Məlumdur ki, texnikanın bütün sahələrində məhsulun texniki sənədlərinin hazırlanmasında və onların istehsal
olunmasında tərsimi həndəsənin proyeksiyalama üsul və qaydaları əsasında yaradılan çertyojlardan geniş istifadə olunur.
Həmçinin çertyojların tərtibatı üçün tərsimi həndəsənin yaratdığı proyeksiyalama üsul və qaydaları texniki fənlərin
tərtibatında və onların mövzularının araşdırılmasında əsas yer tutur. Nəzəri əsasını tərsimi həndəsədən götürmüş
çertyojlar isə müntəzəm yeniləşən dövlət və beynəlxalq standart tələbləri ilə tənzimlənən mühəndis qrafikası fənninin
verdiyi qaydalar əsasında hazırlanır.
Tərsimi həndəsə çertyojları tərtib edib oxumaq üçün nəzəri əsas yaradır və məsələlərin həllinin qrafiki işlənilmə
üsul və qanunlarını verir. Həmçinin onların digər sahələrə və fənlərə tətbiq edib tədris olunma texnikasını öyrədir. Bunun
üçün tərsimi həndəsənin qədimdən özünə məxsus nəzəri əsası olan üsul, qayda və xüsusi tələbləri, şərtləri var.
Yeni yaradılan texnika da müasir tələblərə cavab verə bilən sənədlər əsasında hazırlanır. Odur ki, texniki
sənədlərin və çertyojların hazırlanması və tərtib olunması üçün yazılan kitablar, təklif olunan vəsaitlər, göstərişlər,
ümumiyyətlə hər nə varsa hamısı müasir texniki tələblərə cavab verməlidir.
Baxmayaraq hələ sovetlər dövründə rus dilində bir çox şəhərlərdə bu fənlər üzrə istənilən qədər dərsliklər və
dərs vəsaitləri yazılırdı, amma əksəriyyətində elementar və tərsimi həndəsə və həmçinin bunların davamı olan digər
texniki fənlərin qədimdən mövcud olan nəzəriyyənin tətbiqi ilə üsul və qaydalarında müasir tələblərə uyğun əsaslı
yeniliklər lazımı səviyyədə aparılmırdı [1,2,3]. Odur ki, bu fənlər üzrə yazılanlara və görülən işlərə aydınlıq gətirib
düzgün qiymət vermək üçün aşağıdakı problemlər həll olunmalıdır.
Elementar və tərsimi həndəsə üzrə qədimdən mövcud olan nəzəriyyəyə əsasən yazılan üsul və qaydalar
müasir və standart tələblərinə cavab verməlidir.
Tərsimi həndəsənin mövcud nəzəriyyəsi elə yazılmalıdır ki, müasir tələblərə uyğun olub, məsələ həllinə
tətbiqi sadə alınsın.
Bu fənlər üzrə verilən yeni təkliflər yazılan dərsliklərdə araşdırılıb təhlil olunaraq öz həllini tapmaq üçün
müasir və beynəlxalq standart tələblərinə cavab verməlidir.
Bu fənləri tədris edənlərin hər birinin bilik səviyyəsi, peşəkarlığı və metodiki hazırlığı müəyyən qaydada
yoxlanılmalıdır.
Nəticə
Bu yazılanları əsaslandırıb aydınlıq gətirmək üçün bir neçə misal göstərmək kifayətdir ki, bu fənlərdə yaranan
çatışmazlıqlar və nə kimi yeniliklərin aparılması barədə lazımı qədər anlayış olsun. Həmçinin bu çatışmazlıqları aradan
qaldırıb, yenilikləri elə tətbiq etmək lazımdır ki, onlar qədimdən mövcud olan ümumi nəzəriyyəyə xəta törətməsin. Bu
fənlər araşdırıldıqda aydın görünür ki, qədimdən yazılan təriflərin, şərtlərin və onların izahının verilməsi müasir tələblərə
cavab verəcək dərəcədə tərtib olunub işlədilməsi hələ indiyə kimi öz həllini lazımı səviyyədə tapmayıb. Nəzərə alınmayıb
ki, belə işləri müasir tələblərə uyğunlaşdırıb vaxtında yerinə yetirmədən, onları məsələ həllinə tətbiq etmək bir mənalı
alınmır.
Baxmayaraq ki, ruslar elementar həndəsə barədə qabaqlar hərdən bir müəyyən izahatlı verilişlər aparıb, onun
tarixi barədə çox dəyərli materiallar verirdi [4], amma bizdə belə maraqlı və çox lazımlı bu fənn üzrə yazılanlar çox aşağı
səviyyədə olur və müasir tələblərə cavab verə bilmir. Buna misal kimi orta məktəb şagirdləri üçün yazılan həndəsə
kitablarını göstərmək olar [5].
Do'stlaringiz bilan baham: