Азярбайъан кооперасийа университетинин дярсликляри


§2. Məcmu tələb və təklif



Download 5,45 Mb.
Pdf ko'rish
bet165/276
Sana15.12.2022
Hajmi5,45 Mb.
#886707
TuriDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   276
Bog'liq
Azf-266611

§2. Məcmu tələb və təklif 
 
Makroiqtisadi tarazlığı daha aydın başa düşmək üçün 
onun qarşılaşan tərəfləri olan məcmu tələbi və təklifi nəzərdən 
keçirək. ―Məcmu tələb‖ məhfumu iqtisadiyyatın müxtəlif 
bölmələrinin həmin vaxt ərzində xərcləməyə hazır olduğu 
pulun məcmu həcmini bildirir. 
Məcmu tələb
(AD-agregate 
demand) dedikdə, milli iqtisadiyyatda yaradılmış bütün son 
məhsul və xidmətlərin alınması üçün iqtisadi subyektlərin 
hamısı tərəfindən planlaşdırılmış məcmu xərclər başa düşülür: 
AD=C + İ + G + Nx 
Burada: C - ev təsərrüfatlarının istehlak xərcləri; 
İ- xüsusi bölmənin investisiya xərcləri; 
G – dövlət xərcləri; 


416 
Nx – xalis ixrac. 
Məcmu tələbin çox hissəsini (50%) əhalinin istehlak 
xərcləri, 30%-ə yaxınını dövlət xərcləri, 15-20% -ni xüsusi 
bölmənin investisiya xərcləri təşkil edir. 
Məcmu tələbin səviyyəsinə bir çox amillər təsir edir. 
Bunlara real milli gəlirin səviyyəsi, yığılmış əmlakın səviyyəsi, 
dövlətin maliyyə, pul-kredit siyasəti və s. Onun səviyyəsinə 
təsir edən əsas amillərdən biri də ölkədə qiymətlərin ümumi 
səviyyəsidir. 
İqtisadi nəzəriyyədə məcmu tələb kəmiyyətinin qiymət- 
lərinin səviyyəsindən azalan asılılıq qanunu nəzəri cəhətdən 
əsaslandırılır. Bu qanun qiymətlərin dəyişməsi (artırılması) 
nəticəsində iqtisadiyyatda baş verən üç effektin (təsirin) 
xarakterinə əsasalanır: 
a)
faiz dərəcəsi effekti, belə ki, qiymətlərin səviyyəsinin 
artması (digər amillər sabit qaldıqda) pula tələbin artmasına 
səbəb olur. Bunun nəticəsində isə faiz dərəcəsi yüksəlir. Faiz 
dərəcəsinin yüksəlməsi isə investisiya qoyuluşları və digər 
məqsədlər üçün kredit götürülməsinə marağın azalmasına 
səbəb olur. Nəticədə məcmu tələb azalır. 
b)
Varlılıq və ya real kassa qalıqları effekti. Qiymətlərin 
ümumi səviyyəsinin yüksəldilməsi bank əmanətlərinin, 
qiymətli kağızlardan gəlirlərin real dəyərinin aşağı düşməsinə 
səbəb olur. Nəticədə istehlakçılar əvvəlki zənginliklərini bərpa 
etmək üçün alışlarını azaldır, yığım həyata keçirirlər. Bunların 
nəticəsində isə məcmu tələb azalır. 
c)
İdxal alışları effekti. Ölkədə qiymətlərin səviyyəsinin 
yüksəlməsi xarici əmtəə və xidmətlərin idxalının artmasına, və 
milli əmtəə və xidmətlərin ixracının azalmasına səbəb olur. 
Nəticədə məcmu tələbin tərkib hissəsi olan xalis ixracın 
azalması baş verir. 
Qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi isə 
yuxarda nəzərdən keçirilənlərin əksinin baş verməsinə səbəb 


417 
olur. Yəni istehlakçılar daha çox məhsul və xidmətlər alır daha 
ucuz milli məhsulun xarici bazarda satılmaq imkanı yaranır və 
s. .Bütün bunların nəticəsində isə məcmu tələb artır. 
Qiymətlərin ümumi səviyyəsi dəyişməz qaldığı halda da 
məcmu təklifin artıb-azalmasına təsir göstərən amillər vardır. 
Bunlar qeyri-qiymət amilləri adlanır. Məcmu tələbə təsir 
göstərən qeyri-qiymət amilləri aşağıdakılardır: 
-
istehlak yönümlü xərclərdə dəyişikliklər; 
-
investisiya xərclərindəki dəyişikliklər; 
-
xalis ixracatda dəyişikliklər. 
İstehlak yönümlü xərclərdəki dəyişikliklər istehsalçıların 
zövqündəki dəyişikliklər, onların borcları, vergilərin miqdarı 
və dərəcələri, cərimələrin səviyyəsi və s. ilə əlaqədardır. 
İnvestisiya xərclərindəki dəyişikliklər isə faiz dərəcəsinin 
dəyişməsi, gözlənilən mənfəət, müəsisələrdən alınan vergi, 
texnologiyadakı dəyişikliklər və s. ilə əlaqədardır. 
Xalis ixracatın artması da qiymətlərin dəyişilməzliyi 
şəraitində məcmu tələbin artmasına səbəb olur. 
Makroiqtisadi tarazlığın bir tərəfi məcmu tələbdirsə, digər 
tərəfi məcmu təklifdir. Məcmu təklif (AS- aggregate supple) 
dedikdə, ölkədə istehsal olunmuş və qiymətlərin bütün 
mümkün səviyyələrində iqtisadi subyektlərin müəyyən müddət 
ərzində təklif etməyə hazır olduqları məhsul və xidmətlərin 
məcmusu nəzərdə tutulur. Məcmu təklif istehsal olunmuş milli 
gəlir də adlandırıla bilər. Qiymətlə təklif arasındakı düz 
proporsionallıq məcmu təklif üçün də doğrudur. Məcmu təklifi 
də qiymətin səviyyəsinə uyğun olaraq artıb-azalır. Lakin, ayrı-
ayrı bazarlar üçün bu asılılığı əsaslandıran həmin şərtlər, 
makroiqtisadi səviyyədə məsələni izah etmək üçün kifayət 
etmir. Hər bir istehsal subyekti istehsalı artırmaq üçün xərclərlə 
gəlirləri müqayisə edir. İstehsal olunan məhsulun qiymətinin 
artması istehsalı artmağa sövq etsə də, qiymətlərin ümumi 
səviyyəsinin artması istehsalı (təklifin) artması firmanın 


418 
marağının təmin etməmiş olur. Buna görə də məcmu təklifin 
öyrənilməsində yeni amillərin təsirinin nəticələrini nəzərə 
almağa ehtiyac duyulur. 
Məcmu təklifi müəyyənləşdirən amillərin təsiri iqtisadi 
inkişafın səviyyəsindən bilavasitə asılıdır. Təcrübə göstərir ki, 
bütün dövrlərdə iqtisadi imkanlardan eyni dərəcədə istifadə 
olunmur. İşsizlik, istehsal subyektlərinin tam gücü ilə 
işləməməsi, təbii ehtiyatların istehsala cəlb olunması 
imkanlarının məhdud olması və s. vaxtaşırı həll olunması tələb 
olunan problemlər kimi qarşıya çıxır. Bütün bunların 
qısamüddətli və uzunmüddətli dövrlərdə həll olunması, məsmu 
təklifin qısamüddətli və uzunmüddətli dövrlərdə öyrənil- 
məsinin iki modeli vardır. 
Məcmu təklifi araşdıran klassik məktəb bildirir ki, 
istənilən məcmu təklif əyrisi şaqulidir. Məcmu təklif əyrisi 
dedikdə milli istehsalın real həcminin qiymətlərin səviy- 
yəsindən asılılığı nəzərdə tutulur. Bu konsepsiya iqtisadiyyatın 
tam gücü ilə işləməsi və resursların tam məşğulluğu 
ehtimalından çıxış edir. Belə şəraitdə qısa müddətə istehsal 
həcminin artırılması mümkün deyildir. 
Klassik məktəbdən fərqli olaraq, keynsçi məktəb iddia 
edir ki, məcmu təklif əyrisi ya üfüqidir ya da ucalandır. Məcmu 
təklif əyrisinin üfiqi parçası iqtisadiyyatın dərin tənəzzülü, 
əmək və istehsal resurslarından tam istifadə edilməməsi 
vəziyyətinə müvafiqdir. Bu nəzəriyyənin əsası XX əsrin 30-cu 
illərinin böhranı və tənəzzüldən sonra istehsal xərclərinin və 
resursların qiymətinin artmasından çəkinmədən istehsalı 
genişləndirmək dövründə irəli sürülmüşdü. Bu zaman istifadə 
olunmayan istehsal güclərinin yüklənməsinin artması qiymət 
səviyyəsinə toxunmadan milli istehsalın real həcmini artırmağa 
imkan verirdi. Nəticədə qiymətlərin
səviyyəsi artmadan da 
məcmu təklif artırdı. Qiymətin artmamasının səbəbi məhsul 


419 
vahidinə çəkilən xərclərin dəyişməməsidir, çünki, istifadə 
edilməmiş istehsal güclərindən istifadə olunurdu. 
Tələb əyrisinin üç parçası: 

III 
II 

I - keynsçi parça 
II - aralıq parça 
III - klassik parça 

ÜDM 
Şəkil 26.2 
Müasir iqtisadi nəzəriyyə ondan çıxış edir ki, nəzərdən 
keçirilən konsepsiyalar təkrar istehsalın gerçəklikdə mümkün 
olan müxtəlif vəziyyətlərini təsvir edir. Deməli, məcmu təklif 
əyrisinin güman edilən üç formasını üç hissədən ibarət bir 
əyridə birləşdirmək məntiqidir. Üfiqi və ya keynçi, şaquli və ya 
klassik; aralıq və yay yüksələn. 
Məcmu təklif əyrisinin şaquli (klassik) və üfiqi (keynçi) 
parçaları arasındakı aralıq parça isə yüksələndir. Bu parça 
təkrar istehsalın elə vəziyyətini nəzərdə tutur ki, bu zaman milli 


420 
istehsalın real həcminin artması, qiymətlərin müəyyən 
dərəcədə artması ilə müşayət olunur. 
Məcmu təklifin dəyişməsinə qiymət amili ilə yanaşı, 
qeyri-qiymət amilləri də təsir göstərir. Bunlara iqtisadi 
resursların qiymətlərinin dəyişməsi, əmək məhsuldarlığının 
dəyişməsi, hüquqi normalardakı dəyişikliklər və s. aid etmək 
olar. 

Download 5,45 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   161   162   163   164   165   166   167   168   ...   276




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish