ƏG aşağıdakı iki qaydaya əsaslanaraq işləyir: 1. Çıxış gərginliyi, girişlər arasındakı gərginlik fərqinin sıfır
qiymətini təmin etməyə çalışır; 2. Girişlər cərəyan tələb etmirlər. ƏG giriş, razılaşdırıcı və çıxış güclənmə kaskadlarından
təşkil edilmiş struktura malikdir (şəkil 3.1). Giriş kaskadı «sıfır dreyfi» gərginliyini maksimum azaltmaq, böyük güclənmə
əmsalı almaq, girişdə təsir göstərən sinfaz gərginlik toplananını maksimum zəiflətmək üçündür və bu məqsədlə diferensial
gücləndiricidən istifadə edilir.
Əməliyyat gücləndiricilərinin əsas parametrlərinə güclənmə əmsalı, giriş və çıxış sürüşmə gərginlikləri, giriş
cərəyanı, giriş cərəyanlarının fərqi, giriş və çıxış müqavimətləri, buraxma zolağı, sinfaz siqnalın zəiflədilməsi əmsalı, işə
düşmə müddəti, çıxış gərginliyinin maksimum dəyişmə sürəti və s. aid edilir.
Əməliyyat gücləndiricilərinin tezlik xüsusiyyətləri onun tətbiqi şəraitindən asılı olaraq iki qrup parametrlərlə
xarakterizə olunur. Birinci qrupa analoq sxemlərin qurulmasında istifadə olunan parametrlər aiddirlər. Bunlara birinci
növbədə gücləndiricinin ötürmə funksiyası və ona uyğun loqarifmik ATX və FTX aiddir. İkinci qrupa, ƏG-nin impuls
sxemlərində işini xarakterizə etmək üçün istifadə edilən parametrlərə çıxış gərginliyinin qərarlaşma müddətini xarakterizə
edən çıxış siqnalının dəyişməsinin maksimum sürəti və yüklənmədən sonrakı bərpa müddəti kimi parametrlər aid edilir.
Yüksək cəldliyə malik enli zolaqlı gücləndiricilər sürətlə dəyişən siqnalların çevrilməsi üçün istifadə edilir.
Onlar çıxış siqnalının yüksək sürətlə artması, kiçik qərarlaşma müddəti, güclənmənin geniş tezlik diapazonu ilə
xarakterizə olunurlar. Digər parametrlərinə görə isə ümumi təyinatlı gücləndiricilərdən geri qalırlar. Yüksək dəqiqliyə
malik gücləndiricilər maneənin yüksək səviyyəsi ilə xarakterizə olunan zəif elektrik siqnallarının çevrilməsi üçün istifadə
edilir və sürüşmə gərginliyinin və onun temperatur dreyfinin kiçik qiyməti ilə, böyük güclənmə əmsalının və
sinfaz
siqnalın söndürülməsi ilə, böyük giriş müqaviməti və küyün kiçik səviyyəsi ilə xarakterizə olunurlar. Onların sürüşmə
gərginliyi Usür.
250 mkV, temperatur dreyfi
Usür /
T
5 mkB/ 0 C, güclənmə əmsalı Ku0
150000 ətrafında olur.
Ümumi təyinatlı gücləndiricilər gətirilmiş yekun xətası 1% səviyyəsində olan cihazların yaradılmasında istifadə edilir.
Belə ƏG kiçik dəyəri və parametrlərin orta səviyyəsi (Usür – vahid mV-larla,
Usür /
T- onlarla mkV/0 C, Ku0 – on
minlərlə) ilə xarakterizə olunurlar. Kiçik giriş cərəyanına malik gücləndiricilər giriş kaskadı sahə tranzistorlarında
yaradılan gücləndiricilərdir. İgir
100pA. Çoxkanallı gücləndiricilər ümumi təyinatlı və mikrogüclü gücləndiricilərdən
ancaq kanalların ayrılma əmsalı ilə fərqlənir. Onlar aparatların kütlə və həndəsi ölçülərinin yaxşılaşdırılmasına və enerji
sərfinin azaldılmasına xidmət edirlər. Güclü və yüksək voltlu gücləndiricilər çıxış kaskadları güclü və yüksək voltlu
elementlərdə yaradılan gücləndiricilərdir. Çıxış cərəyanı İçıx
100 mA, çıxış gərginliyi Uçıx
15V ətrafında olur. 101
Mikrogüclü gücləndiricilər istifadə olunan gücün hədd qiymətindən kənara çıxması mümkün olmayan hallarda (məs.,
avtonom qida gərginliyi
olan cihazlarda, gözləmə rejimində işləyən cihazlarda) tələb olunan gücləndiricilərdir.
Hal-hazırda ƏG müxtəlif analoq və impuls elekton qurğularında geniş tətbiq edilir. Bu onunla bağlıdır ki,
siqnalların düzünə və əksinə ötürmə dövrəsinə xətti və qeyri-xətti dövrələr daxil etməklə giriş siqnalının lazım olan
çevrilmə alqoritmini həyata keçirə biləcək düyünlər sintez etmək olar. ƏG istifadə etməklə qurula bilən tipik qurğulara
baxaq. Bu zaman fərz edəcəyik ki, ƏG idealdır və onun elektrik parametrlərinə olan tələblər yerinə yetirilir. ƏG-nin real
parametrlərinin işlənilən qurğunun xüsusiyyətinə təsirinin nəzərə alınması lazım olan hallara ayrıca baxılacaqdır. Ayrı-
ayrı qurğulara baxılan zaman aşağıdakı işarələrdən istifadə olunacaqdır: Ugir.inv.- inversləsdirici girişdəki gərginlikdir,
Ugir.q/inv- qeyri-invers (inversləməyən) girişdəki gərginlikdir, Uçıx- çıxış gərginliyidir, KU0 – sabit cərəyan halında
güclənmə əmsalıdır.
Do'stlaringiz bilan baham: