Diafraqma tipli mexaniki qaz sərfölçən cihazlar temperatura qarşı çox həssasdır və ölçmələr zamanı dəqiqliyin
artırılması üçün temperatur kompensasiyasının əlavə olunması mühüm üstünlüklər verəcəkdir. İşdə diafraqma tipli
mexaniki qaz sayğaclarının iş prinsipinə və ölçmə dəqiqliyinin artırılması məqsədilə konstruksiyaya əlavə olunacaq
temperatur kompensasiya qurğusuna baxılır.
İlk diafraqma tipli mexaniki qaz sərfölçən cihazlar 1844-cü ildə İngiltərədə Thomas tərəfindən hazırlanmışdır.
Bu sayğacın iki yuvarlaq dəri diafraqması, sürüşmə klapanları vardır. Daha sonra 1853-cü ildə, Samuel Down tərəfindən
Nyu-Yorkdakı Dünya Sərgisində düzbucaqlı diafraqmalı sayğac təqdim olundu.
Diafraqma tipli
qaz sərfölçən cihazlar
hər
bir kamera girişi və çıxışı arasında yaranan təzyiq fərqindən hərəkətə
gətirilən sintetik və hərəkətli diafraqmadan ibarətdir. Diafraqmanın
hərəkəti kinematik mexanizm vasitəsilə hesablayıcı
mexanizmin fırlanma
hərəkətinə çevrilir
Bütün yüksək dəqiqlikli cihazlarda oldugu kimi diafraqmalı qaz sərfölçən cihazlarda da korreksiya qurğusunun
olması mütləqdir. Ölçülən mühitin standart vəziyyətə gətirilməsi üçün təzyiq, temperatur, xüsusi çəki və s. parametrlərin
əlavə olunması zəruridir. Temperaturun dəyişməsi cihazın ölçmə xətalarına böyük təsir edir. Qrafikdən göründüyü kimi
standart 20
o
C- də minimal sərfiyyatda cihazın buraxıla bilən xətası 3 % olduğu halda temperaturun dəyişməsi xətanın 5
% qədər artıra bilir, həmçinin nominal və maksimal sərfiyyatlarda buraxılabilən nisbi xəta 2 % olduğu halda xətanın 3,5
% qədər qalxmasına şəarit yaradır. Bu səbəbdən diafraqmalı sərfölçən cihazlarda termokompensasiya qurğusu ölçmələr
zamanı dəqiqliyin artırılmasına kömək edəcəkdir.
Bi metal temperatur kompensasiya qurğusu mexanizmdə olan bimetal həssas elementin sayəsində sərfölçən
cihazın diafraqmasının hərəkət dərinliyi dəyişir. Sayğacda aşağı temperaturda diafraqmanın hərəkəti kiçik həcmi
gedişlə,daha yüksək temperaturda isə diafraqmanın hərəkəti daha böyük həcmi gedişlə işləyir. Daha dəqiq rəqəmlərlə
ifadə etsək sərfölçən cihazın 1,2 litr olan standart diafraqma həcmi sərfölçən cihazın 0 °C temperaturda 1,12 litrə qədər
azalır ve cihaz 7 % daha sürətli işləyir və bunun təsiri ilə temperaturu kompensasiya etmiş olur.
Baxacağımız digər temperatur kompensasiya qurğusu tangent adlanır [4-6]. Diafraqma tipli qaz sərfölçmə
cihazlarında temperatur kompensasiyası bu qurğu vasitəsilə yerinə yetirilir. Qaz sayğaclarında istifadə olunan ən çox rast
gəlinən X-Y tipli tangentlərdir. X Y tipli tangentlər X,Y oxları üzrə və 90 dərəcə bucaq altında kalibrlənməyə imkan verir.
Bu tənzimləmə vasitəsilə sayğacın işləmə sürətini tənzimləmiş oluruq.Membranı hərəkətə gətirən qolların uzunluğunu bu
cihaz vasitəsilə tənzimləyib işləmə sürətinə təsir edə bilərik. Əgər sərfölçən cihazın işləmə sürəti çoxdursa qeyd olunan
sərfiyyat daxildən keçən təbii qazdan daha çox olacaqdır. Bu zaman tangentin radiusunu artırmaq lazımdır. Əgər qeyd
olunan sərfiyyat keçən miqdardan azdırsa o zaman radiusu azaltmaq lazımdır.müvafiq olaraq dəyişir.
Baxacağımız digər elektron temperatur kompensasiya qurğusu daxilində temperatur və təzyiq sensorları ilə
təchiz edilmiş bi cihazdır. Temperaturun ölçülməsi termomüqavimət və ya termocüt sensorları vasitəsilə aparıla bilər.
Alınan çıxış siqnalları məzrəzi prosessorda emal olunmaq üçün çeviricidə rəqəmsal siqnala çevirilir və daxil olan təzyiq,
sərfiyyat məlumatları toplanır, yekun rəqəm ideal qaz qanunlarına əsasən hesablanıb displeydə qeyd olunur.
Nəticə
Tədqiqat prosesində qaz sərfinin ölçülməsində kifayət qədər geniş yayılmış müasir mexakini qurğularla olan
metodlarına baxılmış və mexaniki, elektron termokompensasiya qurğusunun sərfin ölçülməsinə təsiri araşdırılmış və
onların müqayisəli təhlili aparılmışdır. Təhlildən göründüyü kimi hər üç növ termokompensasiya qurğusunun özünə
məxsus üstünlükləri və çatışmazlıqları mövcuddur.
Ədəbiyyat
1.
Henry B. Thornton, J. W. Hammond ―Gas meter‖ United States Patent no.1090507 from March, 17, 1914
2.
Henry H Sprague ―Gas meter‖ United States Patent no.1458011 from June, 5, 1923
3.
Stewart Charles W “Double adjustment crank assembly for diaphragm type gas meters” US Patent no 3261206 – 1966-07-
19
4.
Douglas Robert “Gas meter” US Patent no 3415121 – 1968-12-10
5.
William P Kiriloff "Temperature compensating tangent assembly for a diaphragm gas meter" US Patent no 4747306 - 1988-
05-31
Do'stlaringiz bilan baham: