Bəxtiyar Tuncay DÜnyani siLKƏLƏYƏN 17 GÜn baki 2016 I fəSİL



Download 12,01 Mb.
bet21/39
Sana26.06.2017
Hajmi12,01 Mb.
#16001
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

Qaynaqça


  1. Carrere d'Encausse, Helene Ulusların zafer ya da Sovyet İmparatorluğunun sonu. Paris: Fayard, 1990.

  2. Ənvər Əliyev: «Azərbaycanda yerin-göyün yiyəsi puldur». “Azadlıq radiosu”, 2016, 15 Oktyabr (http://www.azadliq.org/a/24240903.html).

  3. Ənvər Əliyev: «Fazildə bunu etiraf etmək cəsarəti yoxdur». Simsar.az, 2016, 16 Oktyabr (http://simsar.az/news/a-30580.html).

  4. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.

  5. "Müxalifət" qəzeti, 19 noyabr, 1992.

  6. Nə vaxtsa Meydan hərəkatı yenidən başlayacaq. “Azadlıq radiosu”, 2016, 16 Oktyabr (http://www.azadliq.org/a/2222975.html).

  7. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  8. Rüstəmxanlı S. Meydan hərəkatı təsadüfən yaranmadı – Təbrik. VHB-nin rəsmi saytı (http://vhp.az/2015/11/22/meydan-h%C9%99r%C9%99kati-t%C9%99saduf%C9%99n-yaranmadi-t%C9%99brik/).

        



Meydanda Nemət Pənahlı – Məhəmməd Hatəmi qarşıdurması

Ənvər Əliyev onun icazəsi olmadan mitinqdə heç kimə söz verilmədiyini deyir: “Ən böyük iddialı Nemət Pənahov idi. İkinci gün ona söz verdik, çıxış elədi. Əbülfəz bəyə ikinci gün çox çətinliklə söz verə bildim. Başımdan zərbə aldığım üçün mitinqin üçüncü günü dözə bilmədim və evdə qısamüddətli müalicəyə getdim. Bir neçə günlük müalicədən sonra meydana qayıdanda polis məni meydana buraxmadı. Yalnız bir neçə gündən sonra arxa qapıdan gizli daxil ola bildim. Nemət Pənahov mənim olmamağımdan istifadə edib önə çıxmışdı və sonralar istintaqa ifadəsində demişdi ki, Ənvər Əliyevi meydana mən buraxmamışam. Üzləşmədə də mənə bunu demişdi” (3).

Ənvər Əliyevin ayrı-ayrı vaxtlarda müxtəlif mətbuat orqanlarını vermiş olduğu müsahibələrdə əslində nəyin necə və nə vaxt olduğunu dəqiqləşdirmək, düzgün bir qərara gəlmək mümkün deyil. Bu baxımdan şübhəsiz ki, ən əhatəli və geniş qaynaq Ə. Tahirzadənin «Meydan hərəkatı: 2 il, 4 ay» əsəridir ki, bu əsər sayəsində hadisələr barədə günbəgün və saatbasaat dəqiq məlumat əldə etmək və prosesin xronoloji inkişaf dinamikasını izləmək mümkün olur. Kitabın müəllifi yazır:

«Saat 12.13. Әnvər Әliyev mitinqi açdı. Tәlәblәri oxudu:

- Bu gün Aqanbeqyanin intervüsünün bir ili tamam olur. F. Hüseyvov, döyülәn, qol-qıçı sınan, tutulan yoldaşlarımız (7 nәfәr nümayişdә tutulub onlar) bura gәtirilsin. Onlardan üzr istәvilsin. İki tәlәbimiz var:

1) DQMV-dә Azәrbayçan hakimiyyәti bәrpa edilsin;

2) Topxana meşәsi azad edilsin. 

Yalnız bayrağa baxın, bayraq bizi idarә edәçək. Biz burada bәlkә 24 saat, bәlkә dә 48 saat oturaçaqıq. Yemәk dә gәlәçәk, paltar da.

Çamaat oturdu.

12.20. Vəli Məmmədov danışmaq istədi, camaat hay-küylə qoymadı. Camaat oturdu. (“Rəddol!”, “rədd ol!).

Ənvər:


-Əyləşməyə gəlmişik!

12.22. V.Məmmədov yenə danışmaq istədi, qoymadılar. (Fit, hay-küy).

Ənvər:

-Oturmayanlar bizdən deyil. Hamı otursun. Tutulanlar gəlsə ondan sonra işimizi davam etdirərik.



12.33. Ənvər: Fətulla Hüseynov söz verdi ki, Əbülfəz Əliyev və Sabir Rüstəmxanlı (onlar nümayəndə seçilib) ilə danışıq aparılacaq…» (4).

Ə. Tahirzadənin bu məlumatında üç məqam tədqiqatımız baxımdan önəmlidir. Birinci məqam mitinq başlar-başlamaz Ənvər Əliyevin «Biz burada bәlkә 24 saat, bәlkә dә 48 saat oturaçaqıq. Yemәk dә gәlәçәk, paltar da» söyləmiş olması faktdır ki, bu fakt Nemət Pənahlının söylədikləri ilə tam üst-üstə düşür. Sadəcə Nemət bəy Ənvərin sözlərini daha dəqiq çatdırır və onun çatdırdığı məlumatdan yemək və paltarın bu mitinqin gerçək təşkilatçısı Fuad Musayev tərəfindən təmin ediləcəyi aydın olur (2, s. 156).

İkinci məqam Əbülfəz Elçibəy və Sabir Rüstəmxanlının vasitəçiliyinin elan edilməsi faktıdır ki, bu fakt da Məhəmməd Hatəminin yenə də Fuad Musayev tərəfindən təşkil edilən saxta «Nümayiş Komitəsi» barədə söylədikləri ilə üst-üstə düşür. Hatəmi həmin komitənin içərisində bu iki şəxsin adını da qeyd edir (1).

Üçüncü məqam kütlə tərəfindən Vəli Məmmədovun çıxışına imkan verilməməsi və onun fitə basılmasıdır. Bu məqam prosesin Xalq Hərəkatı Cəbhəsi tərəfindən necə idarə edildiyinin və Nemət Pənahlının meydanın əsas qəhrəmanına necə çevrilməsinin mexanizmini dərk etməyimiz baxımından çox önəmlidir.

Məsələ nədədir?

Məsələ bundadır ki, istənilən mitinqdə iki əsas tərəf olur. Tribunada yer alanlar. Meydana toplaşanlar. Bir qayda olaraq, tribunada yer alanlar lider rolunda çıxış edir, meydanda yer alanlar isə onların direktivləri əsasında yönəldilir. Fəqət hərəkatın ilk dövründə vəziyyət başqa idi. Mitinqlərin böyük əksəriyyəti «Çənlibel», daha sonra isə onun bətnindən doğulmuş Xalq Hərəkatı Cəbhəsi tərəfindən təşkil edilsə də, əksər hallarda tribuna hakimiyyət dairələri və onların işbirlikçiləri tərəfindən zəbt olunur, təşkilatçıların söz haqqı isə maksimum dərəcədə məhdudlaşdırılırdı. Belə olan halda, meydan çox vaxt tribunadakıların sözünü fitə basmaq, təhqir etmək və s. vasitələrlə kəsmək məcburiyyətində qalır, yalnız eşitmək istədiyi sözü eşidəndə buna ara verir və məmnunluğunu alqışlarla ifadə edirdi. Uzun təcrübədən sonra bu metod Xalq Hərəkatı Cəbhəsinin əsas idarəetmə metoduna çevrilmişdi. Bu metodun sayəsində tribunadakılar meydanı deyil, meydan tribunadakıları idarə edirdi. Hatəmi bir çox halda trubunaya qalxmağa müyəssər olduğundan bu prosesi mən idarə edirdim. Sonralarsa, yaranmış alışqanlıq sayəsində meydanın, yəni aşağıdakıların etirazının kim tərəfindənsə tənzimlənməsinə ehtiyac qalmamışdı. Kütlə artıq özü fit və ya alqışlarla tribunadakı çıxışları korrektə edirdi.

Mitinqin ilk iki günü Nemət də fit və təhqirlərlə qarşılaşmış, nəticədə başqalarından fərqli olaraq, o qısa bir zamanda öz çıxışlarını və faliyyətini korrektə etməyə və kütlənin alqışlarını qazanacaq məcraya yönəltməyə nail olmuşdu. Nemət bəyin meydanın əsas qəhrəmanına və ardınca Milli Azadlıq Hərəkatının liderinə çevrilməsinin bir səbəbi də bu idi. Digər səbəb isə təbii ki, heç bir natiqdə, o cümlədən Hatəmidə olmayan bəlağətli nitq qabiliyyəti və bu sahədəki fitri istedadı idi. Üçüncü səbəb isə ruhuna Vətən və millət sevgisinin hakim olması idi. Əlbəttə ki, burada cəsarət faktorunu da unutmamaq lazımdır. Bunlarsız lider olmaq, demək olar ki, mümkün deyil və ya da çox çətindir.

Mitinqin başlanğıcı artıq ulduzu tədricən sönməyə, daha doğrusu söndürülməyə məhkum olan M. Hatəmi ilə ulduzu parlamağa başlayan N. Pənahlı arasında kəskin mübarizə şəraitində keçdi. Qarşıdurmaya səbəb isə Nemətin əvvəl-əvvəl taktiki cəhətdən səhv mövqe tutması, mitinqi dağıtmağa çalışması idi. Fəqət onun təcrübəsizlikdən qaynaqlanan bu səyi öncə müəyyən ssenari əsasında fəaliyyət göstərən Ənvər Əliyevin, daha sonra isə Hatəmi başda olmaqla Xalq Hərəkatı Cəbhəsinin, eləcə də istək və arzuları bu təşkilatın hədəfləri ilə üst-üstə düşən kütlənin müqaviməti ilə üzləşdi və o, bir müddətdən sonra mövqeyini dəyişməli oldu.

Hatəmi və tərəfdarları mitinqi hakimiyyətin nəzarətindən çıxartmaqda, onu hakimiyyətə qarşı çevirməkdə qərarlı idilər. Əslində, bir qədər sonra görəcəyimiz kimi, Nemət də eyni fikirdə idi. Fəqət onun seçdiyi taktika fərqli idi və bu taktika özünü qətiyyən doğrultmadı. Uşaqlığı Pişəvəri «əsgərlərinin» siyasi mətbəxindən qidalanmaqla keçən və meydanlarda böyük siyasi təcrübə toplamış olan Hatəminin taktiki gedişləri daha effektiv oldu. Hərçənd ki, ilk əvvəl o özü də ərəfədə elan etmiş olduğu 20 noyabr mitinqinə görə bu mitinqin dağılması təklifi ilə çıxış etmiş, fəqət kütlə onun sözünə də əhəmiyyət verməmişdi.

Qarşıdurma o qədər kəskin idi ki, Nemət Pənahlı özünün «Əbədiyyət yolçusu» kitabının həmin dövrdən bəhs edən hissəsində Hatəminin, Hatəmi isə «Acı həqiqətlər»də Nemətin ünvanına olduqca sərt fikir və ifadələr işlətmişlər.

Nemət Pənahlı yazır: «Mitinqin (ilk gününün – B. T.) sonunda, daha doğrusu, hava qaralanda mən xalqa bildirdim ki, dağılışmaq lazımdır. Amma kütlənin müəyyən bir qismi mənim sözümə yox, Ənvərin çağırışına səs verdi. Ənvərin təklifi bu idi ki, oturaq mitinq keçirək. Qırx səkkiz saat ərzində meydanı boşaltmayaq. Tələblərimizin nəticəsini gözləyək. Beləcə meydan boşalmadı. Birinci gecə meydanda təqribən 3-4 yüz nəfərə qədər nümayişçi qaldı. Əlbəttə, əgər milis istəsəydi bu adamları asanlıqla dağıdardı. Amma o, hadisələri sadəcə seyrçi kimi izləyirdi.

Gecədən bir xeyli keçənədək meydanda qaldım. Gecəni orada qalanlarla ünsiyyət mənə maraqlı idi. Sonra yataqxanaya gəldim, yatmaq istəsəm də, gözümə yuxu getmədi. Səhəri gün zavoda getdim. Gördüm ki, işləmək kimsənin yadına belə düşmür. Hamı mitinqə hazırlaşır, meydana tələsir.

Əyyam Musayev onlara mane olmaq istəsə də, mənim işə müdaxilə etməyimdən sonra o, geri çəkildi və biz hamımız meydana gəldik. Yolda xəbər tutduq ki, bütün şəhər meydana axışır. Ora saat 11 radələrində yetişdik. Meydan insanla dolu idi.

Mitinqi yenə də Ənvər Əliyev aparırdı. Artıq bu mitinqin dövlət tərəfindən təşkil edilmiş mitinq olduğuna şübhəm qalmamışdı. Amma fikirləşirdim ki, bu mitinqdən necəsə yararlanmaq lazımdır. Onu da gördüm ki, çıxış edənlər müəyyən adamlar tərəfindən təlimatlandırılır. Mənə isə, təbii ki, təlimat verən yox idi. Noyabrın 18-də bir neçə dəfə çıxış etdim. Görünür, çıxışlarım daha radikal olduğundan mitinq iştirakçıları tərəfindən mənə daha çox maraq yarandı. Elə bir vəziyyət yaranmışdı ki, insanlar məhz mənim çıxış etməyimi tələb edirdilər. Bu səbəbdən də bir yox, bir meçə dəfə çıxış edəsi oldum» (2, s. 157).

Hatəmi-Nemət qarşıdurmasının üzərinənə gəlməmişdən öncə hadisələri bir qədər də Ə. Tahirzadənin qeydləri əsasında izləməyə ehtiyac var. Sırf xronoloji ardıçıllığa riayət etmək üçün: «…Yazıçı H. Abbaszadə, şairlər X. Rza, F. Mehdi, T. Bayram da buradadırlar. Mücahidlərdən isə Firidun Cəlilov, Rüstəm Behrudi, Səfər Alışarlı, Hatəmi, Mənsur, Nemət və başqaları. Xəlil Rza tribunada oturub, yəqin ki, şer yazır. Saqqalı ona xüsusi nuranilik verir.

Hüsey Abbaszadə
Söhbətlərdən: Azərbaycanda adambaşına 55 min manat gəlir düşür (sərvətimizlə). Ancaq nə alırıq?

Famil Mehdi
13.03. Ənvər: Heç kəs düşünməsin ki, təkik. Yarım saatdan sonra yemək gələcək. Tələblərimizödənilməyincə burada oturacağıq. Allah da bizə təzyiq göstərə bilməyəcək (Meydanda 100 min adam olar).


Tofiq Bayram
13.07. Ənvər:

-Yoldaşlarımız gəlir. Gurultulu alqışlarla qarşılayaq (Hamı qalxdı, alqışlar).



Səfər Alışarlı
13.11. Qənimət Zahidov:

-Fəxri xiyabanın yanında anlaşılmazlıq oldu. Ancaq bizə qarşı zor tətbiq olunmayıb. Heç kəsə kobudluq edilməyib.

13.14. Ənvər:

-Mitinqi davam etdiririk. Tələbləriməz bircə-bircə oxuyuruq. Böyük daşlardan yapışmışıq.



17 NOYABR TARİXINDƏKİ MİTİINQİN TƏLƏBLƏRİ

1) İqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq edilməlidir (Az.SSR). Telviziya birbaşa translyatsiya verəcək ki, Topxanada nə işlər görülür. Birbaşa əlaqəmiz var.

2) Ağdam şəhərində qadağan saatı 24 saata ləğv edilməlidir.

3) DQMV-də partiya və sovet organları buraxılmalidir. Orada azərbaycanın hüquqi, siyasi vəiqtisadi bərpa edilməlidir.




Qənimət Zahidov
4) Noyabrda  açılan  sessiyada iştirak  edəcək SSRİ Ali Sovetinin  63  deputati  bu  haqda  məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil. Axşam caat 6-yadək vaxt vermişik... (Bu cümlənin hansı məqsədlə verildiyini xatirlamıram).

5) Burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa numaiş qyri-müəyyən vaxtadək uzanacaq.

Azərbaycan xalqi bizimlədir. Kiminsə danişmağına, çıxışına eytiyac varmi? (“Yox!”). Çox danişmişıq, indi iş vaxtıdır... Qorxmaz, Elman Fərəcov (tələbələr, ADU) nümaişin təşkilində Ənvərlə bərabər fəal iştirak edirlər (“Yurd” təşkilatı). 

Təxminən 2-yə 10-15 dəqiqə işləyəndən sonra meydanda sərbəstlik yarandı. Camaatdan istəməyən getdi (yəqin ki, yemək üçün), meydan seyrəkləşdi. Hər halda, 70-80 min qaldı. Hamı sakitcə durub dəstə-dəstə söhbət edirdi. Çox sakitlik idi. Milislər də qayğısız idilər.

13.45. Ənvər çap üçün (makinada) son dəfə oxudu tələblər:

-Ağdamda komendant saatının ləğv edilməsi, bizə deyildi ki, məqsədəuyğun deyil, çünki belə olsa, Xocalıdakı tikintilərimiz dayana bilər. Ona görə tələbin bu bəndini ləğv edirik (Hacıbabayeva Ruziyəni əsgər dəyənəklə döymüşdü. Xəstəxanaya düşüb. Ənvər dedi ki, gedirəm onu çıxarmağa).

13.55. Ənvər:

-Qızı gətirəcəklər. F. Hüseynov söz verib. Təzə məlumat var ki, Azərbaycan televiziyası bu hadisələri işıqlandıracaq. Topxananın qırılması isə davam edir (Camaatdan gələn tək-tük tələbləri oxudu).

14.00. Başqa bir oğlan:

-Biz bu nümayişi o vaxt dayandıra bilərik ki, Azərbaycan televiziyası tələblərimizi xalqa elan etsin və nümayişi göstərsin (Qeyd olunmayan vaxtlarda fasilə olub).

Saat 15.00-də bayraq yenə qalxdı. Tribunaya doldular. Mikrofon yox idi.

15.10. Ənvər:

-15 dəqiqədir ki, partiya və hökumət nümayəndələri ilə söhbət edirik. Yenə əvvəlki kimi, bizi sakitləşdirib yola salmaq istəyirlər. Dağılışaqmı? (“Yooox!”). Əlavə çıxışa ehtiyac varmı? (“Yoox!”). (Tələbləri yenidən oxudu). Tələblərimiz yerinə yetirilənədək oturub gözləyəcəyik. (Alqışlar). Bir tələb: “Ermənistan SSR-də Göyçə Muxtar Vilayəti təşkil edilsin”. Bizim də arzumuzdur bu, çalışmalıyıq. Burada yanımızda dayananlar heç beş qəpiklik də şey satmağa razı olmadılar. Uşaqlı qadınlar getsinlər, izazə veririk. Bir tələb: “Pasportumuzda dəyişiklik edilsin, azəri türklərinin adı bərpa edilsin”. Hər şey yaxşı gedir. Oturaq. Əlavə çıxışlara heç bir ehtiyac yoxdur. Ermənistandan Qarabağa 40 maşın tikinti materialı göndəriblər. Bu işimizdən sonra saxlayıblar.

15.18. “Azərbaycan” mehmanxanası tərəfdən gələn böyük bir dəstəni (4-5 minlik) alqışlarla qarşıladılar. Tələbələrdir.

15.40. Ənvər:

-Yeni gələn yoldaşlar üçün qısa məlumat verək. Bayrağa baxın: qalxıbsa danışmaq olar, endirilibsə heç kəsi dinləməməli (Sonra tələbləri yenidən oxudu).

16.30. Camaat “te-le-vi-zi-ya” deyib televiziya nümayəndələrini (çəkmək üçün) tələb etməyə başladı.

16.40. Yeni bir dəstə gəldi. Hamı bir yerdə “Qa-ra-bağ!”, “A-zər-bay-can!”, “Top-xa-na!” qışqırır.

Odlar yurdu” qəzetində işləyən Rəhbər Bəşirli xəbər gətirdi ki, Stepanakertdə bu gün ruslara qarşı güclü nümayiş keçirilir. Ermənistandan ən azı 80 min azərbaycanlı çıxarılıb bu 9 ayda.

16.55. Ənvər:

-Nümayiş təşkil edənlər istəyirlər ki, onu sonadək uğurla aparsınlar. Əlavə şüarlara ehtiyac yoxdur. Bura türk qətiyyəti ilə gəlmişik. Bizə məlumat gəldi ki... Orada bizim adamlar var inanılmış, onlar tez-tez məlumat verəcəklər. Bunu (tədbiri) heç kəsin dağıtmağa ixtiyarı yoxdur. On bir nəfərlik heyətimizlə bu saat danışıq aparılır. Belə təklif var ki, nümayəndə heyətini Vəzirov qəbul etsin, axşam televiziya ilə nəticəsi haqqında məlumat verilsin. Biz Qarabağa sülh marşrutu ilə getməliyik. Bunu Azərbaycan televiziyası, mərkəzi televiziya da göstərməlidir. Bizə qüvvə lazımdır. Yeməyimiz yoxdur. Hazır olmalıyıq. Ermənini hamı tanıyır. Erməni ermənidir, biz isə türkük.

17.20. Nemət: Artıq-əskik hərəkətə yol verməyək. Qoy partiya və dövlət tərəfindən bizə bir nəfər gəlib desin görək nə tədbirlər görülür.

17.22. Naim Fətəliyev (danışmaq istədi, fitə basdılar):

-Topxanada iş aparılmır.

17.25. S.Rüstəmxanlı:

-İki yol var: ya bizim MK-nın əlindən heç nə gəlmir, ya da bizi aldadırlar. Biz belə xəyanətləri çox görmüşük, nəcibliklə də cavab vermişik. Məsələ burasındadır ki, bu iş uzun illər boyu hazırlanmış düşmənçilikdir. Erməniləri dəli edən odur ki, biz indiyədək dözmüşük. Xalqın bir lideri, bir təşkilatı olmalıdır. Niyə bizim başçılar bu təşkilatı, Xalq Cəbhəsini yaratmağa qoymurlar? Bu cəbhə xalqın mənafeyi naminə hər şeydən keçməlidir. Kürsü qəhrəmanlarına inanmayın. Yalnız xalq yolunda can qoyanlara inanın. DQMV-də vəziyyət də o vaxt düzələr ki, Ermənistan oradan əl çəksin. Bizim böyüklərimiz bunun öhdəsindən gələ bilmir. Ona görə də təklif edirəm ki, bu cəbhəni yaradaq. Azərbaycan televiziyası bizi aldatdı. Bizim orqanlar torpağımızı qoruya bilməsələr xalq özü qoruyacaq. Əgər tələblərimizə əməl olunmasa tətil edilsin.

17.40. Tağı Xalisbəyli:

-Təklif edirəm - Sisyan yolu, Laçın yolu bağlanmalıdır. Qazax yolu bağlanmalıdır. Unutmaq olmaz ki, xalqımızın ənənələri var.

17.41. Ənvər:

Heç kəsə qulaq asmırıq. Qurtardı! Tələblərimiz qüvvəsində qalır (Əyləşdilər).

Meydanda tonqallar qalamışlar. Böyük bir dəstə “Qarabağ” (“Qarabağ, can Qarabağ, anayurdum!”) mahnısını oxuyur (xorla).

17.55. Nemət:

-6 nəfər partiyadan, 16 nəfər komsomoldan çıxarıldı. Bizi sizin mütəşəkkilliyiniz xilas etdi. Biz bu gün də mütəşəkkilliyimizi göstərək. Qadınlar dağılışsın.

Meydanda “Azərbaycan” mahnısını oxuyurlar (xorla). Qaranlıq tam düşür. İndi lampaların işığında yazıram.

18.00. Bir oğlan (qarabağlı) çox gözəl səslə “Qarabağ şikəstəsi” oxuyur. Camaatın çoxu onunbaşına toplaşıb. Tribunanı boşaltdılar. Bayrağı meydana endirdilər.

18.30. Sabir adlı birisi dedi ki, MK-dan heç kəs bizi saymayıb. Mikrofon tələb edək. Qoy rəhbərlərimiz də gəlib bizimlə birgə gözləsinlər.

19.20. Camaata havayı yemək (kolbasa, pendir, yumurta) payladılar. Günorta da belə etmişdilər.

Ənvərgil Vəzirovla söhbətə getdilər…» (4).

Vəzirovla görüşdə Nemət Pənahlı da iştirak edirdi və o bu barədə özünün «Əbədiyyət yolçusu kitabında yazır: «17-si Vəzirov bizi öz kabinetində qəbul etdi. Mən idi, Əbülfəzdi, Sabir Rüstəmxanlıydı, Qorxmaz və daha bir neçə silahdaşımız idi. Bir də bizə heç bir aidiyyatı olmayan Ənvər Əliyev idi. Vəzirov heç bizi danışmağa da qoymadı. Özü uzun bir nitq söyləyərək bildirdi ki, bütün tələblərimizə əməl olunacaq. Bu mənasız və cansıxıcı görüşdən sonra yenidən meydana qayıtdım…» (2, s. 157).

Ədalət Tahirzadə davam edir:

«19.25. Çox böyük (15-20 min) dəstə gedib camaata qoşuldu. Böyük ruh yüksəkliyi yarandı.

20.07. Böyük bir dəstə də gəlib qoşuldu. Qoca qadınlar ayaq üstə durub gözləyirlər. Qızlara mən də, başqa yoldaşlar da getməyi təklif etdik. Cavab verdilər ki, elə şey yoxdur, sabaha kimi burdayıq.

20.26. Xəbər gəldi ki, institutların axşam şöbəsinin tələbələri böyük dəstələrlə Hüsü Hacıyev küçəsindən gəlirlər bizə qovuşmağa.

20.35. Çox böyük bir dəstə gəldi. Deyəsən, həmin tələbələrdir. Eşitdik ki, Stepankertdəki nümayişdən sonra yenə Xocalıya hücum olub. Əsgərlərə çörək verdilər. Arada meydana göz yetirdim, artıq bütün meydan dolub, camaat bir ucdan gəlir.

Saat 9 olmasına baxmayaraq heç kəs getmir.

21.47. Xəliyəddinlə meydanı gəzişməyə çıxdıq. 5 nəfər kor bir dəstədə durmuşdu.

22.30. Şüarlar (transparantlar) gətirdilər:

“Rədd olsun Araz boyu tikanlı məftillər!”,

“30milyonluq azəri xalqı, azadlıq naminə birləşin!”.

Divarlara yapışdırmışlar:

“Ankara - Bakı”,

“Camaat, fəal olun!”,

“Vətən cəbhəsi”,

“Gedənlərə ar olsun!”.

Şüarlar qışqırırlar:

“Sum-qa-yıt!”,

“Təb-riz!”,

“Xan-kən-di!”,

“Mus-ta-fa-yev!” (İmam),

“A-zər-bay-can!”.

22.37. Bir oğlan şer deyir. Hər misrasını camaat xorla təkrar edir. Nəqəratı belədir: “Gedir əldən gözəl yurdum Qarabağ”.

22.46. Ənvər:

-6 nəfərin iştirakı ilə Azərinform məlumat hazırladı. Vəzirov dedi ki, Qarabağ məsələsi yaxın vaxtda həll ediləcək. (“Ya-lan-dır”). Deputatlar müəssisələrdə olacaq. “Zaman” xəbərlər proqramından sonra bu yığıncağımız, tələbimiz haqqında məlumat veriləcək. Topxanadan söhbət getdi. SSRİ DİN qüvvələri maşınların qabağını kəsib material gətirməyə qoymurlar (Fitə basdılar. “Ha-tə-mi” qışqırırlar). Səhərəcən buradayıq. Heç kəsə söz verilməyəcək.

“Qə-ti ca-vab!”.

22.55. Tələbə Qorxmaz danışmaq istədi, qoymadılar. “Ha-tə-mi!” qışqırırlar.

22.59. Hatəmi:

-Azərbaycan xalqı rəhbərliyinə inanmamalıdır, öz taleyimiz uğrunda mübarizə aparmalıyıq. Mən sizi dəvət edirəm ki, bazar günü 10 qat bundan artıq qüvvə ilə bura toplaşaq. Mən Xalq hərəkatı, onun rəhbərliyi adından xahiş edirəm ki, saat 12-də evlərə dağılaq…

23.03. Nemət dağılmağa çağırdı:

-Nümayişi təşkil edənlər gedir. Biz gedirik.

23.20. Camaat kütləvi şəkildə dağılışmağa başladı. 1-2 dəqəqədən sonra geri qayıtdılar.

23.30. Hatəmi, onun yanında bir oğlan (dünən Akademiyadakı mitinqdə peyğəmbərdən danışan) durmuşdular. Oğlan yenə danışırdı. Dini motivlər güclü idi. “Düşmənimiz birdir - Moskva. Radiasiyanı ölçmək üçün Türkiyədən adam çağıraq”.

23.40. Bir qız da bu biri tribunanın qarşısına camaatı topladı.

00.02-da meydandan çıxdıq…» (4).

Qayıdaq yenidən Nemət Pənahlının yazdıqlarına və Hatəmi-Nemət qarşıdurmasını öncə onun versiyasında gözdən keçirək: «…Yenə də çıxış edərək, Vəzirovla görüşümüz haqqında məlumat verdim. O axşam mən də dedim ki, əgər tələblərimiz yerinə yetirilməsə, meydanı boşaltmayacağıq. Beləliklə, 18 noyabr axşamı da meydan boşalmadı. O gecə meydanda qalan min nəfərin arasında tanımadıqlarım daha çox idi. Amma tanıdıqlarım da az deyildi. Adamlarla görüşlərimdən sonra belə qənaətə gəldim ki, mitinqi respublika rəhbərliyi və ya rəhbərlikdə təmsil olunan qruplar təşkil edib.

Bütün çıxşılarda Topxana meşəsindən danışılır, natiqlərin çıxışları sırf Dağlıq Qarabağ mövzusu ətrafında qurulurdu. Deyilənlərdən belə çıxırdı ki, guya Moskvanın bundan xəbəri yoxdur və məsələni yalnız Moskva müsbət həll edə bilər. Əlbəttə ki, bu tam yanlış fikir idi. Odur ki, ayın 19-dakı çıxışlarımda artıq xalqa bəzi həqiqətləri açmağa çalışdım. Qazaxıstan hadisəsini misal gətirərək dedim ki, Moskva bu məsələni bir gecədə həll elədi. Onu həll edə bilir, Qarabağ məsələsini yox?..

…Mövcud mitinqdə erməni-müsəlman münaqişəsi qızışdırılırdı və belə çıxırdı ki, biz də öz çıxışımızla düşmən dəyirmanına su tökürük. Qərara aldıq ki, mitinqi dağıdaq. Şənbə gününə mitinq elan edək. Və arada qazandığımız vaxt ərzində hadisləri təhlil edək, müəyyən nəticəyə gələk və altıncı günə təyin edilmiş mitinqə özümüz nəzarət edək. Lakin mənim mitinqi dağıtmaqla bağlı müraciətim birmənalı qarşılanmadı. Artıq müəyyən nüfuz qazanmağıma baxmayaraq, izdihamın içərisində məni xain elan edənlər də oldu. Hətta Məhəmməd Hatəmi də eyni mövqedən çıxış elədi…

Mənim mitinqi dağıtmaq cəhdim nəticəsiz qaldı. Meydanda üç-yüz, dörd yüz nəfər adam qalmışdı. Milis istəsəydi, daha doğrusu, milisə bir işarə verilsəydi, bu nümayişi çox asanlıqla dağıdardı. Amma görünür, rəhbərliyə - yalnız Moskvaya ümid bağlayan rəhbərliyə mitinqin dağıdılmaması lazım idi. Meydanın dağılmaması üçün rəhbərliyin atdığı addımlar da göz qabağında idi. Pulsuz paylanan xörəklər yoldan keçənləri də yoldan edib, meydana gətirirdi. ..

Mən bütün varlığımla inanırdım ki, meydanda hər hansı bir iğtişaşın baş verməsi nəticəsində qan dəryası yarana və milli azadlıq hərəkatı da bu dəryada boğula bilər. Düşmənə də elə bu lazım idi. Lazım idi ki, milli hərəkat milli zəmində çalxalanacaq qan dəryasında boğulub məhv olsun.

Axşamüstü meydandan yataqxanaya getmək fikrinə düşdüm. Amma hiss etdim ki, deyəsən, meydandan ayrıla bilmirəm, bura toplaşmış insanların mənə ehtiyacı var. Mənə ümid edir və arxalanırlar.

İlahi, qismətimə yazılan, çiynimə tüklənən bu ağır yükə tab gəyirə biləcəyəmmi?

Elə bu fikirlərlə dincəlmək məqsədilə mikrofondan yenicə ayrılmışdım ki, məni tribunanın arxasında dövlət nümyəndələrinin və onların göstərişi ilə hərəkət edən «ziyalı»ların oturduqları salona çağırdılar. Salona girib gördüm ki, Ənvər Əliyev Fətulla Hüseynovla Fuad Musyevin önündə durub onlara yalvarır ki, onu bu oyundan kənar etsinlər. O, artıq ona tapşırılmış işin öhdəsindən heç cür gələ bilmir. Qurxur. Burada baş verə biləcək hər hansı bir hadisəyə görə məsuliyyət daşımaq istəmir. O deyirdi ki, iki gün mitinqi idarə etdim, yetər, artıq bacarmıram, məni üç yüz manat cərimə edin və oyundan çıxardın.

Məni dəhşət bürüdü. Demək, narahatçılığım, həyacanlarım əsassız deyildi. Demək, yanılmamışam, hisslərim məni aldatmayıb. İlk gündən şübhə ilə yanaşdığım Ənvər Əliyev eynən keşiş Qapon kimi öz rolunu oynayıb meydanı tərk etmək istəyirdi. Onun yalvarakən işlətdiyi bəzi cümlələr qulağımda yenidən əks-səda kimi səslənməyə başladı:

«Mən öz missiyamı yerinə yetirdim».

«Artıq mənlik bir iş yoxdur».

«Artıq bu izdihamın qabağında dura bilmirəm».

Bəli, bu izdihamın qabağında dura bilmək insandan xüsusi hünər istəyirdi. İzdihamsa günbəgün artaraq böyüyürdü.

Düşündüm ki, gör aramızda hələ nə qədər Ənvər kimilər var. İzdiham böyüyür, çalxalanan dənizi, məcrasından çıxan coşqun çayı xatırladırdı. Və onu məcrasından çıxaranlar indi təşviş içində idilər.


Download 12,01 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish