1963 -cü il. “Saut Penn” və “Zapata” şirkətlərinin birləşməsindən “Pennzoyl” (ABŞ) neft şirkəti yaradılmlşdır.
1964 -cü il. Şimal dənizində axtarış və kəşfiyyat işləri başlanılır.
1964 -cü il. “Kimya” və “Yeraltı sərvətlər” Moskva nəşriyyatları yaranır.
1964-cü il. O dövr üçün nəhəng olan və SSRİ-dən neftin Şərqi Avropa ölkəıəri – Polşaya və ADR (Almaniya Demokratik Respublikası) ötürülməsini təmin edən “Dostluq” neft kəməri istifadəyə verilmışdir. 1964 -cü il. Mayeləşdirilmiş qazın qitələrarası müntəzəm təchizatı başlanılır.
1965 -ci il. SSRİ Qaz sənayesi nazirliyi yaranır.
1965 -ci il. Kazanda Tatarıstanın elmi - tədqiqat institutunun şöbəsinin əsasında “Karbohidrogen xammal ehtiyatları üzrə Ümumittifaq Elmi- tədqiqat İnstitutu” yaranır.
1965 -ci il. SSRİ-də ilk dəfə Azərbaycan Respublikasının Elmlər Akademiyasının tərkibində xüsusi Aşqarlar kimyası institutu yaradılır.
1965 -ci il. Yük qaldırma qabilliyyəti 250 ton olan, özü hərəkət edən kran gəmisı “KOROĞLU” inşa edilir və istismara verilir. Bu kran-gəmisi dənizin su qatının 100 metr dərinliyində iribloklu özüllərin quraşdırılmasına imkan verir.
1965 -ci il. Sibirdə (Rusiya) dünyanın ən iri yataqları sırasına daxil olan nəhəng neft yatağı-“Samotlor” aşkar olunur. Onun sənaye əhəmiyyətli başlanğıc neft ehtiyatları 47 mlrd. kub m-dən çox hesablanıb.
1966 -cı il. Kürsəngidə yeni neft və qaz yatağı aşkar edilir.
1966 -cı il. Orenburq (Rusiya) qaz- kondensant yatağında ilk qaz fontanı vurur.
1966 -cı il. Buxara- Ural мagistral qaz kəməri istismara buraxılır.
1966-cı il. SSRİ-də ilk dəfə neft laylarına istiliklə təsir üsulları Bakıda yerləşən Ümumittifaq Qaz Sənayesi Elmi-Tədqiqat və Layihə institutunun (1991-ci ildən – AzNQSDETLİ) alimləri tərəfindən təklif olunur.
1966 -cı il. “AMOKO” şirkəti (ABŞ) Şimal dənizinin ingilis sektorunda ilk təbii qaz yatağını kəşf edib.
1967 -ci il. İsrail və ərəb ölkələri ittifaqı arasında 6 günlük müharibə. Səudiyyə Ərəbistanı “Aramko”nu ABŞ və Böyük Britaniyaya neft təchizatına embarqo qoymağa məcbur edir. Üçüncü neft böhranı. Neftin dünya bazarına çıxarlması 2 ay ərzində gündə 2 mılyon barrel azaldılır. Neftin dünya qiyməti təqribən 20% artdı.
1968 -ci il. Alyaska ştatının (ABŞ) ərazisində böyük neft yataqları tapılır. Beləki, avqust ayında “Pradho-Bey” neft-qaz yatağının açılması barədə elan olunur. Bu yatağın çıxarıla bilən neft ehtiyatı 10 mlrd. bareldən çoxdur (təqribən 1,6 mlrd. t).