Azərbaycan Təhsil Nazirliyi Bakı Slavyan Universiteti Azərbaycan Filologiyası Fakültəsi Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi am-202 qrup tələbəsi Arzu Kərimlinin Psixologiya fənnindən sərbəst işləri



Download 258,8 Kb.
bet2/14
Sana10.04.2023
Hajmi258,8 Kb.
#926758
1   2   3   4   5   6   7   8   9   ...   14
Bog'liq
psixologiya

Müşahidə metodunun tətbiqinin müəyyən şərtləri vardır:
1. Müşahidə elmi cəhətdən mühüm problemin öyrənilməsinə yönəlməlidir.
2. Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil edilməlidir.
3. Öyrənilən hadisə barədə daha ətraflı məlumat əldə etmək üçün həmin hadisə müxtəlif şəraitdə nəzərdən keçirilməli, ona təsir edən bütün amillər ətraflı və dəqiq surətdə aydınlaşdırılmalıdır.
4. Elmi müşahidələrin nəticələri dəqiq surətdə qeyd edilməli və lazım gəldikdə asanlıqla bərpa olunmalıdır.
5. Müşahidə və onun nəticələrinin təhlili müşahidəçidən obyektivlik tələb edir.
Müşahidə metodu psixoloji hadisələr barədə müəyyən qədər qiymətli material verə bilir. Lakin onun bir sıra nöqsanları da vardır. Bu nöqsanların bir qismi müşahidə obyektinin xüsusiyyətləri dən asılıdır. Məsələn qrupda şəxsiyyətlerarası münasibətlərin bütün çalarlarını (hətta iştiraklı müşahidədə belə) əhatə etmək olmur. Burada vaxt amili də mühüm rol oynayır. Müşahidəçini maraqlandıran cəhətin özünü nə zaman büruzə verəcəyini qabaqcadan müyyənləşdirmək çətindir, onu gözləmək lazım gəlir. İkinci qism nöqsanlar isə müşahidəçinin öz fəaliyyəti ilə əlaqədardır. On təcrübə zənginliyi, işə münasibəti, qarşıdakı tədqiqatın məqsəd vəzifəsini kifayət qədər aydın dərk edə bilməsi, faktları seçə bilmək, mənalandırmaq, elmi təhlildən keçirmək bacarığı və s. müşahidəyə təsir edir. Deməli, müşahidə materiallarının şərhində tədqiqatçının şəxsi keyfıyyətlərindən asılı olaraq müəyyən qədər subyektivlik özünü göstərə bilir. Bütün bu çatışmamazlıqlar başqa metodların, ilk növbədə is eksperimentlərin köməyi ilə aradan qaldırıla bilər.
Eksperiment metоdu müşahidədən fərqli olaraq nisbətən qısa müddətdə daha dəqiq nəticələr əldə etməyə imkan verir. Eksperiment zamanı alim-psixoloq (eksperimentator) öyrəniləcək adamın fəaliyyət göstərməsi - hər hansı bir eksperimental tapşırığı уerinə yetirməsi üçün şəraiti niyyətli surətdə yaradır və həmin şəraiti istədiyi vaxt dəyişir.
Eksperimentdə adətən iki kəmiyyəti - asılı olmayan və asılı kəmiyyətləri fərqləndirirlər.
Eksperimentdə müxtəlif cihazlardan, texniki vasitələrdən, şəkillərdən, mətnlərdən və s.-dən istifadə olunur. Belə eksperimentlər adətən laboratoriyalarda və ya xüsusi otaqlarda aparılır. Bu cəhəti nəzərə alaraq onlara laboratoriya eksperimenti deyirlər.
Göründüyü kimi, müşahidədən fərqli olaraq eksperiment zamanı tədqiqatçı fəal tərəf kimi çıxış edir, müəyyən psixoloji hadisənin mahiyyətini izah etməkdən ötrü zəruri olan şəraiti özü yaradır.
Psixoloji hadisələri tədqiq etmək üçün eksperimentin qoyuluşu bir sıra çətinliklərlə əlaqədardır. Eksperimentin obyekti sadəcə canlı orqanizm deyil, yüksək şüura malik insanlardır. Onlar əxlaq və davranış normaları və s. barədə nəinki müəyyən biliklərə malikdir, həm də həmin biliklərin mənbəyini və təşəkkül yollarını bilirlər. Bu cəhətləri də dəqiq surətdə nəzərə almaq və öyrənmək heç də asan deyildir.
Xüsusilə özləri üzərində eksperiment qoyulduğunu hiss etdikdə, onların rəftar və davranışında, emosional aləmində istər-istəməz müəyyən dəyişiklik baş verir. Bu da eksperimental şəraiti çətmləşdirir. Həmin çətinliyi aradan qaldırmaq üçün nisbətən süni səciyyə daşıyan laborator eksperimentlə yanaşı təbii eksperiment növündən də geniş istifadə edilir. Təbii eksperimentdə xüsusi eksperimental şərait yaradılmır. Hadisə təbii şəraitdə, məsələn, dərs zamanı öyrənilir.
Psixoloji hadisələr çox mürəkkəb və rəngarəng olduğu üçün onları müxtəlif yol və vasitələrin köməyi ilə tədqiq etmək mümkündür. Təbiətşünaslıq elmlərinin müxtəlif sahələrində olduğu kimi, müşahidə və eksperiment metodları psixologiya elmində əsas metodlar hesab edi1ir. Başqa metodlar isə köməkçi metodlar kimi nəzərdən keçirilir. Bu baxımdan psixodiaqnostik metodlarin əhəmiyyətini qeyd etmək lazımdır.
Psixologiyada psixodiaqnostika məqsədilə hələ XIX əsrin sonlarından başlayaraq testlərdən istifadə olunur. Test - ingiliscə -sınaq deməkdir. Psixolo­giyada da bu mənada işlədilir və fərdi fərqləri öyrənmək məqsədilə tətbiq olunur.
Testlər müxtəlif tapşırıq və suallar şəklində mütəxəssislər tərəfındən işlənilir. Testlərin psixodiaqnostik əhəmiyyəti onların elmi cəhətdən nə dərəcədə əsaslı olmasından bilavasitə asıhdır.
Psixodiaqnostik metodlar içərisində sosiometriya (latınca -şosietas - cəmiyyət və yunanca - metreo - ölçmək deməkdir.) mühüm yer tutur. Bu və ya digər qrupda (kollektivdə) insanlar arasındakı qarşılıqlı münasibətləri öyrənmək məqsədilə ondan istifadə olunur.
İctimai rəyi, şəxsiyyətlərarası münasibətləri və s. öyrənmək üçün tətbiq edilən metodlardan biri də intervyüdür. İntervyü sorğu üsulları silsiləsinə daxil olub mənaca «qarşılaşma», «söhbət», «müsahibə» deməkdir. О daha çox birtərəfli kommunikasiya prosesidir. Bu zaman hər hansı məsələ haqqında müəyyən bir şəxsin mülahizəsi soruşulur.
Psixologiyada intervyü, adətən: a) tədqiqatın başlanğıc mərhələsində işçi fərziyyəni müəyyənləşdirmək, b) problem barədə ilkin məlumat toplamaq, v) başqa metodlar vasitəsilə yığılmış materiallara əlavə faktlar cəlb etmək üçün tətbiq edilir. Anket sorğusu zamanı intervyüdən fərqli olaraq suallara yazılı surətdə cavab verilir. Həmin metoddan sosioloji tədqiqatlarda daha geniş miqyasda istifadə edilir.
Psixologiyada isə anket metodu diaqnostik məqsədlə istifadə dilir. Məsələn, kollektivdə şəxsiyyətlərarası münasibətlərin yaxşılaşdırılması, həmin münasibət­lərin pozulması səbəblərini, qarşısını almaq yollarını, kollektiv üzvlərinin fıkir və mülahizələrini öyrənmək üçün anketdən istifadə etmək faydalıdır.



Download 258,8 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish