2008 –ci il. OPEK-ə daxil olmaq barədə Boliviya, Sudan və Suriya öz məramlarini bildirmişlər.
2008 -ci il. İyulun 11-də dünya bazarinda 1 barrel neftin qiyməti rekord həddə - 147 dollara qədər yüksəlir və bundan sonra enməyə başlayır.
2008 -ci il. “Palmali” və “SOCAR” 520 milyon dollara Türkiyənin “Tekfen İnshaat” tikinti şirkətinin 50% səhmlərini almışlar.
2008 -ci il. Bakıda “Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası” mövzusunda beynəlxalq konfrans keçirilmışdir.
2008 -ci il. Noyabrın 14-də Bakı şəhərində Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Transxəzər layihəsinin gerçəkləşdirilməsinin əsas prinsipləri haqqında Saziş” imzalanmışdır.
2008 -ci il. Dekabrın 25-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun təməlinin qoyulmasının 30-cu ildönümünə həsr olunmuş yubiley mərasimi keçirilmışdir.
2008 -ci il. Azərbaycanda 44,5 mln. ton neft və 22,9 mlrd. kub metr qaz istehsal olunmuşdur.
2009-сu il. Mart ayının əvvəlində Bakıda ARDNŞ-nin Ortaq neft şirkəti və “Total E & P Abşeron Bi.Vi” arasında “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazış” imzalanmışdır. (1997-ci ilin avqustun 1-də ARDNŞ, “Şevron” və “Total” şirkətlərinin iştirak payı ilə imzalanmış sazişə 2003-cü ildə xitam verilmişdi).
2009-сu il. Aprelin 9-da ARDNŞ-də İsveçin «Tyco Thermal Controls» şirkəti tərəfindən hazırlanmış neft quyularının, borularının və rezervuarlarının qizdırılmasının yeni texnologiyası təqdim edilmışdir
2009-cu il. Rusiyada həmyerlimiz, Sankt-Peterburq dövlət dəniz texniki universitetinin fəxri doktoru, Rusiya mühəndislər akademiyasının əcnəbi üzvü, Ukrayna nəqliyyat akademiyasının həqiqi üzvü, Beynəlxalq mühəndislər akademiyasının müxbir üzvü R.N.Qarayevin V.N.Razuvayevin və A.S. Portnoyun həmmüəllifləri olduğu “Okean texnikası və şelfdə dəniz əməliyyatları” adlı kitabı çapdan çıxmışdır və Rusiya gəmiqayırma və okean texnikası ( okean texnikası – kontinental şelfdə elmi-tədqiqat və texnoloji-istehsal əməliyyatları həyata keçirən gəmilərin və üzən texniki vasitələrin birgə öyrənilməsi üzrə elmdir) sahəsində ali təhsil ocaqlqrı üçün Rusiya təhsil və elm nazirliyi tərəfindən təsdiq edilmışdir. Bu qeyri-adi dərslik, dəniz ədəbiyyatında analoqu olmayan, azərbaycan neftçilərinin pioner olduqları dəniz şelfində neft-qaz əməliyyatları aparılmasına başlandığı dövrdən bugünə qədərki dövrə qədər olan dəniz qurğuları və texnologiyaları barədə bir ensiklopediyadır. Bu Rusiyada çap olunmuş, dəniz şelfində neft yataqlarının işlənməsi ilə əlaqədar öz peşəkar fəaliyyətlərini davam etdirəcək gələcək dəniz mühəndisləri üçün ilk nəşrdir.
2009-cu il. ARDNŞ-nin və Qlobal Qaz Emissiyaları üzrə Əməkdaşlıq Təşkilatının (GGFR) təşəbbüsü ilə Bakıda “Qlobal iqlim dəyişmələri ilə bağlı Azərbaycanda istilik effekti yaradan qazların idarə edilməsi” mövzusunda elmi-texniki konfrans keçirilmişdir.
2009-cu il. Son 28 ildə ilk dəfə ARDNŞ kənardan kömək olmadan iri qaz-kondensat yatağı olan “Ümid”in işlənməsinə başlamışdır. Belə güman edilir ki, “Ümid” yatağı tezliklə “Günəşli” yatağı ilə rəqabət aparmaq gücünə malik olacaqdır. Burada inşa edilmış “Ümid-1” dərin özülü 6400 m dıərinliyində 6 qaz quyusunun qazılmasını nəzərdə tutur.
2009-cu il. ARDNŞ və DB Petroleum şirkəti (BƏƏ) quru sahəsində yerləşən Buzovna-Maştağa yatağının işlənməsi üzrə “prodakşn-şerinq” (PSA) tipli saziş imzalamışlar.
2009- cu uil. İyunun 29 - da Bakıda ARDNŞ ilə Rusiyanın “Qazprom” şirkəti arasında 1 yanvar 2010- cu ildən 500 mln. kub metr azərbaycan qazının göndərilməsi barədə (növbəti illərdə bu həcmin artması şərt ilə) saziş imzalanmışdır.