Дядя Горгудун мязар йери щаггында


XI BOY. “SALUR QAZAN TUTSAQ OLUB OĞLI URUZ ÇIQARDIĞI BOYU BƏYAN EDƏR



Download 6,67 Mb.
bet148/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   144   145   146   147   148   149   150   151   ...   289
XI BOY. SALUR QAZAN TUTSAQ OLUB OĞLI URUZ ÇIQARDIĞI BOYU BƏYAN EDƏR” Bu boyda da Salur Qazanın islam dininə inancı əks olunub. O, kafiri öldürüb deyir: “Mərə ka­firlər, qopuzum gətürün, sizi ögəyin!” (4, 156). Bu boyda hətta kafirə qalib gəlib, məscidin tikil­mə­sindən danışı­lır: “Dərələrdə, dəpələrdə kafirə qırgün girdi. Qalayı aldılar. Kəlisasın yıqub məscid yap­dılar” (4, 163).
XII BOY. İÇ OĞUZA DAŞ OĞUZ ASİ OLUB BEYRƏK ÖLDÜĞİ BOYU BƏYAN EDƏR” Bu boyda islam elementləri azdır. Allah və axirətin adına rast gəlinir: “Axirət haqqını halal etsün. Beyrək padşahlar padşahı Haqqa vasil oldı, bəllü bilsün!” (4, 169).
Göründüyü kimi, “Kitabi-Dədə Qorqud” dastanının əlimizdə olan müqəddimə və boylarının ha­mı­sında islam elementlərinin təsiri açıq-aydın görülməkdədir. Düzdür, dastanı incələyərkən islam adət-ənənələrinə rast gəlməsək də, dastanın islam elementlərinin təsirindən kənar qala bilməməsi qənaətinə gəlməmizə mətnin özü əsas verir.
Yuxarıda müqəddimə və boylar əsasında misal gətirdiyimiz nümunələr, dastanda islamın dərin­liyini, islami ünsürlərin kəmiyyət çoxluğunu göstərməkdədir.
“Kitabi-Dədə Qorqud” un islamdan qabaq yaranmış olduğunu nəzərə aldıqda orada islam dininin prinsiplərinin hələ möhkəmlənmədiyini bilmək çətin deyildir. Əsərdəki düşüncə və ifadə tərzi bu qənaətə gəlməyə əsas verir. Eposdakı hadisələrin cərəyan etdiyi yerlərdə kilsələrin olması xristianlığın mövcudluğu ilə bağlı idi. “Kitabi-Dədə Qorqud” dastanına islam dininin təsiri olsa da, abidədə islam dininin deyil, bütpərəstliyin əlamətləri qüvvətli yer tutur. İnsanlar Allahdan çox təbiət qüvvələrinə inanıb etiqad edirlər. Yerlərdə “yapma ağac tanrılı” adamların yaşaması isə bütpərəstlikdən xəbər ve­rir. Bütpərəstliyin izlərini “Duxa Qoca oğlı Dəli Domrul boyını bəyan edər, xanım, hey!” boyunda nəzərdən keçirtməklə dastanda bütpərəstlik əlamətlərini təsəvvür etmək mümkündür (4, 95-104 ).
“Duxa Qoca oğlu Dəli Domrul boyu”nda Allah adi insan kimi təsvir olunur. O, xudbin, məğrur və tərif sevəndir. Burada Əzrail real qəhrəmandan zəif verilir. O, qılıncı çəkib hücum edən Domrulun qorxusundan qapını qoyub bacadan qaçır. Domrulu yalnız hiylə ilə məğlub edə bilir, atını ürküdür, at onu götürüb yerə vuran kimi sinəsinə qonub canını almaq istəyir. Dastanda xalq öz qəhrəmanlarını dini qüvvələrdən üstün tutur. Əzrail obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə İslamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır.
Dastanın bəzi boylarına islam motivləri sonradan əlavə edilib. Bunu təkcə Əzrailin olmasına görə yox, məişət hadisələri fonunda, eləcə də Dədə Qorqudun dilindəki alqışlardan görmək olur.
Dədə Qorqudun yaşı “Kitabi-Dədə Qorqud”un bütövlükdə orta əsrlərdə formalaşıb yazıya alınmasına baxmayaraq, onun tarixinin islamdan əvvəlki dövrlərə gedib çıxmasına şəhadət verir. Bu cür məqamlar göstərir ki, dastana İslam ehkamları sonradan salınıb. Çünki dastanın yazıya alındığı dövr islamın təşəkkülü və yayılması vaxtına düşüb. Yəni dastan yazıda dəyişib. Dastanda nə qədər islam dininin yarandığı dövrə xas əlamətlər olsa da qədim oğuz elinin tarixi köklərinə daha çox bağlılıq var. Folklorşünas alim Əfzələddin Əsgərin “Oğuznamə yaradıcılığı” adlı kitabında bunu daha açıq-aydın görmək mümkündür (2). Kitabın “Oğuznamə mətnləri” (2, 180) adlanan V fəslin 5.2 yarımparaqrafında Dədə Qorqud Oğuznaməsini “Şifahi ənənədən yazıya alınmış oğuznamələr” (2, 202) adlandırılması qədim dastanın tarixi mənşəyinin oğuz eliylə bağlılığını bir daha sübut edir. Das­tanın mətnində Oğuzların ən vacib məsələləri, problemlərini Qorqud ata ilə məsləhətləşmələri dastanın kökünün qədim oğuz eliylə bağlılığını göstərməkdədir.
Digər bir maraqlı məqam ərəb adlarının dastanda yer almasıdır. İ.Şıxıyevanın statistik hesabla­malarına görə, “Dədə Qorqud”da işlədilən 77 şəxs adından 50-si türk, 24-ü ərəb və 2-si fars mənşəlidir (7, 111). Ərəb adlarının islamın Qafqaza gəlişindən çox-çox öncəyə gedən qədim dövrə aid olan bir abidədə əks olunması, bu dəyərli dastanın islamdan öncə yaranıb şifahi şəkildə yayılaraq, islam dini yarandıqdan sonra isə dastana islami elementlərin təsirinin göstəricisidir. Dastanda islam dinindən əlavə müxtəlif dinlərin – şamanizm, totemizm əlamətlərinə də rast gəlirik. Dastan X-XI əsrlərdə yazıya alınarkən islam dininin təsirinə məruz qalıb. Dastanda təsvir olunan adət-ənənələr, əxlaq normaları və s. də abidənin islam dininin qəbulundan əvvəl yaranmasını sübut edir. Məsələn, qızın ova çıxması, at çapıb ox atmaqda yarışması, gürz tutub güləşməsi, ərə getmək istədiyi oğlanı yoxlaması, döyüşdə ərinə kömək etməsi islamdan qabaqkı adətdir, İslama yad bəzi başqa qaydalara adi hal kimi baxılması da bu qəbildəndir.
Dastanın üzünü köçürən şəxslər islam dini ilə bağlı bəzi epizodlar əlavə edib, Dədə Qorqudun Məhəmməd Peyğəmbərlə görüşməsi anından bəhs etmişlər. Qaynaqlarda Qorqud Atanın “Məhəmməd peyğəmbərin yaxın dostu, ondan dərs alan və üç yüz il ondan sonraya qədər yaşayan səhabə, şirvan­lı­ların təqdim etdikləri sultan, həm də Məhəmməd tərəfindən Dəmirqapı Dərbəndə göndərilmiş Sal­ma­ni-farsinin təyin etdiyi Şeyx” olması xəbəri də vardır (6, 33). Dədə Qorqudun 295 il yaşadığı və Hz. Məhəmməd peyğəmbərə (s.a.s.) elçi olaraq göndərildiyi və Oğuz Xana vəzirlik etdiyi də söylənilir (8). Digər dəyərli mənbədə deyilir: “Qorqud Ata Məhəmməd peyğəmbərdən sonra miladi 632-634 il­lər­də Ərə­bistana gəlmiş, xəlifə Əbubəkrlə görüşmüş və İslam dinini qəbul etmişdir” (5, 73 ) .
Folklorşünas alim Bəhlul Abdulla Dədə Qorqudun Məhəmməd Peyğəmbərlə görüşməsi haqqında yazır: “Deməli Qorqut Ata elə əslində Həzrəti-Əkrəmlə bir vaxtda, bir dövrdə yaşamışdır. Ərəbistana ge­dənə qədər də oğuzlar adına “Oğuznamə”lər qoşub düzən Qorqud Ata islam dinini qəbul etdikdən sonra artıq şaman-ozan yox, dərviş-ozan olaraq fəaliyyətini davam etdirir” (1, 6). Akademik Tofiq Hacıyev haqlı olaraq bu hadisəni ozan yaradıcılığı ilə əlaqələndirir (3, 79).
Folklorşünas Bəhlul Abdulla “Dədə Qorqud kitabı”nda İslam dini ilə bağlı məlumat və deyimləri seçərək “Kitabi-Dədə Qorqud” və İslam dini” (1) adlı kitab yazmış və oğuznamələrdə İslam dininin yetərincə yer tutduğundan bəhs etmişdir. Görkəmli alim M.Təhmasib də “Kitabi-Dədə Qorqud”dakı islamla bağlı elementlərin VII əsrdən sonrakı mühitlə əlaqəli olduğunu vurğulayıb (6, 33-39).
Biz islam dininin dastana təsir göstərdiyini söyləyən alimlərin fikri ilə razılaşaraq, bu dastanın mənşəyinin qədim oğuznamələr olduğunun, əsrlərin süzgəcindən keçərək formalaşma dövrü islam dininin yaranması dövrünə təsadüf etdiyi dövrdə islam prinsiplərini mənimsəmişdir. Təbiidir ki, formalaşma dövründə dastana islam elementləri əlavə edilməli idi. Çünki dastan tarixən məxsus olduğu xalqın dini inancına mənsub olaraq, öz yarandığı və formalaşdığı dövrün aynası olmuşdur.
Məhz bu məziyyətlərinə görə dastan aid olduğu ölkənin qədim salnaməsi hesab olunmuşdur. Bü­tün dünya ölkələrinin dastan tarixinə diqqət etsək, bunu daha aydın anlamaq mümkündür.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   144   145   146   147   148   149   150   151   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish