Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


VERGİ ANLAYIŞI VƏ VERGİLƏRİN ƏSAS ELEMENTLƏRİ



Download 2,29 Mb.
bet38/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

8.2. VERGİ ANLAYIŞI VƏ VERGİLƏRİN ƏSAS ELEMENTLƏRİ


Vergilər ən mühüm dövlət gəlirlərindən biri olmaqla, dövlət büdcəsi gəlirləri-nin 80-85 %-ni təşkil edir.

V.N.Sutormina vergilərə dövlət xərclərinin maliyyələşdirilməsi üçün dövlət tərə-findən milli gəlirin bir hissəsinin başlıca olaraq zəhmətkeşlərdən, məcburi və əvəz-siz qaydada tutulması üzrə pul münasibətlərinin məcmusu kimi tərif verir.

Vergi ödəmələrini ayrıca maddədə göstərməyə cəhd edən “Ekonomiks” müəl-lifləri deyirlər ki, vergilər - əvəzində mal, xidmət alınmayan və qanunsuz hərəkətlərə görə məhkəmənin təyin etdiyi cərimə olmayan hökumətə ödənişdir. S. Bryunun tərifinə görə məhsulun vaxtında çatdırılmasına, kommersiya və yaxud kommunal ödənişlərin gecikdirilməsinə və b. görə cərimə, penya sanksiyalarını asanlıqla ver-gilərə aid etmək olar, halbuki əslində onlar vergi deyil. Beləliklə, K. RMakkonnell və S.L. Bryunun tərifində vergilərin həqiqi mahiyyətindən çox, ziddiyyət vardır.

Vergilərin tərifinə fransız alimi P.M. Qodme daha sistemli yanaşmışdır. Onun fikrincə, “vergi - cəmiyyətin xərclərini ödəmək və hər kəsin imkanlarına müvafiq onların vətəndaşların arasında bölüşdürülməsi məqsədi ilə dövlət tərəfindən məc-buri qaydada həyata keçirilən pul vəsaitlərinin tutulmasıdır”. Bu tərifinidə üç əsas ünsür iştirak edir:

- Verginin tutulması xarakteri –məcburi tutulma;

- Verginin tutulmasının əsas məqsədi - dövlət kassalarının vəsaitlərlə təmin edilməsi.

- Verginin tutulması həcmi - xərcin ödənilməsində vətəndaşların iştirak etmək imkanları.

Hər bir ölkədə vergilərin tutulma məqsədi dövlət quruluşu, dövlət tənzimlən-məsi və sosial təyinatın fəaliyyətini pul vəsaitləri ilə təmin etmək zəruridir.

Vergi, yığım, rüsum və digər ödənişləri bir-birindən fərqləndirmək lazımdır.

Rüsum, haqq və ayırmalar vergi qədər əhəmiyyətli deyillər. Onlar, yuxarıda göstərildiyi kimi, qoyulduğu və ödənildiyi zaman həmişə xüsusi məqsəd və xüsusi mənafe mövcud olur. Rüsum, haqq və ayırmalar fərdi ödəmələrdir. Onu da nəzərə almaq lazımdır ki, dövlət özünün əsas xidmətlərini bu xidmətlərin yönəldildiyi fərdlərin ödəmə qabiliyyətindən asılı olmayaraq həyata keçirməyə borcludur. Bu zaman, xüsusi vurğulamaq lazımdır ki, dövlətin bu qəbildən olan məsrəflərinin hamısı yalnız fərdi ödəmələr balansına həyata keçirilə bilməz.

Rüsum, haqq və ya ayırmanın alınmasında məqsəd rüsumla bağlı fəaliyyəti həyata keçirən təşkilatın xərclərini zərər çəkmədən, lakin xalis gəlir də əldə etmə-dən ödənilməsidir. Lakin bu prinsip, təəssüf ki, təcrübədə heç də həmişə gözlənil-mir. Çox vaxt xidmət müqabilində rüsum ödəmələri onunla əlaqədar xərclərdən çox olur. Bəzən hətta, rüsum xərcləri ödəmək naminə deyil, bu əməliyyatın özü rüsum almaq naminə məcburi həyata keçirilir.

Belə vəziyyət onu göstərir ki, rüsum, haqq və ayırmalar fərdi xidmət göstəril-məsi ilə əlaqədar olmasa da, öhdəlik, müqavilə üzrə ödənən məcburi ödəmə hesab edilə bilməz. Onlar ümumi-hüquqi xarakterli xidmətlərlə əlaqədar fərdi qaydada alınan pul mükəlləfiyyətləridir.

Xüsusilə göstərmək lazımdır ki, rüsum ümumi mənafe naminə özünün dövlət hakimiyyəti funksiyasını yerinə yetirən dövlət orqanlarının göstərdikləri xidmət üçün deyil, göstərilən xidmətlə əlaqədar ödənilir. Belə ki, məhkəməyə iddia ərizəsi verildikdə rüsumun ödənilməsi konkret şəxsin məhkəmədə müdafiə hüququ ilə bağlıdır, lakin məhkəmənin ictimai-faydalı funksiyası - qanunçuluq rejiminin qo-runması ilə müəyyən edilir.

Rüsumlar dövlət orqanının mövcudluğunu təmin etmir, ona görə ki, həmin orqanlar başqa mənbələr balansına da maliyyələşməlidir. Əksinə, rüsumun alınması hər hansı bir dövlət orqanının öz funksiyalarını yerinə yetirməsi ilə şərtlənir.

Rüsum və yığımların xarakteri olan ödəniş məbləği müəyyən edilərkən, vergi tutmadan fərqli prinsiplərdən istifadə edilməsi nəzərdə tutulur. Bu halda şəxsin ödəmə qabiliyyətinin nəzərə alınması həlledici ola bilməz, çünki belə olduqda bə-rabərlik yaradılmır, əksinə pozulur. Həqiqətən, eyni xidməti alan şəxslər müxtəlif rüsum ödəməli olardılar. Ona görə də rüsum məbləği xidmətin xarakteri və miq-darından asılı şəkildə (ekvivalentlik prinsipi) bir qayda olaraq konkret məbləğlə müəyyən edilir. Pul məbləği xidmət göstərilməsi ilə əlaqədar xərclərə ekvivalent olmaya bilər. Lakin bu, ödəniş məbləğinin mütləq sərbəst müəyyən edilə bilməsi demək deyildir.

Rüsum məbləği, hər şeydən əvvəl, əsaslandırılmalıdır. Onların məbləği müəy-yən edilərkən yalnız maliyyə mülahizələrini əsas götürmək olmaz. Pul məbləğini ödənişin müəyyən edildiyi məqsədlə müqayisə etmək lazımdır. Ödəniş məbləği ödəyicinin əldə etdiyi fayda ilə və yaxud dövlət orqanının çəkdiyi xərclə ağlabatan şəkildə müqayisəli olmadıqda, bu prinsip pozulmuş olur.

Rüsum və ya yığımın miqdarı, həmçinin, vətəndaşların əsas konstitusiya hüquqlarından istifadə imkanlarını, dövlət orqanlarından bu və ya digər xidmətləri almaq imkanlarını məhdudlaşdırmamalıdır. Çünki bu hüquqlar vətəndaşlara hər hansı bir ödəmədən asılı olmayaraq verilir.

Ona görə də, məsələn, dövlət vətəndaşlarının təhsil hüququnun həyata keçmə-sinə yardım etmək məqsədilə, ümumtəhsil məktəblərini rüsum və yığımlar balan-sına deyil, vergilər balansına maliyyələşdirməyə borcludur. Əks təqdirdə təhsilin hamı üçün mümkünlüyünə “sədd çəkilərdi”.

Rüsumların növləri müxtəlifdir. Hüquqi ədəbiyyatda rüsumların aşağıdakı növ-ləri göstərilir: inzibati xidmətlər göstərilməsi ilə əlaqədar rüsumlar (məsələn, vətən-daşlıq alınması, yaxud onun dayandırılması ilə əlaqədar vəsatətin baxılması); bu və ya digər hüquq verilməsi əvəzində alınan rüsum (məsələn, ovçuluq hüququna icazə verilməsi üçün); hər hansı bir konkret şəxsin mənafeyi məqsədilə cəmiyyətin müəyyən əlavə xərcləri üçün kompensasiya xarakterli (məsələn, avtomobil yolla-rına artıq dağıdıcı təsir göstərən iri tonnajlı nəqliyyat vasitələri sahiblərindən alınan rüsum). Habelə, dövlət fəaliyyətinin müəyyən sahələri ilə əlaqədar alınan rüsumlar da mövcuddur (məhkəmə, gömrük, notarial və s.).

Azərbaycan Respublikası qanunvericiliyində “rüsum” anlayışının xarakteristi-kası “Dövlət rüsumu” haqqında qanunla (4 dekabr 2001-ci il) aşağıdakı kimi müəyyən edilmişdir: “Dövlət rüsumu bu Qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xid-mətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənişlə məcburi ödənişdir”. Qanunda müəyyən edilmişdir ki, dövlət rüsumu aşağıdakı hallarda tutulur:

- məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərar-ları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surəti-nin təkrar verilməsi; notariat kontorları və dövlət orqanları tərəfindən nota-riat hərəkətlərinin aparılması;

- vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;

- Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul və ya vətəndaşlığından çıxma;

- Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkə-lərdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;

- Sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənəd-lərinin verilməsi və onlara bağlı digər hüquqi hərəkət, habelə icazələrin bəzi növlərinin verilməsi;

- Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növ-lərinə xüsusi razılıq (lisenziya) verilməsi;

- Hüquqi şəxslərin dövlət qeydiyyatı və təkrar qeydiyyatı;

- Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydə alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi;

- Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi;

- Əmlaka mülkiyyət hüququna, o cümlədən torpağa mülkiyyət, icarə və isti-fadə hüququna dair sənədlərin verilməsi və girovun dövlət qeydiyyatı.

Qanuna görə dövlət rüsumunun ödəyiciləri həmin qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslərdir.

Yuxarıda göstərilən Qanunla müəyyən edilmiş qaydaya görə dövlət rüsumu əksər hallarda bütünlüklə dövlət büdcəsinə köçürülür. Notarial hərəkətlərin aparıl-masına, beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə, ha-belə sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənədlə-rinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə isə tutulan dövlət rüsumunun 15 faizi dövlət rüsumu tutan orqanların xüsusi balansına, 85 faizi isə dövlət büdcəsinə keçirilir.

Mövcud ənənəyə görə bəzən əslində vergi olan ödəmə rüsum, ayrıma (və ya əksinə) adlana bilər. Məsələn, mallar dövlət sərhədindən keçirilərkən ödənilən do-layı vergi ənənəyə görə gömrük rüsumu adlanır. Məqsədli sosial vergilər isə vergi deyil, icbari ödəniş, haqq və ayırma adlanır. Göstərmək lazımdır ki, Azərbaycan qanunvericiliyində - Vergi Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində “vergi” sözü ilə birlikdə “icbari ödənişlər” terminindən də istifadə edilir. Axırıncı anlayış (icbari ödənişlər) 01.01.2002-ci ildən etibarən Azərbaycan Respublikası Sosial Müdafiə Fonduna ödənilən məcburi dövlət sosial sığorta haqları deməkdir. Göstərilən tarixə qədər məcburi ödənişlər üç qrupa bölünürdü:

- Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta haqları;

- Dövlət Əhalinin Məşğulluğuna Kömək Fonduna ayırmalar;

- Dövlət Əlilləri Sosial Müdafiə Fonduna ayırmalar.

Sosial sığorta haqları əmək haqqı fondundan və ya gəlirlərdən müxtəlif dərəcə-lərlə ayırmalar; Məşğulluq Fonduna isə əmək haqqı fondundan 2 faiz dərəcəsi ilə ayırmalar şəklində ödənilirdi. Əlillər Sosial Müdafiə Fonduna ayırmaları isə müəs-sisə və təşkilatlar öz mənfəətindən 1 % miqdarında ödəyirdilər.

1 yanvar 2002-ci ildən etibarən Dövlət Sosial Müdafiə Fonduna vahid məcburi ödəniş tətbiq edilir: sosial sığorta haqları. Onun miqdarı “Sosial sığorta haqqında “ Azərbaycan Respublikasının müvafiq Qanununa əsasən fəaliyyət növündən, təşkilatı formasında və keçirdiyi ərazidən asılı olaraq əmək haqqı fondundan, gəlir-dən, orta aylıq əmək haqqından, icarə haqqından və işçilərin bəzi kateqoriyaları üçün əmək haqqı müxtəlif dərəcələrlə müəyyən edilir. Göstərilən haqq və ayırmalar ödəyicinin ödəmə qabiliyyətinə görə tutulur. Bu baxımdan onlar vergiyə oxşayırlar. Ancaq belə bir keyfiyyət rüsumlarda yoxdur. Belə vəziyyət bu və ya digər ödəmənin əsl mahiyyətini gizlədir, vergi ödəyicisi tərəfindən onun təhlilini çətinləşdirir, bəzən də vergi yaradıcılığının müəyyən edilmiş prinsiplərinin pozulmasına gətirib çıxarır.

Vergi və vergi olmayan gəlirlərin ümumi cəhətləri ödənişlərin ödənilməsi qayda və şərtlərinin qanunvericiliklə müəyyən edilməsi, ödəmələrin məcburi xarakteri, ödənişin büdcə və ya büdcədən kənar fondlarla əlaqədar olması, habelə onların qeyri-ekvivalent xarakteridir.

Vergiləri vergi olmayan digər ödəmələrdən fərqləndirən əsas hüquqi meyar isə normativ-sahə tənzimləmə əlamətidir: vergi münasibətləri, o cümlədən, vergilərin tutulması vergi qanunvericiliyi normaları ilə tənzimlənir; qeyri-vergi xarakterli məcburi ödəmələr isə qanunvericiliyin digər, yəni təqaüd (pensiya), sosial təminat, ekologiya, patent və digər hüquq sahələrinin normaları ilə reqlamentləşdirilir.

Yuxarıda qeyd etdiklərimizi aşağıdakı kimi ümumiləşdirə bilərik:

Yığım hər hansı bir fəaliyyətin həyata keçirilməsi müqabilində tutulan vəsaitdir.

Yığımlara misal olaraq bazarlarda, yarmarkalarda satış fəaliyyətini həyata keçi-rən fiziki şəxslərdən alınan vəsaitləri göstərmək olar. Onlar müəyyən məbləği ödəməklə satış fəaliyyətini həyata keçirmək hüququnu əldə edirlər.89

Rüsumlar vətəndaş və ya təşkilatlardan dövlət orqanları ilə hər hansı bir fəaliy-yətin həyata keçirilməsi müqabilində tutulan vəsaitlərdir.

Rüsumlara misal olaraq gömrük rüsumlarını, notariat əməliyyatlarının həyata keçirilməsinə görə ödənilən rüsumları göstərmək olar.

Digər ödənişlər istifadə olunmuş təbii ehtiyatların bərpası üçün alınan məcburi ödənişlərdir.

Çox geniş yayılmış maliyyə sanksiyalarını, faizləri və inzibati cərimələri də vergilərdən fərqləndirmək lazımdır. Onlar arasındakı əsas fərq tutulma səbəbləridir. Vergi ödənişlərinin əsas səbəbi milli gəlirin yenidən bölüşdürülməsi, cərimə ödə-nilməsinin səbəbi isə bu və ya digər qanun pozuntusudur.

Vergiləri yığım, rüsüm və digər ödənişlərdən fərqləndirmək üçün onlara xas olan əsas elementləri qeyd etmək lazımdır.

Verginin birinci əlaməti onun subyektin gəlirinin bir hissəsini dövlətin xeyrinə özgəninkiləşdirilməsidir.

Verginin ikinci əlaməti onun təyin edilməsi və tətbiq olunmasının qanuniliyidir.

Vergilərin üçüncü əlaməti onların vacibliyidir. Qanunvericiliyə uyğun olaraq hər bir ödəyicisi müəyyən şərtlər daxilində vergini ödəməyə borcludur.

Vergilərin dördüncü əlaməti onların məcburi xarakter daşımasıdır. Bu, dövlət tə-rəfindən vergi, hüquq-mühafizə və məhkəmə orqanlarının timsalında təmin olunur.

Vergilərin beşinci əlaməti onların pul formasında ödənilməsidir. Azərbaycan Respublikasının vergi qanunvericiliyində vergilərin əmlak və ya başqa şəkildə ödə-nilməsi nəzərdə tutulmamışdır. Bir sıra ölkələrdə hələ də natural vergilər möv-cuddur. Məsələn, Laos və Vyetnamda kənd təsərrüfatı vergiləri düyü ilə ödənilir.

Vergilərin altıncı əlaməti onların əvəzsiz xarakter daşımasıdır. Vergi şəklində dövlət büdcəsinə pulun müqabilində vergi ödəyicisi bilavasitə heç nə almır, yəni verginin ödənilməsi öhdəliyi birtərəfli xarakter daşıyır.

Vergilərin yeddinci əlaməti onların abstrakt ödəniş olmasıdır. Vergilər büdcəyə keçirilərkən məqsədli təyinat daşımırlar, yəni onların konkret olaraq hansı dövlət xərclərinin ödənilməsi üçün köçürüldüyü göstərilmir. Dövlət büdcəsinə daxil olan vəsaitlər dövlətin bütün ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulur.90


Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish