Açar sözlər: Dastan, kitab, Dədə Qorqud, Battal, struktur, bənzərlik.
Türk halk edebiyatında yapılan araştırmalara göre “Kitabi-Dede Korkut” İslam öncesi epik geleneğini yansıtmaktadır. Oysa “Battal Gazi” destanı tamamen İslami bir destandır. Her iki destana ait hikayeler gerek İslam öncesi olsun, gerekse de İslam sonrası olsun, İslam düşüncesini, din kavramını, imanı ve ahireti en iyi ve de en sade bir şekilde anlatmaktadır. Yani anlatılan hikayelerin yigitlik ve kahramanlık olayları ile süslenmesi asil amacın üstünü kapatmıyor. Nereden bakılırsa bakılsın, bu iki grub destansal hikayelerin asil amacının insanlara, türk, oğuz toplumu ile yanı sıra diğer halklara Allahın birliyini, haqqı ve adaleti, helalı ve haramı ve bu türlü İslam terbiyesini tebliğ etmek olduğu görülmektedir.
“Battalnamə”dən fərqli olaraq, “Dədə Qorqud” boyları nə qədər əski yaradıcılıq nümunəsi olsa da, orada alplıq və ərənlik tiplərinin qovuşduğu müşahidə olunmaqdadır. Görünür, mətnlər məhz islama keçid dövründə yazıya alınmış və beləcə özündə din mücadiləsi verən türk qəhrəmanlığı ünsürlərini də əhatə etmişdir. Burada iki böyük dönəm-islam öncəsi və islamın ilk dönəmi öz ifadəsini bu və ya başqa şəkildə tapır.
Həm “Battal Qazi” dastanı, həm “Kitabi-Dədə Qorqud” dastanı inkişaf etmiş, möhkəm dövlətçilik ənənələrinə sahib oğuz-müsəlman cəmiyyətini, daha doğrusu, dövlətini tərənnüm edir. Həm “Battal Qazi”, həm “Kitabi-Dədə Qorqud” dastanında təsvir olunan Oğuz-müsəlman toplumunda dövletin önemini göre biliriz. “Kitabi-Dədə Qorqud”da Qazan xanın emiri ahuru Karaca Çoban, bütün zorluklara rağmen devletine, eline, hanına sadakatını sonadek muhafıza eder, “Battal Qazi”də də sadə müsəlmanlar Qeysərin atəşinə atılsalar da, öz dinlərindən və dövlətə sədaqətlərindən əl çəkmirlər.
Görkəmli alim Fuat Köprülü Battal Qazi dastanını türk ədəbiyyatı tarixində Anadolu türk dastanlarının ilk nümunəsi kimi səciyyələndirmişdir.
Türklərin islamı qəbul etməsindən sonra qısa bir zaman içində bu dastan oxşar dastanları gölgədə qoyaraq insanların könül dünyasına daxil olmuş və sonsuz bir sevgi ilə sevilmişdir. Uzun qış gecələrində səhərə qədər insanlar bu dastanı söyləyərək yaşamışlar. Uşaqlarını bu dastanın ruhu ilə böyütmüşlər. Hətta fəthlərin azaldığı dövrlərdə türk ordusu Battal Qazinin türbəsinə gələrək duasını alaraq savaşlara çıxmışdır. Bu dualarla alınan ruhi-mənəvi enerji ilə bir çox qələbələr qazanılmışdır.
Lakin Anadolu türkləri arasında Battal obrazının böyük populyarlığına baxmayaraq, “Battal Qazi” dastanı kitab eposu nümunəsidir və onda yazılı ədəbiyyat ənənələrinin təsiri aşkardır. “Battal Qazi” dastanı “Kitabi-Dədə Qorqud” və “Koroğlu” kimi qəhrəmanlaq eposlarından fərqli olaraq, ozan, aşıq kimi xalq nəğməkarları tərəfindən yaradılmamışdır. Əl-Battal haqqında ərəb “sirə”lərindən qaynaqlanan və XII-XIII əsrlərdə Anadolu türkləri arasında yenidən populyarlaşan rəvayətləri dini savadlı ravilər və ya katiblər “kitab” halına salmışlar.
Her iki destanın mükayiseli araştırılması Orta cağ oğuz mənşəli xalqların epik abidələrinin tipoloji xüsusiyyətlərinin müəyyənləşdirilməsi üçün əvəzsiz qaynaq təşkil edir.
Bildiyimiz kimi, dastançılıq ənənəsinin əsas özünəməxsusluq göstəricisi ənənəvi kompozisiyadır. İslami dastanlar türk-oğuz xalqlarının dastan yaradıcılığında yeni mərhələ olaraq, özündə əski türk dastan kompozisiyasının sabit elementlərini daim qorumaqla yanaşı, həm də yaradıcı şəkildə inkişaf etdirmişdir. Yeni tarixi-siyasi və sosial şəraitlərdə xalq epik yaradıcılığı da sabit motiv və süjetlər əsasında yeni ideyalı və yeni məzmunlu dastanlar ortaya çıxarmağa meyl etmişdir. Bu aktuallıq dastanların populyarlığını təmin etmiş əsas faktor olmuşdur.
Anadolu türk xalq dastanı kimi “Battal Qazi”nin kompozisiyasını diğer oğuz destanları ilə müqayisə edərkən iki faktoru diqqətə almaq lazım gəlir:
Türk epik düşüncəsinin oğuzlar üçün səciyyəvi olan dastançılıq ənənəsi;
Anadolu üçün səciyyəvi olan və əsasən, islam faktoruna bağlı dastançılıq ənənəsi.
Təbii ki, Anadolu türklərinin dastan yaradıcılığı bütün hallarda türk-oğuz dastançılıq ənənəsinin xarakterik yaradıcılıq xüsusiyyətlərini özündə yaşatmışdır.
Türk dastançılıq ənənəsinin və ümumən şifahi xalq yaradıcılığının xarakterik və mühüm göstəricilərindən biri ənənəvi tematikadır. “Battal Qazi” dastanının kompozisiyasında türk folklorunun ənənəvi mövzuları aydın şəkildə müşahidə edilir. “Battal Qazi” dastanı kitab eposu olmasına, müəyyən qədər ərəblərin “Zat əl-Himmə” dastanından təsirlənməsinə və hətta tarixi hadisələrlə səsləşməsinə baxmayaraq, onun mətni əsasən «ənənəvi tematikanı» qoruyur.
“Battalnamə”, “Danişməndnamə”, “Saltuknamə”, “Həmzənamə” kimi dastanların orijinal mövzusu və dini təmayülü epik təfəkkürün onları türk dastançılığı üçün ənənəvi sayıla biləcək tematikalara, ənənəvi süjet sxemlərinə sıxışdırmasına mane ola bilməmişdir. Bu dastanlarda qəhrəmanın qazavatları və ümumiyyətlə bütün fəaliyyəti bu sxemlərə tabe edilmişdir.
“Battal Qazi” dastanı Battalın islam dini uğrunda kafirlərlə apardığı əksəri kiçik məzmunlu coxsaylı müharibələr – qazavatlar zəncirindən ibarətdir. Bəzən onun hissələri “hekayə” və “məclis” kimi ayrılıb: “Cəfər Qazinin (Allahın rəhməti onun üzərinə olsun!) ilk hekayəsi” (8, s.19), “Bu məclis Seyyid Battal Qazinin son qazası(dır)” (8, s.321). Dastanda qəhrəmanlıq ideyası tam qabarıq olduğundan, məişət mövzuları və məhəbbət motivləri cəmi bir neçə epizodda qarşımıza çıxır. Battal tez-tez müxtəlif səbəblərdən Ruma təkbaşına səfərlər edir. Bunların bir neçəsində qəhrəman özünə həyat yoldaşı qazanırsa da, məhəbbət motivi dastanda heç vaxt aparıcı xəttə çevrilə bilmir.
“Battal Qazi” dastanında Battalı əsas qazavat və sərgüzəştlərini aşağıdakılar təşkil edir:
Qəhrəmanın şəcərəsi, doğulması, atının və silahının peyda olması;
Qəhrəmanın atasının intiqamını almaq üçün Rum Qeysərinin sərkərdəsi Mihriyayil ilə müharibəsi;
Battalı Qeysərin üç oğlu – Şəmun, Şəmmas və Rabinin orduları ilə döyüşü;
Battalın Zeynəbə aşiq olması;
Battalın Şəmun və Şəmmasla ikinci savaşı;
Battalın əsir düşmüş Zeynəbin dalınca İstanbula getməsi, Qeysərin qızını qaçırması;
Battalın Əbdüssəlamı xilas etmək üçün Ruma səfəri və oradakı macəraları;
Battalın Mihriyayilin qardaşı Mihranla müharibəsi;
Battalın Sunbatla müharibəsi;
Battalın Şəmun oğlu Cazbanla müharibəsi;
Battalın Qeysərin sərkərdəsi İlyunla müharibəsi;
Battalın Kaytur Sasani ilə müharibəsi;
Battalın Şamliyyə və ya məğrib səfəri;
Battalın Rum sərkərdəsi Şamaseplə müharibəsi;
Battalın Kilabla müharibəsi;
Battalın Harcin səfəri və Güləndamla evlənməsi;
Battalla Konstantin və Rum ordusu ilə yeni müharibəsi;
Battalın Akabe ilə macərası;
Battalın Hindistan səfəri (Battalın Əmir Ömərin qızı Fatiməyə tələb olunan başlığı gətirmək üçün Hindistana getməsi, bütpərəstlər, divlər, və ifritlərlə döyüşü);
Battalın Qeysərin qızı Ketayunla macərası;
Battalın Əsatur Qeysər və onun sehrbazları ilə müharibəsi;
Battal Flekrat Firənglə macərası;
Battalın Qaf dağına səyahəti və yolda başına gələn macəralar;
Battalın Babəklə müharibəsi;
Battalın Ayn əl-Qatara səyahəti;
Battalın Kanatur Qeysərlə müharibəsi və vəfatı.
“Battal Qazi” dastanı, türk epik ənənəsinə uyğun olaraq qəhrəmanın ata və anasının kimliyi, doğulması, qeyri-adi silahı və atının peyda olması, bundan sonra ilk igidliyi və ad alması ilə başlayır. Battalın atası Hüseyn Qazi hələ Battal dünyaya gəlməmiş bir mağarada gələcək qəhrəmanın silahlarını və Aşkar adlı atını tapıb evə gətirir. Bu şəkildə doğumundan əvvəl (və ya doğumu ilə eyni vaxtda) qəhrəmanın hərbi təchizatın peyda olması onun gələcək missiyasını (arxa planda ilahi missiyasını) müəyyən etmiş olur.
“Kitabi-Dədə Qorqud”un “Bəkil oğlu Əmrən boyu”nda qəhrəman kafiri – düşməni məğlub edərkən, düşmən: – Yigit, aman! Sizin dinə nə derlər? Dinünə girdün. Barmaq götürüb şəhadət gətirüb, müsəlman oldu”.
“Kitabi-Battal Qazi”də Battal düşmənlərinə qabaqcadan dinini - müsəlmanlığı qəbul edərlərsə, onlara aman verəcəyini bildirir və belə də olur.
“Saluq Qazan dutsaq olub oğlu Uruz çıxardığı boyu”nda düşmən-kafir məğlub edildikdən sonra “Kəlisanı yıxub məsçid yapdılar”.
Battal qazi də kafirləri məğlub edir, müsəlmanlığı qəbul etdirir, kəlisaların yerində məsçidlər tikdirir və s”. (8, s.204-205)
Battal Qazinin qazavatı – kafirlərlə müharibəsi isə türk-oğuz epik folkloru üçün xarakterik sayıla biləcək “ata intiqamı almaq” motivi ilə başlayır. Azərbaycan “Koroğlu”sunda da Koroğlunun ilk qəhrəmanlığı atasını kor etdirdiyi üçün Həsən xandan intiqam almaqdan ibarətdir. Qəhrəmanı səfərə təhrik edən eyni başlanğıcı biz bir necə halda “Kitabi-Dədə Qorqud” boylarında izləyə bilirik.
“Battal Qazi”də Cəfər məscidə gəlir və atasının (düşmən tərəfindən şəhid edilmlş Hüseyn Qazinin) “məqamında” əyləşmək istəyir. Bu zaman məsciddəkilərdən Əbdüssəlam buna etiraz edir: “Sənin atan hünər göstərdi, mənsəb aldı. Sən də hünər göstər, ondan sonra mənsəb istə! Sənin atanın yerdəki qanı hələ qurumayıb. Sənin nə həddin var mənsəb istəyəsən! Sənin işin məscid və ya mədrəsə küncündə oturub elm öyrənməkdir. Ərlik davası sənin işin deyil. Əgər atanın mənsəbini almaq istəyirsən, öncə onun qanlısı Mihriyayılı öldür. Onda mən öz əlimlə bu mənsəbi sənə verərəm” (8, s.21).
Epik qəhrəmanın sosial statusu əsil-nəcabəti ilə deyil, ilk növbədə cəmiyyətdə siyasi, sosial və ya mədəni həyatında oynadığı rolla müəyyənləşir. Oğuz qəhrəmanı məhz işinə və əməlinə görə sosial status qazanır və ad alır. Qeyd edək ki, arxaik mədəniyyətlərdə inisiasiya mahiyyətli “ad alma” “Battal Qazi” dastanında tam dini (islami) prosedur kimi verilir. Yeni ad alma insanın kafirlikdən və cəhalətdən qurtulub Haqq dininə – İslama gəlməsini ifadə edir. Məsələn, Yemliha islamı qəbul etdikdə Əhməd, Kilabın oğlu müsəlman olduqda isə adını İsmayıl qoyurlar.
Hər iki dastanda bənzər motivlərədn biri səfərdir. “Səfər etmə” türk (Anadolu) dastanlarında iki mənada verilir:
Hərbi səfər mənasında;
Sevgili üçün qürbətə getmək mənasında.
Təbii ki, daha arxaik dastanlarda səfərin kosmik (yeraltı, yerüstü dünyalara) səyahət anlamı da vardır. Bu arxaik-kosmoloji məzmunun “Oğuz kağan”, “Koroğlu”, “Battal Qazi” kimi klassik qəhrəmanlıq dastanlarımızın alt qatında saxlandığı da bir gerçəklikdir.
Azərbaycan folklorşünaslığında epik səfərin daha başqa, detallı sinifləndirilməsi də mövcuddur. Bu qənaətə görə, dastanlarımızda qəhrəmanın səfərə yollanması («evdən ayrılması») əsasən aşağıdakı «səbəblərə» bağlanır:
I. Qəhrəman ziyankar düşməni məğlub etmək üçün evdən ayrılır;
II. Qəhrəman ov və ya qənimət əldə etmək üçün evdən ayrılır;
III. Qəhrəman özünə həyat yoldaşı qazanmaq üçün evdən ayrılır. Birinci hal yalnız qəhrəmanlıq dastanları üçün spesifikdir. «Oğuz Kağan», «Kitabi-Dədə Qorqud»un bir çox boylarında, «Koroğlu» dastanının bəzi qollarında rastlanılır. Nağıllarda da qəhrəman ona (ailəsinə, yurduna) ziyan vermiş fantastik qüvvələrin (məsələn, sehirli almanı oğurlayan divin) dalınca səfərə çıxır. İkinci və üçüncü səbəblə bağlı səfərlər həm qəhrəmanlıq, həm də məhəbbət dastanlarında rastlanılır.
“Battal Qazi” dastanını fərqləndirən xüsusiyyətlərdən biri nağıl elementlərinin bolluğudur. Qəhrəman səfərlərində tez-tez fantastik məxluqlar – divlər, ifritlər, pərilər, yelmaranlar və əjdahalarla qarşılaşmalı olur. Onların bəzisi Battala yardım edir, bəzisi isə onu məhv etməyə çalışır. Məsələn, Battal əsir düşəndə bir ilan peyda olub düşmənlərin yeməyini zəhərləyir (11, 219). Digər bir epizodda – düşmənlər Battalı əsir edib “Cahi-Cəhənnəm” adlı quyuya saldırdıqda Şah Maran (İlanlar şahı) öz ordusu ilə gəlib, ona yardımçı olur. Daha sonra peyda olan əjdaha isə onu quyudan çıxarır (11, 227). Bu türlü unsurlar “Dede Korkut”ta azdır. “Dede Korkut”ta peri, azrayil ve Depegöz buna örnek ola bilir.
Dastanların hər ikisində qəhrəmanların düşmənlə döyüşü, qələbəsi və dini qəbulu məsələlərinin təsvirində yaxınlıq, hətta eynilik nəzərə çarpır:
“Kitabi-Dədə Qorqud”un “Bəkil oğlu Əmrən boyu”nda qəhrəman kafiri – düşməni məğlub edərkən düşmən: – Yigit, aman! Sizin dinə nə derlər? Dinünə girdün. Barmaq götürüb şəhadət gətirüb, müsəlman oldu” (7, 122).
“Kitabi-Battal Qazi”də Battal düşmənlərinə qabaqcadan dinini-müsəlmanlığı qəbul edərlərsə, onlara aman verəcəyini bildirir və belə də olur.
Do'stlaringiz bilan baham: |