Ədəbiyyat
1.
https://automationforum.co/what-is-a-safety-valve-and-what-is-the-purpose-of-a-safety-valve/
2.
https://www.spiraxsarco.com/learn-about-steam/safety-valves/safety-valve
3.
https://www.flowstarvalveshop.com/pages/safety-valve-codes-standards
SINAQ VƏ KALİBRLƏMƏ LABORATORİYALARININ FƏALİYYƏTİNİN
TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ LABORATORİYALARARASI MÜQAYİSƏ
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan
E-mail:
aytac.sattarova@gmail.com
Xülasə:
Sınaq və ya kalibrləmə laboratoriyaları laboratoriyalararası müqayisələr aparmaqla müxtəlif
yetərlilik testlərində iştirak edib öz fəaliyyətlərinin etibarlılığını nümayiş etdirməlidirlər. Yetərlilik testi laboratoriyalararası müqayisə
yolu ilə laboratoriyanın performansını təyin edir. Laboratoriyalararası müqayisə, əvvəlcədən təyin olunmuş şərtlərə uyğun olaraq iki
və ya daha çox laboratoriya tərəfindən eyni və ya oxşar ölçmələr üzərində testlərin təşkili, icrası və qiymətləndirilməsidir. Yetərlilik
test proqramında iştirak laboratoriya səriştəliyinin müstəqil yoxlanmasını təmin edir. Bu müqayisələr ictimaiyyətə, akkreditasiya
qurumlarına, müştərilərə və laboratoriya rəhbərliyinə laboratoriyada aparılan ölçmələrin, prosedurların nəzarət altında olduğunu,
həmçinin laboratoriyanın göstərdiyi xidmətlərə etibarlılığı özündə cəmləşdirir.
Açar sözlər:
laboratoriya, kalibrləmə, sınaq, laboratoriyalararası müqayisə, ISO 17025, ISO 17043, yetərlilik.
Beynəlxalq bazarların genişlənməsi və Avropa Birliyi ölkələri başda olmaqla dövlətlərin ticarət və siyasi
əməkdaşlığının yaradılması mallara və xidmətlərə nəzarətdə standartların və beynəlxalq qaydaların müddəalarına riayət
etməyi məcburiyyətə çevirdi. Beynəlxalq ticarətdə maneələrin minimuma endirilməsi üçün istər istehsalatda, istərsə də
laboratoriyaların fəaliyyətində beynəlxalq standartların tələblərinin yerinə yetirilməsi iqtisadi inkişafı da dəstəkləyən
amillərdən biridir. ISO/IEC 17025 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər”
beynəlxalq standartı laboratoriyaların səriştərililiyinə, qərəzsizliyinə və razılaşdırılmış fəaliyyət göstərilməsinə dair
tələbləri müəyyən edir. Bu standart, nümunə götürmə də daxil olmaqla sınaq və ya kalibrləmə xidmətləri göstərən
laboratoriyanın səlahiyyətlərini tanımaq üçün yerinə yetirilməli olan ümumi tələbləri əhatə edir. Standart laboratoriya
tərəfindən hazırlanmış standart olmayan metod və metodlarla aparılmış sınaq və kalibrləmə xidmətlərinin adekvatlığına
dair tələbləri də əhatə edir.
ISO/IEC 17025 standartının əsas müddəalarından biri də “Nəticələrin etibarlılığının təmin edilməsi”
haqqındadır. Burada əsas məqsəd laboratoriyanın fəaliyyətinin sistemliyinin təmin edilməsi və alınan nəticələrə
nəzarətdir. Nəticələrin dəqiqliyi, etibarlılığı, qərəzsizliyi laboratoriyanın işinin keyfiyyətinin əsas göstəricisidir. Dəqiqlik
istehsal zəncirinin bütün mərhələlərində ən əsas amildir. Bu da öz növbəsində müxtəlif yollarla təmin edilir və
təkmilləşdirilir.
ISO/IEC 17043 standartına uyğun yetərlilik testi, iştirakçı performansının laboratoriyalararası müqayisələr yolu
ilə əvvəlcədən təyin olunmuş meyarlara görə qiymətləndirilməsidir. Başqa sözlə, laboratoriyalararası müqayisə
laboratoriya tərəfindən ölçmə nəticələrini bir istinad laboratoriyası və digər iştirak edən laboratoriyaların nəticələri ilə
müqayisə edərək öz səriştəsini görmək və laboratoriyanın ölçmə prosesini yoxlamaq üçün istifadə edilən bir üsuldur.
Yetərlilik testi eyni nümunələrdə, eyni ölçmələri aparan və nəticələri müqayisə edən bir qrup laboratoriyanı əhatə edir.
Bu cür müqayisələrin əsas tələbləri nümunələrin eyni və ya oxşar olması, eyni zamanda ölçülmüş nümunələr dəstinin
nəticələrdəki oxşarlıqları və fərqləri yoxlamaq və göstərmək üçün uyğun olmasıdır. Laboratoriyalararası müqayisələr bir
sıra məqsədlər üçün geniş yayılmışdır və beynəlxalq səviyyədə getdikcə daha çox istifadə olunur.
Nəticə
Laboratoriyalararası müqayisə proqramlarının tipik formatı, hər bir iştirakçıya bir sıra təlimatlar və lazımi əsas
məlumatlarla birlikdə bir sıra nümunələr verir. Daha sonra iştirakçılar tələb olunan ölçmələri normal qaydada aparır və
nəticələrini təqdim edirlər. Nəticələr hesabat hazırlamaq üçün statistik olaraq idarə olunur. Hər bir iştirakçıya
performanslarını digər iştirakçılar ilə müqayisə etmələri üçün məxfi bir hesabat verilir. Ayrı-ayrı laboratoriyaların
fəaliyyəti yalnız həmin laboratoriya və məhdud sayda idarəetmə heyəti tərəfindən bilinəcəkdir. Nəticələrin işlənməsi
ümumiyyətlə hər bir fərdi nəticəni bütün qrupun konsensusuyla müqayisə edən bir şəkildə həyata keçirilir.
Laboratoriyalararası müqayisənin təşkili və aparılması olduqca vacib bir prosesdir. Bu fəaliyyətin həyata keçirilmə tezliyi
artırılmalı və daha çox laboratoriya cəlb olunmalıdır. Laboratoriyalararası müqayisə ölkə daxilində və həmçinin
beynəlxalq miqyasda daha sıx aparılarsa, bu zaman laboratoriyaların fəaliyyəti tez-tez gözdən keçiriləcək. Bununla da
düzəldici fəaliyyətlər nəticəsində laboratoriyaların dəqiqliyinin inkişafı təmin olunacaq.
Ədəbiyyat
1.
ISO/IEC 17025:2017 “General requirements for the competence of testing and calibration laboratories”.
2.
Journal of Trends in the Development of Machinery and Associated Technology, “Proficiency testing and interlaboratory
comparisons in laboratory for dimensional measurement”, 2012.
3.
TS EN ISO/IEC 17025 “Akreditasyon denetimlerinde LAK ve YT ile ilgili bilgilendirme kılavuzu”, TÜRKAK, 2019.
4.
ГОСТ ISO/IEC 17043:2013 “Оценка соответствия. Основные требования к проведению проверки квалификации”
5.
Отчет по проверке квалификации между лабораториями “Optimum Metrology Services” и “Centro Lab”, 2020.
Sətdarova A.R.
Do'stlaringiz bilan baham: |