Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet142/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   138   139   140   141   142   143   144   145   ...   289
Evdən çıqub yüriyəndə incə belli,
boyu uzun,
səlvi boylum!
Topuğından sarmaşanda
qurması qırq tutam qarğu kibi
qara saçlum!
Qələmçilər çaldığı, qurulu yaya bənzər
qara qaşlum,
çatma qaşlum!
Güz almasına bənzər,
qar üzərinə qan tammış kibi
al, qızıl yananqlım!
Qoşa badam sığmayan tar ağızlum!»
Beləliklə, tam şəkildə təsdiq edilir ki, “Dədə Qorqud” eposu ayrı-ayrı boylardan ibarət olmasına baxmayaraq, bir söyləyicinin dilindən söylənərək xalq təfəkkürünü əsrlər boyu yaşadan vahid bir bədii sistemin ifadəsidir.
Yaxud “Dədə Qorqud”dakı rəqəmlər silsiləsinə bütöv yanaşmaq və həmin rəqəmlərin nəyəsə açar olacağı inamına güvənmək lazımdır. Əslində bu, qırxıncı qapının açarı və sirrini tapmaq kimi bir arzuya bənzəyir.
Bəs eposda daha çox hansı rəqəm işlənir? Tərəddüd etmədən demək olar ki, bu, 3 rəqəmidir. Bu rəqəmin nəyə istiqamətləndiyini yada salmadan xalq təfəkküründə onun həmişəyaşar olduğu məlumdur: atalar üçə qədər deyib. Bu mənada eposda Qazan xanın xarici düşmənlərə qarşı mübarizəsi 3 boyda ifadə olunub, yaxud Qazan xan 3 ildən bir evini tərk edib var-dövlətini xalqa paylayır. Bir az dərin qat da var. Eposun mətnində Dədə Qorqud 3 igidə ad verir: Buğac, Beyrək, Basat.
Mətndə 3 rəqəminin nəyə doğru istiqamətləndiyini müəyyən­ləşdirmək üçün isə konkert mə­qamlara diqqət edək:
1. Qazan xan deyir ki, Uruz 300 igidlə mənim evimin üstündə dursun.
2. Qaraca Çobanın sapandı 3 yaşar dana dərisindən, sapandının qolları 3 keçi tükündən hazır­lanıb. Onun atdığı daş haraya düşsə, 3 il orada ot bitməz. Qaraca Çoban 300 düşmən öldürür.
3. Uruz dustaqlıqdan xilas olanda oğuzdan 300 igid şəhid olur.
4. Bəkil 300 igidi yanına buraxır.
5. Əyrək səfərə çıxanda 300 igid onun yanında cəm olur.
6. Təkur Əyrəyi Səyrəyin üzərinə qaldıranda 300 igidi ona yoldaşlığa verir.
Eposdakı rəqəmlər içərisində işlənmə tezliyinə görə 3 rəqəmindən sonra ikinci yerdə 6 rəqəmi dayanır.
1. Şöklü Məlik deyir ki, 600 igid varıb qoyunları gətirsin.
2. Qaraca Çobanın üzərinə 600 kafər gedir.
3. Qazanın üzərinə hücum olanda 6 bölük toz görünür.
4. Təkur Oğuz türklərinin üzərinə 600 kafər göndərdi. Arşın oğlu Dirək 60 arşın qaməti olan bir adamdır, 60 batman gürz salardı.
5. Kafər 6 pərli gürzü götürüb hücum edir.

  1. Səyrəyin üzərinə 60 dəmir donlu kafər gəlir.

İndi nəticə çıxamaq olar ki, 3 rəqəmi oğuza, 6 rəqəmi isə kafərlərə məxsus rəqəmdir.
Bunlar vahid mətn anlamına gəlir və eposdakı ümumi mətnin harmoniyasıdır. Yəni yalnız elə bunun özü eposun möhtəşəmliyinin sübutudur.
Başqa bir nəticə isə ondan ibarətdir ki, eposdakı 3 və 6 rəqəmlərinin açar rolu da var. Bu açar eposun möhtəşəmliyini, həmçinin təkrarolunmazlığını bir daha sübut edir.
Arşın oğlu Dirək Təkur belə təsvir edilir: “60 arşın qaməti var, 60 batman gürz salardı”. Burada rəqəmlər eynidir: 60 (altmış) və birbaşa Dirək Təkurun nəhəngliyini göstərməyə xidmət edir. Hətta maraqlıdır ki, arşın konkret deyil və hər adam üçün ayrı-ayrıdır. Elə “Hərə öz arşını ilə ölçür ” ifadəsi də buradan yaranıb və hər adamda nəhənglik təsəvvürü yaradır. Amma hər halda 60 düşmənin rəqəmi kimi özünü bir daha təsdiqləyir.
Bəs Aruz Qocanın təsviri necədir? Qəribədir ki, həmin təsvir Arşın oğlu Dirək Təkurun təs­vi­ri­nin, demək olar ki, eynidir: “60 ərkəc dərisindən kürkü, 6 ögəc dərisindən külahı (papağı) var”. De­məli, mətn lap əvvəldən Aruz Qocanın Oğuza düşmən olacağını işarələmişdir.
Rəqəmlər eposdakı başqa bir sirri də açmağa imkan verir. Belə ki, Oğuz elinin xanımlarını xatırlasaq, onlardan Qazan xanın xanımı Burla xatun, Dirsə xanın xanımı və Bəkilin xanımı xan qız­la­rıdır və İç Oğuz­dandırlar. Dəli Domrulun xanımı haqqında aydınca deyilir ki, “yad” qızıdır və deməli, kafər düşərgəsinə aiddir. Qanturalının xanımı Selcan xatun Trabzon Təkurunun qızıdır. Beyrəyin xanımı Banuçiçək Dış Oğuz­dandır. Qaldı Səyrəyin xanımı. Bu xanımın kimliyini müəyyən etmək çox vacibdir. Təəssüf ki, mətndə o barədə birbaşa deyilmiş heç bir işarə yoxdur. Amma onu müəyyən­ləş­dirmək üçün eposun 3 və 6 açarı var.
İndi əsirlikdə qalan xanımını xilas etməyə yollanan Səyrəklə xanımı arasındakı dialoqu xatırlayaq. Səyrəyin xanımına söylədiklərinə nəzər salaq:
“Qız, sən mana bir yıl baqğıl!
Bir yildə gəlməzsəm, iki yil baqğıl!
İki yildə gəlməzsəm, üç yil baqğıl!
Gəlməzsəm, ol vəqt mənim öldügimi biləsən.
Ayğır atum boğazlayub, aşum vergil!
Gözün kimi tutarsa, könlün kimi sevərsə, ana varğıl!”
Üç rəqəmi oğuzlara aid olduğuna görə Oğuz igidi Səyrək də məhz sayıb-sayıb üçdə dayanır: “İki yildə gəlməzsəm, üç yil baqğıl!Gəlməzsəm, ol vəqt mənim öldigimi biləsən”.
İndi isə Səyrəyin xanımının sözlərinə, daha doğrusu, onun Səyrəyə cavabına diqqət verək:
“Yigidim, mən sana bir yil baqam.
Bir yil də gəlməzsən, iki yil baqam.
İki yil də gəlməzsən, üç-dört yil baqam.
Dört yil də gəlməzsən, beş yil, altı yil baqam.
Altı yol ayırdına çadır dikəm.
Gələndən-gedəndən xəbər soram.
Xeyir xəbər gətürənə at, ton verəm,
Qaftanlar geydürəm.
Şər xəbər gətürənin başın kəsəm.
Ərkəg sinəgi üzərimə qondırmıyam.
Murad ver, murad al, andan get, yigidim!”
Maraqlıdır ki, Səyrək 3-də dayanmasına baxmayaraq, Səyrəyin xanımı 6 rəqəminə qədər davam edir və 6-da dayanır: “Dört yildə gəlməzsən, beş yil, altı yil baqam. Altı yol ayırdına çadır dikəm”. Beləliklə, Səyrəyin xanımının düşüncə sistemində altı rəqəmi əsas yer tutur. İndi qəti şəkildə demək olar ki, Səyrəyin xanımı da məhz kafər düşərgəsindəndir.
Səyrəyin xanımı kafər düşərgəsi ilə İç Oğuz arasındakı barışığı simvolizə edir və barışığın qarantıdır.
Başqa bir məsələyə də diqqət yönəltmək istəyirik. Eposun “Bəkil oğlu İmran” boyunda Bəkil haqqında deyilir: “366 alp ova çıxıb keyik üzərinə yürüş etsə, Bəkil yay qurub ox atmışdı”. Bəs bu 366 rəqəmi nəyə işarədir?
Birincisi, Bəkil Oğuz eli ilə düşmən arasındakı sərhəddə keşik çəkir və əslində 3 rəqəmi ilə 6 rəqəminin arasındadır. İkincisi, Bəkil ilə Bayındır xan arasında elə bir münaqişə yaranmışdır ki, həyata keçməsə belə Bəkildə Bayındır xanın yanında qalmaq, yoxsa ona düşmən kəsilmək düşüncəsi yaranmışdı. Bu, rəqəm simvolikasında 366 ilə, yəni 3 və 6 ilə ifadə edilmişdir.
Nəticə kimi onu qeyd etmək olar ki, təkcə bu rəqəmlər sübut edir ki, “Dədə Qorqud” vahid bir mətndir və onun kifayət qədər semantik qatları vardır.
Eposda qabarıq görünən xəbərləşmələr də vahid bədii mətnin elementləridir. “Buğac” boyunda Buğacla, «Salur Qazanın evinin yağmalandığı boy»unda Qazan xanın anası, boyu uzun Burla xatun, qırx incə belli qız və Uruzla bağlı xəbərləşmələr, “Dəli Domrul” boyunda Dəli Domrulun Allahın böyüklüyündən danışması, Allahdan isə «Can əvəzinə can tap!» tapşırığının gəlməsi, Yeynək” boyunda Buraqdan, “Səyrək” boyunda yetim uşaqdan, eyni zamanda dustaqlıqda olan Qazandan və Uruzdan gələn informasiyalar tam doğruluğu ilə təsdiq olunurlar.
Bəs Beyrəklə bağlı xəbəri necə dəyərləndirmək olar? Мəsələnin də əsl mahiyyəti buradadır. «Baybörənin oğlu Bamsı Beyrək boyu»nda sadaladığımız həmin hadisələrdən tamamilə fərqli bir məqam var. Həmin məqam Beyrəyin dustaq olmasından sonrakı dövrə aiddir: «Bu hadisədən on altı il keçdi. Beyrəyin ölü-dirisini bilmədilər. Bir gün qızın qardaşı Dəli Qarcar Bayındır xanın divanına gəldi. Diz çöküb dedi: «Ağıllı xanın ömrü uzun olsun! Beyrək diri olsaydı, on altı ildən bəri gələrdi. Beyrəyin diri olduğu xəbərini gətirən bir igid olsa, qızılı tikişli, naxışlı çuxa, qızıl-gümüş verərəm. Ölüm xəbərini gətirənə bacımı verərəm».
Belə dedikdə, muradı gözündə qalsın Yalançı oğlu Yalıncığı, dedi: «Sultanım, mən gedim, ölüsü-dirisi xəbərini gətirim».
Sən demə, Beyrək Yalançı oğluna bir köynək bağışlayıbmış; geyməyib saxlayırmış. Getdi, həmin köynəyi qana-mana batırdı, gətirib Bayındır xanın önünə atdı. Bayındır xan dedi: «Ədə, bu nə köynəkdir?» Yalancıq: «Beyrəyi Dərbənddə öldürmüşlər, bu da nişanıdır, sultanım!» - dedi».
Bu xəbər «Dədə Qorqud» eposundakı bütün xəbərlərdən fərqli xəbərdir. Yəni bu məqamda digər qəhrəmanlarla müqayisədə Beyrək haqqında ölüm xəbəri gəlir. Ola bilsin ki, həmin məqamda yalandır, amma nəticə başqadır. Burada «İç Oğuza Dış Oğuzun dönük çıxması və Beyrəyin öldüyü boy»u xatırlamaq lazımdır. «Aruz dedi: «Ədə, hərzə-hərzə danışma. Qanına susama, gəl and iç!» Beyrək dedi: «Vallah, mən Qazanın və İç Oğuzun yolunda başımı qoymuşam. İstəyirsiniz yüz para eyləyin, mən Qazana xain çıxmaram!» Aruz yenidən hirsləndi. Beyrəyin saqqalından bərk tutub, bəylərə baxdı. Gördü kimsə gəlmir, qara polad qılıncı çəkib, Beyrəyin sağ oyluğunu çapdı. Beyrək qara qanına boyandı, başı dumanlandı. Bütün bəylər dağılışdı. Hər kəs öz atına mindi. Beyrəyi də mindirdilər. Bir nəfər tərkinə minib, onu qucaqladı. Beyrəyi gətirənlər atlarını çaparaq, onu öz evinə çatdırdılar. Cübbəsini üzərinə örtdülər. Beyrək burada söyləyib dedi:
İgidlərim, yerinizdən qalxın, durun!
Boz atımın quyruğunu tutun, kəsin!
Ala dağdan Arqubeli gecə aşın.
İti axan gözəl suyu üzüb keçin.
Qazan xanın divanına çapıb gedin.
Siz hamınız ağ çıxarıb, qara geyin.
«Qazan, tək sən sağ ol, Beyrək öldü!» deyin...»
«Dədə Qorqud» eposunun sonuncu boyunda Beyrək öldürülür. Beləliklə, «Baybörənin oğlu Bamsı Beyrək boyu»nda yalan kimi təqdim edilən Beyrəyin qanlı köynəyi digər boyda - «İç Oğuza Daş Oğuzun dönük çıxması va Beyrəyin öldüyü boy»da həqiqəti ifadə edən xəbərə çevrilir.
Bütün bu və digər faktlar “Dədə Qorqud” eposunun bütöv bir mətn kimi qavranılmasına imkan verir. Bu tədqiqatın davam etdirilməsi isə eposun boyları arasındakı əlaqələrin də möhkəmlənməsinə şərait yaradacaqdır.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   138   139   140   141   142   143   144   145   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish