Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet199/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   195   196   197   198   199   200   201   202   ...   289
Açar sözlər: motiv, süjet, mif, nağıl, dastan, möcüzəli doğuluş, sehr, libas dəyişmə, sınaq
“Kitabi-Dədə Qorqud”la epik folklor nümunələrinin, o cümlədən nağılların motiv, süjet və qəhrəmanlarında bir çox oxşar xüsusiyyətlər özünü götərir. Bun­ların öyrənilməsi janrlararası təsir və istifadəni aydınlaşdırmağa yol açmış olar.
“Uzunəsrlik xalq yaradıcılığı təcrübəsindən keçərək, təmizlənə-təmizlənə və təkmilləşə-təkmil­ləşə müasir dövrümüzə qədər yaşayıb gələn Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin çoxunda “Kitabi-Dədə Qorqud”un müəyyən motiv­ləri, müəyyən əlaməti hələ də yaşamaqdadır. Bunu coğrafi şərait, ictimai etnik xüsusiyyət mövzusu, bədii təsvir, bədii ifadə üsulları, süjet, hadisə, qəhrə­manların xarakterləri, ümumi motivlər, süjet bənzəyişlərində açıq şəkildə görmək olar” (5, 145).
Onu da qeyd edək ki, bu yaradıcılıq təsiri qarşılıqlı olmuşdur. Bəlli olduğu kimi, qəhrəmanlıq dastanları həm də nağıl motiv və süjetlərindəın qidalanmışdır. Bu baxımdan qəhrəmanın qeyri-adi, möcüzəli doğuluşu motivi diqqəti çəkir. Bu motiv sehrli nağıllarda geniş yayılıb. Onu da göstərmək lazımdır ki, çox əski dövrlərlə bağlı olan bu motiv ən müxtəlif və bir-birindən uzaq dünya xalqlarının şifahi xalq yaradıcılığının ayrı-ayrı janrlarında da özünü göstərir (14, 58-65).
Qəhrəmanın qeyri-adi, möcüzəli doğuluşu “Kitabi-Dədə Qorqud” boyla­rında da əks olunmuşdur. Buğac, Basat, Bamsı Beyrək belə qəhrəmanlar­dandır. Məlum olduğu kimi, “Basatın Təpəgözü öldür­düyü boy” diqqəti daha çox cəlb etmişdir. Tədqiqatçılar bu boya mifoloji görüşlər, əfsanə-rəvayətlərlə səsləşən bir nümunə kimi yanaşmışlar. Akademik V.V.Bartold bu boyu “mifoloji xatakter daşıyan əsər” adlandır­mışdır (9, 120). Prof. M.Təhmasib də bu boyu “Kitabi-Dədə Qorqud” abidəsinin ən əski boyu kimi nəzərdən keçirmiş, bu boyun qədim bahadırlıq nağıllarına xas olan ünsürlərlə də zəngin olduğunu söyləmişdir (13, 122-123).
Bu boyun qəhrəmanı Basat Təpəgözlə qarşı-qarşıya gətirilir. Basat da sirli-sehirlidir. Dədə Qor­qud ona da əməlinə görə ad verir:
“Oğuz xanın ilqıçısı gəlüb xəbər gətürdi. Aydır: “Xanım, sazdən bir aslan çıqar, at urar, apul-apul yürüyişi adam kibi. At basuban, qan sümürər”.
Aruz aydır: “Xanım, ürkdüginiz vəqtin düşən mənim oğlancığımdır, bəlkə?” – dedi. Bəglər bindi­lər. Aslan yatağı üzərinə gəldilər. Aslanı qaldırıb oğlanı tutdılar. Aruz oğlanı alub evinə gətirdi. Şadı­lıq etdilər. Yemə-içmə oldı. Əmma oğlanı nə qədər götürdülərsə, turmadı, geri aslan yatağına vardı. Geri tutub gətürdilər.
Dədəm Qorqud gəldi. Aydır: “Oğlanım, sən insansan. Heyvanla müsahib olmağıl. Gəl, yaxşı at bin. Yaxşı yigitlər ilə eş yort! – dedi. Ulu qardaşın adı Qıyan Selcikdir. Sənin adın Basat olsun! Adını mən verdim, yaşunı Allah versin!” – dedi (8, 98).
V.Eberhard və N.P. Boratav “Türk xalq nağıllarının süjet tipləri” əsərində bu süjetin “Kitabi-Dədə Qorqud” boyu ilə yanaşı bir neçə nağıl variantının da olduğunu göstərmişlər (6, 159-160).
Prof. Ə.Sultanlı “Kitabi-Dədə Qorqud”da verilmiş Təpəgözlə Polifem arasındakı müəyyən oxşar­lıq fikrinin ortalığa çıxmasını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, “Kitabi-Dədə Qorqud” Təpə­gözü Fon Ditsin rəyinə rəğmən Polifemə bənzəmir. Təpəgöz tamamilə fərdi xüsusyyətə malik bədii surətdir. Onun fikrincə, “Kitabi-Dədə Qorqud”dan sonra Azərbaycan dastanlarında və nağıl­la­rın­da fasiləsiz olaraq yaranan Təpəgöz-Kəlləgöz Azərbaycan nağıllarındakı divlərə çox yaxındır” (12, 72).
“Basatın Təpəgözü öldürdüyü boy”un Azərbaycan nağıllarında əsasən iki variantına rast gəlirik. Bunlardan biri “Kəlləgözün nağılı” adlanır. Bu nağılın qısa məzmunu belədir: Rüstəm padşahın bir oğlu, bir qızı var imiş. Padşahın bir oğlu da dünyaya gəlir, ancaq onu körpə ikən aslan götürüb qaçır. Öz dəstəsi ilə oğlunu axtarmaqdan qayıdan padşah yolda bükülü bir palaz görür, bu palazın içindən bir uşaq çıxır. Padşah bu uşağı da götürüb evinə gətirir. Yeməkdən doymayan bu uşaq çox keçmədən adamları da yeməyə başlayır və qaçıb bir mağarada gizlənərək gündə iki adam tələb edir ki, onları ye­sin. Padşah əlacsız qalıb onunla razılaşır. Bu müddət ərzin­də padşahın aslan qaçırdığı oğlu da on beş yaşına çatır. O, Kəlləgözü öldürmək üçün onun mağarasına gəlir, ancaq onun əlindən zorla qaça bilir. Aslan Kəlləgözün sirrini Əmiraslana söyləyir. Əmiraslan ata-anasını da tapır. O, ikinci dəfə Kəllə­göz­lə qarşılaşır, onun gözünü çıxarır, tilsimini də sındıraraq qılıncını ələ keçirir. Kəlləgözü mağa­ra­sın­dan çıxaran Əmiraslan öz qılınıcı ilə onun boynunu vurur, eli Kəlləgözün şərindən xilas edir (3, 227-231).
“Təpəgöz” nağılı da əvvəlki nağıla yaxındır. Bu nağılda təsvir olunur ki, Nəbi adlı varlı-hallı bir kişinin çobanı onun qoyunlarını dağın ətəyində otardığı vaxt hər tərəfi duman, çən basır, tufan qonur. Tufan kəsəndə çoban təpəsində bir gözü olan bir uşaq görür. Çoban uşağı Nəbi kişinin evinə gətirir. Oğul həsrəti ilə yaşayan Nəbi kişi bu uşağı saxlamaq qərarına gəlir, ancaq günlər keçdikcə ona heç cürə yemək çatdıra bilmirlər. Axırda bu uşaq adamları da yeməyə başlayır, bunu görüb hamı ondan qaçmağa başlayır. Onların arasında hamilə bir qadın da varmış, ağrısı tutan bu qadın meşədə doğur və uşağı bir kahada qoyub qaçır. Həmin uşağı bir şir götürüb öz südü ilə böyüdür. Boya-başa çatan İsgəndər Təpəgözün insanlara qənim kəsildiyini bilib onu öldürməyi qərara alır, ancaq birinci dəfə o öz canını zorla qurtarır. Şir Təpəgözün sirrini ona açır və poladı öz südü ilə yoğrulmuş qılınc da verir. İsgəndər ikinci dəfə də istəyinə çata bilmir. Ancaq üçüncü cəhddə İsgən­dər Təpəgözü öz kahasındakı quyuya salıb öldürərək camaatı onun şərindən xilas edir (4, 193-202).
Hər iki nağıl ümumi məzmununa, obrazlarına görə “Basatın Təpəgözü öldür­düyü boy”la səsləşir. “Kitabi-Dədə Qorqud”da, həm də nağıl variantlarında Təpə­göz son dərəcə qorxunc şər varlıq kimi canlandırılır. Hamı onun qarşısında aciz qalır. Adlı-sanlı igidlər belə Təpəgözün qurbanı olur və nə­ha­yət, onunla bacara bilməyəcəklərini görüb, onun şərtləri ilə razılaşmaq məcburiyyətində qalırlar.
Bu süjetin nağıl variantında Təpəgözün kimliyi, ata-anasının kim olması ay­dın olmur, yalnız onun qeyri-adi şəkildə tapıldığı nəzərə çatdırılır. “Kitabi-Dədə Qorqud”da isə göstərilir ki, onun atası adi bir çoban, anası isə pəri qızıdır. Təpəgöz sirli-sehirlidir. Pəri qızının ovsunladığı Təpəgözə heç kimin gücü çatmır. Təpəgözə qalib gəlmək adi insanların qüvvəsi xaricindədir. Oğuzun ən tanınmış alpları onu məğlub edə bilmirlər, bəziləri onun əlində ölür, bəziləri isə bir təhər qaçıb canlarını qurtara bilirlər. Təpəgözü Basat öldürə bilir. Basatın Təpəgözə söylədiyi sözlər bunu aydınlaşdırmış olur. Basat deyir:
“Anam adın sorar olsan, - Qaba Ağac!
Atam adın deirsən – Qağan Aslan!
Mənim adım sorarsan –
Aruz oğlı Basatdır, - dedi! (8, 102).
“Kəlləgözün nağılı” və “Təpəgöz” nağıllarında da qəhrəmanın bəşəri anasın­dan başqa, zoomorfik anası da – aslan da var. Təpəgözə heç kim qalib gələ bilmir, onu ancaq şir südü ilə yoğrulmuş qılıncla silahlanmış qəhrəman məğlub edə bilir.
“Basat mifik çağla bağlı olduğundan, əsatiri Oğuzun adı çəkilən boyda xatır­lanır. Aydındır ki, Oğuzun adı boylarda yalnız burada çəkilir. Bəlkə vaxtı ilə bu boyda yarıəsatiri Oğuz, Basat, Qağan Aslan, Qaba Ağac başlanğıcı, totemi, onqonu ilə əlaqədar böyük hissələr varmış. Yüzilliklər o his­sə­lə­ri silmiş, Basatın donunu dəyişmiş, ondan mifik paltarı çıxarmış, ona yeni həyati paltar geydirmiş, Qaba ağacla Qağan Aslan isə unudulmuşdur. Basat belə keyfiyyətlərə malik olduğuna görə də əcdadı etibarilə ilahi qüvvələrlə, pəri qızla bağlı olan Təpəgözə qalib gəlir, onu öldürür” (11, 89).
Bu boyun təkan aldığı hadisə – müşkül iş Oğuz elinin Təpəgözə qalib gəlməsi və onun şərindən xi­las olmasıdır. Arxaik miflərdə qəhrəmanlar azmanlarla müba­rizə aparırdı, bu mübarizədə onların hamısı, köməyə gələn sehirli vasitələr – mifoloji varlıqlar olurdu. Bu boyda da belədir. Göstərilən cə­hətin izləri “Kəlləgözün nağılı”, “Təpəgöz” nağıllarında və digər bir sıra örnəklərdə də izini qoruyub saxlamışdır.
Qəhrəmanlıq dastanları ilə nağıllarda oxşar motivlərdən biri qəhrəmanın bir sıra sınaqlardan keçməsi və bunun nəticəsində öz arzusuna çatmasıdır. Çox zaman qəhrəman adi insanların yerinə yetirə bilməyə­cəyi qeyri-adi şərtləri yerinə yetirir. “Cantiq”, “Kəl Həsənin nağılı”, “Reyhanın nağılı”, “Üçbığ Kosa”, “Cəlayi-vətən”, “Məlik Məmməd və Məlik Əhməd” və s. nağıllarda bu əsas yer tutur. “Kitabi-Dədə Qor­qud”un bir neçə boyu da bu cəhətdən nağıllarla səsləşir. Belə boylardan biri “Qanlı qoca oğlu Qanturalı boyu”dur (8, 85-93). Oğuzda üzü niqablı dörd igiddən biri olan Qanturalı özünə layiq bir qız almaq istəyir, ancaq Oğuz elində belə bir qız tapa bilmir. Qanlı qoca Trabzon təkürünün qızı sarı donlu Selcan xatunun sorağını gətirir. Qanturalı bu qızı alıb gətirmək qərarına gəlir. Selcan xatun haqqında deyilir:
“Məgər Trabuzan təkurının bir əzim-görklü məhbub qızı vardı. Sağına-soluna eki qoşa yay çəkərdi. Atduğı ox yerə düşməzdi. Ol qızın uç canvər qalınlığı-qaftanlığı vardı. “Hər kim ol üc canvəri basa – yensə, öldürsə qızımı ana verirəm” deyü vədə eyləmişdi. Basamasa, başın kəsərdi. Böyləliklə, otuz iki kafər bəginün oğlunun başı bürc bədənində kəsilüb asılmış idi. Ol üç cənavərin biri qağan aslandı, biri qara buğaydı, biri dəxi qara buğra idi” (8, 85).
Selcan xatunu almağa gələnlərin hamısı elə birinci sınaqda başlarını itirməli olublar. Odur ki, Qanturalının atası oğlunu bu fikirdən döndərmək istəyir. Ancaq Qanturalı 40 igid dostu ilə birlikdə Selcan xatunun şərtini yerinə yetirməyə yollanır. Selcan xatun onu görən kimi aşıq olur. Qanturalı hər üç sınaqdan keçə bilir. O, bu sınaqlardan gücü, həm də ağlı sayəsində çıxa bilir. Çətin anlarda qopuzun sirli-sehrli səsi, dostlarının tərifi ona güc-qüvvət verir. Qanturalının hər üç sınaqdan çıxdığını görən təkür qızını ona verməyə razılıq verir. Qanturalı özünə layiq igid bir qıza qovuşur. Dədəm Qorqud gəlib, qopuz çalır, boy boylayır, soy soylayır, igid Qanturalıya xeyir-dua verir, alqış diləyir.
Nağıllarda da qız və ya oğlan seçmə ilə bağlı maraqlı və öyrənilməsi gərəkli olan nümunələrə tə­sadüf olunur. Bunlar mərasimlərlə bağlı bir çox mətləbləri dərindən öyrənməyə və bu barədə daha ətraflı mülahizələr söyləməyə yol açır.
Nağıllardan məlum olur ki, toydan əvvəl bəzi mərasimlər də keçirilirmiş. Oğlan seçən qız və ya qız seçən oğlan bu yolla arzusunu bildirir və bununla da onun istəyi aşkar olur.
Bəzən qızlar öz istəklərini üstüörtülü şəkildə, müəyyən işarələrlə bildirirlər. Məsələn, “Gül Səna­vərə neylədi, Sənavər Gülə neylədi” nağılında vəzirin məslə­hətilə şah qızlarının kimə meyli olduğunu öyrənmək üçün şəhərdə olan bütün oğlanların sarayın qabağından keçməsini əmr eləyir. O bununla qızların arzusunu bilmək istəyir:
“Təbillər çalındı, adamlar başladı pəncərənin qabağından birbəbir keçməyə. Böyük qız almanı at­dı vəzirin oğluna, ortancıl qız atdı vəkilin oğluna. Kiçik qız heç kəsin dalınca atmadı.
... Padşah qaldı məəttəl ki, görəsən bu qız kimə getmək istəyir. Çar-naçar əmr elədi, gedib quşqovanı, yəni Məlik Cümşüdü çağırdılar. Məlik Cümşüd elə gəlib, əynində yırtıq paltar pəncərənin qabağından keçəndə, qız almanı, yallah küpədi onun dalınca. Padşah bunu görcək dəli kimi qalxdı ayağa. Ancaq iş-işdən keçmişdi” (1, 274-275).
“Şahzadə və Qurbağa” nağılında da şah oğlanlarını vəzirin məsləhəti ilə dədə-baba qaydası ilə evləndirməyi üstün tutur:
“... Padşah vəzirə dedi:
- Vəzir, bəs uşaxlara kimin qızını alax?
Vəzir dedi:
- Ey adil hökmdar, öz dədə-baba qaydamıznan əmr elə, sənin torpağında nə qədər adlı-sanlı ada­mın qızı varsa, sabah hamısı bəzənib bir-bir sənin sarayının qabağından keçsinlər. Oğlanlar da küləf­ringindən baxıb özlərinə qız seçsinlər. Hansı qız xoşlarına gəlsə, ona bir alma atsınlar, biz də bilək ki, həmin qız kimdi” (2, 215).
Deməli, nağıl məntiqinə görə, alma kimə atılsa, onunla evlənmək qaçılmazdı, hətta şahzadələr də bu addımı atıbsa, daha onu pozmaq, qərarı dəyişmək mümkün olmazmış, buna qarşı çıxmaq adət-ənənəyə qarşı çıxmaq kimi qiymətləndirilərmiş. “Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi” nağı­lından göründüyü kimi, şah kiçik qızının qərarından qəzəblənsə də, heç cürə qızının istəyinə qarşı çıxa bilmir, bunu pozmaqdan çəkinir, bununla razılaşmaq məcburiyyətində qalır. “Şahzadə və Qur­ba­ğa” nağılında isə kiçik qardaşın atdığı alma arzu­edilməz olduğu üçün hamı məyus olur.
Hər iki nağılda üçüncü seçim iki əvvəlkindən fərqlənir, qəbul edilmiş prinsiplərə uyğun gəlmir, şahzadə qızın yırtıq paltar geymiş quşqovana alma atması, şah oğlunun atdığı almanın isə arzuedilməz bir varlığa dəyməsi ilk baxışda qeyri-adi görünür. Lakin bundan sonra qəhrəmanların sınanması ilə bağlı motivlər gəlir ki, bununla da onların əsl siması üzə çıxır, daha doğrusu, sınaqlardan çıxa bilən nişanlı əsl qəhrəman, sınaqlardan çıxa bilməyən nişanlı isə yalançı qəhrəman funksiyasında çıxış edir.
“Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi” nağılında kiçik şahzadə qızın seçdiyi oğlan (Məlik Cümşüd) vəzir və vəkil oğlanlarından üstün olduğunu sübuta yetirir.
Bu nağılda folklor poetikasının mühüm bir cəhəti - müəyyən işləri həyata keçirmək üçün geyim-libas dəyişmə aktının vacibliyi öz əksini tapmışdır. Qəhrəman məhz libasını dəyişməklə öz məqsədinə çatır. O müxtəlif sınaqlarda uydurulmuş ad altında özünü göstərir, həqiqi sifətini gizlədir. Bu qədim adətin xalq nağılında özünəməxsus şəkildə ifadəsidir (10, 244).
Folklorumuzun digər janrlarında da sıx-sıx rast gəldiyimiz bu məsələ “Kitabi-Dədə Qorqud” Bey­rəyin Oğuz elinə qayıtması zamanı geyimini dəyişməsi də qəhrəmanın vacib atributiv əlaməti kimi diqqəti çəkir. Bamsı Beyrək toyuna bir neçə gün qalmış otuz doqquz igid dostu ilə birlikdə düşmənlər tərəfindən əsir alınır. On altı il əsirlikdə qalır, ata-anası, nişanlısı onun başına gələn hadisələrdən xəbərsiz olurlar. Yalnız on altı ildən sonra Bamsı Beyrək nişanlısının Yalançı oğlu Yalançığa ərə ve­rildiyi gün – toy günü gəlib çıxır. O, ozandan qopuzu alıb əvə­zində atını verir. Sonra da tanınmasın deyə paltarını dəyişir: “... Bir əski dəvə çuvalı buldu: dəldi: boynuna keçirdi. Kəndüyi dəliligə bıraqdı, sürdi düginə gəldi” (8, 63).
Beyrək də nağıllarda olduğu kimi sınaqlardan uydurulmuş ad altında – dəli ozan sifətində çıxır.
Nağıllarda qız seçən, istəyən oğlanların qarşısında müəyyən şərtlər qoyulur, nişanlı müəyyən sınaqlardan keçməli olur, yalnız tələb olunan şərti yerinə yetirə bilənlər istəklərinə yetirlər, yetirə bil­məyənlər əsir alınır, qul olur, bəzən ölümə də məhkum olmaq məcburiyyətində qalırlar.
Ümumiyyətlə, nağılların böyük bir bölümündə çətin tapşırıq, şərt süjetdə mühüm yer tutur. Bu tipli nağılların isə müəyyən bir qismi toy mərasimi ilə bağlı olur və oğlanın və ya qızın sınanması burada aparıcı yer tutur. “Hazarandastan bülbülü” nağılı (1, 166-173) bu baxımdan maraq doğurur. Şah atanın arzusu ilə Hazarandastan gülü, Hazarandastan bülbülü, Bili- Bilqeys xanım və ərəbatını gətirmək üçün üç şahzadə səfərə yola düşür. Üç yolun ayrıcında böyük daşın altına bir üzük qoyurlar ki, hansı tez gəlsə o birilərinin dalınca getsin. Sonra hərəsi bir tərəfə yola düşür. Kiçik qardaş gedib atı tapıb gətirir. Sonra ortancıl qardaşı bir aşbaza şəyirdlik eliyən yerdə tapır, ona təzə paltar, at alıb üç yol ayrıcına gətirir, özü isə böyük qardaşının dalınca yollanır. Böyük qardaşını gülün və bülbülün sa­hibi Bilqeys xanımın qapısında palçıq ayaqlayan halda tapır. Qardaşının yanında da bir dəstə adam olduğunu görür. Böyük qardaşı deyir ki, buradakıların hər biri padşah oğludur. Gəliblər ki, Bili-Bil­qeys xanımı alsınlar. O da hər gələn oğlanla güləşib yıxıb. Hər yıxılana da burada palçıq ayaqlatdırır. Kiçik qardaş qızı meydana çağırır. Bunu görən qız qəzəblənir. Onlar üç gün, üç gecə güləşirlər. Oğlan üçüncü gün qızı yıxır, bundan sonra Bilqeys xanım kiçik şahzadəyə getməyə razılıq verir.
Göründüyü kimi, bu nağılda nişanlının fiziki gücünü sınamaq əsas yer tutur. Bilqeys xanım ancaq o oğlana ərə getməyə razılıq verir ki, ona qalib gəlsin. Kiçik şahzadə qızın bu şərtini yerinə yetirir və Bilqeys xanımın razılığını alır.
Bu motiv dastanlarımızda da geniş yayılıb. “Kitabi-Dədə Qorqud”da da bu cəhət özünü aydın göstərir. Bu barədə prof. M.Təhmasib yazır:
“Lakin qədimlərdə evlənən oğlanın daha çox fiziki gücünü yoxlamaq, sınaqdan keçirmək, im­ta­han etmək zərurətinə əsaslanan bu müsabiqələr getdikcə öz yerini daha çox oğlanın ağlını, dərrakəsini, zəkasını, nə dərəcədə hazırcavab, tezfəhm olduğunu yoxlamaq sınaqlarına tərk etməyə başlayır” (13, 89).
Atanın və ya böyük qardaşların yerinə yetirə bilmədiyi hər hansı çətin tapşırığı kiçik qardaşın yerinə yetirməsi də nağıl və dastanlarımızda bir-biri ilə səsləşir. Bu baxımdan “Qazılıq qoca oğlu Yey­nək boyu” (8, 94-97) diqqəti cəlb edir. Bayandır xandan icazə alan Qazılıq qoca yataq-yarağı ilə yola düşür. O, Duzmürd qalasına çatıb Arşın oğlu Dirək təkürlə döyüşə girir. Onun təkürə vurduğu zər­bə­nin heç bir təsiri olmur. Arşın oğlu Dirək altmış batmanlıq gürzlə Qazılıq qocanı vurub yenir, onu tutub dustaq edir. Bu hadisədən on altı il keçir. Qazılıq qocanın oğlu Yeynək böyüyüb igid bir oğlan olur. Atasının düşmən əlində əsir olmasını eşidib Bayandır xanın hüzuruna gedir. Ondan qoşun verib atasının dustaq olduğu qalaya göndərməsini xahiş edir.
“Bayındır xan buyurdı: “Yigirmi dörd sancaq bəgi gəlsün!” dedi. Əvvəl dəmür Dərvəndində bəg olan, qarğu sügü ucında ər bögirdən ğırıma yetdügində kümsən deyü sormıyan Qıyan Selcik oğlı Dəli Tondaz səninlə bilə varsun! – dedi. Ayğır Gözlər yüzdürən, əlli yeddi qələnin kəlidin alan İlək qoca oğlı Dülək Uran bilə varsun! – dedi. Qoşa bürcdən qayın oqı əklənmiyən Yağrıncı oğlı Ulalmış səninlə bilə varsun! – dedi. Uç kərrə yağı görməsə, qan ağlıyan Toğsun oğlı Rüstəm bilə varsun! – dedi. Əjdə­halar ağzından adam alan Dəlü Uran bilə varsun! “Yerin bir ucundan bir ucuna yetim!” deyən Savqan Sarı bilə varsun! Sayılmağla Oğuz ərənləri dükənsə olmaz. Bayındır xan yığirmi dört bəhadır sancaq bəgini Yegnəgə yoldaşlığa belə qoşdı” (8, 93).
Əvvəl Qıyan Səlcuq oğlu Dəli Dondaz, sonra Dönəbilməz Tüləkvuran təkürün üzərinə hücum edir, onların hər ikisi ağır zərbə alıb geri qayıdır. Döyüşə girən Yeynək düşmənin başını bədənindən ayırır, atasını dustaqlıqdan qurtarır.
Dədəm Qorqud gəlib boy boylanır, soy soylayır. “Bu oğuznamə Yeynəyin olsun” – deyib, xeyir-dua verir. Burada bir cəhətə diqqət yetirək. Düşmənə heç kim qalib gələ bilmir. Oğuzun adlı-sanlı igid­ləri güclü düşmənə heç nə edə bilmirlər, yeniyetmə igid isə ilk zərbədə düşməni sarsıdır, sonra da başını bədənindən ayırır. Bu suala cavab tapmaq üçün nağıllarımızı yada salaq. Hər hansı çətin səfərə yola düşən nağıl qəhrəmanı yolda nürani bir qoca ilə rastlaşır, bu müdrik qocadan xeyir-dua alır, onun məs­ləhətlərinə əməl edir və ən çətin, möcüzəli, sehrli sınaqlardan belə uğurla çıxır. Diqqət yetirək, Yeynək də düşmən üzərinə gedərkən Bayadır xandan xeyir-dua alır, iyirmi dörd vilayətin bəylərinin köməyinə güvənir, “ol vaxtı bəylərin alqışı alqış, qarğışı da qarğış idi”. Həm də Yeynək döyüşdən qabaq yuxu gö­rür, yuxuda ağ saqqallı Dədə Qorquddan öyüd, xeyir-dua alır. Döyüşdən qabaq isə Yeynək Ulu Tanrını tərifləyir, düşmənlə döyüşdə ondan kömək diləyir. Yeynəyin diləyi həyata keçir. Bu boyda Yeynəyə iyirmi dörd soydan iyirmi dörd igidin köməyə gəlməsi, onların bəzisinin adının Oğuz qəhrəmanlıq dastanları ilə səsləşməsi bu süjetin həm də çox qədim olduğunu ehtimal etməyə imkan verir.
Məlum olduğu kimi, üç qardaş, eləcə də iki qardaş haqqında nağıllar xüsusi səhifə təşkil edir. Qardaşlar haqqındakı nağılları iki yerə ayıra bilərik. Birinci bölüm nağıllarda qardaşlar bir-birinin kö­məkçisi, bir-birinin xilaskarı kimi təsvir olunurlar. Bu nağıllarda gözlərimiz qarşısında qardaşlar ara­sındakı dostluq, onların bir-birinə olan dərin məhəbbəti canlanır. Qardaşlar həmişə bir-birini çətin­likdən qurtarmağa çalışır, heç vaxt bir-birinə xəyanət etmirlər. Çox zaman onlar ağıl və bacarıqlarına, igidliklərinə görə bir-birindən geri qalmırlar. Ancaq qardaşların dostluğunu göstərəndə də xalq öz sevimli obrazını – kiçik bahadırını ideallaşdırır.
Qardaşlar haqqındakı ikinci tip süjetlərdə isə böyük qardaşlarla kiçik qardaş arasındakı konflikt süjetin əsasında durur. Bu müqayisədə kiçik qardaşın üstünlüyü, yüksək mənəvi siması üzə çıxır. O əsl qəhrəman kimi göz önünə gəlir. Bu mövzuda yaranmış nağıllarda kiçik qardaşın igidliyi daha qabarıq şəkildə nəzərə çatdırılır. Bu nağıllarda kiçik bahadır igidliyi, şücaəti ilə yanaşı, həm də xeyirxahlığına, mərhəmətinə, həssaslığına görə də ideallaşdırılır.
“Kitabi-Dədə Qorqud”da, əsasən, birinci mərhələnin izləri əks olunmuşdur. “Sədaqətli qardaş kimi ən çox adı çəkilən Qaragünə həmişə Qazanın xeyir-şərinə birinci gəlir, sonra onun oğlu, Qazanın kü­rə­kəni Qara Budaq qulluğa hazır olur. Aruz oğlu Basat böyük qardaşı Qıyan Selcuqun ölümünə yas sax­layır, qardaşının intiqamı üçün Təpəgözün üstünə gedir. Çoban qardaşlar həmişə bir-birindən ayrılmaz olurlar. “Dədə Qorqud”da əli qardaşı övladının qanına bulanmış bircə igidin – Alp Rüstəmin adı çə­kilir ki, o da öz qardaşı uşaqlarını öldürdüyünə görə özünü zəlil sayır və “Dözən oğlu” ləqəbi daşıyır.
Bütün bu istəkli qardaşların mehribanlığı dastanın boylarına səpələnmiş epizodlar olub xüsusi süjetə girmir. Qardaşın qardaşa məhəbbəti xüsusi mövzu kimi “Uşun qoca oğlı Səyrəkin boyu”nda işlənmişdir” (7, 124).
“Uşun qoca oğlu Səyrək boyu” (8, 110-115) kiçik qardaşın igidliyini, şücaətini, böyük qardaşına olan hörmət və məhəbbətini əks etdirən bir boy kimi də diqqəti cəlb edir. Böyük qardaş Əyrək Qazan xandan izn alıb üç yüz nizəli seçmə igidlə birlikdə igidliklər göstərir. Ancaq düşmən qoruğunda tələyə düşür, qara donlu kafirlər bunların üstünə hücum çəkib Əyrəyin dostlarını qırırlar, özünü isə Əlincə qalasında zindana salırlar. Kiçik qardaş Səyrək pəhləvan cüssəli bir igid olur. Bir təsadüf nəticəsində qardaşının Əlincə qalasında əsir olduğunu bilir. O, qaradaşını əsirlikdən qurtarmaq üçün yola düşmək istəyir. Onun bu qərarından xəbər tutan ata-anası qorxuya düşür. Bu barədə Qazan xana xəbər çatdı­rırlar. Qazan xanın məsləhəti ilə ata-anası onu evləndirir. Ancaq bu da onu yolundan döndərə bilmir. Ata-anasının, nişanlısının ona uğur diləməkdən başqa çarələri qalmır. Səyrək gəlib qardaşının tutul­du­ğu qoruğa çatır. O, qılıncını çəkib altı kafir ilxıçısını öldürür, atın yüyənini biləyinə bağlayıb yuxuya gedir. Bu vaxt gözlənilmədən altmış dəmir donlu kafir Səyrəyin üzərinə hücum edir, yuxudan oyanan Səyrək qaradonlu kafirləri qılınclayıb qalaya salır. İndi də onun üzərinə yüz atlı hücum edir, bu dəfə də Seyrək yuxudan oyanıb kafirləri qılıncdan keçirib qalaya qovur. Üçüncü dəfə təkür Səyrəyin üzərinə üç yüz atlı göndərmək istəyir, ancaq qorxusundan heç kim onun üstünə getməyə razı olmur. Bunu görən düşmən indi də hiyləyə əl atır. Əsir düşmüş böyük qardaşını onun üstünə göndərir. Qar­daşlar əvvəlcə bir-birini tanımırlar. Böyük qardaş yuxuda olan Səyrəyin öz qardaşı olduğunu bilmir, ancaq əlindəki qopuza görə ona əl qaldırmır. Kiçik qardaş da əvvəlcə öz qardaşını tanımır, ancaq onun əlində qopuzunu görüb qılınca əl atmır. Qardaşlar bir-birini tanıyırlar, qara donlu kafir­lərin üstünə at sürüb qılınc çalır, onları qırıb-çatırlar. Gecəni-gündüzə qatıb, Oğuz yurduna çatırlar. Kiçik qardaş Səyrək qanlı kafirlərin əlindən böyük qardaşını xilas edir. Bu xəbəri eşidən Uşun qoca çox şad olur, Şənlik məclisi qurulur.
Bu boyun süjeti qardaşlar haqqındakı birinci bölüm nağıl süjetləri ilə səsləşir. Deyildiyi kimi, bu tipli nağıl süjetlərində qardaşlar arasındakı dostluq, birlik əks olunur. Bununla yanaşı kiçik qardaş ideallaşdırılır. “Uşun qoca oğlu Səyrək boyu”nda da kiçik qardaş ideallaşdırılır. O, qardaşının əsir ol­duğunu bilən gündən ancaq onun haqqında fikirləşir, hər şeydən imtina edir və öz istəyinə yetir.
Bu boyun sujeti, kompozisiyası, təsvir və ifadə vasitələri də sehrli nağıllara çox yaxındır. Bu boy da sehrli nağıllarda olduğu kimi qəhrəmanın qələbəsi, xoşbəxtliyə çatması, toy məclisi ilə başa çatır.
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, bir sıra oxşar motiv və süjetlər həm dastanların, həm də nağılların poetik sistemində mühüm səciyyə daşıyır. Bunların ilkin inam və görüşlərlə bağlı oldu­ğunu söyləmək olar.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   195   196   197   198   199   200   201   202   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish