Bəxtiyar Tuncay DÜnyani siLKƏLƏYƏN 17 GÜn baki 2016 I fəSİL



Download 12,01 Mb.
bet30/39
Sana26.06.2017
Hajmi12,01 Mb.
#16001
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

Yəhya Məmmədov
18.00. Camaatın böyük əksəriyyəti meydandadır (təx. 700 min nəfər).

Nemət hökumət üzvləri ilə komendant saatının tətbiqinin dayandırılması barədə haqqında danışıq aparır.

“Topxanada iş gedir, Bakıda nümayiş gedir” (xorla).

18.50. Nemət aşağıdan baş tribunaya çıxdı. Onu görən xalq gurultulu alqışlarla qarşıladı.

18.55. Elan verildi ki, 30 ucadan danışanın hamısı sındırılıb (7 gündə). Ehtiyat hissələri yoxdur. Uşaqlar oradan düşsünlər, bir də qalxmasınlar.

19.30. Nemət:

- Qoy vəziyyəti S.Rüstəmxanlı, B.Vahabzadə başa salsınlar, təhlil etsinlər. Bu gün Azərbaycanın müqəddəratı həll olunur.

19.31. Xəlil Rza:

- ... Qazax, Laçın, Gədəbəy torpaqlarını altdan satanlara ar olsun! “Ar olsun” azdır, onları məhkəməyə vermək lazımdır. Onlar məhkəmədə cavab verməlidir! Bizim sıramızda çoxlu işsizlər, evsizlər, çörəksizlər var. Onların deyilənlərlə təchizatı bu gecə həyata keçirilsin. Azərbaycan milli hərəkatını işıqlandıran materiallar mətbuatda verilsin. Bizim işimizin qızğın vaxtında xanəndəni oxudurlar. Azərbaycan xalqına xidmət etməyən “Azərbaycan” dərgisi qapadılsın. Azərbaycan SSR-in nümayişləri məhdudlaşdıran qanununa lənət! 

Türkazərcə bilməyənlərin vəzifədə qalması qeyri-qanuni sayılsın! Nersesyan kimi adamlar rədd olsun! Ermənistandan bizə dinamit və s. şeylər gətirilən yollar qapadılsın.

Sizi Xalq Cəbhəsi yaratmağa çağırıram. Onun hər yerdə dayaq nöqtələri olmalıdır. Belə dəstələr mənə bəllidir. Onlara alqış! Vətən cəbhəsində birləşsinlər. “Molodyoj Azerbaydjana” qəzetinin igid redaktoru Nəcəf Nəcəfova eşq olsun! Daşnakçılığın kökləri Parisdədir, Moskvadadır. Biz onun köklərini kəsməyə and içirik. (“Andiçirik!”).

Mənə pıçıldayırlar ki, korlar cəmiyyəti aclıq elan edib. Eşq olsun başda Kərim, Faiq olmaqla açıq gözlü korlara! (“Eşq olsun!”).

Qarabağdan, Sədərəkdən... gələnlərə eşq olsun! Düşmən bizi qanlı qisasla hədələyir. Bakıya bəlkə də tanklar girəcək. Biz hamımız çəkiləcəyik öz evimizə. (Fit). Biz keçirik dinc nümayişə, dinc tətilə. (“Tə-til!”, “tə-til!”).

Biz hökumətə iki həftə vaxt veririk; gələn bazar yox, o biri bazaradək. Sizi ümumazərbaycan tətilinə çağırıram. Neft verməməli, qaz verməməli! Evdə oturacağıq. (“Tətil!”, “tətil!”).

20.07. Kimsə: 

- Nümayişlər tarixində, heç bir millətin tarixində belə mübarizə forması olmamışdır.

20.10. Nemət:

- Ağsaqqallarımız gəlsin. Biz söz danışmışdıq. Sözümüzə də əməl etməliyik. Qoy Bəxtiyar, Sabir vəziyyəti təhlil etsinlər. Sonra baxaq görək nə edirik. Çox gərgin vəziyyətdir.

20.14. Tağı Xalisbəyli:

- And içirəm ki, bu nümayişi burda deyil, evdə keçirək. Mən günahı boynumdan atıram.

20.15. Nemət:

- And içmişik, geriyə yol yoxdur. Onsuz da, tətil ümumazərbaycan tətili elan edilib. Qeyrəti olanlar qoşulsunlar.

20.15. Sabir Rüstəmxanlı:

- Bu gün də danışmaqdan səsimiz də dəyişib. Bu yeddi gündə o qədər tələb vermişik ki, sonsuz. Burda nə qədər adam varsa o qədər dərd var - Azərbaycan dərdi. Bu xalq qılınc meydanlarında çox vaxt qələbə qazanıb, ancaq ağıl meydanlarında bizi çox aldadıblar. Biz universitet keçmişik bu meydanda. Üzümüzü sizə tuturam. Siz bizə inanmısınız. Biz də sizə inanmalıyıq. Qaymaq bağlayan vaxtı xalqımızın üzünü yığıblar. Heyf, ağsaqqallarımız azdır. Bu meydan mənim, Nemətin meydanı deyil. Bəlkə də o ağsaqqallar xəstədir, kimdənsə qorxur. Mən heç şeydən qorxmuram. Bir fəhlənin və bir yazıçının umuduna qalan xalq onlara inanmalıdır. Biz geri çəkilmirik. Son anadək mübarizəmiz davam edəcək. Mən geri çəkilmirəm. Mən qorxmuram nüfuzumun itməyindən. Heç vaxt xalqımın mənafeyindən əl çəkmərəm. Bizim hərəkatımız şəhərin əsəblərini tarıma çəkib. Biz bu gün buradayıq - sabah evdə ola bilərik, işə çıxarıq - əlimizi ağdan-qaraya vurmaya bilərik. Gərək bu meydana yad çəkmələr dəyməsin. Mən xalqın qarşısında nüfuzumu itirməyə hazıram. Ancaq cəsarətlə deyirəm: biz tətili davam etdirməliyik. Əgər vaxtında hökumət bizə cavab versəydi belə olmazdı.



Tətil” nə deməkdir? Bakının bütün müəssisələrində iş dayandırılmalıdır. Biz zavodlarda, evlərdə oturub işi dayandıracağıq. Sizin vicdanınıza, mənə inanmısınızsa, üz tuturam. Sizin birinizin burda burnu qanasa mən öz vicdanım qarşısında əzab çəkərəm. Hərbi vəziyyət dünən olmalı idi. Mən söz verdim ki, xalqımızı oradan dağıdarıq. Xalq mənə inanar. Mənə etiraz edənlərin sayı azdır. Dünyaya sübut etməliyik ki, biz yığıla bildiyimiz kimi dağıla da bilərik. Biz Bakını ölü şəhər elan edirik. Qoy neft zavodları dayansın. Təyyarələr dayansın, görsünlər ki, Bakı nefti nə deməkdir. Elə dalğalar var ki, onun altından üzüb keçmək lazımdır.

20.36. Aydın Məmmədov:

- Mən danışmağa naşı deyiləm. Ancaq indi çox çətinlik çəkirəm. Bu gün artıq söhbətlərə ehtiyac yoxdur. Bütün vicdanımla bir həqiqəti deməliyəm: biz lazım olan anda qərar çıxara bilmədiyimizə görə çox uduzmuşuq. Mən şəxsən özüm nə qədər həyatım varsa tələbləriniz uğrunda vuruşacağam. Bunu yalnız ölüm dayandıra bilər. Əziyyətdən, qorxudan əl çəkməliyik. Bu deyilən sözlərə inanın. Bizim Nemətlərimizə düzgün qiymət verməyənlərə öz gücümüzü göstərək.

20.43. Vurqun Əyyubov:

- Qardaşlar, gəlin bugünkü vəziyyətimizi düzgün qiymətləndirək. Neftayırma zavodları, Neft daşları dayanmalıdır. And içək ki, sabahdan tətil edəcəyik.

20.43. Kamal Abdullayev:

- Xalqın arzusu da var, ürəyi də var. Nəyəsə inanmalıyıq. Burada bir heykəl qoysunlar ki, gələcəkdə də bu işimizi xatırlayaq. Biz kişiliyimizi sübut etdik, tətilin də müxtəlif formaları var. Bəsdir emosiyalar. Biz tətilin o biri formasından da istifadə edə bilərik. Yaşasın Azərbaycan mütəşəkkilliyi! Hərbi vəziyyət, yaxud xüsusi vəziyyət qoyular, qoyulacaq da. Biz gərək sakitcə tətilin bir formasından başqasına keçməyi bacaraq.

20.54. Balaca qız çox yaxşı şer söylədi.

20.55. Nüsrət Kəsəmənli:

- Bizim bir faciəmiz var ki, bu 7 gündə nə qədər adamımız xəstə olub, əsəb xəstəliyinə tutulub. Biz bu tədrici ölümdən xilas olmalıyıq. Biz elə yola düşmüşük ki, geriyə yol yoxdur. Vəziyyəti başa salırıq. Əli yalın heç nə edə bilmərik. Biz tətilə hazırıq. Sabah işə çıxmırıq. Tətilə keçəcəyik. O vaxtadək ki, DQ-ın muxtariyyəti ləğv ediləcək. Bir nəfər də işə çıxmasın. Ancaq dağılırıq.

21.00. Nemət. (“Tətil, “tətil”).

- Məktub gəlib ki, Yəhya Məmmədovu tutublar? Ancaq o burada çıxış edib, yenə də edəcək.

21.05. Y.Məmmədov:

-Məni xalq seçib, xalq da çıxara bilər. Mən sizi hər şeydən qabaq qələbə münasibəti ilə təbrik edirəm! Nə qədər ki tələblərimiz yerinə yetirilməyib, mübarizə aparacağıq. Mən gecə-gündüz burada sizin yerinizə duraram. Sizdən xahiş edirəm, diz çökürəm, gəlin xalqımızın adını uca tutaq.

20.05. Nemət:

- Düşmən başımızın üstünü alıb. Bu gün hərbi vəziyyət elan edilib. 12-yədək burada kim qalsa qan su yerinə axıdılacaq. Biz dövlətimizə də inamımızı itirdik. Bakıya hərbi hissə yeridilirsə, bizə belə hökumət lazım deyil. Xalqın üzünə çıxmayan Ali Sovet bizə gərək deyil. Tanklarla vuruşmaq bütün Azərbaycan xalqının məğlubiyyəti olar. Öz dövlətimizin razılığını almadan hərbi vəziyyət elan edə bilməzdilər. Ancaq xalqın tələbini yerinə yetirməkdənsə üstümüzə ordu çağırdılar. Tələblərimiz yerinə yetirilməyincə illərlə də olsa, evdə oturacağıq. Gəncədə üç rus əsgəri öldürülüb. O, qızğındır, qudurğandır. Qanımıza susayıb. Divin canı şüşədə, göyərçindədir. O divin göyərçini bizim əlimizdədir. Bütün Bakı neftini, fəhləsini iki həftə dayandırsaq, həmin div məhv olacaqdır. Bizim dərdimiz tək Qarabağ deyil. Bütün dünya azərbaycanlıları gözünü bizə dikib. And içirik Babəkin, Koroğlunun xatirəsinə, Nəsiminin imanına, xalqımızı salamat saxlayacağıq! Şeyx Məhəmməd Xiyabaninin sözünü sizə çatdırıram: “Bir xalqın müstəqilliyi yoxdursa o, kölədir”.

Bu gün düşmən bayraqları ucaldırıq. Bu xalqın sərvəti hanı? Cavidin heykəli üçün xalqdan pul yığırıq. Son damla qanımızadək övladlarımızı yalnız bu ruhda tərbiyə etməliyik. Bizim düşmənlərimiz o qədər bişərəfdirlər ki, əliyalın xalqın üstünə tank yeridir. İşə çıxmayacağıq. İllərlə də olsa!

(21.20). Bir qadın:

- Sizi aldadırlar. Yerinizdə möhkəm durun!

Başqa qadın:

- Məndən qabaq danışan qadın dəlidir, başı xarabdır, ona inanmayın.

Nemət:

- Öldü var, döndü yox! (Camaat təkrar etdi).

Azərbaycan Milli Azadlıq Hərəkatını boğmağa hazırlaşan rus sovet ordusu
sgərlərə qalmasın deyə bütün odunları yandırmağa başladılar. Bir neçə yerdə böyük tonqallarqalandı).(“Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycanmisrası ilə başlanan Şəhriyar şerini söylədi. “Əllə ver, üsyan elə, oyan, oyan, Azərbaycan!” misrasını xüsusi vurğu ilə dedi və “Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycanmisrası ilə bütün içini, duyğularını açdı).

Məktub almışam ki, Nemət televiziyada çıxış edib bunu desin. Mən o məsuliyyəti boynuma götürmürəm. Hökumətə iki həftə vaxt veririk. İki həftə bütün Azərbaycan üzrə tətil elan edirik. İşə çıxan ziyalılar, fəhlələr biqeyrətdir, bişərəf-dir. Xalqa qoşulmayanlara ölüm!

Bu quruluşu quran sağ olsaydı yanımıza gələrdi. Ancaq onun quruluşunda bizim qarşımıza çıxan olmadı. Mənə yazıblar ki, düş xalqın içinə, inanmayanlar da sənin ardınca getsin. Mən düşürəm sizing içinizə.(“Ne-mət!”, “Ne-mət!”).

21.35. Xalq Neməti çiyninə alıb. İzdihamAzərbaycanmehmanxanasına doğru yönəldi. OnuNe-mət”, “Ne-mətqışqıra-qışqıra gurultulu, sürəkli alqışlarla müşayiət edirlər.

21.45. Camaat yarısı getdi, yarısı qaldı. Tribunalar yerindən tərpənməyib uğuldayır, guruldayır

Dostum Bəhram Zeynalovla meydandan çıxıb, “28 aprel” metro stansiyasına getdik. İçəri girib pul xırdalamaq istədik. Dedilər ki, metro havayıdır. (Taksinin də üstündə “tətilçilər üçün” yazılmışdı və yəqin ki, pulsuz idi, çünki dünən elan etdilər ki, Avtomobil Nəqliyyatı Nazirliyi bizimlədir və nəqliyyatı pulsuz işlədəcək.

23.00. Evə çatan kimi televiziyada Az. SSR Ali Soveti RH-nin sədri Süleyman Tatlıyevin Bakıdahərbi vəziyyət elan edilməsi haqqında qərarı oxuduğunu gördüm. (Bu gün Ali Sovet növbədənkənar sessiya çağırmalı idi ki, Dağlıq Qarabağda muxtariyyəti ləğv etsin, ancaq təəssüf ki, doğma Ali Sovetimizə bu, müyəssər olmadı. O, muxtariyyəti qorumaq üçün doğma Bakıda gündə beşcə saatlıq qadağan vaxtı müəyyənləşdirdi). Yaxşı ki, S. Tatlıyevdən sonra televiziyada Anarın “Üzeyir ömrü” adlı 2 hissəli filmi göstərildi. Burada Şuşadan, Qarabağdan çox danışılır. Deməli, doğma rəhbərliyimiz Qarabağı bizdən heç də az sevmirmiş!..

“Kommuist” qəzeti bu gün 3-üncü səhifəsini mitinqlərə həsr edib. Başda S. Rüstəmxanlının mikrofonla danışan fotosu, onun yanında isə meydandakı camaatın geniş təsviri verilib. Dünənki televiziya ilə birbaşa translyasiyadan da danışır. Eşitdiyimizə görə, Yerevanda da mitinqlərdir. Bəli, biz burada bu cür qızışırıq, ermənilər isə Yerevanda...» (4).

Rus ordusu Meydanı əhatəyə alıb
Meydanın yarısı çıxıb getdi. Yarısı isə qaldı. Yenə də Məhəmməd Hatəminin başçılıq etdiyi Xalq Hərəkatı Cəbhəsinin «qızılbaş»ları öz sözün dedilər, meydanı dağılmağa qoymadılar.

Bəli, meydanı dağılmağa, rus ordusunun meydana hakim olmasına biz – qızılbaşlar imkan vermədik. Əks təqdirdə 23 noyabr fasiləsiz mitinqin son günü olacaqdı. Məhəmməd Hatəminin yazdıqlarından belə görünür ki, orduya meydanı işğal etmək əmri hələ verilməmişdi:

Qoşun meydanı əhatə edəndən bir az sonra respublika komissarı general Ə. Qasımov meydanda göründü. Görüşüb ikilikdə söhbət etdik. Məni arxayın etdi ki, qoşundan meydana xəta gəlməyəcək. (Ə. Qasımovun dediyindən apaydın görünür ki, qoşun Nemətin meydanı dağıda bilməsinə səbəb, amil, kənardan yardımçı olmaq məqsədilə buraya göndərilmişdir, başqa niyyətlə yox). O belə deməsə idi, həmin gün meydanın dağılmasına bəlkə mən də tərəfdar olacaq, hazırda və gələcəkdə Azərbaycandakı siyasi olayların gedişi, istiqaməti, milli mücadiləmizin taleyi, olsun ki, başqa şəkil alacaqdı” (1).

Nemət Pənahlının aşağıdakı fikri də mövzumuz baxımından çox maraqlıdır: «Nümayişi dağıtmaq, meydandan getmək üçün mənə edilən təkliflər nəticəsiz qalsa da, görürdüm ki, silahdaşlarımın əksəriyyəti sınıblar, əyiliblər. Onların bir-bir meydanı tərk etməsi, qalmaqda məna görmədiklərini bəyan etmələri, meydanı istər-istəməz, az da olsa, seyrəldirdi. Kim bilir, Sabir Rüstəmxanlının ardınca neçə min adam meydanı tərk elədi?

Vəziyyət o yerə gəlib çıxdı ki, meydanda xalqın qulaq asdığı iki adam qaldı: mən və məndən də radikal mövqe tutan Hatəmi» (2, s. 170).
Qaynaqça


  1. Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz.,18 sentyabr 1993.

  2. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  3. Press Fakt” qəzeti, 17-23 yanvar 1997, No-02 (111).

  4. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).


Download 12,01 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish