yanacaq növlərinə nisbətdə ən təmiz yanacaq növü olduğunu bilərək, deyə bilərik ki, aparılan tədbirlər əhəmiyyətli
dərəcədə çox böyük nəticələr vermişdir
Azərbaycan Respublikasının neft sənayesinin inkişafının ilk dönəmlərində neft sənayeçilərinin, yəni bu sahə ilə
məşğul olan şəxslərin yüksək nəzəri və praktiki biliklərə malik olmaması nəticəsində qazma, emal, kəşfiyyat və istismar
prosesləri ancaq və ancaq texniki bir məsələ kimi təsəvvür olunurdu. Buna görə də kəşfiyyat sahələrində daha tez-tez və
gözlənilməz şəkildə neft fontanlarının püskürməsi baş verirdi. Gün ərzində güclü təkan ifrazlı fontanlar yarğan boyu 20
- 25 ton aralığında neft verərək çay formasında üzüaşağı axırdı.
Əvvəlcədən nəzərdə tutulmuş neft saxlama yerləri, yəni anbarlar təqribi olaraq 50 min ton neft saxladıqları üçün
tez dolur, artıq qalan neft isə ətraf sahələri yararsız hala gətirib çıxarırdı. Yüzlərlə işçi və bu sahədə çalışan yüzlərlə fəhlə
bu neft axınının qarşısını almaqda güclü çətinlik çəkirdi. Bunun qarşısını almaq bəzən mümkün olsa da, bəzən də mümkün
olmur, günlərlə artıq qalan neft axaraq ətraf mühitə həddindən artıq ziyan vurmuş olurdu. Quyuların işləməsi ilə qaz
layları, daha çox da “qaz qapaqları” açıq olan zaman 2-3 həftə boyunca qaz fontanlarının vurması nəticəsində atmosferə
həddindən artıq qaz atılırdı ki, bu da təbii olaraq ətraf-mühitə külli miqdarda ziyan vurmuşdur.
Nəticə
Dünya geosiyasətində neft sənayesinin tendensiyasının inkişafı əsas perspektivli məsələlərdən biridir. Ekoloji-
siyasi sferada da bu tendensiyalar öz əksini tapmışdır. Bu tendensiyalara aşağıdakılar aiddir:
Artıq asanlıqla neftin çıxarılması əsri bitir, neftin sonrakı aşkar olunması, çıxarılma prosesi daha qəliz şəraitdə,
ekoloji və geoloji şəraitdə proqnozlaşdırılır..
Neftin çıxarılmasına sərf olunan maliyyə vəsaitləri ekoloji standartlara və göstərişlərə əməl edilmədiyi halda arta
bilər. Bunun nəticəsində də neftin qiymətinin müntəzəm şəkildə artması baş verəcək.
Neft öz yerini qaza verəcək, dünya miqyasında enerji ehtiyyatının təmin olunmasında qazın rolu xeyli artacaq,
bu halda da ekoloji balansın dəyişməsi prosesi baş verəcək. Artıq bəzi aparıcı neft kompaniyalarında, misal olaraq BP,
Shell kimi iri şirkətlərdə çıxarılan qazın həcmi, karbohidrogenlərin həcmindən 40 % çoxdur.
Bir müddət sonra elm və texnikanın inkişafı ekoloji sferaya zərərli təsirinin qarşısını almaq üçün
rasional
olmayan enerji resurslarından səbəb olacaq. Bunun nəticəsində də neft ittifaqları enerji ittifaqlarına çevriləcək .
Do'stlaringiz bilan baham: