sahibkarlıq
fəaliyyətidir
.
Sahibkarlıq fəaliyyəti
dedikdə, fayda (mənfəət) əldə
etmək məqsədilə öz riski əsasında müstəqil, sistematik olaraq
məhsul istehsal etmək, xidmət göstərmək və ticarətlə məşğul
olmaq fəaliyyətidir. ĺqtisadi ədəbiyyatda sahibkar, sahibkarlıq
fəaliyyəti ilə bağlı müxtəlif fikirlərə rast gəlmək mümkündür.
ĺngilis iqtisadçısı R.Kantilyona (1680-1734) görə, feoda-
lizm cəmiyyətindəki torpaq mülkiyyətçilərinə və müxtəlif
növlü muzdurlara, yeni iqtisadi sistemdə, kapitalizmdə
mənfəət götürmək məqsədilə digərlərindən məhsulu müəyyən
qiymətə alaraq, bazarda özünə hələ də məlum olmayan
qiymətə satmağa çalışan (deməli risk edən) yeni insanlar qrupu
əlavə olunmuşdur. O, bu insanları sahibkar adlandırır.
Kantilyonun fikrincə, sahibkarlıq xüsusi növ iqtisadi vəzifə
olub müxtəlif növ bazarlarda əmtəələrə olan tələblə təklif
arasında uyğunluq yaratmağa çalışır.
A.Smit (1723-1790) isə sahibkarı öz istehsalını
planlaşdıran və təşkil edən, onun nəticələri üzərində müstəqil
sərəncam verən, mənfəət götürmək məqsədilə kommersiya ilə
bağlı hər hansı bir ideyanı reallaşdırmaq üçün risk edən
mülkiyyətçi kimi səciyyələndirirdi.
Fransız iqtisadçısı J.B.Sey (1767- 1832) də sahibkarı risk
etməsinə baxmayaraq, mənfəət götürmək məqsədilə hər hansı
bir məhsul istehsal edən şəxs kimi qələmə almışdı. O,
sahibkarlıq mənfəətini təmin edən iqtisadi mühiti-bazar
mühitini ətraflı tədqiq etmişdir. Onun fikrincə, sahibkar
mənfəəti əldə etmək üçün sahibkarın yerinə yetirdiyi vəzifələr
yaradıcı xarakter daşıyır.
Sahibkarlıq fəaliyyəti haqqında alman iqtisadçısı
V.Zombartın (1863-1944) fikirləri müəyyən qədər fərqlənir. O,
sahibkarlıq fəaliyyəti qarşısında duran məqsədi iki yerə: əsas
və asılı məqsədlərə bölmüşdür. Onun fikrincə sahibkarlıq
234
fəaliyyətinin əsas məqsədi daim inkişaf etmək, çiçəklənmək,
genişlənməkdir. Bu məqsədə çatmaq üçün sahibkar risk
etməyə hazır olmalı, inadkarlıq və inam göstərməli, ümumi
mənafe naminə bir çox insanları işə cəlb etməyi bacarmalıdır.
Zobmarta görə, mənfəət əldə etmək sahibkarın ikinci dərəcəli,
asılı məqsədidir. Bəs, görəsən mənfəət əldə etməsə, sahibkar
necə inkişaf edə, çiçəklənə bilər?
Avstriya iqtisadçısı J.Sumpeterin (1883- 1950) sahib-
karlıq haqqında fikirləri də maraqlıdır. O, sahibkarı hər şeydən
əvvəl yenilikçi adlandırır. Onun fikrincə sahibkar olmaq
digərlərinin edə bilmədiklərini etmək, yenilik tapmaq,
köhnəliyə qarşı çıxmaq, ağıllı risk etmək
демякдир
. Sumpeter
yazır ki, sahibkarlıq fəaliyyətinin subyekti kimi, həm
mülkiyyətçinin özü, həm də firmanın, bankın, səhmdar
cəmiyyətin idarəedicisi (direktoru, meneceri və.s) çıxış edə
bilər.
Dahi nəzəriyyəçi N.Marks (1818-1883) sahibkarla
mülkiyyət sahibi olan kapitalisti bir-birindən ayırmamıs, onları
eyniləşdirmişdir. Buna görə də marksist iqtisadi nəzəriyyədə
sahibkarlıq ayrıca iqtisadi kateqoriya kimi tədqiq olun-
mamışdır.
A. Marşal, C.M.Keyns və başqaları da sahibkarlığı,
sahibkarlıq fəaliyyətini bu və ya digər dərəcədə tədqiq etmişlər.
Müasir dövrdə sahibkarlıq fəaliyyəti dedikdə, təsərrüfat
subyektlərinin mənfəət və ya şəxsi gəlir əldə etmək məqsə-
dilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti əsasında,
qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin
bütün növləri üzrə həyata keçirdikləri təşəbbüskarlıq fəaliyyəti
nəzərdə tutulur.
Sahibkarlıq fəaliyyəti mürəkkəb iqtisadi məzmuna
malikdir. Bir tərəfdən o, iqtisadi kateqoriya olmaqla bazar
subyektləri arasındakı çoxsahəli iqtisadi münasibətləri (məhsul
və xidmətlərin istehsalı, mübadiləsi, bölgüsü və.s) özündə əks
235
etdirir. Digər tərəfdən sahibkarlıq səmərəli təsərrüfatçılıq
tipidir. Belə ki, sahibkar daha çox mənfəət əldə etmək üçün
elmi-texniki tərəqqinin yeniliklərindən, mütərəqqi əmək
üsullarından və sairədən istifadə edərək özünün iqtisadi
fəaliyyətini daha səmərəli həyata keçirməyə çalışır. Üçüncü
tərəfdən sahibkarlıq mütərəqqi iqtisadi təfəkkürdür. Belə ki,
mütərəqqi iqtisadi təfəkkürlü sahibkar dövrün tələbatına uyğun
məhsul və xidmətlər istehsal edir, daha mütərəqqi üsullarla
xidmət göstərir, ictimai həyatın müxtəlif sahələrində ciddi
qənaət rejiminə riayət edir, ətraf mühitin qorunmasına çalışır
və.s.
Sahibkarlıq fəaliyyətinin zəruri şərti iqtisadi azadlığın
olmasıdır.
Do'stlaringiz bilan baham: |