Conference proceedings



Download 13,87 Mb.
Pdf ko'rish
bet135/744
Sana12.02.2022
Hajmi13,87 Mb.
#444818
1   ...   131   132   133   134   135   136   137   138   ...   744
Bog'liq
Conference Proceedings MIMCS-2020

 
Açar sözlər:
İntellektual idarəetmə sistemi, bina avtomatikası, “ağıllı ev”, təhlükəsiz həyat, enerjiyə qənaət. 
Dövrümüzdə idarəetmə sistemlərinin müasirləşməsi ilə istehsalat prosseslərinin kompleks şəkildə 
mexanikləşdirilməsinə və avtomatlaşdırılmasına gətirib çıxartmışdır. Yeni və müasir proqressiv üsulların tətbiq edilməsi 
ilə istehsalın intensifikasiyası təmin olunur, beləliklə, istehsal edilən məhsulun keyfiyyət göstəricisinin yüksəlməsinə nail 
olunur. Binalarda tətbiq olunan intellektual idarəetmə sistemlərində də bu kimi naliyyətlərdən də istifadə olunur. 
Günümüzdə texnologiya daim inkişaf etməkdədir. Təbii ki, texnologiyaların inkişafı insanların da həyatında böyük rol 
oynayır. Elə bir dövrdə yaşayırıq ki, artıq əvvəllər “Bu reallaşa bilməz, edilməsi mümkünsüzdür.” kimi cümlələrin 
işlədildiyi layihələr indiki dövrümüzdə çox asanlıqla həyata keçirilir. Axır illərdə texnologiya sahəsində baş verin 
yeniliklər, təbiidir ki, bizim də təsir göstərir. Mexatronik sistemlərdə baş verən inkişaf prosesi daha sürətli, həmçinin, 
daha böyük tutuma malik cihazlardan istifadə etməyə imkan yaradır. 
Ağıllı evlərdəki inkişaf öz-özünə reallaşmayıb. Bütün yeniliklər əvvəlcə cəmiyyət daxilində yer alır və cəmiyyət 
içərisində olan tendensiyaların göstərdiyi təsir ilə formalaşır. Habelə, ağıllı evlərin dəyərini artırmaq səbəbi ilə xüsusi 
texnologiyalardan istifadə olunması ilə birlikdə, həmçinin, ağıllı ev mühitinin yaxşılaşdırılmasına da yönəldilmişdir. Daha 
sonra isə yaşlıların və əngəlli insanların rahatlığının təmin olunmasında ağıllı evlərin hazırlanması bu gün yüksək 
potensiala malikdir. Lakin, bu nəticələrin tamamilə əldə olunması müxtəlif maraqlı aspektləri özündə toplayan çox qəliz 
prosesdir. Ağıllı ev, daha yüksək həyat səviyyəsi qazanmaq üçün həmin yaşayış mərkəzinə aid olan şəbəkə tərəfindən 
texnologiya və onun xidmətlərinin kompleks şəkildə idarə olunmasıdır. Sənayenin bir çox sahələrində istifadə olunan Ev 
texnologiyası, nəzarət sistemlərinin gündəlik həyata uyğunlaşdırılması, həmçinin, bu texnologiyalardan insanların xüsusi 
ehtiyaclarına, habelə, istəklərinə görə tətbiq edilməsi isə “bina avtomatikası” adlanır. 
Ağıllı ev, insanların texnologiya ilə daha az təmasda olmasıyla, rahatlıq, təhlükəsizlik, enerji qənaəti və rabitəni 
təmin etmək üçün ev, ofis və kiçik binalara tətbiq edilən xidmətlərin və texnologiyaların inteqrasiya olunmasıdır. 
Təhlükəsizlik insanlığın var oluşundan bəri ən mühim anlayışlardan biri olub. Təhlükəsizlik hissi ilə insan etibarlı və 
ağıllı mühitlərin yaradılmasına başlamışdır. Dövrümüzün müasir texnologiyaları olan elektron texnologiyalardan istifadə 
olunması səbəbilə təhlükəsizlik sistemləri davamlı şəkildə inkişaf göstərməkdədir. Soyğunçuluq bütün yaşayış 
Manafov E.İ.
1


məntəqələrində ən təhlükəli və hər an baş vermə ehtimalı olan hadisələrdən biridir. Bu cür hadisələrin başvermə anında 
aidiyyatı qurumların dərhal xəbərdar olunması üçün siqnalizasiya və xəbərdarlıq sistemləri tələb olunurlar. İnkişafda olan 
texnologiyanın əsas məqsədi isə daşındırıcı ünsürlər vasitəsi ilə bu cür hadisələri mümkün qədər ən aşağı səviyyəyə 
endirmək və başverə biləcək təhlükələrin qarşısını almaqdır. Bu səbəbdən də təhlükəsizlik sistemləri gündəlik həyatımıza 
heç bir maneə törətməyəcək şəkildə layihələndirilir. Elektron təhlükəsizlik sistemləri dedikdə yanğın, oğurluq və qaz 
sızması kimi təhlükələrin qarşısını almaq üçün qurulan həyəcan sistemi adı verilən erkən xəbərdarlıq sistemləridir. Bu 
təhlükələrə qarşı ayrı-ayrılıqda hər biri üçün ayrı sistemlərin qurulması kimi hamısını əhatə edə biləcək sistemlərin də 
qurulması mümkündür. Ağıllı ev və ya bina, yeganə bir əmr verməklə distant idarə oluna bilən və ya proqram vasitəsi ilə 
evə məxsus olan elektron cihazlara nəzarət imkanı verən xüsusi hazırlanan kabel əlaqələndirmə ilə təchiz olumuş ev və 
ya binadır. Ağıllı ev, ev texnologiyaları sənayesinin çoxluq təşkil edən bir neçə sahəsində istifadə edilən nəzarət 
sistemlərinin gündəlik həyatımıza uyğunlaşdırılması; ev avtomatikası da, ev texnologiyaların insanların istəklərinə və 
fərdi ehtiyaclarına tətbiq olunmasıdır. Ağıllı ev anlayışı, ev sakinlərinin bütün bu texnologiyalar sayəsində ehtiyaclarına 
cavab verə bilən, onların həyatlarını rahatlaşdıran, daha qənaətlie, daha asan, həmçinin, daha etibarlı həyat təqdim edən 
evlər üçün istifadə olunur. Ağıllı evlər, onların sistemləri və avtomatikası istifadəçi tərəfindən distant nəzarət edilə bilən 
cihazları özündə toplayır. 

Download 13,87 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   131   132   133   134   135   136   137   138   ...   744




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish