Tarixi-müqayisəli istiqamət. Abidənin bu istiqamətdə öyrənilməsində Ə.Dəmirçizadənin, Ə.Sultanlının, M.Təhmasibin, B.Nəbiyevin, Y.Qrayevin, V.Vəliyevin, P.Əfəndiyevin, A.Nəbiyevin, T.Hacıyevin, E.Əlibəyzadənin, İ.Abbaslının, M.Cəfərlinin, S.Paşayevin, R.Rüstəmzadənin, C.Nağıyevin, B.Abdullanın, K.Vəliyevin, K.Abdullanın, İ.Həbibbəylinin, Ü. Nəbiyevanın, Y.İsmayılovanın, M.Məmmədovun və b. xidmətləri qeyd olunmalıdır. Mifoloji istiqamət. KDQ-nin mifologiyası ilə bağlı araşdırmaların ilk nümunələri Azərbaycanda Mirəli Seyidov, Məmməd Hüseyn Təhmasib, Ağayar Şükürov, Bəhlul Abdulla, Kamal Abdulla və başqaları tərəfindən təqdim edilir. Müstəqillik dövründə KDQ-yə diqqətin artması ilə mifoloji yönümlü araşdırmaların da həcmi genişlənir. Kamal Abdullanın “Gizli Dədə Qorqud”u ilə bu yönümdə aparılan araşdırmaları daha da sürətləndirir. Yeni açılan istiqamətlər, mətn altı və mətn əhatəsi ilə öyrənmə yeni araşdırmalar üçün əlverişli zəmin yaradır. Cəlal Bəydilinin, Ramazan Qafarlının, Rüstəm Kamalın, Füzuli Bayatın, Muxtar Kazımoğlunun, Seyfəddin Rzasoyun və b. araşdırmaları ilə Dədə Qorqud boylarının mifoloji kontekstdə öyrənilməsi sahəsində ciddi addımlar atılır. M.Kazımoğlunun “Folklorda obrazın ikiləşməsi”, S.Rzasoyun “Oğuz mifologiyası” əsərləri buna nümunə göstərilə bilər. Poetika istiqaməti. KDQ-nin poetikası K.V.Nərimanoğlu, N.Cəfərov, A.Hacıyev, R.Qeybullayeva, M.Kazımoğlu, K.Əliyev, O.Əliyev və b. tərəfindən araşdırılmışdır. Qorqudşünaslıq son illərdə T.Orucov, A.Əhmədli, Q.Sayılov, N.Qurbanov, A.İslamzadə və b. tərəfindən yeni tədqiqatlarla zənginləşmişdir. KDQ aşıq yaradıcılığı ilə əlaqəli şəkildə də araşdırılmışdır. Buraya Q.Namazovun, M.Həkimovun, H.İsmayılovun, M.Qasımlının, M.Allahmanlının və b. araşdırmaları daxildir. Ritualşünaslıq istiqaməti. KDQ araşdırmalarında nisbətən yeni sahə təşkil etməkdədir. Doğrudur, M.H.Təhmasibin, B.Abdullanın mərasim folkloru ilə bağlı tədqiqatlarında məsələyə müəyyən qədər toxunulur. Lakin bütövlükdə KDQ-də arxaik ritualın yeri və rolu olduqca az öyrənilmişdir. Son illərdə M.Kazımoğlunun, C.Bəydilinin, F.Bayatın, S.Rzasoyun, R.Qafarlının, R.Əliyevin, A.Xəlilin, E.Abbasovun araşdırmalarında KDQ-nin ritual kontekstində öyrənilməsinə təşəbbüs göstərilmişdir.
Do'stlaringiz bilan baham: |