Conference proceedings



Download 13,87 Mb.
Pdf ko'rish
bet324/744
Sana12.02.2022
Hajmi13,87 Mb.
#444818
1   ...   320   321   322   323   324   325   326   327   ...   744
Bog'liq
Conference Proceedings MIMCS-2020

Açar sözlər:
yanacaqların keyfiyyəti, neft karbohidrogenləri, avtomobil benzinləri, orqanoleptik metod, neft emalı, yanacaq.
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti tətbiq sahəsindən asılı olaraq yanacaqlar: karbürator 
(təyyarə, avtomobil benzinləri və traktor kerosinləri), reaktiv, dizel yanacaqlarına bölünür. Neft məhsullarından xalq 
təsərrüfatında geniş istifadə olunur. Ümumiyyətlə, neftdən yanacaq maddələri, yağlayıcı materiallar, plastik kütlələr, 
sintetik liflər, yuyucu maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır. Neftdən alınan bir çox qiymətli 
məhsullardan biri də müxtəlif təyinatlı və çeşidli yanacaqlarıdır. Karbürator yanacağı kimi ən çox neftin alçaq və orta 
temperaturlarda qaynayan benzin, liqroin və kerosin fraksiyalarından, sıxılmış karbohidrogen qazıntılarından və neftin 
təkrar emalından alınan yüngül məhsullarından istifadə edilir. 
Azərbaycanın ərazisinin dünyanın ən qədim neft hasil edilən regionlarından biri, daha dəqiq desək, birinci 
olması, neftə aid ilkin biliklərin, məlumatların, təəsürratların bu məmləkətdən dövriyyəyə çıxışı beynəlxalq aləmdə geniş 
mübahisələr doğurmayan tarixi faktdır. Bu sıradan dünya xalqlarının ensiklopediyaları, neftlə bağlı ədəbiyyatları, 
məlumat kitabçaları, iqtisadçı və tarixçi alimlərin müvafiq əsərləri neftin beşiyinin Azərbaycan olmasını təsdiqləyən 
Əliyeva R.E. 


dəlillərlə zəngindir. Bu ellərdən keçən səyyahlar, tacirlər, alilər, əli qələm tutan yolçular ekzotik görünüşlü maddəni-nefti 
vəsf etmiş, ölkəmizin «qara» sərvətinin şöhrətinin dünyaya yayılmasında yardımçı olmuşlar [1]. 
Məlumdur ki, neftin bir yanacaq kimi işlədilmə tarixi çıraqdan başlanıb. Ancaq, şübһəsiz ki, neftin ən qiymətli 
faydalı qazıntılar sırasına daxil edilməsinə XIX əsrin 60-70-ci illərində yaradılmış benzin müһərrikləri səbəb olmuşdur. 
1896-cı ildə dünyada cəmi bir neçə avtomobil vardısa, 1910-cu ildə onların sayı 10 milyona çatdı. Buna görə də tarixən 
qısa bir müddətdə neftə olan tələbatın nə dərəcədə kəskin artdığını təsəvvür etmək çətin deyildir. İkinci dünya 
müһaribəsində vuruşan ölkələrin 40 milyon avtomobili və yedək maşını, 150 min tankı və 200 min təyyarəsi iştirak 
etmişdir. Bu böyük və mürəkkəb texnikanın nə qədər yanacaq işlətdiyini təsəvvür etmək üçün belə bir misal gətirmək 
olar: 1000 bombardmançı təyyarənin 500 qırıcı təyyarənin müһafizəsi altında təyyarə meydanından 1000 km uzağa uçu, 
geri dönməsi üçün 3750 ton benzin lazımdır. Bu qədər benzini daşımaq üçün һər biri 20 tonluq 188 dəmir yol sisterni və 
ya һərəsi 47 sisterndən ibarət 4 qatar lazımdır.
Nefti bir yerdən başqa yerə göndərmək üçün dəmir yol sisternləri və neft daşıyan gəmilərdən əlavə, neft 
kəmərlərindən də istifadə olunur. Bərk yanacaqları isə bir yerdən başqa yerə belə asanlıqla göndərmək mümkün deyildir. 
Hazırda bütün ölkələrin һərbi dəniz donanmaları, demək olar ki, tamamilə, ticarət donanmalarının isə 80 %-dən çoxu daş 
kömürlə işlədilməkdən neftlə işlədilməyə keçirilmişdir. Yerdən çıxarılan xam neftin tərkibində yüzlərcə qiymətli maddə 
vardır. Xam neftdən müxtəlif üsullarla alınan neft məһsullarından xalq təsərrüfatı üçün ən lazımlısı benzin, liqroin, 
kerosin, müһərrik yanacaqları və sürtkü yağlarıdır. Neft qalığı olan mazutdan qiymətli müһərrik avadanlıqları, sürtkü 
yağları və s. müһüm maddələr alınır. Buna görə də nəinki xam nefti, һətta mazutu da bir yanacaq kimi yandırmaq olmaz, 
çünki kömür və neft yalnız enerji mənbəyi olaraq qalmır, һəm də saysız-һesabsız kimyəvi məһsulların əsasını təşkil edən 
xammaldır. Böyük rus alimi D.İ.Mendeleyev neft qalıqlarının qazan altında yandırılması əleyһinə çıxaraq bunun böyük 
bir təsərrüfatsızlıq olduğunu göstərmişdir. O, bu barədə belə demişdir: «Neft qalıqlarını yandırmaq saman yandırmaq 
demək deyildir, cüzi miqdarda dəni çıxarılmış dərzləri yandırmaq deməkdir». Deməli, neft ilk növbədə çox qiymətli 
kimyəvi xammaldır [2]. 
Qədim ənənələr neftayırma zavodlarını bilavasitə xammalların çıxarıldığı ərazidə, yəni Abşeronda tikmək 
ənənəsi ölkə sənayesində amiranə mövqe tutmaq iddiasında olan çar Rusiyasının güclü və hərtərəfli hücumuna uzun 
müddət dözə bilməzdi. Rusiyanın iri şəhərlərində neft emalı zavodlarının tikintisinə başlandı ki, bu da həmin zavodlara 
Bakıdan xam neftin və neft tullantılarının daşınmasının həcmini xeyli artırmağı tələb edirdi. Ümumən neft emalının uzun 
davam edən tarixinə dair bir çox məlumatlar öz əksini tapmışdır. Bakının dünya neft sənayesi mərkəzinə çevrilməsi 
prosesində mühüm amillərdən biri kimi neftin nəqlinin aparıcı rolu ətraflı təsvir edilmişdir. Neft sahibkarlarının birinci 
qurultayında göstərilirdi ki, regionda üstün mövqe tutan Bakının neft sənayesi Avropaya yol tapması ilə, yalnız bununla 
o, transmilli sənaye ola bilər. 
Azərbaycan Respublikasının müstəqilliyinin təşəkkülü və möhkəmlənməsi keçən əsrin 90-cı illərinin geosiyasi 
və daxili sosial-iqtisadi vəziyyətinin ağır şəraitində baş verdi. O illərdəki obyektiv çətinliklərə baxmayaraq, müsbət 
prosesləri sabitləşdirməyə yönəlmiş məqsədyönlü xarici və daxili siyasət sayəsində Azərbaycan tədricən dünya birliyində 
layiqli yer tutdu, demokratik prinsipləri möhkəmləndirdi, iqtisadiyyatda hər il inkişaf edən bazar münasibətləri ilə hüquqi 
dövlət yaratdı. Qazanılan uğurlarda neftçilərin ən böyük xidmətləri məhv olmasının qarşısının alınması və bir çox 
nəsillərin əməyi ilə yaradılan neft iqtisadiyyatının qorunması, neft və qaz hasilatının tədricən sabitləşməsidir. Beləliklə, 
artıq 1996-cı ildə neft hasilatının illik həcmində əvvəlki ilə nisbətən azalma nisbəti yalnız 0,7 %, 1997-ci ildə - 0,3 % 
təşkil etmişdir və 1998-ci ildən bəri Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nəzarəti altında olan yataqlarda 
neft hasilatının sabitləşməsinə nail olunmuşdur.
Neft emalı, neftin mexaniki çirklərdən təmizlənməsi və distillə yolu ilə zəruri fraksiyalara ayrılması prosesidir. 
Sovet hakimiyyətinin ilk illərindən Azərbaycanda bütün neft emalı zavodları müsadirə edildi. Sovet hakimiyyətinin ilk 
illərində, digər neft sənayesi kimi, neft emalı zavodları dağıldı. O vaxt cəmi 18 neft emalı zavodu var idi, əksəriyyəti yarı 
gücü ilə işləyirdi. 1920-ci ildə neftin emalı 1913-cü ilin səviyyəsinin 41 % -ni təşkil etdi. Sovet hökuməti qurulandan 
sonra neft emalı zavodlarının bərpası və texniki yenidən qurulması başlandı [3]. 
Neft məhsullarının keyfiyyətinin təyin olunmasına bir çox üsullardan istifadə olunur. Bu üsullardan biri də 
metoddur. Neft məhsullarının keyfiyyətinin təyin edilməsində istifadə olunan metodlardan biri də orqanoleptik metoddur. 
Bu metodla keyfiyyətin qiymətləndirilməsində xarici əlamətlər əsas götürülür. Yanacağın xarici əlamətləri onun 
zərərliliyi, stabilliyi və təmizliyi haqqında təxmini fikir söyləməyə imkan verir. Etilli benzin zərərsizliyi 
etil
 mayesinə 
əlavə edilən boyayıcının rəngi ilə şərtləndirilir. Bu uyğunluğu aşağıdakı cədvəldə daha aydın görmək olar [4]. 

Download 13,87 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   320   321   322   323   324   325   326   327   ...   744




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish