Vergİ VƏ TƏrƏqqİ
Şəkil 3.6.2. Cini əmsalının dünyanın regionları
üzrə qiyməti [114]
Şəkildən göründüyü kimi, Latın Amerikası dünyanın ən
qeyri-bərabər regionudur.
Şəkil. 3.6.3. Daxilolmaların ÜDM-də xüsusi
çəkisi (%-lə)[114]
135
Vergİ VƏ TƏrƏqqİ
136
Vergİ VƏ TƏrƏqqİ
Əgər regionları vergi yükünün və bərabərsizliyin səviyyəsinə
(Cini əmsal üzrə) görə müqayisə etsək görərik ki, Latın
Amerikası ölkələrində vergi yükünün Avropa İttifaqının müvafiq
göstəricisindən təxminən 2 dəfə aşağı olmasına baxamayaraq,
bu regionda bərabərsizliyinin səviyyəsi Avropa İttifaqının analoji
göstəricisi ilə müqayisədə əhəmiyyətli şəkildə çoxdur. Bu faktın
mövcudluğu vergi yükü ilə bərabərsizlik arasında tərs
mütənasibliyə bənzər asılılığın olması barədə fikir söyləməyə
əsas verir. Lakin inkişaf edən Asiya ölkələrində həm vergi
yükünün, həm də bərabərsizliyin digər inkişaf etmiş ölkələrlə
müqayisədə aşağı olması faktı vergi yükü ilə bərabərsizlik ara -
sında asılılığın daha mürəkkəb xarakter daşıması, bərabərsizliyə
təsir göstərən digər faktorların da böyük əhəmiyyət daşıdığını
göstərir.
3.6.1-saylı qrafikdə inkişaf edən Asiya ölkələri və İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr vergi
yükünə və gəlirlər üzrə bərabərsizliyə (Cini əmsalı) görə koor-
dinat sistemində yerləşdirilmişlər.
3.6.1-saylı qrafikdən göründüyü kimi, İƏİT-ə daxil olan
ölkələrdən olan ABŞ-da vergi yükü digər inkişaf etmiş ölkələrlə
müqayisədə xeyli aşağı olmasına baxmayaraq, bu ölkədə
bərabərsizliyin səviyyəsi çox yüksəkdir. İƏİT-in oxşar vergi
yüklü digər ölkələri – Almaniya və Slovakiyada isə həm vergi
yükü, həm də bərabərsizlik səviyyəsi kifayət qədər aşağıdır.
İsveç, Finlandiya, Avstriya, Norveç və digər ölkələrdə isə yüksək
vergi yükünü və aşağı bərabərsizliyi müşahidə etmək olur.
İsraildə vergi yükünün ABŞ-la müqayisədə 2 dəfə çox olmasına
baxmayaraq, bu ölkələrdə bərabərsizlik arasında fərq çox cüzidir.
İƏİT-ə daxil olan ölkələr arasında Çili orta vergi yükü və ən
yüksək bərabərsizliyi ilə seçilir.
Belə ziddiyyətli vəziyyət inkişaf edən Asiya ölkələri arasında
da müşahidə olunur. Azərbaycan oxşar vergi yüklü ölkələr
arasında (Malaysiya, Çin və Tailand) bərabərsizliyin səviyyəsinə
görə müqayisədə əhəmiyyətli dərəcədə yaxşı mövqedədir.
Bu qrafikdə ölkələrin yerləşməsinin ümumi trendi onu
göstərir ki, ölkədə vergi yükü artdıqca bərabərsizliyin azalması
halları daha çox müşahidə edilir. Belə ki, İƏİT-ə daxil olan
137
Do'stlaringiz bilan baham: |