Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet152/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   148   149   150   151   152   153   154   155   ...   289
İgidliklə bağlı deyimlər. Bu bölgənin “Kitabi-Dədə Qorqud”la” səsləşən deyimləri adqoyma ritualı ilə bağlı olan deyimlərlə məhdudlaşmır. Qax rayonunun Sarıbaş kəndində işlədilən “Baş kəsib qalamı almısan?” [Tahirzadə, səh. 61] deyimi bu gün bir qədər ironik çalar daşıyır, amma “Kitabi-Dədə Qorqud” dastanlarındakı oğuz qəhrəmanlarının həyat tərzindən xəbər verir. Dastan deyir ki, Oğuz elində baş kəsib, qan tökmək hünər sayılır. Bu məsələ özünü dastanın iki boyunda “Qazan bəy oğlu Uruz bəyin tutsaq olduğu boy”da və “Uşun qoca oğlu Səgrək boyu”nda daha qabarıq şəkildə göstərir. Qazan xan təşkil etdiyi məclisdə sağında oturan qardaşı Qaragünəyə baxır, qas-qas gülür, sol tərəfində oturan dayısı Aruza baxıb sevinir, qarşısında oturan oğlu Uruza baxıb ağlayır. Səbəbini də belə izah edir ki, qardaşı və dayısı baş kəsib qan töküblər, oğlu Uruz isə hələ belə bir hünər göstər­mə­yib. Dastanda oxuyuruq: “Bərü gəlgil, qulunum oğul! Sağım ələ baqduğumda qardaşım Qaragünəyi gördüm. Baş kəsübdür, qan döküpdür. Çöndi alubdur, ad qazanıbdır. Solum ələ baqduğumda dayım Aruzı gördüm. Baş kəsübdür, qan döküpdür. Çöndi alubdur, ad qazanıbdır. Qarşum ələ baqduğumda səni gördüm. On altı yaş yaşladın. Bir gün ola, düşəm öləm, sən qalasan. Yay çəkmədün, ox atmadın. Baş kəsmədin, qan dökmədin. Qanlu Oğuz içində çöldi almadın. Yarınkı gün zaman dönüb, bən ölüb sən qalıcaq tacım-taxtım sana verməyələr, – deyü sonumı andım ağladım, oğul! – dedi.” [Kitabi-Dədə Qorqud, səh. 66]. ” “Uşun qoca oğlu Səgrək boyu”nda Qazanın məclisinə kefi istəyəndə gələn, kefi is­təyəndə gedən, ürəyi istəyən yerdə oturan Səgrəyə digər Oğuz igidi Tərsuzamış irad bildirir: “Mərə Uşun qoca oğlu, bu oturan bəglər hər biri oturduğu yeri qılıcıyla-ətməgiylə alubdur. Mərə, sən başmı kəsdin, acmı doyurdun, yalıncaqmı donatdın?” [Kitabi-Dədə Qorqud, səh. 99].
Dastanda Qaragünə oğlu Qarabudağın epitetlərindən biri də Həmdilən Mərdin qalasını dəpüb yığandır, Boz ayğırlu Beyrəyin epitetlərindən biri də “Parasarın Bayburd hasarından parlayub uçan”dır [Kitabi-Dədə Qorqud, səh.52]. Qeyd edək ki, Parasarın Bayburd hasarı dastanda bir neçə yerdə işlə­di­lir. Yeri gəlmişkən, onu da deyək ki, Qax rayonunun Sarıbaş kəndi ərazisində mövcud olan dağlardan biri Parasarın adlandırılır.
Bölgədə işlədilən “İgid odur, Aladağda at oynada” [Tahirzadə, səh.61 və səh. 368] və yaxud “Şöhrət at belindədir” [Tahirzadə, səh. 225] deyimləri də müəyyən mənada “Kitabi-Dədə Qorqud” dastanı ilə səsləşməkdədir. Atın türk xalqlarının məişətində oynadığı rolu xatırlamaq bu baxımdan yerinə düşür. Ucsuz-bucaqsız əraziləri at belində fəth edən türk üçün at vazkeçilməzdir. Atla düzgün rəftar, atı hətta namusu saymaq türk xalqları üçün xarakterik haldır. Dastan qəhrəmanlarından bir neçəsinin epiteti də məhz atla bağlıdır: At ağızlu Aruz qoca, Boz ayğırlu Beyrək və s. [Kitabi-Dədə Qorqud, səh.52].

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   148   149   150   151   152   153   154   155   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish