Дядя Горгудун мязар йери щаггында


IV BOY. “QAZAN BƏY OĞLI URUZ BƏĞİN TUTSAQ OLDUĞU BOYU BƏYAN EDƏR, XANIM HEY!



Download 6,67 Mb.
bet146/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   142   143   144   145   146   147   148   149   ...   289
IV BOY. QAZAN BƏY OĞLI URUZ BƏĞİN TUTSAQ OLDUĞU BOYU BƏYAN EDƏR, XANIM HEY!”. Oğlu Uruzun anası-Burla xatunla görüşdükdən sonra oğlunun kafirlər tərəfindən dustaq edildiyinə əmin olan Qazan xanın Allaha inancının şahidi oluruq. O, Burla xatuna deyir: “ Bulursam, buldum; bulmaz isəm, Tanrı verdi, Tanrı aldı, neyləyin?” (4, 87).
Allahın peyğəmbərinin (s.a.s.), islam dininə inanmayan “kafir”in, islam dininin əsas beş şərtindən biri olan namazın, namazdan əvvəl paklıq üçün müsəlmanların əməl etdiyi abdəstin (dəstəmaz) adı çəkilir: “Doquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə gəzdirərlərdi” (4, 78), “Qazan bəg gördi ki, kafir qatı yaqlandı. Atından endi, arı sudan abdəst aldı. Ağ alnın yerə qodı, iki rikət namaz qıldı. Adı görklü Məhəmmədi yağ gətürdi. Qara dinlü kafirə göz qarartdı” (4, 83).
V BOY. “DUXA OĞLU DƏLI DOMRUL BOYINI BƏYAN EDƏR, XANIM HEY!” adlı boyda dini motivlər daha çox üstünlük təşkil edir. Allah-Təalanın sifətləri vəsf edilir və onun qüdrət və əzəmətindən danışılır: “Qadir” Tanrıdan hacət dilədi”, “Ya Qadir Allah, birligin, varlığın, haqqıyçun (4, 95). Allahın didər adlarından “Cabbar”, “Səttar” (Eyibləri örtən, eyibləri gizlədən), “Əhəd”, “Sə­məd” adları da dastanda rast gəlinir: “Daim duran Cabbar Tanrı, Baqi qalan Səttar Tanrı” (4, 98).
VI BOY. QANLI QOCA OĞLI QANTURALI XAN BOYINI BƏYAN EDƏR, XANIM HEY!” Bu boyda da Allahın “Qadir” adı çəkilir - “Qadir qorsa, yapam-yıqam” (10, 106). Qanturalı Sel­can xatunu yalnız bir şərtlə alıb apara bilər ki, qağan aslana, qara buğa və qara buğraya üstün gələ bilsin. Bu vuruşda ümidini Allaha bağlayan Qanturalı belə deyir: “Yaradan Qadir Tanrıya sığundum” (4, 111).
İslamda müsəlmanlar üçün Allahdan sonra ən müqəddəs varlıq – Məhəmməd Peyğəmbərdir. Hər bir işin onların razılığı ilə yerinə yetəcəyinə inanılır. Məhz bu boyda Dədə Qorqud elçiliyə gedəndə, yaxud Qanturalı Selcanı halallığa almaq istəyəndə onlar bu işi “Tanrının buyruğıyla, Peyğəmbər 8 qövliylə Qızını almağa gəlmişəm!” (4, 108) deyərək etdiklərini söyləyirlər.
Dədə Qorqudun Allahın ən uca adına, yəni “İsmi-əzəm” oxuması, kəramət göstərməsi (Dəli Qar­carın əlini havada asılı saxlaması) İslamın abidəyə təsirindən xəbər verir. İslamda “Ən böyük ad­lar” adı ilə tanınan və mənası etibarilə həm Allahın bütün simalarının vəsf olunduğu “İsmi-əzəm” dua­sının adının çəkilməsi dastanda islami ünsürləri daha da qabarıq əks etdirir: “Dədənin anısı anıtdı. Tan­rıya sıqındı. İsmi-əzəm oqıdı. Yucalardan yucasan, Kimsə bilməz necəsən, Görklü Tanrı! Sən ata­dan olma­dın, Anadan doğulmadın. Hak Taala atamın könlinə rahmət eyləsə. Ya Rab noldı? Kadir Tan­rı səni namərdə möhtac eyləməsün. Sənə sıqındım comərdlər comərdi Qadir Tanrı, mədəd didi” (4, 112).

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   142   143   144   145   146   147   148   149   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish