Conference proceedings



Download 13,87 Mb.
Pdf ko'rish
bet129/744
Sana12.02.2022
Hajmi13,87 Mb.
#444818
1   ...   125   126   127   128   129   130   131   132   ...   744
Bog'liq
Conference Proceedings MIMCS-2020

Xülasə. 
Tezisdə “boru kəmərlərində nəql olunan qazın sərfini ölçən 
sistem”lərin qurulması texnologiyaları araşdırılmışdır. “Boru kəmərlərində nəql olunan qazın sərfini ölçən sistem”lərin ölçmə 
metodları göstərilmiş və onların texnologiyaları tədqiq edilmişdir. 
Açar sözlər
: sərf, qaz, hidrodinamik, kinematik, ultrasəs, zaman intervalı. 
Boru kəmərləri ilə nəql olunan qazın sərfini təyin edən ölçmə vasitələrində hidrodinamik və kinematik 
metodlardan geniş istifadə olunur. Hidrodinamik metodlar qaz və maye axınlarında yerləşdirilmiş cisimlə axının qarşılıqlı 
təsirinə əsaslanır. Buna misal olaraq sürətləndirici və ya tormozlayıcı qüvvələrin yaranmasını, təzyiq düşgülərini, 
hidrodinamik rəqslərin, burulğanların və s. yaranmasını göstərmək olar [1]. 
Hidrodinamik metodlar statik və dinamik metodlara ayrılır. Axınla hərəkət etməyən cisimin qarşılıqlı təsiri statik 
metodlara aiddir. Bu metoda misal olaraq generator metodunu, dəyişən təzyiqlər düşgüsü metodunu, burulğan metodunu 
və s. göstərmək olar.
Dinamik metodlarda irəliləmə, fırlanma və yaxud rəqs hərəkətləri edən cisimdən istifadə olunur. Bu metodlara 
taxometrik, vibrasiyalı, sabit təzyiqlər düşgüsü metodu və s. aiddir.
Aşağıda maye və qazların səfinin ölçülməsinində geniş tətbiq olunan metodların qısa analizi verilir. 
a) Dəyişən təzyiqlər düşgüsü metodu. Bu metod diferensial manometrlə ölçülən, təzyiqlər düşgüsü əmələ gətirən 
daraldıcı quruluşlardan (diafraqma, Venturi borusu və s.) istifadə edilməsinə əsaslaır. 
b) Burulğan sərfölçmə metodu. Bu metod maye və qazaoxşar maddələrin axınında hidrodinamik və burulğan 
rəqslərin əmələ gəlməsinə əsaslanır. 
c) Generator sərfölçmə metodu. Bu metod maye və yaxud qazın boru kəmərinin divarına «yapışması» 
nəticəsində hidrodinamik rəqslərin əmələ gəlməsi hadisəsinə əsaslanır. 
ç) Sabit təzyiqlər düşgüsü metodu. Bu metod boru kəmərinə şaquli vəziyyətdə birləşdirilən konusşəkilli borudan 
və onun içində axının təsirindən yuxarı hərəkət edə bilən üzgəcdən ibarətdir. 
d) Taxometrik sərfölçmə metodu. Bu metodda qaz və yaxud maye axınında müxtəlif cisimlərin (porşen, kürəcik, 
turbin və s.) irəli-geri və yaxud fırlanma hərəkət sürətinə çevrilməsinə əsaslanır.
e) Vibrasiya sərfölçmə metodu. Bu metod boruşəkilli mexaniki rezonatorun parametrlərinin (sakitləşmə əmsalı, 
amplitud və rəqslərinin tezliyi) ondan keçən axının kütlə sərfindən asılılığına əsaslanır. Adətən dairəvi və ya düzbucaqlı 
Məmmədov A.N.
1
, Məmmədov U.Q.
2


en kəsikli boruşəkilli rezonator avtorəqslər və yaxud sərbəst rəqslər rejimində işləyir. Avtorəqslər rejimi fasiləsiz təsirli 
sərfölçənlərin yaradılması üçün daha üstün sayılır. Vibrasiya metodunun tətbiqi çoxfazlı axınların sərfini ölçmək üçün 
daha effektiv nəticə verir. 
f) Koriolis sərfölçmə metodu. Bu metod qaz və yaxud mayenin rəqsi sistemlərdə rəqslərin oxu istiqamətində 
yerdəyişməsi zamanı Koriolis qüvvələrinin yaranması effektinə əsaslanır. 
Kinematik ölçmə metodlarına sürət vektorunun və onun təşkiledicilərinin ölçülməsinə əsaslanan metodlar 
daxildir. Bu metodlara axına nişan vurma, induksiya, korrelyasiya, interferometrik, istilik, ultrasəs və s. metodlar, həm 
də Dopler və Messbaur effektlərindən istifadə edilməsinə əsaslanan metodlar aid edilir [2]. 
a) Axına nişan vurma metodu. Bu metod tədqiq edilən mühitdən hər-hansı xassəsinə görə fərqlənməklə 
yaradılmış və yaxud təbii mövcud olan nişanların sürətinin ölçülməsinə əsaslanmışdır. Bunlardan istifadə edildikdə 
qazların və ya mayelərin sərfinin ölçülməsi onlara vurulmuş nişanların boru kəmərinin məlum uzunluqda hissəsini 
keçərkən orta sürətinin ölçülməsinə gətirilir. 
b) Ultrasəs sərfölçmə metodu. Bu metodun mahiyyəti ondan ibarətdir ki, ultrasəsin hərəkət edən maye və qaz 
mühitində faktiki yayılma sürəti mühitin orta hərəkət sürəti ilə ultrsəsin həmin mühitdə məxsusi yayılma sürətinin həndəsi 
cəminə bərabər olur.
c) Termoanemometrik sərfölçmə metodu. Bu metod istilik sərfölçmə metodunun geniş yayılmış növüdür və 
istiliyin axın ilə aparılmasına əsaslanmışdır. Belə ki, qaz və maye axınında yerləşdirilmiş və elektrik cərəyanı vasitəsilə 
qızdırılan termorezistorun verdiyi istilik miqdarıyla axının aldığı istilik miqdarı arasında istilik müvazinəti rejimi yaranır. 
Qaz və ya mayenin axın sürətinin 0-a bərabər olduğu halda termorezistorun verdiyi istilik miqdarı əsasən qaz və mayenin 
istilikkeçirmə qabiliyyəti vasitəsilə təyin olunur. Qaz və ya maye mühiti hərəkət etdikdə isə axının termorezistordan aldığı 
istilik onun sürətindən asılı olur.
ç) İstilik sərfölçmə metodu. Bu metod maddə axınının qızdırılımasına və qızdırıcıdan əvvəl və sonra 
temperaturlar fərqinin ölçülməsinə (kalorimetrik sərfölçənlər) və ya axında yerləşdirilmiş qızdırılımış cismin 
temperaturunun ölçülməsinə əsaslanır (termoanemometrik sərfölçənlər).
d) Maqnit induksiya sərfölçmə metodu. Elektromaqnit sərfölçənlərin iş prinsipi sabit maqnit sahəsində hərəkət 
edən naqildə, naqilin hərəkət sürətinə mütənasib olan e.h.q.-nin yaranması hadisəsinə əsaslanır. Burada naqil kimi, maqnit 
qütbləri arasından axan elektrik cərəyanını keçirən maye qəbul etsək və mayedə yaranan e.h.q.-ni ölçsək, onda mayenin 
həcmi sərfini və ya axının sürətini təyin etmək olar.
е) Dopler metodu. Qaz və mayelərin, hərəkət edən obyektlərin, dənəvər məhsulların vibrasiya parametrlərini və 
hərəkət sürətini ölçmək ücün Dopler effektinə əsaslanan metodlardan istifadə olunur.
f) Nüvə qamma-rezonans metodu. Bu metod radioaktiv süalanmalardan istifadə edən Dopler metodunun bir 
növüdür. Bu metod enerji vermədən kristalda qamma-kvantların rezonans nüvə udulması hadisəsinə əsaslanmışdır. Belə 
hadisə isə Messbauer effektinin adını almışdır. 
k) Hədəf metodu. Mühitin axın sürətini ölcmə vasitə və metodları onun yolunda yerləşdirilmiş cismin ətrafından 
axan mühitin əmələ gətirdiyi qüvvənin ölçülməsi prinsipinə əsaslanır. Mühitin axın borusunun daxili divarına bərkidilmiş 
nazik elastik trosdan asılmış kürəşəkilli hədəf və yaxud nazİk müstəvi lövhə hədəfli sərfölçənlərdə yerləşdirilir.
Aparılan tədqiqatlar və sərfölçmə metodlarının təhlili göstərir ki, boru kəmərləri ilə nəql olunan qazın sərfini 
ölçən sistemin işlənilməsində ultrasəs metodunun tətbiqi aşağıda göstərilən imkanlarına görə məqsədəuyğun hesab 
olunur: 
- yüksək cəldişləməsi; 
- vericilərin yüksək etibarlılığı; 
- hərəkət edən hissələrin olmaması; 
- ölçülən kəmiyyətin zaman intervalına mütənasib olması. 
Məlumdur ki, boru kəmərləri ilə nəql olunan qazın sərfini ultrasəs metodu ilə təyin etdikdə 
Q = k∙Δt 
burada Q – qazın sərfi, k – vericilərin yerləşməsindən və axının en kəsiyinin sahəsindən asılı olan əmsal, Δt –
ultrasəsin mühitdə yayılma müddəti – zaman intervalı.
Beləliklə, aparılan tədqiqatlar və müasir texnikanın imkanlarından istifadə etməklə zaman intervalının yüksək 
dəqiqliklə ölçülməsini nəzərə alaraq, boru kəmərləri ilə nəql olunan qazın sərfini ölçən sistemin strukturunun ultrasəs 
metoduna əsasən yerinə yetirilməsi əsalandırılmışdır. Bu zaman sistemin ölçmə dəqiqliyini artırmaq üçün zaman 
intervalının genişləndirilməsi yolları araşdırılmış və nəticədə onun elektron sxemləri tədqiq edilmişdir. Metod 
kondensatorun dolma və boşalma dövrələrinin tədqiq edilməsi ilə yerinə yetirilmişdir [3]. 

Download 13,87 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   125   126   127   128   129   130   131   132   ...   744




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish