Azərbaycan Təhsil Nazirliyi Bakı Slavyan Universiteti Azərbaycan Filologiyası Fakültəsi Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi am-202 qrup tələbəsi Arzu Kərimlinin Psixologiya fənnindən sərbəst işləri



Download 258,8 Kb.
bet4/14
Sana10.04.2023
Hajmi258,8 Kb.
#926758
1   2   3   4   5   6   7   8   9   ...   14
Bog'liq
psixologiya

İxtiyari diqqətin yaranması insanın xüsusi niyyəti və məqsədilə bağlıdır. Qarşıya qoyulmuş şüurlu məqsədlə bağlı olaraq əmələ gələn və müəyyən iradi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir.
Məsələn, şagird psixi fəaliyyətini öz məqsədinə müvafıq olaraq ev tapşırıqlarını yerinə yetirməyə yönəldir və həmin iş üzərində cəmləşdirirsə, bu ixtiyari diqqətdir.
Şagird diqqətini məsələ həllinə yönəltmək üçün əvvəlcə xüsusi səy göstərməli olur. Lakin məsələnin həlli şagirdi çox maraqlandırdıqda, o, bu işdən müəyyən zövq aldıqda, onun diqqəti məsələ həlli üzərinə sanki öz-özünə yönəlir Psixolo­giyada belə diqqət «ixtiyari diqqətdən sonrakı diqqət» adlandırılır.
Diqqətin nəyə yönəlməsindən asılı olaraq onun iki növu: xarici və daxili diqqət ayırd edilir. Xarici obyektlərə yönəlmiş diqqət insanın fəaliyyətinə qoşularaq onun əşya fəaliyyətinin tənzimində iştirak edir. Xarici diqqətsiz insanın ətraf aləmin cisim və hadisələrinə bələdləşməsi mümkün deyildir.
Daxili diqqət isə şəxsiyyətin öz daxili aləmini, fəaliyyətini, ümumən özünü, öz xüsusiyyətlərini dərk etməsi ilə əlaqədardır.
Diqqətin xüsusiyyətləri
Diqqətin beş əsas xüsusiyyəti ayırd edilir. Buraya diqqətin mərkəzləşməsi, davamlılığı, həcmi, paylanması və keçirilməsi daxildir.
Diqqətin mərkəzləşməsi zamanı şüurumuz bir obyekt və ya bir fəaliyyətə yönəlir, başqalarından uzaqlaşır. Başqa sözlə, yalnız bir obyektə yönəlmiş diqqət mərkəzləşmiş diqqət hesab olunur. Maraqlı bir kitab oxuduqda, riyazi məsələ həll etdikdə diqqətimiz müvafıq iş üzərinə cəmləşmiş olur. Bu zaman ətrafımzda baş verən hadisələri, təsir göstərən kənar qıcıqlayıcıları sezmirik.
Diqqətin həcmi eyni vaxtda əhatə olunan, aydın dərk olunan obyektlərin miqdarı ilə müəyyən edilir. Məsələn, əgər eyni vaxt içərisində təsir edən 10 obyektdən 5-i aydın qavranılırsa deməli, diqqətin həcmi 5 obyektə bərabərdir. Diqqətin həcmi sabit deyil, müxtəlif şərtlərdən asılı olaraq, artıb və ya azala bilər.
Diqqətin həcmi, hər şeydən əvvəl, qavranılan cisim və hadisələrin bir-biri ilə nə dərəcədə sıx əlaqədə olmasından obyektlərin sadə və mürəkkəbliyindən asılıdır. Bir-biri ilə az əlaqədə olan 8-9 hərfi eyni zamanda qavramaq mümkün olmadığı halda, söz əmələ gətirən 10-15 hərfi bir vaxtda qavramaq mümkündür. Məsələn «kltreeik» hərflərini bir dəfədə qavrayıb yadda saxlamaq mümkün olmur, həmin hərflər müvafıq tərzdə birləşdirilib «e l e k t r i k » sözü yazıldıqda isə qavrama tamamilə asanlaşır.
Diqqətin həcmi obyektlərin düzülüşündən, formasından, böyük-kiçikliyindən, rəngindən və s. asılıdır.
Diqqətin paylanması eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı ilə xarakterizə olunur. Əgər adam eyni vaxtda 2 və ya 3 işlə məşğul olarsa, deməli, onun diqqəti eyni zamanda 2 və ya 3 iş üzərində paylanır. Əbəttə, bu zaman icra olunan işlərin hamısı eyni dərəcədə aydın dərk edilmir.
Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanılmasında ifadə olunur. Burada diqqət bir obyektdən başqasına keçirsə də onlar ümumi məqsədə tabe olan fəaliyyət obyektləri kimi qalır. Şagird misal həll edərkən, onun diqqəti dərsliyə, oradakı misallara, rəqəmlərə, işarələrə, keçmiş təcrübəyə yönəlsə də, əgər misal həlli davam edərsə, deməli, diqqət davamlıdır. Çünki burada bütün bu obyektlər ümumi məqsədə -misalı həll etmək məqsədinə tabedir.
Diqqətin tərəddüdü onun dinamik xüsusiyyətlərindən biri olub insan şüurunun əsas obyektdən kənar obyektə keçməsi və yenə də əsas obyektə qayıtmasında ifadə olunur. Aydındır ki, bu zaman əsas obyektə yönələn diqqət gah zəifləyəcək, gah da gərginləşəcəkdir.
Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyyətdən başqa fəaliyyətə yönəldilməsidir. Bu, fəaliyyətin ümumi istiqamətinin dəyişməsi ilə əlaqədardır. Müasir dövrdə mürəkkəb maşınların idarə olunması üçün diqqətin keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Diqqətin keçirilməsi onun yayınmasına çox oxşayır, lakin bunlar arasında keyfıyyətcə fərq vardır.
Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə əlaqədar olmayan cisim və hadisə üzərinə yönəlməsində ifadə olunur. Məsələn, müəllim dərsi izah edərkən şagirdin küçəyə baxması, dərsliyini vərəqləməsi, yoldaşı ilə söhbət etməsi və i. a. onun diqqətinin yayınmasını göstərir.
Diqqətlilik və ya diqqətsizlik şəxsiyyətin xarakter əlamətinə çevrilə bilir, insana münasibətdə də təzahür edir. İnsana diqqətli olmaq şəxsiyyətin mənəvi aləmini xarakterizə etmək üçün ən vacib göstəricidir.


Download 258,8 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish