Conference proceedings


XƏTTI ELEKTRON QURĞULARIN KEÇID XARAKTERISTIKALARININ



Download 13,87 Mb.
Pdf ko'rish
bet139/744
Sana12.02.2022
Hajmi13,87 Mb.
#444818
1   ...   135   136   137   138   139   140   141   142   ...   744
Bog'liq
Conference Proceedings MIMCS-2020

XƏTTI ELEKTRON QURĞULARIN KEÇID XARAKTERISTIKALARININ 
TƏDQIQI 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
ismayilabbaszzade@gmail.com 
Xülasə. 
Tezisdə “xətti elektron qurğuların”ların müasir texnologiyalarda tətbiqi araşdırılmışdır. 
Əməliyyat gücləndiricilərinin əsas paramterləri və üstünlükləri araşdırılmışdır. 
Açar sözlər.
Analoq elektron qurğular, inteqral mikrosxemlər, əməliyyat gücləndiriciləri, mikrogüclü gücləndiricilər. 
Elektronikanın müasir inkişafı analoq elektron qurğularının da İS şəklində yaradılmasına böyük imkan 
yaratmışdır. Hazırda çoxlu sayda ümumi və xüsusi təyinatlı analoq elektron qurğuları - analoq inteqral sxemləri (AİS) 
yaradılmışdır. Bunlara ilk növbədə, sabit cərəyan gücləndiricilərini (əməliyyat gücləndiricilərini), müqayisə sxemlərini 
(komparatorları), qida gərginlik mənbələrini (gərginlik stabilizatorlarını) aid etmək olar. Sənaye, məişət nəqliyyat və s. 
avadanlıqları üçün çoxlu sayda xüsusi AİS yaradılmışdır. Əməliyyat gücləndiricilri (ƏG), adətən, gücləndirmə əmsalı 
1000-dən çox olan sabit cərəyan gücləndiricilərdir. Əməliyyat gücləndiricisi termini, uyğun əks əlaqə tətbiq olunmaqla 
müxtəlif riyazi əməliyyatları (diferensiallama, inteqrallama, cəmləmə, loqarifmləmə, müqayisə və s.) modelləşdirmək 
üçün analoq hesablama texnikasında tətbiq olunan belə gücləndiricilərin hesabına yaranmışdır. Nisbətən ucuz və yüksək 
texniki xarakteristikalara malik inteqral mikrosxem (İS) şəklində yerinə yetirilən yarımkeçirici ƏG-lərin yaranması, ƏG-
lərin ən geniş tətbiq olunan universal İS olmasına gətirib çıxarmışdır. 
Əməliyyat gücləndiricisi (ƏG) ideal gücləndirici element olub, müasir analoq elektron qurğularının əsasını təşkil 
edir. Mikroelektronikanın nailiyyətləri bir yarımkeçirici kristal üzərində mürəkkəb struktura malik ƏG yaratmağa imkan 
vermişdir. Bu isə onların enerji və istismar göstəricilərinin kəskin yaxşılaşmasına, tətbiq sahələrinin genişlənməsinə səbəb 
olmuşdur. Element bazasının, funksional imkanlarının, hazırlanma texnologiyasının müxtəlifliyindən asılı olmayaraq, İS 
şəklində yaradılan analoq elektron qurğularının sxem texnikasının əsasını diferensial sabit cərəyan gücləndiriciləri - 
əməliyyat gücləndiriciləri təşkil edir. 
Abaszadə İ.R. 


ƏG aşağıdakı iki qaydaya əsaslanaraq işləyir: 1. Çıxış gərginliyi, girişlər arasındakı gərginlik fərqinin sıfır 
qiymətini təmin etməyə çalışır; 2. Girişlər cərəyan tələb etmirlər. ƏG giriş, razılaşdırıcı və çıxış güclənmə kaskadlarından 
təşkil edilmiş struktura malikdir (şəkil 3.1). Giriş kaskadı «sıfır dreyfi» gərginliyini maksimum azaltmaq, böyük güclənmə 
əmsalı almaq, girişdə təsir göstərən sinfaz gərginlik toplananını maksimum zəiflətmək üçündür və bu məqsədlə diferensial 
gücləndiricidən istifadə edilir. 
Əməliyyat gücləndiricilərinin əsas parametrlərinə güclənmə əmsalı, giriş və çıxış sürüşmə gərginlikləri, giriş 
cərəyanı, giriş cərəyanlarının fərqi, giriş və çıxış müqavimətləri, buraxma zolağı, sinfaz siqnalın zəiflədilməsi əmsalı, işə 
düşmə müddəti, çıxış gərginliyinin maksimum dəyişmə sürəti və s. aid edilir. 
Əməliyyat gücləndiricilərinin tezlik xüsusiyyətləri onun tətbiqi şəraitindən asılı olaraq iki qrup parametrlərlə 
xarakterizə olunur. Birinci qrupa analoq sxemlərin qurulmasında istifadə olunan parametrlər aiddirlər. Bunlara birinci 
növbədə gücləndiricinin ötürmə funksiyası və ona uyğun loqarifmik ATX və FTX aiddir. İkinci qrupa, ƏG-nin impuls 
sxemlərində işini xarakterizə etmək üçün istifadə edilən parametrlərə çıxış gərginliyinin qərarlaşma müddətini xarakterizə 
edən çıxış siqnalının dəyişməsinin maksimum sürəti və yüklənmədən sonrakı bərpa müddəti kimi parametrlər aid edilir. 
Yüksək cəldliyə malik enli zolaqlı gücləndiricilər sürətlə dəyişən siqnalların çevrilməsi üçün istifadə edilir. 
Onlar çıxış siqnalının yüksək sürətlə artması, kiçik qərarlaşma müddəti, güclənmənin geniş tezlik diapazonu ilə 
xarakterizə olunurlar. Digər parametrlərinə görə isə ümumi təyinatlı gücləndiricilərdən geri qalırlar. Yüksək dəqiqliyə 
malik gücləndiricilər maneənin yüksək səviyyəsi ilə xarakterizə olunan zəif elektrik siqnallarının çevrilməsi üçün istifadə 
edilir və sürüşmə gərginliyinin və onun temperatur dreyfinin kiçik qiyməti ilə, böyük güclənmə əmsalının və sinfaz 
siqnalın söndürülməsi ilə, böyük giriş müqaviməti və küyün kiçik səviyyəsi ilə xarakterizə olunurlar. Onların sürüşmə 
gərginliyi Usür. 

250 mkV, temperatur dreyfi 

Usür /

T

5 mkB/ 0 C, güclənmə əmsalı Ku0

150000 ətrafında olur. 
Ümumi təyinatlı gücləndiricilər gətirilmiş yekun xətası 1% səviyyəsində olan cihazların yaradılmasında istifadə edilir. 
Belə ƏG kiçik dəyəri və parametrlərin orta səviyyəsi (Usür – vahid mV-larla, 

Usür /

T- onlarla mkV/0 C, Ku0 – on 
minlərlə) ilə xarakterizə olunurlar. Kiçik giriş cərəyanına malik gücləndiricilər giriş kaskadı sahə tranzistorlarında 
yaradılan gücləndiricilərdir. İgir 

100pA. Çoxkanallı gücləndiricilər ümumi təyinatlı və mikrogüclü gücləndiricilərdən 
ancaq kanalların ayrılma əmsalı ilə fərqlənir. Onlar aparatların kütlə və həndəsi ölçülərinin yaxşılaşdırılmasına və enerji 
sərfinin azaldılmasına xidmət edirlər. Güclü və yüksək voltlu gücləndiricilər çıxış kaskadları güclü və yüksək voltlu 
elementlərdə yaradılan gücləndiricilərdir. Çıxış cərəyanı İçıx 

100 mA, çıxış gərginliyi Uçıx 

15V ətrafında olur. 101 
Mikrogüclü gücləndiricilər istifadə olunan gücün hədd qiymətindən kənara çıxması mümkün olmayan hallarda (məs., 
avtonom qida gərginliyi olan cihazlarda, gözləmə rejimində işləyən cihazlarda) tələb olunan gücləndiricilərdir. 
Hal-hazırda ƏG müxtəlif analoq və impuls elekton qurğularında geniş tətbiq edilir. Bu onunla bağlıdır ki, 
siqnalların düzünə və əksinə ötürmə dövrəsinə xətti və qeyri-xətti dövrələr daxil etməklə giriş siqnalının lazım olan 
çevrilmə alqoritmini həyata keçirə biləcək düyünlər sintez etmək olar. ƏG istifadə etməklə qurula bilən tipik qurğulara 
baxaq. Bu zaman fərz edəcəyik ki, ƏG idealdır və onun elektrik parametrlərinə olan tələblər yerinə yetirilir. ƏG-nin real 
parametrlərinin işlənilən qurğunun xüsusiyyətinə təsirinin nəzərə alınması lazım olan hallara ayrıca baxılacaqdır. Ayrı-
ayrı qurğulara baxılan zaman aşağıdakı işarələrdən istifadə olunacaqdır: Ugir.inv.- inversləsdirici girişdəki gərginlikdir, 
Ugir.q/inv- qeyri-invers (inversləməyən) girişdəki gərginlikdir, Uçıx- çıxış gərginliyidir, KU0 – sabit cərəyan halında 
güclənmə əmsalıdır. 

Download 13,87 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   135   136   137   138   139   140   141   142   ...   744




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish