Conference proceedings


YÜKSƏK DƏQIQLIYƏ MALIK KONTROLLERLI MAYE SƏVIYYƏ



Download 13,87 Mb.
Pdf ko'rish
bet146/744
Sana12.02.2022
Hajmi13,87 Mb.
#444818
1   ...   142   143   144   145   146   147   148   149   ...   744
Bog'liq
Conference Proceedings MIMCS-2020

YÜKSƏK DƏQIQLIYƏ MALIK KONTROLLERLI MAYE SƏVIYYƏ 
VERICILƏRI 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan 
rahman.mustafayev.i@asoiu.edu.az
 
Xülasə:
Bu tezisdə maye səviyyə vericiləri haqda qısa məlumat, onların istehsalat proseslərində rolu, rezervuarların 
avtomatik idarəetmə sistemləri və istifadə olunan standartlarla bağlı qısa məlumat verilmişdir.
Açar sözlər:
Maye səviyyə vericiləri, rezervuar, avtomatik idarəetmə sistemləri, HART protokolu. 
Texnoloji proseslərin təhlükəsizliyini və stabilliyini təmin etmək məqsədilə səviyyənin etibarlı və dəqiq şəkildə 
ölçülməsini təmin edən qurğuların istifadəsi zəruridir. Səviyyənin ölçülməsində əsas məsələ çənin, reaktorun və ya 
rezervuarın daxilindəki mayenin vəziyyətinin (səviyyəsinin) təyin edilməsidir. Daha dəqiq desək, səviyyənin 
ölçülməsində məqsəd şaquli istiqamətdə xətti məsafənin hesablama nöqtəsindən (çənin ən dərin nöqtəsindən) mayenin 
səthinə qədər olan məsafənin və yaxud da iki maye arasındakı sərhədin yerini müəyyən etməkdir (şəkil 1). Çənlərdə, 
reaktorlarda və rezervuarlarda səviyyənin yüksək dəqiqliklə ölçülməsi bir çox texnoloji proseslər üçün mühüm əhəmiyyət 
kəsb edir. Bundan başqa, texnoloji proseslərdə aparılan digər ölçmələrə temperaturun, təzyiqin və selin ölçülməsi aiddir. 
Son illərdə ehtiyatların hesabatı nəinki operativ heyətin, həmçinin bütövlükdə şirkət üçün mühüm əhəmiyyət kəsb edir. 
Bu da öz növbəsində təhlükəsizlik məsələlərinə diqqətin artması, sahibkarlığın və istehsalın qiyməti ilə bağlıdır. Əksər 
hallarda ehtiyatların hesabatı zamanı səviyyənin ölçülməsində xəta ±3 mm olması nəzərdə tutulur [1-2]. 
Səviyyənin ölçülməsi həmçinin texnoloji proseslərdə effektivliklə yanaşı təhlükəsizliyi də təmin edir. Açıq 
rezervuarların nəzərdə tutulan səviyyədən və ya tutumdan artıq doldurulduqda daşmaya səbəb ola bilər. Əgər 
rezervuarlarda kimyəvi, alışqan və ya zəhərli məhsullar saxlanılırsa, daşma və ya yaranmış yüksək təzyiq daha ağır 
hadisələrlə, yanğın və ya partlayışlarla nəticələnə bilər. Bu cür məhsullar saxlanılan rezervuarlarda sızmaların qarşısının 
alınması üçün etibarlı şəkildə səviyyəyə nəzarətinə ehtiyac vardır. Bundan əlavə, daşmaya xəbərdarlıq və sızmaların aşkar 
edilməsi ətraf mühitin təhlükəsizliyini təmin edilməsi üçün çox vacibdir. 
Avtomatik idarəetmə sistemləri və ya əks əlaqəli sistemlər rezervuarlardakı mayenin səviyyəsinin 
tənzimlənməsində tətbiq olunur. Səviyyə vericisi mayenin səthindən müəyyən məsafədə quraşdırılır və ölçmə zamanı 
rezervuardakı mövcud səviyyəyə uyğun siqnal hasil edir. Bu siqnal daha sonra tənzimləyiciyə oradan isə icra 
mexanizmlərinə (nasos və ya klapan) ötürülərək rezervuarın giriş və çıxışındakı məhsul sərfiyyatını idarə edir. Bu cür 
idarəetmə sistemləri təcrübədə proqram təminatı baxımından SCADA (Supervisory Control and Data Acquistion – 
Dispetçer nəzarəti və məlumatın toplanması) və DCS (Distributed Control System – Paylanmış İdarəetmə sistemi) 
sistemləri, avadanlıq təminatı baxımından isə PLC (Programmable Logic Controller – Proqramlaşdırılabilən məntiqi 
kontroller) və RTU (Remote Controller Unit - Uzaqdan idarəetmə bloku) üzərində qurulmuşdur [3-4]. 
Hazırda sənaye avtomatlaşdırmasında ən geniş isifadə olunan standart HART (Highway Addressable Remote 
Transducer) protokoludur. Müasir standart analoq cərəyan siqnalından (4-20 mA) istifadə etməklə ölçmə qurğularından 
informasiyanın alınması, diaqnostika edilməsi və s. əməliyyatların icra edilməsində HART protokolu bütün tələblərə 
cavab verir. Bu protokol eyni zamanda analoq və rəqəmsal sistemlərdə tətbiq oluna bildiyindən bəzən hibrid protokol 
Mustafayev R.İ. 


adlanır. HART protokoluna görə informasiyanın rəqəmsal şəkildə ötürülməsi və qəbul edilməsində tezlik 
modulyasiyasından istifadə olunur: məntiqi “1” siqnalı – 1200 Hs, məntiqi “0” siqnalı – 2200 Hs (şəkil 2) [5]. 
Nəticə 
Göründüyü kimi istehsalat sahəsində maye səviyyə vericiləri tutumda yerləşən mayenin hündürlüyünü ölçməklə 
yanaşı, texnoloji proseslərin daha effektiv və təhlükəsiz şəkildə aparılmasını təmin edir. Bu səbəbdən səviyyə vericilərinə 
əsas qoyulan tələb onların dəqiqliyinin yükəsk olması və eləcə də, yerlşdiyi mühitin parametrlərinin (temperaturun, 
təzyiqin, rütubətliyin) dəyişmələrinə qarşı davamlı olmalarıdır. Həmçinin tətbiq edilən ölçmə qurğuları sifarişçinin 
müəssisəsində və ya ehtiyat anbarında idarəetmənin aparılması üçün istifadə olunan standartlara cavab verməlidir. 
Şəkil 1. Rezervuarda yerləşən iki mayenin səviyyəsinin ölçülməsi. 
Şəkil 2. HART protokolu əsasında rəqəmsal siqnalların tezlik modulyasiyası ilə ötürülməsi. 

Download 13,87 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   142   143   144   145   146   147   148   149   ...   744




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish