidmət edən sərvəti
fərqləndirirdi. O, sərvətin ikinci növünü tənqid etməklə ictimai
rifahın formalaşmasının mənəvi əsaslarını yaratmış oldu.
İctimai  rifahın  formalaşması  üçün  liberal  şərtlər  barədə
 sistemli təsəvvürlər ilk dəfə klassik iqtisadi nəzəriyyənin nüma -
yən  də lə rinin əsərlərində əks olunmuşdur. Adam Smit rifahın ən
yüksək səviyyəsinə nail olunması üçün çox sadə bir düstur təklif
edirdi: sülh, yüngül vergilər və idarəetmədə dözüm, yerdə qala -
nını isə təbii gedişat özü yaradacaq.
Klassik  məktəbin  ardıcılları  eqoizm  və  individualizm
kateqori ya la rından istifadə edərək rifahın təmin olunmasında
əsas diqqəti istehsalın artımına yönəltmiş və sərvəti rifahın əsası
kimi qəbul etmişlər.
Klassik iqtisadi təfəkkürə görə rifahın mənbəyi milli kapitalın
yığımıdır. Əhalinin bir nəfərinə düşən nemətlərin miqdarının
artımı və xalis milli gəlir rifahın səviyyəsinin göstəricisi kimi,
xalis milli gəlir isə kapital, torpaq və əmək ehtiyatlarının - is-
tehsal amillərinin funksiyası kimi təqdim olunur. Buradan belə
nəticəyə gəlmək olar ki, iqtisadi artım amilləri (kapitalın yığımı,
əmək bölgüsü) mexaniki olaraq rifahın amillərinə çevrilir. Milli
gəlirin  -  sərvətin  artımı  üçün  isə  “təbii  azadlıq”  sistemi  -
təsərrüfat müstəqiliyi və azad rəqabət - əsas şərt hesab olunurdu. 
Hələ XVIII əsrdə Adam Smit (1723-1790) hesab edirdi ki,
yalnız öz maraqlarını təmin etməyə can atan sahibkarlar bazarın
“görünməz  əl”  mexanizminin  təsiri  ilə  özləri  də  bilmədən
cəmiyyətin rifahı naminə çalışırlar. A.Smit insanları olduğu kimi
43

Download 2,97 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   31   32   33   34   35   36   37   38   ...   288




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish