Conference proceedings


İNFORMASİYA TƏKLÜKƏSİZLİYİ



Download 13,87 Mb.
Pdf ko'rish
bet160/744
Sana12.02.2022
Hajmi13,87 Mb.
#444818
1   ...   156   157   158   159   160   161   162   163   ...   744
Bog'liq
Conference Proceedings MIMCS-2020

 
İNFORMASİYA TƏKLÜKƏSİZLİYİ 
 
1
Milli Aviasiya Akademiyası, Bakı, Azərbaycan, t.f.d.,
 
shehla_372@mail.ru
 
2
Milli Aviasiya Akademiyası, Bakı, Azərbaycan, 
narminnpasha7@mail.ru
 
Xülasə
: Tezisdə informasiya təhlükəsizliyi və kiber hücumlar mövzusunda araşdırmalar aparılmışdır. İnformasiya 
təhlükəsizliyində yaranan müasir problemlər, kiber hücumlar və bu problemlərin həlli məsələlərinə baxılmışdır. 
Açar sözlər
: informasiya təhlükəsizliyi, informasiya sistemləri, kiber təhlükəsizlik, məlumatın qorunması, internet texnologiyası.
Bu gün informasiya hər hansı bir şirkətin varlığının ən önəmli parçasıdı. Müasir iş dünyası bilgiyə və müxtəlif
xidmətlərə istənilən vaxt və istənilən yerdə sürətli çıxış təmin edən "açıq şəbəkələr" texnologiyalarının inkişafına fəal 
şəkildə dəstək verir. Bu əməliyyatları həyata keçirmək üçün İnternet texnologiyaları, WAP texnologiyaları, IVR 
(Interactive Voice Response), VPN (Virtual Private Networks) kimi müxtəlif müasir xidmət növlərindən istifadə olunur. 
Lakin bu xidmətlərdən istifadə edənlərin əksəriyyəti əlaqə kanallarında olan və məlumat bazalarında saxlanılan 
məlumatların qorunmasının nə dərəcədə təmin olunduğunu bilmirlər. Tələb olunan məlumatlara sərbəst və operativ giriş 
təmin edilməsi ilə informasiyaya icazəsiz girişdən mühafizə arasında müəyyən ziddiyyətlər mövcuddur. 
Son illərdə informasiya təhlükəsizliyi problemləri həll edilərkən əsas diqqət proqram səviyyələrində müxtəlif 
texnoloji həllərin istifadəsinə verilmişdir. Eyni zamanda, bir çox informasiya təhlükəsizliyi mütəxəssisi tərəfindən 
vəziyyətin təhlilinin nəticələri inandırıcı şəkildə göstərir ki, texnoloji həllər yalnız bir neçə təhlükədən qoruyur. Burada 
ən çox insan amilindən, konkret şirkət işçilərinin informasiya mübadiləsi proseslərindəki iştirakından, informasiya sistemi 
mənbələrindən istifadədən asılıdır. İnformasiya təhlükəsizliyi üçün ümumiyyətlə qəbul edilmiş dünya standartlarının 
təhlili göstərir ki, informasiya təhlukəsiziliyinin təmin edilməsi məsuliyyəti əsasən şirkət işçilərinin üzərinə düşür. Buna 
görə texnoloji proseslərin təhlükəsizliyini təmin etmək yeni rəqəmsal texnologiyalar və avtomatlaşdırma səviyyələri ilə 
birlikdə meydana çıxan ən vacib problemə çevrilir. 
14 sentyabr 2020-ci il tarixində Softline “İnfrastruktur təhlükəsizliyinin baza analizi” xidmətinin tətbiq 
olunmasının ilk ayının nəticələrini yekunlaşdırdı. Tədqiqatın nəticələri kiçik və orta sahibkarlığın 96%-nin informasiya 
sistemlərinin kənar hücumlara qarşı həssas olduğunu göstərdi. 
Ən ümumi problem, quraşdırılmış təhlükəsizlik proqramlarının verilənlər bazasının yenilənməməsidir. Bu cür 
hadisələr bütün yoxlanılan təşkilatlarda təsbit edildi və bəzi hallarda şirkətin fəaliyyəti üçün kritik olan obyektlərdə 
proqramın həssas versiyaları istifadə edildi. 
Digər tərəfdən zəif və ya “standart” şifrələrdən istifadəsi təhlükə riskini artırır. Şirkətlərin yüzdə 70-ində həm iş 
yerlərində, həm də şəbəkə avadanlıqlarında zəif şifrələrdən istifadə halları olmuşdur. 
Microsoft Corporation, 19 Avqust 2020-ci ildə Hindistan, Almaniya, İngiltərə və ABŞ-dakı böyük şirkətlərin 
iştirak etdiyi araşdırmanın nəticələrini paylaşdı. Tədqiqatın məqsədi, rəqəmsal informasiyanın ötürülməsi və informasiya 
Zeynalova Ş.H.
1
, Paşayeva N.P.
2


təhlükəsizliyi sahəsində koronavirus pandemiyasının ilk iki ayında baş verən dəyişiklikləri müəyyənləşdirmək idi. 
Tədqiqatın nəticələri kiber təhlükəsizlik sahəsindəki beş əsas istiqaməti əks etdirdi: 

1. Təhlükəsizlik, rəqəmsal texnologiya dövründə məhsuldarlığın təməlidir. 

2. Hər kəs “Sıfır Güvən” konsepsiyasına (Zero Trust) doğru gedir. 

3. Daha fərqli məlumat toplusu - mümkün təhlükələr haqqında daha çox məlumat. 

4. Əməliyyat dayanıqlığının təməli kiber təhlükəsizlikdir. 

5. “Bulud” texnologiyası, effektiv təhlükəsizliyin təmin olunması üçün əsas şərtdir. 
Kiber təhlükəsizlik liderlərinin çoxu şirkət üçün bütövlükdə informasiya təhlükəsizliyi xərclərinin azaldılması 
zərurətini bildirmişdir. Qısa müddətli perspektivlərin xərclərinin azaldılması üçün rəhbərlər kiber hücumlardan müdafiə 
sistemini inkişaf etdirməyə çalışırlar. Müəssisələrin təxminən 40% -i bulud təhlükəsizliyi üçün uzunmüddətli yatırıma 
üstünlük verdiklərini və bunun da məlumat və informasiya təhlükəsizliyi (% 28) və fişinq əleyhinə vasitələr (26%) 
olduğunu söyləyirlər. 
Bir qayda olaraq, mikro-müəssisələrin bütün heyətini lazımi avadanlıqla təmin etməsi çətindir, buna görə də belə 
şirkətlər əsasən şəxsi avadanlığını gətir (BYOD, bring your own device) siyasətinə sahibdirlər. Lakin, yad avadanlığın 
istifadəsi müəyyən kiber risklərə səbəb ola bilər. Bir işçinin korporativ şəbəkəyə qoşulmuş cihazı yaxşı qorunmursa, kənar 
təhlükələr ictimai olmayan məlumatları asanlıqla əldə edə bilərlər. 
Pandemiyadan əvvəl də sahibkarlar işçilərin fərdi kompüterlərinin zərərli proqram hücumlarının qurbanı 
olduqlarını bildirdilər. Tədqiqatçıların 40% -i bunu Kaspersky Laboratoriyasının araşdırmasında təsdiqlədilər. Fərdi 
kompüterlərin istifadəsinin artması və müəssisələrin rəqəmsal texnologiyaya keçməsi ilə bu göstəricilər daha da pisləşə 
bilər. 
Bu vəziyyətdə şirkətlər işçilərinin rəqəmsal sahədə savadlarını artırmalı və iş avadanlıqlarında təhlükəsizlik 
həllinin olması, güclü və unikal şifrlərin istifadəsi və müntəzəm proqram yeniləmələri kimi əsas informasiya 
təhlükəsizliyi tələbləri barədə məlumat verməlidirlər. Ancaq kiçik təşkilatlardakı işçilərin yalnız 8% -i bu cür təlimatlar 
ala bilir. 
Tədqiqatın nəticələri olaraq kiber təhlükəsizliyin əsas amilləri kimi üç əsas göstəricini qeyd etmək olar: 

təhlükəsizliyin pozulmasının aşkarlanması sürəti - “liderlərin” 58 faizi üçün bu, şirkətdəki təhlükəsizlik 
proqramlarının effektivliyinin əsas meyarıdır; 

hadisədən sonra bərpa sürəti, aparıcı şirkətlərin 53 faizi üçün ikinci ən vacib meyardır; 

hadisələrə cavab sürəti “liderlərin” 52 faizi üçün üçüncü əsas meyardır. 

Download 13,87 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   156   157   158   159   160   161   162   163   ...   744




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish